Allahın nazil etdiyinə əsaslanmayan hakimiyyət və düşüncə
Allaha imanın və ibadətin zəruri şərtlərindən biri onun qərarlarına itaət, Onun qanunları ilə razılaşma və ixtilaf düşdüyü halda Onun kitabına və rəsulunun sünnəsinə müraciətdir.(məsələn; qan düşmənçiliyi, mal bölgüsü və s. məsələlərdə). Həqiqətən, Allah hakimdir və qərar Onun olmalıdır. Bununla əlaqədar, hakimiyyətdə olanlar Allahın nazil etdiyi ilə hökm etməlidir, onların tabeçiliyində olanlar isə hökm üçün Allahın kitabına və Rəsulunun sunnəsinə müraciət etməlidir.
Hakimiyyətdə olanlara Allah buyurub ki: «Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdikdə ədalətlə hökm etmənizi əmr edir.» (4/58).
Onların tabeçiliyində olanlara isə Allah bu kimi buyurub: «Ey iman gətirənlər! Allaha, itaət edin Rəsuluna və öz içinizdən olan hökm sahiblərinə. Əgər bir məsələ barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Rəsuluna həvalə edin! Bu, daha xeyirli və nəticə e`tibarilə daha yaxşıdır» (4/59).
Sonra isə o bildirib ki, Allahın nazil etmədiyinə müraciət imanla heç vaxt bir yerə sığışa bilməz: «Sənə nazil edilənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun mühakiməsinə müraciyət etmək istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur. Şeytan onları dərin bir zəlalətə sürükləmək istər!» (4/60).
«Ancaq yox! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim seçməyincə sənin verdiyin hökmü qəlbində heç bir sıxıntısız qəbul etməyincə və tam təslim olmayınca, iman gətirmiş olmazlar» (4/65).
Allah, ona həmd olsun, mühakimə üçün Onun rəsuluna müraciyət etməyənin, onun qərarı ilə kifayətlənməyənin və ona tabe olmayanın iman gətirməsini qətiyyətlə rədd edir. Eləcə də Allahın nazil etmədiyi ilə hökm verən başcılar haqda Allah bildirib ki, onlar kafir, zalim və fasiqdirlər.
«Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər» (5/44).
«Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, zalimlərdir!» (5/45).
«Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, fasiqlərdir» (5/47).
Eləcə də alimlər arasında ixtilaflı dini məsələlərdə baş verən fikir ayrılıqlarında da son qərar üçün Allahın nazil etdiyinə müraciyət etmək lazımdır. Bu halda Quran və Sünnəyə uyğun olmayan fikirlər qəbul edilmir, hər hansı bir məzhəbə və yaxud imama kor-koranə tabeçiliyin isə heç bir mənası yoxdor. Eləcə də bütün digər məsələlərdə də ancaq Allahın nazil etdiyinə (Quran və sunnəyə) müraciyət edilməlidir, çünki islam bütöv və bölünməz bir dindir. Allah buyurub: «...Yoxsa, siz kitabın bir hissəsinə inanıb,digər qismini inkar edirsinizmi? (2/85).
«Ey iman gətirənlər! İtaətə tam girin» (2/208).
Eləcə də bütün məzhəblərin ardıcılları öz imamlarının sözlərini Quran və Sunnə ilə tutuşdurmalı, Quran və Sunnəyə uyğun olanı götürməli, uyğun olmayanı rədd etməli, kor-koranə fanatizimdən imtina etməlidirlər. Bu xüsusilə dini etiqad və əqidə məsələlərinə aiddir və bunu bütün imamlar qeyd ediblər. Deməli, əgər insan belə etmirsə, bu imamlara kor-koranə təqlid edirsə, o onların həqiqi davamçısı sayıla bilməz. Belələri haqda Allah buyurub: «Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə rəbblər seçdilər...» (9/31).
