Allaha imanın və ibadətin zəruri şərtlərindən biri onun qərarlarına itaət, Onun qanunları ilə razılaşma və ixtilaf düşdüyü halda Onun kitabına və rəsulunun sünnəsinə müraciətdir.(məsələn; qan düşmənçiliyi, mal bölgüsü və s. məsələlərdə). Həqiqətən, Allah hakimdir və qərar Onun olmalıdır. Bununla əlaqədar, hakimiyyətdə olanlar Allahın nazil etdiyi ilə hökm etməlidir, onların tabeçiliyində olanlar isə hökm üçün Allahın kitabına və Rəsulunun sunnəsinə müraciət etməlidir.

Hakimiyyətdə olanlara Allah buyurub ki: «Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdikdə ədalətlə hökm etmənizi əmr edir.» (4/58).

Onların tabeçiliyində olanlara isə Allah bu kimi buyurub: «Ey iman gətirənlər! Allaha, itaət edin Rəsuluna və öz içinizdən olan hökm sahiblərinə. Əgər bir məsələ barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Rəsuluna həvalə edin! Bu, daha xeyirli və nəticə e`tibarilə daha yaxşıdır» (4/59). {jcomments on} Sonra isə o bildirib ki, Allahın nazil etmədiyinə müraciət imanla heç vaxt bir yerə sığışa bilməz: «Sənə nazil edilənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun mühakiməsinə müraciyət etmək istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur. Şeytan onları dərin bir zəlalətə sürükləmək istər!» (4/60).


«Ancaq yox! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim seçməyincə sənin verdiyin hökmü qəlbində heç bir sıxıntısız qəbul etməyincə və tam təslim olmayınca, iman gətirmiş olmazlar» (4/65).


Allah, ona həmd olsun, mühakimə üçün Onun rəsuluna müraciyət etməyənin, onun qərarı ilə kifayətlənməyənin və ona tabe olmayanın iman gətirməsini qətiyyətlə rədd edir. Eləcə də Allahın nazil etmədiyi ilə hökm verən başcılar haqda Allah bildirib ki, onlar kafir, zalim və fasiqdirlər.


«Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər» (5/44).


«Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, zalimlərdir!» (5/45).


«Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, fasiqlərdir» (5/47).


Eləcə də alimlər arasında ixtilaflı dini məsələlərdə baş verən fikir ayrılıqlarında da son qərar üçün Allahın nazil etdiyinə müraciyət etmək lazımdır. Bu halda Quran və Sünnəyə uyğun olmayan fikirlər qəbul edilmir, hər hansı bir məzhəbə və yaxud imama kor-koranə tabeçiliyin isə heç bir mənası yoxdor. Eləcə də bütün digər məsələlərdə də ancaq Allahın nazil etdiyinə (Quran və sunnəyə) müraciyət edilməlidir, çünki islam bütöv və bölünməz bir dindir. Allah buyurub: «...Yoxsa, siz kitabın bir hissəsinə inanıb,digər qismini inkar edirsinizmi? (2/85).


«Ey iman gətirənlər! İtaətə tam girin» (2/208).


Eləcə də bütün məzhəblərin ardıcılları öz imamlarının sözlərini Quran və Sunnə ilə tutuşdurmalı, Quran və Sunnəyə uyğun olanı götürməli, uyğun olmayanı rədd etməli, kor-koranə fanatizimdən imtina etməlidirlər. Bu xüsusilə dini etiqad və əqidə məsələlərinə aiddir və bunu bütün imamlar qeyd ediblər. Deməli, əgər insan belə etmirsə, bu imamlara kor-koranə təqlid edirsə, o onların həqiqi davamçısı sayıla bilməz. Belələri haqda Allah buyurub: «Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə rəbblər seçdilər...» (9/31).


Bu ayət təkcə xristianlara yox, onlar kimilərə də aiddir, çünki Allah və Rəsulunun (s.a.s) əmrlərinə zidd hərəkət edən, Allahın nazil etmədiyi ilə insanları mühakimə edən və yaxud buna can atan hər bir kəs islamdan və imandan uzaqlaşmış olur. Allah belələrini pisləyərək onların iman iddiasını rədd edib və “ən-Nisa” surəsinin 60-cı ayəsində bunlar haqda “yaz`umuna”(iddia edirlər) kəlməsini işlədib. Bu söz adətən yalan iddia ilə çıxış edib onun əksinə əməl edənlərə aid edilir.


