Müasirlərimizdən bəziləri ölkələrin ikiyə ayrılması mövzusunda Kitab və Sünnədən bir dəlil olmayıb, bunun ancaq peyğəmbər və səhabə dövründən sonrakı fakihlərin bir icdihadı olduğu fikirinə gəlmişdilər.

Bilinməsi lazımdır ki, bu ayrım ümmətin alimlərinin (əvvəlkilər olsun, sonrakılar olsun) icma etdikləri bir mövzudur. Və icmanın da İbni Teymiyənin söylədiyi kimi Kitab və ya Sünnədən bir dəlilə dayanması lazımdır (Məcmuul-Fətava, 7/39).

 

İndi bu ayrım ilə əlaqədar dəlilləri gətirəcəyik:

 

Allahu Təalanın Kitabından Dəlillər:

 

"Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik!" İbrahim/13

 

"(Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şüeyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)? " Əraf/88

 

"Ölkəmizə" mənasında olan "Ardına" və "Karyetina" sözlərinə əlavə olaraq gələn "na" əvəzliyi sahib olma mənasını verir. Bu iki sözlə də kafirlərin əlində olub, əmr, nəhy və rəhbərlikdə onların hökm sahibi olduqları ölkə nəzərdə tutulmuşdur. Bunun üçün rəsulları təhdid etmişlər. İşdə küfr ölkəsinin xüsusiyyəti budur.

" Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir! " Nisa/97

 

"Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın…" Mumtəhinə/10

"…İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik yoxdur)..." Ənfal/72

 

Məhs xüsusi olaraq hicrətdən bəhs edən bu ayələr, darul-İslam və darul-küfr olmaq üzrə iki növ ölkənin olduğuna açıq-aşkar dəlildir. Çünki şəri nasslarda hicrət mütləq mənada istifadə edildiyində darul-küfrdən darul-İslama köçməyi ifadə edir. Yenə bu mövzudakı nasslardan biri də bu ayədir:

"…Sizə fasiqlərin yurdunu çox yaxında göstərəcəyik…" Əraf/145

 

 

Sünnədən Dəlillər:

 

Hicrətin vacib olması mövzusundakı hədislərdir ki, bunlar da ölkələrin iki hissəyə ayrıldığına dəlalət edir. İlk mövzuda keçən hədisləri bunlar arasında saya bilərik. Bu hədis də bununla əlaqədardır:

"Hər Müsəlman digər Müsəlman üçün haramdır. Bir-birini dəstəkləmələri lazım olan iki qardaşdırlar. Allahu Təala bir müşrik İslama girdikdən sonra müşrikləri buraxıb Müsəlmanların yanına gəlmədiyi müddətcə onun heç bir əməlini qəbul etməz." Nəsəi səhih bir isnadla, Bəhz bin Hukeym, atası və babası yoluyla rəvayət etmişdir.

 

Hicrətin vacib oluşuna dəlalət edən bu hədislərin yanında ölkələrlə əlaqədar ayrıma dəlalət edən nasslardan bəziləri də bunlardır:

 

İbni Ömərdən Radıyallahu Ənhi belə rəvayət edilmişdir:

"Rəsulullah Sallallahu Əleyhi və Səlləm düşmənlərin ölkəsinə Quranla

getməyi qadağan etdi. " Muttəfəqun əleyhi

 

İbni Abbasdan gələn rəcm mövzusundakı uzun hədisin içində, Abdurrahman İbni Avfın, Ömər İbnul-Hattaba Minada belə dediyi keçir:

"Mədinəyə qədər gözlə, çünki ora hicrət və peyğəmbərin sünnəsinin diyarıdır. " Buxari

 

 

Nəsəi səhih bir isnadla İbni Abbasdan belə rəvayət edir:

"Rəsulullah Sallallahu Əleyhi və Səlləm, Əbu Bəkr və Ömər Radıyallahu Ənhimə mühacirlərdən idi. Çünki onlar müşriklərdən uzaqlaşdılar. Ənsardan da mühacirlər vardı. Çünki Mədinə bir zamanlar şirk diyarı idi və onlar Akabə gecəsi Peyğəmbərə Sallallahu Əleyhi və Səlləm gəlmişdirlər."