Bu ayət təkcə xristianlara yox, onlar kimilərə də aiddir, çünki Allah və Rəsulunun (s.a.s) əmrlərinə zidd hərəkət edən, Allahın nazil etmədiyi ilə insanları mühakimə edən və yaxud buna can atan hər bir kəs islamdan və imandan uzaqlaşmış olur. Allah belələrini pisləyərək onların iman iddiasını rədd edib və “ən-Nisa” surəsinin 60-cı ayəsində bunlar haqda “yaz`umuna”(iddia edirlər) kəlməsini işlədib. Bu söz adətən yalan iddia ilə çıxış edib onun əksinə əməl edənlərə aid edilir.
Bu fikirin daha bir sübutu yenə də “ən-Nisa” surəsinin 60-cı ayəsindədir: “...onlara tağuta iman gətirməmək əmr edildi.”
Deməli, tağuta iman gətirməmək tövhidin əsaslarından biridir. Başqa bir ayədə Allah bildirib: «... Hər kəs Tağutu inkar edib Allaha iman gətirərsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidədir, biləndir!» (2/256).
Əgər insan tağutun hökmünə müraciyət edirsə,deməli, o bu hökmə və tağuta iman gətirib.
Allahın nazil etiyi ilə hökm verməyənlərin imanının rədd edilməsi onu göstərir ki, Allahın nazil etdiyinə tabe olmaq həqiqi iman, haqq olan əqidə və Allaha ibadətdir. Müsəlmanlar bu yolu seçməlidirlər. Allahın qanunlarına əsaslanmaq təkcə ona görə zəruri deyil ki, bu qanunlar insanların xoşbəxt həyatı və təhlükəsizliyi üçün ən uyğun qanunlardır.
Bəziləri məsələnin yalnız bu tərəfinə diqqət yetirərək unudurlar ki, əsas məsələ Allaha düzgün ibadətdədir. Allah şəriət qanunlarına şəxsi maraq və məqsədlərinə görə tabe olanları qınıyır: «Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər» (24/48-49).
Belə insanlar yalnız öz nəfslərinə uyğun hökmlər axtarırlar; yox əgər bu hökmlər onların nəfsinə zidd olsa, onlar tabeçilikdən imtina edirlər, çünki onlar Allaha ibadəti unudurlar. Yenə də Allahın nazil etdiyi ilə hökm verməyənlərin vəziyyətinə qayıdaq: «...Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirlərdir!» (5/44).
Burada bildirilir ki, Allahln nazil etmədiyi ilə hökm vermək və yaxud düşünmək küfürdür. Bəzən bu böyük küfr olub insanı islamdan çıxarır, bəzən isə kiçik küfr olur və insanı islamdan çıxarmır. Məsələn, əgər insan fikirləşsə ki, Allahın nazil etdiyi ilə hökm vermək vacib deyil və o bu məsələdə azaddır, və yaxud digər qanunları Allahın qanundan daha yaxşı sayır, və yaxud Allahın qanununu müasir dövrə yaraşdırmır, köhnəlmiş sayır; və yaxud Allahın razılığını yada salmadan kafir və münafiqləri razı salmaq üçün digər qanunlara müraciyət edirsə, bu böyük küfrdür.
Yox əgər insan razılaşır ki, Allahın nazil etdiyi ilə hökm verilməlidir, ancaq buna əməl etmir və razılaşır ki, buna görə cəzaya layiqdir, o fasiqdir və kiçik küfrə girmişdir.
Başqa bir halda, əgər insan Allahın hökmləri haqda bilmirsə, bunu öyrənməyə can atırsa, lakin bu yolda səhv edirsə, o sadəcə olaraq səhv edəndir; öz çalışqanlığına görə əcrini alacaq günahları isə bağışlanacaq.
Bütün bunlar ümumi məsələlərə aiddir. Xüsusi məsələlərə gəldikdə isə burada vəziyyət fərqlidir.