Bu fikirin daha bir sübutu yenə də “ən-Nisa” surəsinin 60-cı ayəsindədir: “...onlara tağuta iman gətirməmək əmr edildi.”


Deməli, tağuta iman gətirməmək tövhidin əsaslarından biridir. Başqa bir ayədə Allah bildirib: «... Hər kəs Tağutu inkar edib Allaha iman gətirərsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidədir, biləndir!» (2/256).


Əgər insan tağutun hökmünə müraciyət edirsə,deməli, o bu hökmə və tağuta iman gətirib.


Allahın nazil etiyi ilə hökm verməyənlərin imanının rədd edilməsi onu göstərir ki, Allahın nazil etdiyinə tabe olmaq həqiqi iman, haqq olan əqidə və Allaha ibadətdir. Müsəlmanlar bu yolu seçməlidirlər. Allahın qanunlarına əsaslanmaq təkcə ona görə zəruri deyil ki, bu qanunlar insanların xoşbəxt həyatı və təhlükəsizliyi üçün ən uyğun qanunlardır. Bəziləri məsələnin yalnız bu tərəfinə diqqət yetirərək unudurlar ki, əsas məsələ Allaha düzgün ibadətdədir. Allah şəriət qanunlarına şəxsi maraq və məqsədlərinə görə tabe olanları qınıyır: «Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər» (24/48-49). Belə insanlar yalnız öz nəfslərinə uyğun hökmlər axtarırlar; yox əgər bu hökmlər onların nəfsinə zidd olsa, onlar tabeçilikdən imtina edirlər, çünki onlar Allaha ibadəti unudurlar. Yenə də Allahın nazil etdiyi ilə hökm verməyənlərin vəziyyətinə qayıdaq: «...Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirlərdir!» (5/44).


Burada bildirilir ki, Allahln nazil etmədiyi ilə hökm vermək və yaxud düşünmək küfürdür. Bəzən bu böyük küfr olub insanı islamdan çıxarır, bəzən isə kiçik küfr olur və insanı islamdan çıxarmır. Məsələn, əgər insan fikirləşsə ki, Allahın nazil etdiyi ilə hökm vermək vacib deyil və o bu məsələdə azaddır, və yaxud digər qanunları Allahın qanundan daha yaxşı sayır, və yaxud Allahın qanununu müasir dövrə yaraşdırmır, köhnəlmiş sayır; və yaxud Allahın razılığını yada salmadan kafir və münafiqləri razı salmaq üçün digər qanunlara müraciyət edirsə, bu böyük küfrdür.


Yox əgər insan razılaşır ki, Allahın nazil etdiyi ilə hökm verilməlidir, ancaq buna əməl etmir və razılaşır ki, buna görə cəzaya layiqdir, o fasiqdir və kiçik küfrə girmişdir.


Başqa bir halda, əgər insan Allahın hökmləri haqda bilmirsə, bunu öyrənməyə can atırsa, lakin bu yolda səhv edirsə, o sadəcə olaraq səhv edəndir; öz çalışqanlığına görə əcrini alacaq günahları isə bağışlanacaq.


Bütün bunlar ümumi məsələlərə aiddir. Xüsusi məsələlərə gəldikdə isə burada vəziyyət fərqlidir. Şeyxul islam İbn Teymiyyə deyib: “Əgər başçı dindar olması ilə bərabər biliyə əsaslanıb mühakimə etmirsə, o həqiqətən də od əhlidir.” Əgər onun biliyi varsa, lakin mühakimədə bildiyi haqqa əsaslanmırsa, o yenə də od əhlindəndir. Əgər o ədalətə və biliyə əsaslanmadan mühakimə edirsə, o odda olmağa ən layiqidir. Bu o hallara aiddir ki, söhbət ayrıca bir insan taleyindən gedir. Yox əgər söhbət o elə məsələlərdən getsə ki, onlar hamıya aiddir, o cümlədən də müsəlmanların dininə və nəticədə haqqa batil, batilə isə haqq, sünnəyə bidət, bidətə isə sünnə, halala haram, harama isə halal deyilir, Allah və Rəsulunun (s.a.s) buyurduğu qadağan edilir, qadağan etdiyi isə əmr edilir, bu xüsusi haldır və burada hökmünü aləmlərin Rəbbi, Rəsulların Rəbbi, Qiyamət gününün Sahibi, bu dünyada və axirətdə həqiqi şan-şöhrət sahibi olan Allah verəcəkdir. O bildirib:


«...Hökm Onundur. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız!» (28/88).


