Allahın nazil etdiyinə əsaslanmayan hakimiyyət və düşüncə 2
Qanun çıxarmaq, icazə və qadağan etmək hüququna iddia.
İnsanların öz ibadətlərində, münasibətlərində və digər işlərində əsaslandığı, mübahisələrini həll edən, onları bir-biri ilə barışdıran qanunların irəli sürülməsi ancaq Allah subhanə-təalənın, insanların Rəbbinin və bütün məxluqatın Yaradıcısının, hüququdur: «...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!» (7/54).
O bilir ki, Onun qullarını düzəltmək üçün nə lazımdır, və bunu qulları üçün qanunlaşdırır. O qulları üçün qanunlar qoyur, çünki O onların Rəbbidir, onlar isə Onun qanunlarını qəbul edirlər, çunki Ona quldular və bu onların öz maraqlarına uyğundur, çünki Allah bildirib: «Əgər bir məsələ barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Rəsuluna həvalə edin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır» (4/59).
Və O yenə də bildirib ki: «Mübahisə etdiyimiz hər bir şey barədə hökmü yalnız Allah verər! Bu mənim Rəbbim olan Allahdır. Mən ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram!» (42/10).
Allah, Ona həmd olsun, Özündən başqa qulları tərəfindən kiminsə qanunverici kimi tanınmasını yasaq etdi: «Yoxsa Allahın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni edən şərikləri vardır?... » (42/21).
Əgər insan Allahdan başqa kiminsə qoyduğu qanunları qəbul edirsə,deməli, O kimisə Allaha bərabər tutur. Allahın və Rəsulunun qanunlaşdırmadığı ibadət bidət və zəlalətdir, çünki Peyğəmbər (s.a.s) bildirib: “Kim bizim işimizə aid olmayan bir şey gətirsə, rədd ediləcək.”(Buxari, Müslim).
Başqa bir rəvayətdə: “Kim bizim işimizə uyğun olmayan bir şey etsə, rədd ediləcək.” (Müslim).
Allah və Rəsulunun siyasətdə, insanlar arasında mübahisələrdə qanun kimi qoymadıqları şeylər tağut və cahiliyyə fikirləridir: «Yəni onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Allahdan daha gözəl kim hökm verə bilər etiqadlı bir qövm üçün?!» (5/50).
Eləcə də nəyi isə halal və haram buyurmaq yalnız Allahın hüququdur və bu hüququ Onunla heç kim bölüşdürə bilməz. Allah buyurub: «Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız» (6/121).
O, Ona həmd olsun, işarət olunan bildirib ki, Allahın qadağan etdiyinə icazə vermək şeytana və onun dostlarına itaətdir və şirkdir.
Eləcə də Allahın haram buyurduğunu halal, halal buyurduğunu haram göstərən alimlərə itaət şirkdir, çünki bu insanlara itaət edənlər onları özlərinə Rəbb göstərərək Allahı unudublar: «Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə rəbblər seçdilər. Halbuki onlara təkcə Allaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa heç bir ilah yoxdur. O hər bir nöqsandan uzaq və Ona qoşulan şəriklərdən ucalardadır» (9/31).
Ət-Tirmizinin gətirdiyi hədisdə deyilir ki, Peyğəmbər (s.a.s) bu ayəti Adi ibn Xatim Ət-Taiyə oxudu, o isə dedi: “Ya Rəsulullah, biz axı onlara ibadət etmirik!” Peyğəmbər (s.a.s) soruşdu: “Məgər onlar Allahın haram buyurduğunu halal gösdərdikdə siz bunu halal saymadınızmı? Və məgər onlar sizə Allahın halal buyurduğunu haram gösdərdikdə siz bunu haram saymadınızmı?” O cavab verdi: “Bəli”– Onda Peyğəmbər (s.a.s) buyurdu ki: “Bu – sizin onlara etdiyiniz ibadətin özüdür.” (ət- Tirmizi, İbn Cərir və s.)
Beləliklə, Allahdan qeyrisinin halal və haram buyurduğuna itaət onlara ibadətə və şirkə bərabərdir. Hətta bu, böyük şirkdir və tövhidlə “Lə iləhə illəllah” kəlməsiylə ziddir, çünki bu şəhadətin mənalarından biri odur ki, halal və haram buyurmaq yalnız Allahın hüququdur. Alimlər və Allaha ibadətə həyatını həsr etmiş insanlar hətta səhv etsələrdə, öz çalışqanlığı üçün, yəqin ki, əcrini alacaqlar.
