MİLLƏTİ-İBRAHİM 1. Müttərcimin ön sözü
بسم الله الرحمن الرحيم
Bizləri zülmətdən çıxarmaq üçün rəsullar göndərən, onlara tabe olanları cənnətlə, üz çevirənləri isə əbədi odla müjdələyən Allaha c.c həmd olsun. Tövhid dəvətinin nöqtəsini qoymaq üçün göndərilmiş son rəsul Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətədək ona tabe olan qardaşlarımıza salam olsun. Günümüzdəki kafirləri “Fil sahibləri”nin vəziyyətinə salaraq bizə bu imkanları verən Odur. Kafirlər və münafiqlər istəməsə də Allah c.c öz nurunu tamamlayacaqdır. Həmd edilməyə, öyülməyə, ibadət edilməyə, sevilməyə, güvənilməyə layiq olan Odur.
Bizləri göndərdiyi rəsullardan gələn əmrlərini insanlara xatırlatmaqla şərəfləndirdiyinə görə Allaha həmd edir, ondan əməllərimizi qəbul edib boşa çıxarmamasını, bizi bu dində ixlas sahibi etməsini, sabit qılmasını diləyirik. Dualara cavab verə bilən ancaq Rəbbimizdir və o dualara ən gözəl bir şəkildə cavab verir. Ya Rəbbim bu kitabı həqiqətən sənə tabe olmaq istəyənlər üçün faydalı et, onu anlamaqda və həyatda yaşamaqda yardımçı ol. Haqq onlara bəlli olduqdan sonra üz çevirərlərsə bu kitabı onların əleyhinə bir hüccət qıl!
Azərbaycan toplumunda yaşayan müsəlmanların problemlərindən biri də Allahın c.c Quranda “nəcis”[1] adı verdiyi müşriklərlə düzgün münasibət qura bilməmələridir. Bəziləri bu məsələdə ifrata bəziləri təfritə düşdülər. Allahın c.c iznilə bu kitabda müsəlmanların müşriklərlə quracağı münasibətin keyfiyyəti izah edilmişdir. Ümüd edirik ki bu yöndə olan xəstəliklərin müalicəsində yararlı olacaqdır. Kitabın adını Azərbaycan dilinə çevirməməyin daha uyğun olduğunu sandıq və ərəbcə orijinal adını saxladıq ki bu söz yəni - “Milləti İbrahim” bizim dilimizdə “İbrahimin dini” mənasına gəlir. Bu Allahın: “Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?...”[2] dediyi İbrahimin dinidir, yəni ümumi olaraq bütün rəsul və nəbilərin üzərində olduğu və son rəsul Muhəmmədin də tabe olmaqla əmr olunduğu dindir.
“Sonra sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” - deyə vəhy etdik.”[3]
“Şübhəsiz ki, insanlardan İbrahimə ən yaxın olanlar onun ardınca gedənlər, bu Nəbi və ona iman gətirənlərdir...”[4]
“De ki: “Allah doğru buyurmuşdur. Ona görə də Hənif olan İbrahimin dininin ardınca gedin, çünki o Allaha şərik qoşanlardan deyildi.”[5]
“Onlar dedilər: “doğru yolu tapmaq üçün yəhudi ya da xaçpərəst olun.” De ki: “Xeyr, biz Hənif olan İbrahimin dinindəyik, o Allaha şərik qoşanlardan deyildi.”[6]
Kitab ədəbi üslubda yazılmışdır və tərcümədə mümkün qədər bu üslubu qorumağa çalışdıq. İxtisarla tərcümə olunmuş bu kitab ayələrlə, hədislərlə, sələf alimlərinin sözlərilə zəngindir. Ayrıca bəzi qeydlər böyük həcmli olduğundan kitabın sonuna yerləşdirilmişdir.
Bu kitab Azərbaycanda özlərini sələfin yolunda sayan ancaq bu yoldan xəbəri olmayan insanlara, bu dediklərinin isbata möhtac olan bir iddia olduğunu anlamaqda yardımçı olacaqdır. Allahın əmr etdiyi, bütün rəsulların, salehlərin, ədalətli elm sahiblərinin, bu ümmətin sələfinin hansı yolda olduğunu anlayandan sonra, bəlkə tağutların “elm əhli” adına layiq gördüyü, ancaq Allah qatında və muvahhidlərin gözündə “zülm əhli” olanların məqsədlərini anlayarlar. Onlara layiq olduqları münasibəti göstərərlər.
Allahın c.c ayələrini keçici dünya malına dəyişənlər və Allahdan c.c çox insanlardan qorxanlar insanları öz ətraflarına toplayıb Allaha c.c və Rəsuluna sas itaətdən uzaqlaşdıraraq tağuta ibadət etmələrini təmin etmək üçün Allahın c.c ayələrindən istifadə edirlər. Onlara istədikləri mənaları verər, əleyhlərinə olan ayələrdən söz açmazlar. Söz açmaq məcburiyyətində qalarlarsa ayələrin mənasını tağutların istədikləri şəkildə, onların sifarişlərinə uyğun olaraq təhrif edərlər.[7]
Onlar Allahın c.c onlara olan xəbərdarlığını unutdular. Allah c.c buyurur: “…İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyilə hökm etməyənlər əlbətdə kafirlərdir.”[8]
Sanki dedikləri Allahdanmış kimi davranarlar. Allah c.c özünü İslama nisbət edib əslində yəhudi olanlar haqqında belə buyurur: “Onların içində elələri vardır ki, oxuduqlarının kitabdan olduğunu hesab edəsiniz deyə dillərini əyib bükərlər. Halbuki onların bu oxuduqları kitabdan deyildir. Onlar “bu Allah qatındandır deyərlər.” Bu Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.”[9] Bir müsəlmanın bu adamlara münasibəti necə olmalıdır? Uca Allah belə buyurur: “Sizə nə oldu ki münafiqlər barədə iki firqəyə bölündünüz?...”[10] Allahın c.c iznilə gələcəkdə də bu mövzular üzərində lazım olduğu qədər duracayıq. Bu kitab Azərbaycan dilinə “İslam irsinin dirçəlişi fondu” tərəfindən tərcümə olunmuşdur. Şanı uca olan Allah bu kitabı hidayət olunmaq istəyənlər üçün faydalı qılsın.
Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Rəsulullaha onun ailəsinə, səhabələrinə və onun üzünü belə görmədən ona iman gətirmiş topluma salam olsun!
Mütəvəkkil əs-Sələfi. Şam şəhəri. Hicri 1426-cı il.
[1] Ət-Tövbə: 9/28.
[2] Əl-Bəqərə: 2/130.
[3] Ən-Nəhl: 16/123.
[4] Ali-İmran: 3/68.
[5] Ali-İmran: 3/95.
[6] Əl-Bəqərə: 2/135.
[7] Bu deyiləni təsdiq etmək üçün bir qaynaq vermək istərdik. “Rəhbərlərə
münasibət” kitabında Nisa-59 ayəsi haqda kitab müəllifinin
açıqlamasına baxın. Bu mövzuda bütün qaynaqları versək çox yer tutar.
Bəsirət gözü acıq olan hər bir müsəlman bunları görə bilər.
[8] Maidə: 5/44.
[9] Ali-İmran: 3/78.
[10] Ən-Nisa: 4/88.
بسم الله الرحمن الرحيم