Və eləcədə: «Odur Öz Rəsulunu doğru yolla və haqq olan dinlə göndərən, onu bütün dinlərdən üstün etmək üçün. Allahın şahidliyi hər şeyə yetər! » (48/28).


Şeyx davam edir: “Şübhə yox ki, Allahın Öz Rəsuluna nazil etdiyinə əsaslanmağı vacib saymayan insan kafirdir. Bu həm də o kəsə aiddir ki, o insanlar arasında mühakimə edərkən Allahın nazil etdiyinə yox, özünün haqq hesab etdiyinə əsaslanır. Həqiqətən, elə bir qövm yoxdur ki, o ədalətli rəhbərliyə can atmasın, lakin bunların əqidələrində çox vaxt ədalət ağsaqqallarının, hörmətli adamlarının düşüncələriylə ölçülür. Hətta özlərini islama aid edənlər arasında da bir çoxları düşüncələrində öz adət-ənənələrinə əsaslanırlar, Allah isə bu haqda heç nə buyurmayıb. Belə bir şey, məsələn, bədəvilər arasında rast gəlir. Onlar əcdadların adət- ənənələrinə əsaslanırlar, hansılar ki, özlərini müstəqil başçı hesab edərək Quran və Sünnəyə fikir vermirdilər və özlərini ədalətli sayırdılar. Lakin bu da küfürdür. Bir çox insanlar isə islamı qəbul etdikdən sonra da adət-ənənələrlə düşünməyi davam edirlər. Əgər bu insanlar bilirdilər ki, düşüncələrdə ancaq Allahın nazil etdiyinə əsaslanmaq olar, lakin əməllərdə bunun əksinə edib belə bir halı caiz görürdülərsə, onlar kafir oldular.” (Peyğəmbər (s.a.s) sünnəsinin yolu).


Şeyx Muhamməd ibn İbrahim dedi: “Allahın nazil etdiyilə mühakimə etməyən insanın əməli haqda bəzi alimlər kiçik küfr dedikdə, burada söhbət elə insandan gedir ki, o Allahdan qeyrisinin hökmünə bir dəfə müraciyət edib, qəlbdə isə bilib ki, etdiyi əməl asilikdir. Yox əgər söhbət Allahın qanununa zidd olan sistemin, qanunlar toplusunun təşkil edilməsindən gedirsə, bu artıq əsl küfürdür, hətta onu edənlər desələr də ki, onlar səhv etdilər və şəriət qanunları daha ədalətlidir. Belə küfür artıq kiçik deyil və insanı dindən çıxarır.”(«Şeyx Muhamməd ibn İbrahimin Fətvaları» 12/280 ).


Şeyx, Allah ona rəhmət etsin, bir dəfə edilən və kiçik bir məsələyə aid olan düşüncəylə hamıya aid olan və başqa sistemlərə əsas olan mühakimə arasında fərqi göstərərək bildirdi ki, bu sonuncu insanı dindən çıxarır, çünki bu islam şəriətini başqa qanunlarla əvəz etməkdir. Deməli, bunu edən insan hesab edir ki, bu qanunlar şəriətdən yaxşıdır və insanların vəziyyətinə daha uyğundur. Bu, sözsüz ki, böyük şirkdir, insanı dindən çıxarır və onun tövhidini tam məhv edir.


Qanun çıxarmaq, icazə və qadağan etmək hüququna iddia.


İnsanların öz ibadətlərində, münasibətlərində və digər işlərində əsaslandığı, mübahisələrini həll edən, onları bir-biri ilə barışdıran qanunların irəli sürülməsi ancaq Allah subhanə-təalənın, insanların Rəbbinin və bütün məxluqatın Yaradıcısının, hüququdur: «...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!» (7/54).


O bilir ki, Onun qullarını düzəltmək üçün nə lazımdır, və bunu qulları üçün qanunlaşdırır. O qulları üçün qanunlar qoyur, çünki O onların Rəbbidir, onlar isə Onun qanunlarını qəbul edirlər, çunki Ona quldular və bu onların öz maraqlarına uyğundur, çünki Allah bildirib: «Əgər bir məsələ barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Rəsuluna həvalə edin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır» (4/59).