Lakin Allahın əmrinə zidd olduğu halda onların sözlərinə tabe olmağı şirk olduğunu Allah bildirib. Əgər belədirsə, onda kafirlərin və ateistlərin irəli sürdüyü hüquq qaydalarına tabe olanların, onları islam ölkələrində yeridənlərin, qanun şəklinə salanların hökmü nədir? Allahdan başqa heç kimin güc və qüvvəti yoxdur! Həqiqətən, bu insanlar kafirləri Allahdan başqa özünə rəbb seçdilər və bu kafirlər Allahın yerinə onlara qanunlar çıxarır, haramı halal buyurur və bu qanunlarla onları mühakimə edirlər.
Ateist Cərəyanlara və Zəlalətdə olan Partiyalara mənsubiyyət haqqda.
1-Ateist cərəyanlara, məsələn komunist, dünyavi, demokratik, kapitalist və s. kafir toplumlarına aidiyyət mürtədlikdir, əgər belə bir cərəyanın üzvü, özünü islama aid edirsə bu yalnız böyük nifaqdır, çünki münafiqlər, yalnız zahirən islamdadırlar, həqiqətdə isə kafirlərlədilər: «Onlar möminlərlə qarşılaşdıqları zaman: “Bizdə iman gətirdik”,- deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq istehza edirik”,-deyirlər» (2/14).
« …Həqiqətən, Allah münafiqləri hamsını cəhənnəmdə toplayacaq. Sizə nə üz verəcəyini gözləyib kənarda duranlar. Allah sizə bir zəfər verdiktə deyərlər: “Məgər biz sizinlə deyildikmi?” kafirlərə zəfərdən pay nəsib olduqda isə “Sizə yardım etmədikmi, sizi möminlərdən qorumadıqmı?” – deyərlər…» (4/140-141).
Belə insanlar münafiq və yalançıdırlar və iki üzlüdürlər; bir sifətini möminlərə, bir sifətini isə öz kafir qardaşlarına çevirir. Və onların ehtiyatında iki cür nitqləri var: birincisi zahirən müsəlmanlar üçün qəbuldur, ikincisi isə onların daxilini göstərir: «Onlar möminlərlə qarşılaşdıqları zaman: “Bizdə iman gətirdik”, - deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq istehza edirik”,- deyirlər» (2/14).
Onlar Quran və Sünnədən dönərək müsəlmanlara istehza etdilər, onlara nifrət etdilər, özlərinin təkəbbürlük və yekəxanalığa gətirən elmlərinə sevindilər. Onlar Allahın nazil etdiyinə əməl edənlərə daima istehza edirlər, lakin Allah bildirib: «Allah da onlara istehza edər və onları elə bir çaşqınlıq içinə salar ki, orada kor-koranə vurnuxaraq qalarlar» (2/15).
Həqiqətən, Allah insanlara möminlərə qoşulmağı əmr edib: «Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun!» (9/119).
Ateistik cərəyanlar bir biri ilə düşməndir, onların hər birinin kökündə isə yalandır. Məsələn, kommunistlər Böyük Yaradanın, Ona həmd olsun, varlığını belə inkar edirlər və göndərilmiş dinlərə qarşı döyüşürlər, lakin kim öz ağlını dindən ayıraraq ağlı üçün şübhəsiz olan bir şeyi rədd edər, kim özü öz ağlından imtina edər? Müxtəlif dünyavi cərəyanların tərəfdarları dinləri inkar edərək materializmə əsaslanırlar. Materializm isə həyat da yalnız heyvani hissləri doyuzdurmağı məqsəd qoyur.
Kapitalizmə gəldikdə isə, onun tərəfdarlarının yeganə məqsədi bütün yollarla, halal və harama baxmayaraq, kasıb və imkansızlara, mərhəmət hissi duymadan, pul yığmaqdan ibarətdir. Kapitalizmin ekanomikası ribaya söykənir, bu isə Allah və Rəsulu ilə döyüşməyə bərabərdir və insanlarında, dövlətlərində müflisləşməsinə, kasıb millətlərin tam zəlil olmasına gətirib çıxarır.
Hansı şuurlu insan, hələ qəlbində zərrə qədər imanı olanı demirik, bu cür cərəyanların ağılsız, dinsiz, haqlı məqsədsiz olan həyat tərziylə razılaşar? Belə cərəyanlar müsəlman ölkələrinə yalnız ondan sonra gəldi ki, bu ölkələrdə həqiqi din yox oldu, onlar isə bu itki ilə razılaşıb kafirlərdən tabe və aslı vəziyyətdə yaşamağa başladılar.
2-Cahil partiyalara və irqi-millətçi cərəyanlara mənsubiyyət də küfr və mürtədlik haqda sübut edir, çünki islam bütün şovinizm və millətçilik hallarını rədd edir və bunlar ancaq cahiliyyə üçün xas əlamətlərdir. Allah isə bildirib ki: «Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi xalqlar və qəbilələr elədik ki, bir-birinizi tanıyasınız. Şübhəsiz ki, Allah dərgahında ən hörmətliniz - Allahdan ən çox qorxanınızdır...» (49/13).