 

Əbu Hureyrenin hicrətini izah edən hədisdə belə keçər:

"Nəbiyə Sallallahu Əleyhi və Səlləm gəlirkən belə dedim:

Nə uzun, nə yorucu bir gecə,

Lakin məni küfr diyarından qurtardı.

Səfər əsnasında köləm qaçmışdı. Nəbiyə Sallallahu Əleyhi və Səlləm gəlib beyət etdim. Hələ yanından ayrılmadan köləm çıxıb gəldi. Rəsulullah Sallallahu Əleyhi və Səlləm belə dedi: "Ey Əbu Hureyre bu sənin kölənmi?" Mən: "Allah üçün azaddır" dedim və azad etdim. " Buxari

 

Yenə Aişədən Radıyallahu Ənhə rəvayət edilən və şal oğurlamaqda günahlandırılan mühacirə nökərin hekayəsiylə əlaqədar rəvayət də bunlar arasındadır.

 

Aişədən Radıyallahu Ənhə bildirildiyinə görə, ərəblərin qəbilələrindən birində zənci bir nökər vardı, onu azad etdilər. O, onlarla birlikdə qalırdı. Belə izah etdi:

"Üzərində dəridən qırmızı şalı olan gənc bir qız çıxıb gəldi. Şalını bir yerə qoydu və ya onu saldı. Bir quş onu ət zənn edərək götürüb qaçdı. Şalı axtardılar lakin tapa bilmədilər. Məni, oğurluqla günahlandırdılar."

(Aişə) belə deyir: "Araşdırmaya başladılar, hətta nökərin övrət yerinə belə baxdılar. (Nökər) dedi ki: "Vallah hələ onların yanındaydım ki, quş gəldi və onu atdı, aralarına düşdü." Dedim ki: "İşdə məni günahlandırdığınız şey. Mən ondan bəriyəm."

Rəsulullaha Sallallahu Əleyhi və Səlləm gəldi və Müsəlman oldu. Aişə belə deyir:

"Məsciddə bir çadırı vardı. Yanıma gəlir və mənimlə danışardı. Yanıma hər gəlişində belə deyərdi:

Şal günü Allahın günlərindəndir,

O məni küfr ölkəsindən qurtarmışdı.

Aişə, "Yanıma hər gəlişində niyə bunu söyləyirsən?" dediyimdə bu hadisəni danışdı" deyir. " Buxari

 

Bu nasslar dünya ölkələrinin darul-İslam və darul-küfür olaraq ikiyə ayrılmasının Kitab, sünnə və səhabədən gələn nəqllərlə sabit olduğuna və darul-küfürden darul-İslama hicrətin vacibliyinə dəlildir. Hətta bu ölkələrlə əlaqədar olaraq Kitab və Sünnədə (yuxarıda keçən nasslarda) müxtəlif lafızlarla xüsusi terminlər istifadə edilmişdir. Məsələn; "darul-fasıkin" (Fasiqlər ölkəsi), "Ardul-aduv" (düşmən ölkəsi), "Darul-hicra vas-Sunna" (hicrət və sünnə ölkəsi), "Daruş-şirk" (şirk ölkəsi), "Darul-küfr" (küfr ölkəsi) kimi.

Bunların hamısı, dünya ölkələrinin ikiyə ayrılmasının fakihlərin ortaya qoymuş olduqları ictihadlardan ibarət olduğunu iddia edənlərə cavab xüsusiyyətindədir.

 

Abdul-Qadir bin Abdul-Aziz. "Ölkələrin hökmü"

axırıncı dəyişikliklər (12.07.10 14:26)

 

Add comment

Bold Italic Underlined Link Quote