Və O yenə də bildirib ki: «Mübahisə etdiyimiz hər bir şey barədə hökmü yalnız Allah verər! Bu mənim Rəbbim olan Allahdır. Mən ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram!» (42/10).


Allah, Ona həmd olsun, Özündən başqa qulları tərəfindən kiminsə qanunverici kimi tanınmasını yasaq etdi: «Yoxsa Allahın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni edən şərikləri vardır?... » (42/21).


Əgər insan Allahdan başqa kiminsə qoyduğu qanunları qəbul edirsə,deməli, O kimisə Allaha bərabər tutur. Allahın və Rəsulunun qanunlaşdırmadığı ibadət bidət və zəlalətdir, çünki Peyğəmbər (s.a.s) bildirib: “Kim bizim işimizə aid olmayan bir şey gətirsə, rədd ediləcək.”(Buxari, Müslim).


Başqa bir rəvayətdə: “Kim bizim işimizə uyğun olmayan bir şey etsə, rədd ediləcək.” (Müslim).


Allah və Rəsulunun siyasətdə, insanlar arasında mübahisələrdə qanun kimi qoymadıqları şeylər tağut və cahiliyyə fikirləridir: «Yəni onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Allahdan daha gözəl kim hökm verə bilər etiqadlı bir qövm üçün?!» (5/50).


Eləcə də nəyi isə halal və haram buyurmaq yalnız Allahın hüququdur və bu hüququ Onunla heç kim bölüşdürə bilməz. Allah buyurub: «Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız» (6/121).


O, Ona həmd olsun, işarət olunan bildirib ki, Allahın qadağan etdiyinə icazə vermək şeytana və onun dostlarına itaətdir və şirkdir.


Eləcə də Allahın haram buyurduğunu halal, halal buyurduğunu haram göstərən alimlərə itaət şirkdir, çünki bu insanlara itaət edənlər onları özlərinə Rəbb göstərərək Allahı unudublar: «Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə rəbblər seçdilər. Halbuki onlara təkcə Allaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa heç bir ilah yoxdur. O hər bir nöqsandan uzaq və Ona qoşulan şəriklərdən ucalardadır» (9/31).


Ət-Tirmizinin gətirdiyi hədisdə deyilir ki, Peyğəmbər (s.a.s) bu ayəti Adi ibn Xatim Ət-Taiyə oxudu, o isə dedi: “Ya Rəsulullah, biz axı onlara ibadət etmirik!” Peyğəmbər (s.a.s) soruşdu: “Məgər onlar Allahın haram buyurduğunu halal gösdərdikdə siz bunu halal saymadınızmı? Və məgər onlar sizə Allahın halal buyurduğunu haram gösdərdikdə siz bunu haram saymadınızmı?” O cavab verdi: “Bəli”– Onda Peyğəmbər (s.a.s) buyurdu ki: “Bu – sizin onlara etdiyiniz ibadətin özüdür.” (ət- Tirmizi, İbn Cərir və s.)


Beləliklə, Allahdan qeyrisinin halal və haram buyurduğuna itaət onlara ibadətə və şirkə bərabərdir. Hətta bu, böyük şirkdir və tövhidlə “Lə iləhə illəllah” kəlməsiylə ziddir, çünki bu şəhadətin mənalarından biri odur ki, halal və haram buyurmaq yalnız Allahın hüququdur. Alimlər və Allaha ibadətə həyatını həsr etmiş insanlar hətta səhv etsələrdə, öz çalışqanlığı üçün, yəqin ki, əcrini alacaqlar. Lakin Allahın əmrinə zidd olduğu halda onların sözlərinə tabe olmağı şirk olduğunu Allah bildirib. Əgər belədirsə, onda kafirlərin və ateistlərin irəli sürdüyü hüquq qaydalarına tabe olanların, onları islam ölkələrində yeridənlərin, qanun şəklinə salanların hökmü nədir? Allahdan başqa heç kimin güc və qüvvəti yoxdur! Həqiqətən, bu insanlar kafirləri Allahdan başqa özünə rəbb seçdilər və bu kafirlər Allahın yerinə onlara qanunlar çıxarır, haramı halal buyurur və bu qanunlarla onları mühakimə edirlər.


Ateist Cərəyanlara və Zəlalətdə olan Partiyalara mənsubiyyət haqqda.


