Təkfirdə edilən çirkin səhvlərdən biri də, sırf Murciə camaatlarına mənsub olduqları üçün müxalif kəsləri təkfir etməkdir. Verdikləri hökmlərini şəriətin ölçülərinə görə təyin etməyən emossional olan bəzi kəslər, indiki vaxtda, tağutları və ya onların dəstəkçiləri olan əsgərləri təkfir etmə mövzusunda özləri ilə müxalif mövqedə olan bütün Murciə camaatlarını ümumiyyətlə təkfir etməkdədirlər.

Bu kəslər belə deyirlər: "Murciədən olan filan camaat, Allahu Təalanın dinində deyil və ya İslamın çətiri altında deyil." Bu emossional hökmləri haqqında şərh etmələrini istədiyiniz zaman, o camaatın bütün fərdlərini təkfir etməyi nəzərdə tutduqlarını görərsiniz. Dəlil soruşduğunuz zaman isə, o camaatın nümayəndə və ya liderlərinin tağutlara yararmaq üçün söylədiklərini və ya onlarla etdikləri mübahisədə istifadə etdikləri bəzi ifadələrini gətirərlər.

Bilindiyi kimi mücərrəd olaraq bu ifadələr, adamın təkfir edilməsi üçün kafi deyil. Xüsusilə bu adam, təkfirin maneələrindən birinin olması səbəbiylə və ya nassları anlamaqda zəifliklərinə görə və ya onların şahidlik sözünü söyləmələri ya da namaz qılmalarını görüb aldanmasından ötəri bu tağutları və ya dəstəkçilərini təkfir etmirsə, bu səbəblər o adamın təkfiri üçün kafi olmaz.

Bu tağutların və ya dəstəkçilərinin təkfiri mövzusuna girişməyən adam, Üsamə hədisinə görə, kəlimeyi şəhadəti söyləyən birini öldürdüyü üçün Rəsulullahın Sallallahu Əleyhi və Səlləm onu qınamasını və ya kəlimeyi şəhadətin fəzilətləriylə əlaqədar Bitaka hədisini ya da canın və malın toxunulmazlığını İslamın bəzi xüsusiyyətlərinə bağlayan başqa rəvayətləri xatırlamış və bu nasslar onda əngələ səbəb ola bilər. (Bu və bənzər şübhələrə cavab üçün bu kitablarımıza baxın: "İmtaun-Nazar fi Kəşfi Şubuhati Murciətil-Asr", "Şubuhatul-Mucadilin an Asakiriş-Şirki və Ənsaril-Kavanin").

Vəziyyəti belə olub, ayrıca başqa bir küfr səbəbinin olmadığı bir adamın təkfiri üçün bunlar kafi deyil. Xüsusilə təkfir edilib edilməmələri mövzusunda ixtilaf edilən bu tağut və onların dəstəkçilərinin çoxu, İslamdan bəri olduqlarını açıq söyləmir, namaz qılır, həccə gedir və şahidlik sözlərini təsdiq edirlər. Onların bu vəziyyəti, bir çox insan üçün onların təkfirlərinda problemə səbəb olur.

Bu səbəbdən bunların küfrü İslamdan ayrılıb başqa bir dinə keçdiyini açıqca söyləyən mürtədin küfrü kimi və ya heç bir avam müsəlmanın təkfirlərində şübhə etdiyini görmədiyimiz Xristianların küfrü kimi açıq deyil. Bu səbəblə bunların vəziyyətinin şərh edilməsinə ehtiyac vardır.

Hətta bu məsələ, bir çox fəzilətli kəslər üçün belə müşkül olmuşdur. Məsələn

Əbu Bəkir Radıyallahu Ənhi, İslam ilə əlaqələrini kəsməyib yalnız zəkat verməyi rədd edən mürtədlər ilə döyüşməyə qərar verdiyində, Ömər İbnul-Hattab Radıyallahu Ənhi buna qarşı çıxmış və "Rəsulullah Sallallahu Əleyhi və Səlləm: "İnsanlar La İlahə İlləllah deyənə qədər onlarla döyüşməyə əmr olundum. Bunu söylədilərmi, məndən mallarını və nəfslərini qoruyarlar. (İslamın) haqqı xaric artıq hesabları da Allaha qalmışdır" demişkən, sən necə insanlarla döyüşərsən?" dedi. Əbu Bəkir Radıyallahu Ənhi: "Allaha and olsun, namazla zəkatın arasını ayıranlarla döyüşəcəyəm. Çünki zəkat, malın haqqıdır. Vallah, Rəsulullaha Sallallahu Əleyhi və Səlləm verdikləri bir oğlağı verməkdən imtina etsələr, onu almaq üçün onlarla döyüşəcəyəm" dedi.

Ömər sonradan demişdir ki: "Allaha and içərəm, anladım ki, Əbu Bəkirin bu fikiri, döyüş məsələsində ona Allahın ilhamından başqa bir şey deyildi. Yaxşıca anladım ki, bu qərar haqqmış". Buxari və Müslim.

Rəsulullahın Sallallahu Əleyhi və Səlləm, haqqında "Sizdən əvvəlki ümmətlərdə muhəddəslər (yəni ilhama məzhər olanlar) vardı. Əgər ümmətimdə bunlardan biri varsa o da Ömərdir" ( Buxari və Müslim)[1] buyurduğu Ömər İbnul-Hattab Radıyallahu Ənhi üçün belə bu məsələ müşkül olmuş isə, başqaları üçün necə olmasın?!

