Üzr və ya mane olaraq qəbul edilən cəhalət mecbur olaraq özü və ya elm qaynaqları ilə əlaqədar bəzi səbəblərdən ötəri aradan qaldırma imkanı tapa bilmədiyi cəhalətdir. Ancaq öyrənməyə və cəhaləti aradan qaldırmağa imkan olduğu halda bunu etmirsə üzrlü hesab edilməz və gerçəkdə bilməmiş olsa da hökm baxımından bilmiş sayılır (yəni bilən bir adamın hökmündədir).Allahu Təalanın dinindən üz çevirənlərin vəziyyəti budur. Allahu Təalanın Kitabına çatdığı halda, Allahu Təalanın özünü yaratmasının müəyyən səbəbini öyrənmək üçün Qurani Kərimi anlamaq üçün işləməyən adamın vəziyyəti budur. Allahu Təala bunlar üçün belə buyurur:

Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar). Onlar sanki vəhşi eşşəklərdir. (O eşşəklər ki) aslandan hürküb qaçarlar! (əl-Muddəssir (Bürünüb sarınan), 49-51)

De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. (əl-Ənam (Davar) surəsi, 19)

Özünə Quran çatdığı halda Tövhiddən üz çevirən, şirk və Allahu Təalaya ortaqlar qoşma bataqlığına batan adam, cəhalətindən ötəri üzrlü deyil. Çünki Quranı anlamaqdan üz çevirməsi səbəbi ilə bu cəhalətə batmışdır. Bütün alimlər, öyrənmə imkanı tapdığı halda Quranı öyrənməyənin üzrünün qəbul edilməyəcəyində ittifaq etmişlər. İxtilaf, yalnız buna imkan tapa bilməyən adamın üzrlü olub olmayacağı mövzusundadır.

Çünki Allahu Təalanın dini yaşı kiçik olanlara belə çatmış, Allahu Təalanın Kitabı və onu açıqlayan Rəsulullahın Sallallahu Əleyhi və Səlləm sünnəsi hər kəsin əlinə keçmişdir. Hər kəs bunları öyrənmə imkanına sahibdir. Bu səbəblə Quranı bilməmənin, öyrənməkdən üz çevirmə xaricində tutarlı bir səbəbi yoxdur. Xüsusilə, yalnız Müsəlmanlar arasında deyil, Yəhudi və Xristianlar arasında belə bilinən və məşhurluq qazanan Tövhid mövzusunda bu bəhanə artıq etibarlı deyil.

Karrafinin bildirdiyi kimi, alimlər şəri üsul qaydalarında "Mükəlləfin aradan qaldırması mümkün olan hər cür cəhalət sahibi üçün hüccət olmaz"(əl-Karafi, əl-Furuk, 4/264, 2/149-151) qanununu ifadə etmişlər.

İbnul-Lahham belə deyir:

"Hökmü bilməyən adam, onu öyrənmədə qüsur və laqeyd yanaşmadığı müddətcə üzrlü olaraq qəbul edilir. Ancaq qüsur və laqeydlik olduğu halda, əsla üzrlü olmaz. " (İbnul-Lahham, əl-Kavaid vəl-Fevaidu'l-Usuliyye, 58)

Cəhalət maneəsinin detalları çoxdur. Çağımızın alimləri bu mövzuda ifrat və təfrit dərəcəsinə çatan görüşlər ifadə etmişlər. Bəziləri cəhalət maneəsini tamamilə olmadığını sanaraq yanılmış və Allah ilə Rəsulunun Sallallahu Əleyhi və Səlləm təkfir etmədiyini təkfir etmişlər.

Bəziləri isə cəhalətin tərifini olduğundan çox geniş tutaraq Allahu Təalanın bu mövzudakı sərhədlərini aşmışlar. Hətta inadçı mürtədləri və Allahu Təalanın dinindən üz çevirən kafirləri belə üzrlü hesab etmişlər.

Halbuki üzrlü göstərməyə çalışdıqları bu kəslər öz arzu və istəkləriylə, dünya həyatına olan sevgi və bağlılıqları səbəbiylə Allahu Təalanın dinini öyrənməyə yanaşmamışlar. Bu insanların, dünya işlərinin ən böyüyündən ən kiçiyinə qədər insanların alimləri olduğunu gördüyümüz halda, Allahu Təalanın insanoğluna öyrənmələrini fərz etdiyini öyrənmək üçün başlarını qaldırdıqlarını belə görə bilmirik. Halbuki öyrənmənin imkanları məşhur, Quran və Sünnə önlərində mövcuddur. Bunlar haqqında Allahu Təala belə buyur:

Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər. (ər-Rum (Rumlular) surəsi, 7)

Təkfirin maneələrindən biri olaraq cəhaləti səbəbi ilə üzrlü qəbul edilən adam, Tövhid məlumatına sahib olmasına baxmayaraq açıqlanmasına ehtiyac duyulan bir sıra bağlı məsələləri qavraya bilməyən adamdır. Məsələn Allahu Təalanın ad və sifətləri mövzusu bunlardandır. Tövhid əhlindən olub bu cür məsələləri bilməyən adamın üzrlü olduğuna və özünə hüccət iqamə edilmədən əvvəl təkfir edilməsinin caiz olmadığına dair şəri dəlillər var.