1-Ateist cərəyanlara, məsələn komunist, dünyavi, demokratik, kapitalist və s. kafir toplumlarına aidiyyət mürtədlikdir, əgər belə bir cərəyanın üzvü, özünü islama aid edirsə bu yalnız böyük nifaqdır, çünki münafiqlər, yalnız zahirən islamdadırlar, həqiqətdə isə kafirlərlədilər: «Onlar möminlərlə qarşılaşdıqları zaman: “Bizdə iman gətirdik”,- deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq istehza edirik”,-deyirlər» (2/14).


« …Həqiqətən, Allah münafiqləri hamsını cəhənnəmdə toplayacaq. Sizə nə üz verəcəyini gözləyib kənarda duranlar. Allah sizə bir zəfər verdiktə deyərlər: “Məgər biz sizinlə deyildikmi?” kafirlərə zəfərdən pay nəsib olduqda isə “Sizə yardım etmədikmi, sizi möminlərdən qorumadıqmı?” – deyərlər…» (4/140-141).


Belə insanlar münafiq və yalançıdırlar və iki üzlüdürlər; bir sifətini möminlərə, bir sifətini isə öz kafir qardaşlarına çevirir. Və onların ehtiyatında iki cür nitqləri var: birincisi zahirən müsəlmanlar üçün qəbuldur, ikincisi isə onların daxilini göstərir: «Onlar möminlərlə qarşılaşdıqları zaman: “Bizdə iman gətirdik”, - deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq istehza edirik”,- deyirlər» (2/14).


Onlar Quran və Sünnədən dönərək müsəlmanlara istehza etdilər, onlara nifrət etdilər, özlərinin təkəbbürlük və yekəxanalığa gətirən elmlərinə sevindilər. Onlar Allahın nazil etdiyinə əməl edənlərə daima istehza edirlər, lakin Allah bildirib: «Allah da onlara istehza edər və onları elə bir çaşqınlıq içinə salar ki, orada kor-koranə vurnuxaraq qalarlar» (2/15).


Həqiqətən, Allah insanlara möminlərə qoşulmağı əmr edib: «Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun!» (9/119).


Ateistik cərəyanlar bir biri ilə düşməndir, onların hər birinin kökündə isə yalandır. Məsələn, kommunistlər Böyük Yaradanın, Ona həmd olsun, varlığını belə inkar edirlər və göndərilmiş dinlərə qarşı döyüşürlər, lakin kim öz ağlını dindən ayıraraq ağlı üçün şübhəsiz olan bir şeyi rədd edər, kim özü öz ağlından imtina edər? Müxtəlif dünyavi cərəyanların tərəfdarları dinləri inkar edərək materializmə əsaslanırlar. Materializm isə həyat da yalnız heyvani hissləri doyuzdurmağı məqsəd qoyur. Kapitalizmə gəldikdə isə, onun tərəfdarlarının yeganə məqsədi bütün yollarla, halal və harama baxmayaraq, kasıb və imkansızlara, mərhəmət hissi duymadan, pul yığmaqdan ibarətdir. Kapitalizmin ekanomikası ribaya söykənir, bu isə Allah və Rəsulu ilə döyüşməyə bərabərdir və insanlarında, dövlətlərində müflisləşməsinə, kasıb millətlərin tam zəlil olmasına gətirib çıxarır. Hansı şuurlu insan, hələ qəlbində zərrə qədər imanı olanı demirik, bu cür cərəyanların ağılsız, dinsiz, haqlı məqsədsiz olan həyat tərziylə razılaşar? Belə cərəyanlar müsəlman ölkələrinə yalnız ondan sonra gəldi ki, bu ölkələrdə həqiqi din yox oldu, onlar isə bu itki ilə razılaşıb kafirlərdən tabe və aslı vəziyyətdə yaşamağa başladılar.


2-Cahil partiyalara və irqi-millətçi cərəyanlara mənsubiyyət də küfr və mürtədlik haqda sübut edir, çünki islam bütün şovinizm və millətçilik hallarını rədd edir və bunlar ancaq cahiliyyə üçün xas əlamətlərdir. Allah isə bildirib ki: «Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi xalqlar və qəbilələr elədik ki, bir-birinizi tanıyasınız. Şübhəsiz ki, Allah dərgahında ən hörmətliniz - Allahdan ən çox qorxanınızdır...» (49/13).


Peyğəmbər(s.a.s) deyibki: “Asabiyyə (millətçiliyə) çağıran, ona görə vuruşan və qəzəblənən insan bizdən deyil.”(Müslim).


