Allah c.c belə buyurmuşdur: “Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?...”[1]

Yenə Allah c.c Nəbisi Muhəmmədə sas müraciətlə belə buyurur:“Sonra sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” - deyə vəhy etdik.”[2]

Allah c.c bu qətilik və açıqlıqla bizə bu istiqaməti və yolu bildirməkdədir. Elə bir yol ki, dosdoğrudur... Elə bir istiqamət ki, dümdüzdür. Bu “Milləti-İbrahimdir” – İbrahimin dinidir. Bu yolda qapalı və anlaşılmayan heç nə yoxdur. Kim dəvətin məsləhətini dəlil gətirərək bu yoldan uzaqlaşarsa özünü fitnələr içərisinə düşmüş görər. O zaman vay müsəlmanların başlarına gələnlərə...  Başqa yollar, şeytanın imanı zəif və özünü alçaltmış nəfslərə fısıldadığı boş iddialardır. Beləcə o səfeh nəfsini qürur bürüyər, dəvət üslubunu İbrahimdən as daha yaxşı bildiyini zənn edər. O İbrahim ki, Allah c.c onu təmizə çıxarmış və buyurmuşdur: “Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik...”[3]

“...Biz onu dünyada seçdik. Şübhəsiz ki, O axirətdə də salehlərdəndir.”[4]

Yenə onun dəvətini ucaltmış, Nəbi və Rəsulların sonuncusuna ona tabe olmağı əmr etmiş və onun yolundan, metodundan ayrılanları səfehlər olaraq vəsf etmişdir.

“Milləti İbrahimin”- İbrahimin as dininin nə olduğunu bu başlıqlar altında incələyə bilərik:

1-İbadət kəliməsinin daşıdığı bütün mənalarda [5], tək olan Allaha ibadətdə ixlaslı olmaq.

2-Şirkdən və müşriklərdən[6] uzaq durmaq.

Muhəmməd bin Abdulvahhab[7] rh belə demişdir: “İslam dininin iki təməl qaydası vardır. Birincisi tək olan Allaha ibadət etmək, Ona heç bir şeyi şərik qoşmamaq, insanları buna təşviq etmək, belə yaşayanları dost bilib, onu tərk edənləri təkfir [8] etmək. İkincisi insanları şirkə qarşı oyandırmaq, bu mövzuda yumşaq davranmamaq və bu xüsusda diqqətsiz olanlara düşmənçilik etmək, onları təkfir etmək.

Bu Rəsulların-Allahın salat və salamı onların üzərinə olsun-dəvət etdikləri Tövhiddir. Yəni “Lə iləhə illəllah” ...Əziz və Cəlil olan Allaha ibadətdə Tövhid və ixlas. Onun dininə və dostlarına bağlılıq, Ondan başqa bütün ilahları rədd etmə və onlardan uzaqlaşma. Onun düşmənlərinə qarşı düşmənçilik...

Məhz bu etiqadı və əməli Tövhidin eyni anda təzahürüdür. “İxlas” surəsi bu inancın etiqad cəbhəsinin dəlili ikən, “Kafirun” surəsi də əməli yöndən dəlilidir [9]. Çünki Rəsulullah sas bu iki surəni çox oxuyardı. Xüsusilə də “fəcr” və “məğrib” namazlarının sünnətlərində davamlı oxuyardı.”

“Milləti İbrahim”in önəmli xüsusiyyətlərindən bunları da göstərə bilərik ki, dövrümüzün dəvətçiləri bu xüsusiyyətlərdə axsayırlar. Hətta bir çoxu bu xüsusiyyətləri tamamilə itirmişlər.

1 - Müşriklərdən və onların batil ilahlarından [10] uzaq olduqlarını ortaya qoymaq.

2 - Müşriklərə, saxta ilahlarına, yaşayış tərzlərinə, qanunlarına və şirk rejimlərinə qarşı olduğunu elan etmək.