Rəsulullahdan Sallallahu Əleyhi və Səlləm sonra ümmətin ən təqvalısı və Allahu Təalanın dini mövzusunda həssas olan Əbu Bəkr Radıyallahu Ənhi mürtədlər ilə döyüşmə mövzusunda etiraz etdiyi və onunla mübahisə etdiyi üçün Öməri təkfir etməmişdir. Çünki onun bu etirazı, şübhə səbəbiylə olmuşdur. Kəlimeyi şəhadəti söylədikləri üçün Müsəlmanlar olduqlarına və həm mal həm də canlarının bundan ötəri toxunulmaz olduğuna inanırdı. Əbu Bəkir Radıyallahu Ənhi ona zəkatın malın haqqı olduğunu və namazla birlikdə zəkatın da kəlimeyi şəhadətin hüququndan olduğunu açıqlayarak ona dəlil göstərmişdir.

Əbu Bəkir bunları söyləyərkən, Rəsulullahın Sallallahu Əleyhi və Səlləm bu hədisinə işarə etmişdir:

"Allahdan başqa ilah olmadığına və Məhəmmədin Onun rəsulu olduğuna şahidlik edənə, namazı qılıb, zəkatı verənə qədər insanlarla döyüşməklə əmr olundum. Bunu söylədilərmi, məndən mallarını və nəfslərini qoruyarlar. (İslamın) haqqı xaric artıq hesabları da Allaha qalmışdır". Buxari və Müslim.

Əbu Bəkir Radıyallahu Ənhi ona insanlar namaz və zəkat ibadətlərini yerinə yetirməyi qəbul edənə qədər döyüşün sürəcəyini ifadə etmişdir. Necə ki, Allahu Təala belə buyurur:

Əgər tövbə edər, namazı dümdüz edər, zəkatı da versələr artıq yollarını sərbəst buraxın. Doğrusu Allah bağışlayan və mərhəmət edəndir". Tövbə, 5.

Beləcə Ömərin müşkülünü aradan qaldırmışdır. Bir mövzu müşkül gələn hər kəsə qarşı edilməsi lazım olan tətbiq budur. Bu növdən bir mövzunun müşkül gəlməsi səbəbi ilə, tağutları və dəstəkçilərini təkfirində bizə müxalif çıxıb mübahisə edən adamı təkfir etmək caiz deyil isə, bu məsələdə yalnız müəllimlərinin söylədiyini təqlid edən şagird və ya ardıcılları təkfir etməmək ümümiyyətlə etibarlı olar. Allahu Təala belə buyurar:

Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Ənam, 164.

Bir hədisdə belə keçir:

"Hər kəsin günahı özünə bağlanar". Tirmizi və başqaları rəvayət etmişdir.

Bu camaatlar içərisində olub, bu cür əlverişsiz davranışlardan məmnun olmayan, hətta açıqca qarşı çıxan nə qədərləri vardır. Yenə bu camaatların bəzi üzvləri isə içəridən islah etmək iddiası ilə ordadırlar.

Bu camaatların quruluşunu və vəziyyətini bilən hər kəs, onların saflarında bəzi ixlaslı gənclərin olduğunu da bilir. Bu gənclər haqqı araşdırmaqdadırlar. Onların, bu camaatların həqiqətini anlamaları və bəzi sapmalarını görmələri üçün bəzi mərhələlərdən keçmələri lazımdır. Gördüyümüz qədəriylə bunu da bir çoxları bacarır və o camaatların saflarından ayrılır və ya camaat tərəfindən xaric edilir. Hətta bu gün Tövhidə çağıran bir çox adam, bu camaatların saflarında yola başlamışlar. Daha sonra Allahu Təala onları, bəzi sapmaları görməyə müvəffəq etmiş və onlar da Allahu Təalanın endirdiyi və peyğəmbərlərin bildirdiyi dəvətə sarılmışlar.

Allahu Təala belə buyurur:

Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!). Ənkəbut, 69.

 



[1] Yəni peyğəmbər olmadıqları halda haqqa isabət edən kəslər mənasındadır

 

 

Davamı var...

 

 

“TƏKFİRDƏ HƏDDİ AŞMAQDAN ÇƏKİNDİRMƏ MÖVZUSUNDA OTUZ RİSALƏ” KİTABINDAN.  ABU MUHAMMAD ASIM ƏL-MAQDİSİ

axırıncı dəyişikliklər (16.01.10 16:32)

 

Şərhlər 

  1. #4 qa qaa
    2010-01-2106:54:36 gazakallahu xayran ya ixvan
  2. #3 Tac
    2010-01-2100:15:13 Allah razi olsun!
    elminize, seylerinize ve davatinize bereket versin.
    izleyirik, davam edin.
  3. #2 Taifatul-Mansura
    2010-01-2008:43:30 Assalamu aleykum.Allah razi olsun ki bu qlobal meseleni gundeme getirirsiniz.Azerbaycan bu meselenin ziddine calisham insanlar(imamla r)var.shubhesiz ki onlar tekfir olunur.onlarin arxasinda duranlara geldikde ise mangutlashdirib lar.lap yazigim gelir
  4. #1 xalid
    2010-01-1611:42:07 salamu aleykum masha Allah .amma bunu bu gunku azerbaycanda xansisa bir masalada murcia fikrinde olub .a bashga fikirlari aksariyyat cahmiyya olanlara aid etmak dogru deyil .Allah omar gardasdan razi olsun elmina barakat versin amin. bu masalani cox gozel formada aciglayib .bazi galblari xasta insanlar misirda suriyada (elm alan)amma tam axli sunna olmayan bu gun tagutun dastakcilarina uzrlar gatirlar muayyan masalarda .amma Allaxa hemd olsun dini basha dushan insanlar var ve insanlara gozel shakilda aciklayan .tagut va dastakcilari kitabi gozel numunadir

Add comment

Bold Italic Underlined Link Quote