MİLLƏTİ_İBRAHİM 3. Milləti-İbrahimi yaşamanın tələb etdiyi şeylər
Allah c.c səni və bizləri, doğru olan yolda sabit qılsın. Bil ki, “Milləti-İbrahim”in küfr əhlinə və onların saxta ilahlarına qarşı elanını və icrasını zəruri gördüyü “səfləri ayırma və düşmənçilik bəsləmə” xüsusu bir çox şeyləri tələb edir.
Heç kim bu yolun güllərlə bəzədilmiş, rahatlıq və sükunətlə dolu olduğunu sanmasın. Əksinə, bu yol hiylələr və bəlalarla doludur. Fəqət yolun sonunda, müşk, reyhan və razı olmuş Rəbbə qovuşmaq vardır. Biz nə özümüz nə də müsəlmanlar üçün bəla istəmirik. Lakin, bəla və imtahan Əziz və Cəlil olan Allahın bu yoldakı sünnətidir. Bu yol, hava və səltənət əhlinin əsla razı olmadığı yoldur. Çünki bu yol onların hallarına savaş açmaqda, ibadət etdikləri batillərdən və şirklərdən qəti bir şəkildə ayrılıq vəd etməkdədir.
Bu yoldan başqa yollara gəlincə, təqibçilərinin bolluq içində yaşayan, belini dünyaya dayamış insanlar olduqlarını görərsən. Üzərilərində imtahandan, bəladan heç bir əlamət yoxdur. Çünki insanlar dinlərinə görə, imanları miqdarında imtahan edilirlər və bəlalara məruz qalırlar. İnsanlar içərisində imtahanı ən çətin olanlar nəbilərdir. Sonra da onlar kimi olanlar, sonra onlar kimi olanlar gəlir və bu belə davam edər [1].
“Milləti-İbrahimə” bağlı olanlar, insanlar arasında ən çətin imtahanlara məruz qalanlardır. Çünki onlar Allaha dəvətdə nəbilərin metodunu təqib edirlər. Eynilə Varaka bin Nofəlin[2] Nəbiyə sas dediyi bu sözlərdə olduğu kimi: “Sənin gətirdiyini kim gətirmişsə, şübhəsiz pis qarşılanmış və bəlalara məruz qalmışdır.”[3] Bir də dövrümüzdə Nəbinin sas dəvət etdiyi şeyə dəvət etdiyini və onu təqib etdiyini, onun metodunla hərəkət etdiklərini zənn edənlərə baxın! Batil əhlindən və sultanlardan heç bir düşmənçilik görməməkdə, onların arasında rahat və qayğısız bir həyat sürməkdədirlər. Onların bu hallarına bir baxın! Ya yoldan sapmış bir şəkildə, Nəbinin sas gətirdiyinlə əlaqəsi olmayan bir dəvətlə və qəribə yollarla ortaya çıxırlar ya da mübarizəni inkar edərək əhli olmadıqları bir iş görməyə cəhd edirlər. Yaxud hər görüş sahibinin görüşünü dəstəkləyir və ya öz maraqları üçün dəstəkləyirlərmiş kimi görünürlər. Yaxud da dünya nemətlərini arzulayaraq, səltənət əhlinin maraqları naminə müsəlmanlar haqda casusluq etmək üçün səltənət əhlinin “gözü” olurlar.
Varakanın Nəbiyə sas dediyi budu. Səhabələr Nəbiyə sas beyət edərkən bu sözün mənasını anlayırdılar. Əsəd bin Zürarə ra onlara belə deyirdi: “Ey Yəsriblilər, yaxşı düşünün! Onun yurdundan çıxarılması bu gün ərəblər arasında bir ayrılığa səbəb olacaq. Yaxud ən xeyirliləriniz öldürüləcəkdir. Şübhəsiz qılınclar dalbadal üzərinizə endiriləcək. Siz ya bütün bunlara səbr edəcəksiniz, onu aranıza alacaqsınız və əcriniz Allaha aid olacaqdır. Ya da nəfsinizə bir zərər gəlməsi qorxusuyla onu tərk edəcəksiniz. Bunu açıq deyin ki Onun da Allah c.c qatında sizə görə bir üzrlü olsun.”[4]
Bu mövzunu yaxşı düşünmək lazımdır. Bizlər zamanımızda bu mövzunu dərk etməyə böyük ehtiyac duymaqdayıq. İndi elə bir zamandır ki, hər kəs mübarizə deyə, dəvətçiyəm deyə ortaya atılmaqdadır. Vicdanına dön və ona nəzər sal! Nəfsinə bu yolu təklif et və onun etirazına bax! Əgər başına gələcək müsibətlərə səbr edən qövmdən olmağa meyllisənsə bu yola haqqını verərək tabe ol və qarşılaşacağın müsibətlərə qarşı səni sabit etməsi üçün Allaha dua et!