3 - Onlar Allaha və onun dininə dönüncəyə qədər müşriklərə, batil mübarizələrinə, küfr hallarına qarşı duyduğu nifrət və düşmənçiliyi ortaya qoymaq.                                                              Allah c.c belə buyurur: “İbrahim və bərabərində olanlarda sizin üçün gözəl örnəklər vardır. Bir zaman onlar öz qövmlərinə belə demişlər: “Biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi rədd edirik. Siz bir olan Allaha iman gətirənə qədər bizimlə sizin aranızda həmişə ədavət və kin olacaqdır”...”[11]

İbni Qayyim [12] r.h belə demişdir: “Allah c.c möminlərə kafirlərlə vəla [13] bağı qurmağı qadağan etdiyi zaman onlardan müşriklərdən ayrılmalarını, səfləri aydınlaşdırmaqlarını və hər vəziyyətdə onlarla olan münasibətlərində təmkinli olmalarını istəmişdir.”[14]

Hamd bin Ali b.Atiq [15] r.h belə demişdir: “Ayədə işlədilən بَدَا kəlməsi ilə qəsd edilən ortaya çıxmaq, bəlli etməkdir. ”Düşmənçilik” ifadəsinin “kin” sözündən öncə işlədilməsinə diqqət edin. Birincisi ikincisindən daha önəmlidir. Çünki insan istər istəməz müşriklərə nifrət edər. Ancaq onlarla düşmənçilik etməyə bilər. Halbuki göstərilən düşmənçilik duyulan kinlə düz mütənasib olmalıdır. Bu düşmənçilik və kinin qəti və acıq olması lazımdır. Bilin ki kin qəlblə əlaqəli bir şeydir. Ortaya qoyulmadıqca, acıqca ifadə edilmədikcə kinin bir mənası yoxdur. Bunu edə bilmənin yolu isə düşmənçilik etməkdən və səfləri ayırmaqdan keçir. O zaman düşmənçilik və kin açıq şəkildə ortaya qoyula bilər.”[16]

İshaq bin Abdurrahman[17] r.h belə demişdir: “Qəlbdə duyulan nifrət yetərli deyildir. Fəqət qəlbdə duyulan düşmənçilik və kinin acıq şəkildə ortaya qoyulması lazımdır.” Yuxarıda keçən “Mumtəhinə-4” ayəsini nəql etdikdən sonra sözlərinə belə davam edir: “Özündən sonra heç bir izaha ehtiyac olmayan bu bəyana diqqət edin. وَبَدَا بَيْنَنَا Aramızda ortaya çıxdı, başladı. Dinini ortaya qoymaq – yəni açıqca bildirmək, əsl yaşamaq budur. Onlara olan düşmənçiliyini elan edib, açıq şəkildə kafirliklərini ortaya qoymaq, maddən və mənən səfləri ayırmaq…. Ayrılmaqdan qəsd edilən qəlbən, lisanən [18] və bədənlə onlarla olan münasibətləri kəsmək olduğu kimi buradakı düşmənçilikdən qəsd olunan da onların düşmənçiliyinə qarşı düşmənçilik göstərməkdir. Möminin qəlbi kafirlərə qarşı bəslənəcək düşmənçilik hisslərindən bixəbər olmamalıdır. Əsl mübarizə düşmənçiliyin ortaya qoyulması nöqtəsindədir.”[19]

“Fəthul Məcid” adlı əsərin müəllifi Şeyx Abdurrahman bin Həsən bin Muhəmməd bin Abdulvahhab[20] r.h “Mumtəhinə-4” ayəsi haqqında bunları demişdir: “Bu ayəni dərindən düşünüb başa düşən insan Allahın Rəsulunu sas onunla göndərdiyi və kitabını onun haqqında endirdiyi əsl Tövhidi anlar. Eyni şəkildə cahillikləri və qürurları üzündən rəsullara müxalifət edənlərlə, bunlara tabe olan ziyana uğramış insanların halını anlar. Böyüyümüz, öndərimiz [21] Allah ona rəhmət etsin Nəbinin sas Qureyşi [22] Tövhidə dəvəti, onlara ibadət etdiklərinin, saxta ilahlarının heç bir yarara və ya zərərə gücü çatmadığını, və onlara ibadət etməklə küfrə düşdüklərini açıqladığı vaxtda olanlar haqda bunları demişdir:

“Əgər bu xüsusu anladınızsa bunu da anlamışsınız demək. Kim Allahı birləyib şirki tərk etsə də, müşriklərə düşmənçilik bəsləmədikcə və Allahın c.c: “Allaha və axirət gününə inanan heç bir tayfanın Allaha və Rəsuluna düşmən olanlara dostluq etdiyini görməzsən...”[23] ayəsində də bəyan etdiyi kimi onlarla olan düşmənçilik və kinini açıqca ortaya qoymadıqca İslamı dosdoğru yaşamış olmaz. Əgər bu xüsusu yaxşı anlamış olsan, dinə dəvət edənlərin bir çoxunun başa düşmədiyi bir xüsusu anlamış olarsan. Bundan başqa müsəlmanları əziyyətə, əsarətə, Həbəşistana hicrətə qarşı səbirli olmağa təşviq edən nədir? Rəsulullah sas insanların ən mərhəmətlisi idi. Ətrafındakı möminlərə daha asan bir yol olan rüsxətə izn verə bilərdi. Amma necə oldu ki, Allah c.c:

“İnsanlar arasında elələri vardır ki Allaha iman gətirdik deyərlər, ancaq Allah yolunda bir əziyyət gördükdə isə insanların fitnəsini Allahın əzabı kimi görərlər...”[24] ayəsini nazil etdi. Bu ayə yalnız dildə onlara tabe olanlar haqqındadırsa bəs başqalarının halı necə olar?” Yəni kim əziyyət görmədən onlara sözlə və hərəkətlə tabe olursa, o adam müşriklərə dəstək olur onları qoruyur, onların həmfikirlərini də qoruyur. Günümüzdə olduğu kimi onlara müxalifət edənləri tanımayıb, inkar edir.”[25]

Muhəmməd bin Abdullatif [26] “Əd-Dirarus Saniyyə”də bele demişdir: “Allah c.c bizi və sizi sevdiyi və razı qaldığı şeydə uğur qazananlardan etsin. Bilin ki, bir qul Allah c.c və Rəsulunun sas düşmənlərinə qarşı düşmənçilik və dostlarına qarşı da dostluq etmədikcə o qulun təslimiyyəti (İslamı) və dini dosdoğru olmaz. Necə ki Allah c.c: “Ey iman gətirənlər! Əgər küfrü imandan üstün tutsalar, atalarınızı və qardaşlarınızı dost tutmayın...”[27] buyurmuşdur.”[28]

Bütün Peyğəmbərlərin dini budur. Quran ayələrinin və Rəsulullahın sünnətinin də açıqladığı kimi rəsulların dəvətləri və yolları məhz budur. Allahın “Mumtəhinə-4” ayəsi ilə qəsd etdiyi budur. الَّذِينَ مَعَه [29] Yəni onun dini və onun milləti üzərində olan peyğəmbərlərdir. Bunu bir necə müfəssir [30] söyləmişdir.[31]

Muhəmməd bin Abdullatif bin Abdurrahman belə demişdir:

”...Dini yaşamaq məhz budur. Yoxsa cahillərin düşündüyü kimi kafirlər insana icazə verdikdə namaz qılmaq, quran oxumaq və istədiyi nafilə ibadətlərlə məşğul olmaq deyil. Şübhəsiz ki hər kim müşriklərə olan düşmənçiliyini acıq şəkildə bildirsə və onlardan ayrılsa müşriklər onu qətiyyən rahat buraxmazlar. Ya onu öldürərlər ya da əllərinə keçən ilk fürsətdə onu yurdlarından çıxararlar. Necə ki Allah c.c buyurur:“Küfr edənlər rəsullara: ”Ya sizi torpaqlarımızdan çıxaracağıq ya da dinimizə dönəcəksiniz” dedilər.”[32]

Yenə Mədyən[33] qövmündən bəhs edərək:“...Ey Şuayb! Ya səni və səninlə bərabər iman gətirənləri şəhərimizdən çıxaracağıq ya da dinimizə dönəcəksiniz...”[34] Yenə Əshabi-kəhf haqqında buyurur: “Əgər onlar sizi ələ keçirsələr, daşa basarlar və ya dinlərinə döndərərlər. Bu halda əbədiyyən qurtula bilməzsiniz”[35] Rəsulların gətirdiyi dinin tələblərini yerinə yetirib, qövmlərinin batil yaşayışlarını və saxta ilahlarını açıqca pisləmədikcə, qövmlərilə aralarında düşmənçilik heç qızışarmı?...”[36]

Süleyman bin Səhman[37] Mumtəhinə surəsinin 4-cü ayəsi haqda bunları söyləmişdir: ”Bu Allahın c.c haqqında:“Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?...”[38] buyurduğu “Milləti-İbrahimdir”.