Hədisdə keçdiyi kimi:

"Tövhid xaricində xeyr adına heç bir əməl işləməyən və öləcəyi zaman cəsədinin yandırılıb kül halında sovrulmasını vəsiyyət edən adam uşaqlarına bunu söyləmişdi: "Vallah əgər Rəbbim məni diriltməyə güc çatdırsa, heç kimə əzab etmədiyi şəkildə mənə əzab edər". (İmam Əhməd r. Müsnədində Əbu Xureyradan r.a.(səhihdir) və İbn Məsuddan r.a.(məvkuf) rəvayət etmişdir)

Bu adam, Allahu Təalanın sonsuz gücü və bütün bədəni yanıb kül olsa belə onu yenidən diriltməyə qadir olduğu haqqında cahil idi. Buna baxmayaraq Tövhid əhlindən olması və Allahu Təaladan qorxması səbəbiylə Allahu Təala onu bağışlamışdır. Bu, Tövhid əhlindən olduğu müddətcə mötəbər cəhalətin adam üçün etibarlı bir bəhanə sayılacağının dəlilidir.

İbni Teymiyə Rahimehullah, əhəmiyyətli bir hissəsi Allahu Təalanın ad və sifətlərinə həsr olunumuş "əl-Akidətul-Vasıtıyyə" adlı əsərində istifadə etdiyi "Bu, qurtuluşa çatan təriqətin əqidəsidir" cümləsinə qarşı çıxan bəzilərinə cavab olaraq bunu ifadə etmişdir:

"Bu əqidənin hər hansı bir qaydasına müxalifət edən hər kəsin həlak olması lazım deyil. Çünki müxalif olan adam müctəhid olub səhv edə bilər. Allahu Təala onun səhvini bağışlayar, yaxud bu mövzuda hüccət üçün yetərincə məlumat sahibi olmaya bilər". Məcmuul Fətava, 3/116.

İslama yeni girən və ya İslamın detallarını öyrənməsinin mümkün olmayacağı qədər insanlardan uzaq yaşayan adam şirk günahına bulaşmadığı müddətcə bilmədiyi mövzularda üzrlü sayılar. Daha əvvəl, İbni Teymiyənin Rahimahullah mütləq təkfir ilə müəyyən təkfiri bir-birindən ayırdığını, müəyyən təkfir üçün mütləq şərtlərin və maneələrin nəzərə alınması lazım olduğunu ifadə etdiyini göstərmişdik (kitabın başqa bir bölümündə).

İbni Teymiyə buna belə bir nümunə verir:

"İslama yeni girən və ya İslam şəriətinin özünə çatmadığı uzaq bir yerdə yetişən ya da səhvə yol verərək, iman edib saleh işlər edənlərin içkinin haramlılığından müstəsna olduğunu düşünənlər kimi olub, hüccət çatmayan bir adam üçün hüccət iqaməsi və tövbəyə dəvət olunmalıdır.

Necə ki, sələfdən bəziləri, Peyğəmbərin sözü olduğu sabit olana qədər bəzi şeyləri inkar edirdi. Axirətdə Allahu Təalanın görülməsi mövzusu və yenə Rəsulullaha Sallallahu Əleyhi və Səlləm soruşub öyrənənə qədər bəzi şeylərdə şübhə etmələri bu növdəndir. Vəziyyəti belə olan kəslər, özlərinə hüccet iqam edilmədən əvvəl təkfir edilməzlər.

Çünki Allahu Təala belə buyurur:

Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (ən-Nisa (Qadınlar) surəsi, 165)

Onsuz da Allahu Təala bu ümmətin səhv və unudaraq etdiyi işləri bağışlamışdır". Məcmuul Fətava, 35/101.

İbni Həzm Rahimehullah belə deyir:

"Bir adam Müsəlman olub hələ İslamın hökmlərini bilmədiyindən və Allahu Təalanın hökmü özünə çatmadığından ötəri, içkinin halal olduğuna və ya adama namaz qılmasının fərz olmadığına inansa kafir olmaz. Ancaq hüccət ortaya çıxdığı halda bu vəziyyətini davam etdirsə, ümmətin icması ilə kafir olar". Əl-Muhalla, 13/151.