Şeyxul islam İbn Teymiyyə deyib: “Əgər başçı dindar olması ilə bərabər biliyə əsaslanıb mühakimə etmirsə, o həqiqətən də od əhlidir.” Əgər onun biliyi varsa, lakin mühakimədə bildiyi haqqa əsaslanmırsa, o yenə də od əhlindəndir. Əgər o ədalətə və biliyə əsaslanmadan mühakimə edirsə, o odda olmağa ən layiqidir.
Bu o hallara aiddir ki, söhbət ayrıca bir insan taleyindən gedir. Yox əgər söhbət o elə məsələlərdən getsə ki, onlar hamıya aiddir, o cümlədən də müsəlmanların dininə və nəticədə haqqa batil, batilə isə haqq, sünnəyə bidət, bidətə isə sünnə, halala haram, harama isə halal deyilir, Allah və Rəsulunun (s.a.s) buyurduğu qadağan edilir, qadağan etdiyi isə əmr edilir, bu xüsusi haldır və burada hökmünü aləmlərin Rəbbi, Rəsulların Rəbbi, Qiyamət gününün Sahibi, bu dünyada və axirətdə həqiqi şan-şöhrət sahibi olan Allah verəcəkdir. O bildirib:
«...Hökm Onundur. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız!» (28/88).
Və eləcədə: «Odur Öz Rəsulunu doğru yolla və haqq olan dinlə göndərən, onu bütün dinlərdən üstün etmək üçün. Allahın şahidliyi hər şeyə yetər! » (48/28).
Şeyx davam edir: “Şübhə yox ki, Allahın Öz Rəsuluna nazil etdiyinə əsaslanmağı vacib saymayan insan kafirdir. Bu həm də o kəsə aiddir ki, o insanlar arasında mühakimə edərkən Allahın nazil etdiyinə yox, özünün haqq hesab etdiyinə əsaslanır. Həqiqətən, elə bir qövm yoxdur ki, o ədalətli rəhbərliyə can atmasın, lakin bunların əqidələrində çox vaxt ədalət ağsaqqallarının, hörmətli adamlarının düşüncələriylə ölçülür. Hətta özlərini islama aid edənlər arasında da bir çoxları düşüncələrində öz adət-ənənələrinə əsaslanırlar, Allah isə bu haqda heç nə buyurmayıb.
Belə bir şey, məsələn, bədəvilər arasında rast gəlir. Onlar əcdadların adət- ənənələrinə əsaslanırlar, hansılar ki, özlərini müstəqil başçı hesab edərək Quran və Sünnəyə fikir vermirdilər və özlərini ədalətli sayırdılar. Lakin bu da küfürdür. Bir çox insanlar isə islamı qəbul etdikdən sonra da adət-ənənələrlə düşünməyi davam edirlər. Əgər bu insanlar bilirdilər ki, düşüncələrdə ancaq Allahın nazil etdiyinə əsaslanmaq olar, lakin əməllərdə bunun əksinə edib belə bir halı caiz görürdülərsə, onlar kafir oldular.” (Peyğəmbər (s.a.s) sünnəsinin yolu).
Şeyx Muhamməd ibn İbrahim dedi: “Allahın nazil etdiyilə mühakimə etməyən insanın əməli haqda bəzi alimlər kiçik küfr dedikdə, burada söhbət elə insandan gedir ki, o Allahdan qeyrisinin hökmünə bir dəfə müraciyət edib, qəlbdə isə bilib ki, etdiyi əməl asilikdir. Yox əgər söhbət Allahın qanununa zidd olan sistemin, qanunlar toplusunun təşkil edilməsindən gedirsə, bu artıq əsl küfürdür, hətta onu edənlər desələr də ki, onlar səhv etdilər və şəriət qanunları daha ədalətlidir. Belə küfür artıq kiçik deyil və insanı dindən çıxarır.”(«Şeyx Muhamməd ibn İbrahimin Fətvaları» 12/280 ).