Peyğəmbər(s.a.s) deyibki: “Asabiyyə (millətçiliyə) çağıran, ona görə vuruşan və qəzəblənən insan bizdən deyil.”(Müslim).
Və O (s.a.s) həm də bildirib ki: “Həqiqətən,Allah sizi cəhalətə xas olan tayfaçılıq və millətçilik əhvalından, öz əjdadları ilə fəxr duymaqdan uzaqlaşdırdı, və indi insanlar yalnız möminlərə və facirlərə bölünürlər! Bütün insanlar – Adəm övladlarıdır, Adəm isə torpaqdan yaradılıb, buna görə də ərəbin qeyri - ərəb qarşısında təqvadan başqa bir üstünlüyü yoxdur” (Tirmizi və başqaları).
Bu və ya digər partiyalara mənsubiyyət müsəlmanları yalnız ayıra bilər, Allah isə onlara haqq və təqva üzərində birləşməyi və bir birinə köməyi etməyi buyurub; ayrılıb münaqişələrə girməyi qadağan edib: «Allahın ipindən hamılıqla yapışın, ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi birləşdirdi və siz Onun ne’məti sayəsində qardaş oldunuz...» (3/103).
Həqiqətən, Allah, Ona həmd olsun, bizdən istəyir ki, biz bir partiya – Allahın partiyası olaq, hansı ki zəfər çalacaq, lakin Avropanın siyasi və mənəvi işğalından sonra islam aləmi millətçilik, irqçilik, yerlibazlıq, kimi hallara yol verdi və bunları elmi fakt və qaçılmaz həqiqət kimi qəbul etdi. Müsəlman ölkələrin millətləri isə islamın məhv etdiyi millətçilik adət-ənənələrinə qayıtmağa, onları yad etməyə və onların hökm sürdüyü islamdan qabağkı dövrlə fəxr etməyə başladılar, hansı ki bu dövrü islam təkidlə cəhalət (elmsizlik, savadsızlıq) dövrü adlandırır. Lakin Allah müsəlmanlara bundan qurtulmağ və buna görə də Ona şükr etmək imkanını verib.
Buna görə də təbiidir ki, müsəlman cəhalət dövrünü yalnız nifrət, ikrah, qəzəblə yada sala bilər, baxmayaraq ki, bu dövr çoxdan və yaxud təzəlikcə baş verib. Məgər əzab verilən bir dustaq azadlığa buraxılandan sonra özünün həbsdə olduğu, əzab çəkdiyi və alçaldığı günləri nifrətsiz yada sala bilərmi? Və məgər uzun müddətli və ağır xəstəlikdən sonra sağalan insan öz xəstəliyini yada saldıqda halı dəyişməzmi?
Bilmək lazımdır ki, müsəlmanlar arasında müxtəlif partiyaların yaranması onlara Allahın qanunundan uzaqlaşdıqları üçün və Allahın dinini rədd etdikləri üçün Allahın cəzasıdır: «De ki: " Üstünüzdən və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dəstələr bölüb birinizə digərinizin zorunu daddırmağa qadir olan Odur!... » (6/65).
Peyğəmbər (s.a.s) isə bildirib ki: “Onların başçıları Allahın kitabı ilə hökm vermədikdə Allah aralarında münaqişələr salar.” (İbn Macə).
Həqiqətən, hər hansı bir partiyaya kor koranə mənsubiyyət ona gətirib çıxarır ki, insanlar başqalarında olan haqqı inkar edirlər, necə ki, yəhudilər kimi: «Onlara: "Allahın nazil etdiyinə iman gətirin!" - deyildikdə, onlar: "Biz özümüzə nazil olana iman gətiririk"-deyərlər və ondan başqa nazil olanı inkar edərlər. Halbuki o əllərində olanı təsdiq edən bir həqiqətdir..."» (2/91).
Bu həmdə cəhalət dövründə yaşayıb Rəsulullahın (s.a.s) onlara gətirdiyi haqqı inkar edən ərəblərə aiddir: «Onlara: "Allahın göndərdiyinə (Qur’ana) tabe olun!" – deyəndə, onlar: "Biz ancaq atalarımızın getdiyi yola tabe olacağıq!"-- deyirlər» (2/170).
Həqiqətdə isə belə partiyaların tərəfdarları, nə az nə də çox, bununla Allahın bəşəriyyətə göndərdiyi islamı əvəz etmək istəyirlər.
Əl-Əqsa