İbni Həzm başqa bir yerdə isə belə deyər:

"Dinin vacibləri mövzusunda məlumat sahibi ola bilməyənlər üzrlü sayılarlar və qınanmazlar. Necə ki, Mədinədə Rəsulullaha Sallallahu Əleyhi və Səlləm enən Quran və təyin olunan hökmlər Həbəşistanda olduğu üçün Cəfər bin Əbi Talibə r.ə. çatmırdı. Çünki hər iki yer arasında nəqliyyat yox idi. Onlar altı il bu şəkildə qaldılar. Haramı işləyib fərz olanı tərk etmələri onlara dində bir zərər vermədi". Əl-Fəsl, 4/105.

İbni Qudamə Rahimahullah "əl-Muğni" adlı əsərinin "Kitabul-Mürtəd" hissəsində belə deyir:

"Namazın fərz olduğunu bilməyənlərdən deyilsə, fərziyyətini inkar edərək namaz qılmağı tərk edən adamın kafir olduğunda ixtilaf yoxdur. Ancaq İslama yeni girdiyi və ya İslam yurdu xaricində yetişdiyi ya da elm və alimlərdən uzaq bir çöldə yaşadığı üçün namazın fərz olduğunu bilmirsə küfrünə hökm edilməz. Bunun fərz olduğu özünə izah edildikdən və dəlillər göstərildikdən sonra inkar etsə kafir olar. İslamın bütün prinsipləri üçün də hökm bu şəkildədir".

Alimlər, Tirmizinin Əbu Vakid əl-Leysidən rəvayət etdiyi bu hədisi də buna dəlil olaraq göstərirlər:

"Rəsulullah Sallallahu Əleyhi və Səlləm ilə birlikdə Huneyn Döyüşünə çıxdığımızda biz hələ yeni İslama girmişdik. Müşriklərin, ətrafında toplanıb silahlarını asdıqları bir sidr ağacı vardı. Buna "Zatu Ənvat" deyirdilər. Bir sidr ağacının yanından keçdiyimiz sırada biz dedik: "Ya Rəsulullah Sallallahu Əleyhi və Səlləm! Müşriklərin Zatu Ənvatı olduğu kimi bizim üçün də bir  Zatu Ənvat təyin et".

Bunun üzərinə Rəsulullah Sallallahu Əleyhi və Səlləm belə dedi: "Allahu Əkbər! İşdə bunlar Allahın Sünnələridir. Nəfsim əlində olan Allaha and içərəm ki, İsrailoğullarının Musaya söylədiyi şey kimi bir şey söylədiniz. Onlar belə demişlər idi: "Onların ilahları kimi bizim üçün də bir ilah et." Musa da; "Siz cahil bir birliksiniz" demişdi. Siz də sizdən əvvəlkilərin yolunu izləyirsiniz."

Alimlərdən bu rəvayəti səhih olaraq qəbul edənlər bunu, cəhaləti səbəbi ilə şirk olan bir işi etmək istəyib, bundan çəkindirildiyində imtina edən adamın təkfir edilməyəcəyinə dair dəlil olaraq göstərmişlər. Təysirul-Azizil-Hamid Şərhi Kitabit-Tövhid, 185.


Bu rəvayətdə, zamanımızın Mürciəsinin etmiş olduğu kimi ən böyük şirki işləmələri səbəbi ilə müşrik olan tağutlar və köməkçiləri üçün dəlil olacaq bir vəziyyət yoxdur. Çünki Rəsulullah Sallallahu Əleyhi və Səlləm səhabənin Radıyallahu Ənhim belə bir şeyi istəmələrinə qızmış və buna qarşı çıxmış, ancaq üzrlü hesab edərək təkfir etməmişdir. Bununla birlikdə eyni dövrdəki müşriklərin şirk əməllərini işləmələrini üzrlü hesab etməmişdir.

Səhabə Radıyallahu Ənhim, bilməmələri səbəbi ilə belə bir şeyi Rəsulullahdan Sallallahu Əleyhi və Səlləm istəmişdi. İslama yeni girmələri səbəbi ilə Rəsulullahın Sallallahu Əleyhi və Səlləm Allahu Təalaya ibadət edəcəkləri bir ağac təyin etmə səlahiyyətinə sahib olduğunu zənn etdilər. Şirk olan hər hansı bir iş etməmişlər və şirkə aparan bir yola girməmişlər idi. Bu səbəblə dəlilin dayandığı yerdə dayanmaq və getdiyi yerə qədər getmək lazımdır.