Və O (s.a.s) həm də bildirib ki: “Həqiqətən,Allah sizi cəhalətə xas olan tayfaçılıq və millətçilik əhvalından, öz əjdadları ilə fəxr duymaqdan uzaqlaşdırdı, və indi insanlar yalnız möminlərə və facirlərə bölünürlər! Bütün insanlar – Adəm övladlarıdır, Adəm isə torpaqdan yaradılıb, buna görə də ərəbin qeyri - ərəb qarşısında təqvadan başqa bir üstünlüyü yoxdur” (Tirmizi və başqaları).


Bu və ya digər partiyalara mənsubiyyət müsəlmanları yalnız ayıra bilər, Allah isə onlara haqq və təqva üzərində birləşməyi və bir birinə köməyi etməyi buyurub; ayrılıb münaqişələrə girməyi qadağan edib: «Allahın ipindən hamılıqla yapışın, ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi birləşdirdi və siz Onun ne’məti sayəsində qardaş oldunuz...» (3/103).


Həqiqətən, Allah, Ona həmd olsun, bizdən istəyir ki, biz bir partiya – Allahın partiyası olaq, hansı ki zəfər çalacaq, lakin Avropanın siyasi və mənəvi işğalından sonra islam aləmi millətçilik, irqçilik, yerlibazlıq, kimi hallara yol verdi və bunları elmi fakt və qaçılmaz həqiqət kimi qəbul etdi. Müsəlman ölkələrin millətləri isə islamın məhv etdiyi millətçilik adət-ənənələrinə qayıtmağa, onları yad etməyə və onların hökm sürdüyü islamdan qabağkı dövrlə fəxr etməyə başladılar, hansı ki bu dövrü islam təkidlə cəhalət (elmsizlik, savadsızlıq) dövrü adlandırır. Lakin Allah müsəlmanlara bundan qurtulmağ və buna görə də Ona şükr etmək imkanını verib.


Buna görə də təbiidir ki, müsəlman cəhalət dövrünü yalnız nifrət, ikrah, qəzəblə yada sala bilər, baxmayaraq ki, bu dövr çoxdan və yaxud təzəlikcə baş verib. Məgər əzab verilən bir dustaq azadlığa buraxılandan sonra özünün həbsdə olduğu, əzab çəkdiyi və alçaldığı günləri nifrətsiz yada sala bilərmi? Və məgər uzun müddətli və ağır xəstəlikdən sonra sağalan insan öz xəstəliyini yada saldıqda halı dəyişməzmi? Bilmək lazımdır ki, müsəlmanlar arasında müxtəlif partiyaların yaranması onlara Allahın qanunundan uzaqlaşdıqları üçün və Allahın dinini rədd etdikləri üçün Allahın cəzasıdır: «De ki: " Üstünüzdən və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dəstələr bölüb birinizə digərinizin zorunu daddırmağa qadir olan Odur!... » (6/65).


Peyğəmbər (s.a.s) isə bildirib ki: “Onların başçıları Allahın kitabı ilə hökm vermədikdə Allah aralarında münaqişələr salar.” (İbn Macə).


Həqiqətən, hər hansı bir partiyaya kor koranə mənsubiyyət ona gətirib çıxarır ki, insanlar başqalarında olan haqqı inkar edirlər, necə ki, yəhudilər kimi: «Onlara: "Allahın nazil etdiyinə iman gətirin!" - deyildikdə, onlar: "Biz özümüzə nazil olana iman gətiririk"-deyərlər və ondan başqa nazil olanı inkar edərlər. Halbuki o əllərində olanı təsdiq edən bir həqiqətdir..."» (2/91).


Bu həmdə cəhalət dövründə yaşayıb Rəsulullahın (s.a.s) onlara gətirdiyi haqqı inkar edən ərəblərə aiddir: «Onlara: "Allahın göndərdiyinə (Qur’ana) tabe olun!" – deyəndə, onlar: "Biz ancaq atalarımızın getdiyi yola tabe olacağıq!"-- deyirlər» (2/170).


Həqiqətdə isə belə partiyaların tərəfdarları, nə az nə də çox, bununla Allahın bəşəriyyətə göndərdiyi islamı əvəz etmək istəyirlər.

«Al-Aqsa» -yayınları

ı

 

Add comment

Bold Italic Underlined Link Quote