Allaha c.c düşmən olanlara düşmənçilik bəsləmək, onlarla səfləri tamamilə ayırmaq, onlarla dostluq, yoldaşlıq etməmək və onlarla qaynayıb-qarışmaqdan qaçmaq müsəlmanın borcudur.”[39]

Allah c.c başqa bir yerdə də “Milləti-İbrahim”dən belə bəhs etmədədir: “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi”[40]

Yenə başqa bir yerdə Allah c.c belə buyurmaqdadır: “İbrahim atasına və qövmünə belə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam, məni yaradandan başqa. Şübhəsiz o mənə hidayət verəcəkdir”[41]

Abdurrahman bin Həsən bin Muhəmməd bin Abdul- vahhab r.h belə demişdir: ”Allah c.c şirkdən və müşriklərdən uzaq durmağı, onları təkfir etməyi, onlara qarşı düşmənçilik və kin bəsləyib onlarla cihad etməyi fərz qılmışdır: ”... zalımlar sözü onlara deyiləndən başqası ilə dəyişdilər.”[42]

Onları dost tuturlar, onlara yardım edirlər, möminlərə qarşı onlara dəstək olurlar və ona görə də əsl möminləri sevmirlər, onları ağır sözlərlə ittiham edirlər. Bütün bunlar Quran və Sünnətin də işarə etdiyi kimi islama zidd şeylərdir.”[43]

Bu halda “Milləti-İbrahim” dəvətin ən doğru olan yoludur. Elə bir dəvət ki onda sevdiklərindən ayrılma və əlaqələri kəsmə vardır.[44]

Bundan kənarda qalan yollar sapıq, əyri yollardır ki bu yolların təqibçiləri Allahın dinini mövqe, məqam vasitəsilə, idarəçilərə kin və qəzəb duymadan tətbiq etmək istərlər. Əksinə etsələr saraylarını, qadınlarını, xoşbəxt sandıqları ailə həyatlarını, evlərini, vətənlərini itirəcəklərini bilirlər və düşünürlər. Ancaq “Milləti-İbrahim”də belə bir narahatçılığa yer yoxdur.

Sələfin metodunu izlədiklərini, nəbi və rəsulların mübarizəsini davam etdirdiklərini iddia edən (!) bu dəvətçilər toplusunu “Milləti-İbrahimə” dəvət etdiyimiz zaman, Allaha and olsun ki onların gerçək üzlərini və hallarını gördük. Münafiq və zalımların üzlərində gördüyümüz pis gülüşü onların üzlərində gördük. Allah c.c və Rəsulu sas ilə mübarizə aparan kafirlərin onlarla necə əlaqədə olduğunu, münasibət qurduğunu, onları necə alqışladıqlarını, onlara necə hörmət göstərdiklərini, İslam və müsəlmanlarla savaşdıqları halda onları İmamul-Muslimin, Əmirul-muminin və başqa adlarla çağırdıqlarını, onlara hörmət göstərdiklərini gördük.

Dinlərini pula satarkən gördük. Axşam Tövhidi öyrənən və bəlkə də öyrədən, bir mömin kimi görsənən adamı, səhər küfr qanunlarına hörmət göstərən, onların uydurma qanunlarının təmizliyinə və doğruluğuna şəhadət edən gördük. Zalımların o qaranlıqlarını artırmaqda, onlara gülər üz və şirin dillə yaxınlaşmağa çalışmaqdadırlar. Ancaq gecə-gündüz, Allahın zalımlarla birlikdə olmağı, onlara itaət etməyi, onların batil işlərinə razılıq göstərməyi qadağan edən ayələrini oxumaqdadırlar.

Onların oxuduqları ayələrdən:“Zalımlara meyl etməyin, yoxsa sizə də atəş toxunar...”[45]

“Sənə kitabda əmr etdiyimiz kimi, Allahın ayələrinin inkar edildiyini və istehza edildiyini eşitdiyiniz vaxt, onlar başqa söhbətə keçənə qədər onlarla oturmayın. Yoxsa siz də onlar kimi olarsınız...”[46]

Süleyman bin Abdullah bin Muhəmməd bin Abdulvahhab [47] Allahın c.c “...Yoxsa siz də onlar kimi olarsınız...” sözü haqqında bunları demişdir: ”Ayə son dərəcə aydındır. İnsan Allahın c.c ayələrinin inkar edildiyini, onların ələ salındığını eşitdikdə, o inkarçılara heç bir müqavimət göstərmədən, onların sözlərini rədd etmədən və ya onlara qarşı qiyama qalxmadan, onlar başqa bir mövzuya keçənə qədər, onların yanında oturarsa, o da digərləri kimi kafir olar. Onlar kimi hərəkət etməsə də bu belədir.”[48]