Açıqca şirki və ya küfrü işləmədikcə, etdiyinin şirk və ya küfr olduğunu bilməyən adamı üzrlü saymaq lazımdır. Xüsusilə Allahu Təalanın ümmətə nemət olaraq endirdiyi və bu gün də Müsəlmanlar üçün qoruduğu, insanları özüylə xəbərdar etdiyi Qurani Kərim hər yerdə mövcud ikən, dində zəruri olaraq bilinən, hətta Yəhudi və Xristianların belə Məhəmmədin Sallallahu Əleyhi və Səlləm ortadan qaldırması üçün göndərildiyini bildikləri, açıq şirk və küfr olan məsələləri bilməmək bəhanə deyil.

Özünə xəbərdarlıq çatdığı halda şirk və küfr olan bir sözü söyləyən və ya bir işi işləyən adam cəhaləti səbəbi ilə kafir olmaqdan və axirətdə cəhənnəm əzabını görməkdən xilas olmaz. Çünki belə kəslərin cəhaləti, öyrənməyə imkan tapa bilməmələrindən deyil əksinə öyrənməkdən üz çevirmələri səbəbiylədir.

Öz atasının vəziyyətini soruşan bir adama Rəsulullahın Sallallahu Əleyhi və Səlləm "Sənin atan da mənim atam da atəşdədir" şəklində verdiyi cavab buna açıq olaraq dəlalət etməkdədir. (Müslim, Ənəsdən mərfu olaraq rəvayət etmişdir. İmam Əhmədin rəvayət etdiyi "Mənim anam və sənin anan da atəşdədir" hədisi də bu qabildəndir. Müslimdə belə bir rəvayət də var: "Anama istiğfar etmək üçün Rəbbimdən icazə istədim, ancaq mənə icazə verilmədi".)

Halbuki həm sualı soruşanın və həm də Allah Rəsulunun Sallallahu Əleyhi və Səlləm atası, Allahu Təalanın haqqlarında "(Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan! "(Yasin surəsi, 6)"Yoxsa (müşriklər): “(Muhəmməd) onu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!"(Səcdə surəsi, 3) buyurduğu kəslərdəndir.

Bunlar, özlərinə bir xəbərdarçı gəlmədiyi halda şirk günahından ötəri üzrlü sayılmamışlar. Çünki açıq-aşkar olan şirkdən çəkindirmə mövzusunda Allahu Təala açıq dəlillərini bildirmiş, bütün peyğəmbərləri ondan çəkindirmək və xəbərdar etmək və yenə bütün kitabları da onu yox etmək üçün göndərmişdir.

Ən son kitab olan və qorumasını şəxsən Allahu Təalanın özünün təkəffül etdiyi Quranı da, yenə bunun üçün endirmişdir. Bu Kitabın endirilməsindən sonra dünyaya gələnlərin şirk günahı mövzusunda üzrlü hesab edilməmələri üstün olaraq söz mövzusudur.

Sahibinin əsla üzrlü hesab edilməyəcəyi Rəsulullaha Sallallahu Əleyhi və Səlləm söymə günahını işləyənlərdən danışarkən Qazı Iyad belə deyir:

"Beyinsizcə çirkin sözlər söyləyər və ya söysə vəziyyəti məlumdur. Cəhaləti, hirs, sərxoşluq və ya sözünə diqqət yetirməyib danışmasında daşqınlıq, hirslilik və tündxasiyyətlik göstərməsi səbəbi ilə Rəsulullaha Sallallahu Əleyhi və Səlləm söyməyi və ya pisləməyi nəzərdə tutduğu dəlil ilə ortaya çıxarsa, tərəddüd etmədən öldürmə hökmü etibarlıdır. Çünki cəhalət ilə heç bir kimsə küfrdə üzrlü sayılmaz". Əş-Şifa, 2/231.

Qazı Iyad bu sözü ilə Rəsulullaha Sallallahu Əleyhi və Səlləm söymək kimi açıq olan küfrdə cəhalət ilə kimsənin üzrlü olmayacağını ifadə etməkdədir. Bununla birlikdə yuxarıda göstərdiyimiz kimi Qazı Iyadın özü, Tövhid əhlindən namaz qılan adamın şərh yolu ilə etdiklərindən ötəri təkfir edilməsindən qaçınmaq lazım olduğunu ifadə etməkdədir.


axırıncı dəyişikliklər (28.12.09 20:31)

 

Şərhlər 

  1. #2 abdullah:
    2010-02-0817:47:21 vassalamu alaa manittabaal hudaa:beli qardaslar tevhid baresinde cehalet uzr deyil
  2. #1 xalid
    2009-12-2621:15:12 salamu aleykum masha Allah Allah razi olsun cox gozel ish gordunuz cehalet dinin asasinda .uzur sayan mushriklara bir raddiya olar .Allaha hamd olsun Allah razi olsun

Add comment

Bold Italic Underlined Link Quote