Şeyx, Allah ona rəhmət etsin, bir dəfə edilən və kiçik bir məsələyə aid olan düşüncəylə hamıya aid olan və başqa sistemlərə əsas olan mühakimə arasında fərqi göstərərək bildirdi ki, bu sonuncu insanı dindən çıxarır, çünki bu islam şəriətini başqa qanunlarla əvəz etməkdir. Deməli, bunu edən insan hesab edir ki, bu qanunlar şəriətdən yaxşıdır və insanların vəziyyətinə daha uyğundur. Bu, sözsüz ki, böyük şirkdir, insanı dindən çıxarır və onun tövhidini tam məhv edir.
Əl-Əqsa
Davamı var...
axırıncı dəyişikliklər (31.03.10 21:06)





Şərhlər
2010-04-1609:55:17 bismillehirrahm anirrahim bu meselede allahin hokmu ile hokm etmeyenlerin meselesini alimler tafsil etmisler . ve bu meseleni etiqadla baglamislar . yani allahin hokmu ile hokm etmeyenler 3 yere bolunur kafirler . zlimler. fasiqlar bunu allah maidesuresine45 bildirir. amma her allahin hokmunu terk edibde basqa hokme hokm eden kafir olurmu yoxsa yox bunda. ibn teymiyye mecmuatul fetava kitabinda kim allahin kokmu ile hok etmezse o kafirdir zalimdir fasiq dir deyir . amma bu qoul umumidir .ve bu meselede ibn useymin® ibrahim al seyx® fouzan tovhid kitabinda aciqlama verir . yani eger allahin hokmu ile hokm etmeyen etiqad ederse ki bu indiki zamana uymur ve ya allahin qanun lari kohnelib veya oz qoyduqu qaninlari allahin qanunlarina beraber gorerse bi icmail muslimin kafir olmusdur .amma kimki allahin hokmu ile hokm eder yani insanlari idare etdiyi qayda qanun kanistutsiya kitab sunnet olarsa lakin 1 veya 2 meselede hakimle mehkumun aralarinda olan problem ve ya nesf ve havasindan olayi allahin hokmunu terk ederse bu insan kafir olmaz cunku a bu emeli ile o dediyimiz etiqadda deyil yani halal gormur ve eger hokm eder ve onu halal gorerse(bir meselede olsa bele) yenede icmanin gorusune gore kafir olmusdur .bu sozu abu muhammed maqdiside alcami fi talabi l ilmisserif de anlatir. ve bu saydiqimiz alimlerde ibna abbasin (ra) maide 45 de verdiyi tefsiri kufrun duna kufr sozunu yani kufr olmayan kufr sozunu indiki kanistutsiya veya ana yasa ile allahin butun qanunlarini deyisib de oz dunyavi qanunlarini getirenlerde dememis .onun sozu allahin hikmu il hokm etdiyi halda nefsinden veya havasindan dolayi veya uzerine homk etdiyi insanla problemin den dolayi bele yaparsa bu insan allahin su sozunun altina girmis olar kim allahin hokm etmezse onlar zalimlerdir ve kim allahin hokmu ile hokm etmeze onlar fasiqlerdir ))) ve hemcinin ibn useymin ® allahin hokmlerini deyisib de oz hokmlerini getiren insan haqqinda deyir insanin fitretindendirk i asaqi gorduyu seyi veya sevmediyi seyi giderib aradan goturub onun yerine sevdiy seyi getirsin. ve allahin hokmunu tamamile gideribde kendi hokmlerini getiren insan melumdurki o bu hokmleri getirmekle illa ve o allahin hokmunu asaqi gorur veya oz hokmune beraber gorur . kim bele eders allahin quranda allahin hokmu ile hokm etmeyenler kafirlrdir sozunun altina girer . vel hamdu lillehi rabbil alemin.