Allah c.c buyurur: “Ayələrimizi ələ salanları gördüyün zaman, onlar başqa bir mövzuya keçənə qədər onlardan uzaq dur...”[49]

Həsənul Bəsri[50] belə demişdir: “İstər danışsınlar istər danışmasınlar insanın onlarla oturması caiz deyildir. Necə ki Allah c.c belə buyurur: “...Əgər şeytan sənə unutdurursa, xatırladıqdan sonra o zalım tayfa ilə bərabər oturma.”[51]

Yenə belə buyurur: “Əgər biz səni qorumasaydıq, yəqin ki az da olsa onlara meyl edəcəkdin. Bu halda biz sənə həyatın da ölümün də əzabını qat-qat daddırardıq, sonra Bizə qarşı özünə bir yardımçı da tapa bilməzdin.”[52]

Süleyman bin Abdullah r.h belə demişdir: “Əgər bu sözlər yaradılmışların ən şərəflisinə deyilirsə, başqalarının halı necə olar?”[53]

Allah c.c möminləri vəsf edərkən: “Onlar boş şeylərdən üz çevirərlər...”[54]

Yenə Allahın c.c: “Onlar, yalan şahidlik etməyənlər, boş və faydasız sözlərlə qarşılaşdıqları zaman ondan uzaq duranlardır...”[55] ayəsini oxumaqdadırlar.

Onlar özlərini sələfin yolunda zənn etməkdədirlər. Ancaq sələflər sultanların qapısına belə yaxınlaşmazdılar, onların mövqe və məqamlarından uzaq durarlardı. Onlar şəriət və hidayət əhdi üzrə hərəkət edərlərdi. Ədalətsizlik və zülm üzrə deyil. Allaha and olsun ki, bugünkülərin boynu qılıncla vurulmur, bunları ayaqlarından da asmırlar və ya bu cür işgəncələrə məruz qalmırlar. Sözsüz ki, bunu öz istəkləri ilə edirlər və əvəzində bir çox mal, diplomatik nailiyyətlər, toxunulmazlıq...əldə edirlər.

Nəfslərin arzularından və bəsirətimizin yox olmasından Allaha sığınırıq. Kaş ki, etdikləri bu işin səbəbini açıb desəydilər: “Biz bunu dünyaya olan meylimizə görə etdik.” Amma “Dəvətin məsləhəti üçün və dinə yardım üçün edirik” deyirlər. Kimi ələ salırsınız ey səfehlər? Biz zəiflərimi? Əgər elədirsə biz zəiflər sizə bir xeyir və ya zərər verə bilmərik. Yoxsa göylərin və yerin Cabbarınımı ələ salırsınız? Hansından ki, heç bir şey gizli qalmaz. Sirlərinizi də, pıçıldaşmalarınızı da bilir O...

Onlar dedikləri sözlərlə, İbrahim as və onunla birlikdə olanları hikmətli dəvəti və gerçəyi bilməməkdə ittiham etmiş olduqlarını bilmirlər. Bu zavallıların dediklərinə baxsan İbrahim as və bərabərində olanların fundamentalist, radikal insanlar olduqlarını anlarsan. Bəli bu belədir onlar məhz belə idilər və bununla belə Allah c.c onları təmizə çıxarmış və bizə onlardan nümunə götürməyi əmr etmişdir. Necə ki, ayədə buyurur: “İbrahim və bərabərində olanlarda sizin üçün gözəl örnəklər vardır...”[56]

Yenə Allah c.c: “Yaxşılıq edən, özünü Allaha təslim edən və hənif olan İbrahimin dininə tabe olandan “din” yönündən daha gözəl olan kimdir? Allah İbrahimi dost etmişdir.”[57] deyə buyurmaqdadır.

Allah c.c İbrahimin as səfehlərdən uzaq olduğunu bəyan etməkdə, onu sağlam ağıl sahibi olmaqla vəsf etmişdir: “Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik...”[58] buyurmaqda, sonra da onun, dəvət mücadiləsindən danışmaqdadır. Daha öncə də qeyd etdiyimiz kimi, Allah c.c “Milləti İbrahim”dən ancaq səfehlərin ayrılacağını bildirmişdir.



 

[1] Əl-Bəqərə: 2/130.

[2] Ən-Nəhl: 16/123.

[3] Əl-Ənbiya: 21/51.

[4] Əl-Bəqərə: 2/130.

 

[5] Bu qeyd böyük həcmli olduğundan kitabın sonuna 1 nömrəli qeyd

olaraq yerləştirilmişdir.

[6] Şirk-ibadətdə Allaha şərik qoşmaq, Müşrik-ibadətdə Allaha şərik

qoşandır.

[7] Nəcd alimlərindəndir. Hicri 1206-cı ildə vəfat edib.

[8] Təkfir etmək- kafir görmək deməkdir. Birsini təkfir etmək onun kafir

olduğuna etiqad etməkdir.

 

[9] Bu qeyd böyük həcmli olduğundan kitabın sonuna 2 nömrəli qeyd

olaraq yerləştirilmişdir.

[10] “İlah” ibadət olunan varlıqdır. Müşriklərin Allahdan başqa ibadət

etdikləri bir çox “ilahlar” vardır. “İlah” insan, cin, qəbir, qadın, var-

dövlət və s. ola bilər. Ancaq ibadətə layiq olan haqq ilah yalnız şanı uca

olan Allahdır.

[11] Əl-Mumtəhinə: 60/4.

[12] İbni Qayyim əl-Cevziyyə. Hicri 751-ci ildə vəfat etmişdir.

[13] Vəla- dostluq, yaxınlıq deməkdir.

[14] Bidəəl-Fəvaəd: 69/3.

[15] Nəcd alimlərindəndir. Hicri 1301-ci ildə vəfat etmişdir.

[16] “Səbilun necat vəl fikak min muvallatil murtəddin və əhlil işrak”

[17] Nəcd alimlərindəndir. Hicri ildə vəfat edib.

 

[18] Lisanən- yəni dillə.

[19] Əd-Dirarus Saniyyə: Cihad babı:141.

[20] Nəcd alimlərindəndir. Hicri 1285-ci ildə vəfat etmişdir.

[21] Babası Muhəmməd bin Abdulvahhabı rh qəsd edir.

[22] Qureyş Rəsulullahın sas də mənsub olduğu Məkkədə məskunlaşmış bir

tayfadır. Nəbi sas Qureyşin Haşim oğulları qoluna mənsubdur.


 

[23] Əl-Mucadilə: 58/22.

[24] Əl-Ənkəbut: 29/10.

[25] Əd-Dirarus Saniyyə: Cihad babı: 93.

[26] Nəcd alimlərindəndir. Hicri 1369-cu ildə vəfat etmişdir.

[27] Ət-Tövbə: 9/23.

[28] Əd-Dirarus Saniyyə: Cihad babı: 208.

[29] Onunla bərabər, onunla birlikədə olanlar.

[30] Müfəssir ifadəsilə Quranı təfsir edən alimlər qəsd olunur.

[31] Cəhad babı: 208

[32] İbrahim: 13/13.

[33] Mədyən- Şuayb Əqəbə körfəzinin şərq sahilində bir şəhərdir.

[34] Əl-Əraf: 7/88.

[35] Əl-Kəhf: 18/20.

[36] Əd-Dirarus Saniyyə: Cihad babı: 207.

[37] Nəcd alimlərindəndir. Hicri 1349-cu ildə vəfat etmişdir.

[38] Əl-Bəqərə: 2/130.

[39] Əd-Dirarus Saniyyə: Cihad babı: 221.

[40] Əş-Suəra: 26/75-77.

[41] Əz-Zuxruf: 43/26-27.

[42] Əl-Bəqərə: 2/59.

[43] Bu qeyd böyük həcmli olduğundan kitabın sonuna 3 nömrəli qeyd

olaraq yerləştirilmişdir.

[44] Burada müəllif qəti bir şəkil bildirən ifadə işlədib.

[45] Hud: 11/113.

[46] Ən-Nisa: 4/140.

[47] Nəcd alimlərindəndir. Hicri 1233-cü ildə vəfat etmişdir.

[48] Əd-Dirarus Saniyyə: Cihad babı: 79.

[49] Əl-Ənam: 6/68.

[50] Bu alim tabiindəndir. Bir çox səhabədən dərs amışdır. Hicri 110-cu ildə

vəfat etmişdir.

[51] Əl-Ənam: 6/68.

[52] Əl-İsra: 17/74-75.

[53] Əd-Dirarus Saniyyə: Cihad babı: 47.

[54] Əl-Muminun: 23/3.

[55] Əl-Furqan: 25/72.

[56] Əl-Mumtəhinə: 60/4.

[57] Ən-Nisa: 4/125.

[58] Əl-Ənbiya: 21/51.

 

Add comment

Bold Italic Underlined Link Quote