Yox nəfsinə gələcək zərərdən çəkinirsənsə, nəfsində bu şəkildə bir qiyam və mübarizəyə kifayət edəcək qüdrəti görmürsənsə, özünü dəvətçi kimi aparma! Evinə gir, qapını bağla! Öz işlərinlə məşğul ol, ümumun işlərini tərk et! Və ya çuxurlardan birində sənə ayrılmış qənimətlərlə məşğul ol! Allaha and olsun ki bu, Əsəd bin Zürarənin ra dediyi kimidir.
Onlardan bir çoxunun, onlara səhvlərini göstərməyə çalışan və əyri yollarını düzəltmək istəyən dəvətçiləri ələ saldıqlarını, onlarla olan münasibətlərinin kəsilməsinə önəm vermədiklərini gördük. Üz çevirin bunlardan! Üz çevirin nəbəvi metoddan uzaq olan, əlaqəsi belə olmayan dəvətlərindən! İnsanlar bunları dünyaya bağlılıqda və Allahın dininə dəvətdə qüsurlu davranmaqla ittiham edirlər. Əgər vəziyyət belədirsə insanların qüsurlu saydığı bu dəvət hansı dəvətdir? Sizin bu dəvətiniz əsgərlərin, polislərin, şirk qoxusu verən məclislərin və başqa zalımların qaranlıqlarını artıran bütün vəzifələrin israrla üzərində durduğu və ya oğlanlarla qızların qarışdığı universitetlərdən, bərbad fakültələrdən ibarət iyrənc məclislərin dəvətin məsləhəti deyə dəlillər gətirdiyi bir dəvətdirmi? Belə bir dəvətlə sizlər əsl dininizi ortaya qoymaqda, Nəbinin sas yolundan başqa bir yola dəvət etməkdəsiniz.
İmam Əhməd rh, Tirmizi rh və digərlərinin rəvayət etdikləri Nəbinin sas bu sözünü dəlil olaraq gətirirlər: “İnsanlara qarışıb, onların verdiyi əziyyətlərə səbr edən mömin, insanlara qarışmayıb, onların əziyyətlərinə səbr etməyən mömindən daha xeyirlidir.” Biz deyirik ki, bu hədis şərqdədirsə sizlər ondan qərb qədər uzaqdasınız. Təbii ki öz görüşlərinizə, hava və həvəslərinizə, xəyallarınızın məhsulu olan dəvətinizə deyil, Nəbinin sas yoluna tabe olmağınız lazımdır. Əgər elədirsə, yəni onun yolundasınızsa, sizə savabla bərabər əzab da veriləcək. Nəbinin sas yolundan başqa yola dəvət edənlər hansı savabı gözləyirlər? Üstəlik böyük bir şərtə, təslim olma şərtinə məsuliyyətsiz yanaşanlar, fisq, fücur və üsyan əhlinə düşmənçilik duymayanlar, onların şirklərindən və sapıq sistemlərindən uzaq olduğunu elan etməyənlər hansı əziyyətə məruz qalarlar? Əksinə onlarla olan münasibətlərini davam etdirməkdə və üzləri sevincdən parlamaqdadır. “Səflərin ayrılması” yönümündə bir şey etmirlər. Yumşaqlıq, hikmət, gözəl öyüd və insanları dindən soyutmamaq adı ilə, dəvətin məsləhəti üçün etdiklərinə dəlil tapmaq istədikdə, Allahın c.c haramlarını halal etdikləri vaxt, bu hərəkətləri Allahın c.c qəzəbini qazanmalarına səbəb olmaqdadır. Beləcə dini, yumşaqlıq və hikmət adını verdikləri dağıdıcı ünsürlərlə hissə-hissə dağıtmaqdadırlar.
Abdullatif bin Abdurrahman[5] rh “Əd-Dirərus Saniyyə” adlı əsərində dini yaşamaqdakı nöqsanlar və “əmri bil məruf və nəhyi anil munkər”[6] məsələsindən bəhs edərkən belə deyir:
“Bunu şirin dillilik və yaxşı davranmaq üçün tərk etmək və ya buna bənzər bir şəkildə davranmaq, ancaq cahilliyinə görə bunu tərk edən insanlardan daha pis zərəri və daha böyük günahı qazananların etdiyi bir şeydir. Bu cür insanlar, belə hərəkət etməsələr, istədikləri qayəyə çata bilməyəcəkləri qənaətindədirlər. Beləliklə rəsullara müxalifət etməkdə və onlara olan itaətlərini zədələməkdədirlər. Belə davranmaqla onların yollarından və metodlarından uzaqlaşmaqdadırlar. Çünki bu tayfa ağıllı davranmanın və ya ağlın, insanlara tabe olaraq onların razılığını qazanmaqdan, onlarla arasının yaxşı olmasından, onların dostluğunu və məhəbbətini qazanmaqdan keçdiyini qəbul etməkdədirlər. Buna bir dəlil olmadığı halda, nəfsani istəklərin və əməllərin artmasına səbəb olduğu halda, yumşaqlığın və insanlarla yaxşı münasibətlərini nəyin bahasına olursa olsun davam etdirmə istəyinin artmasına səbəb olduğu halda, Allahın düşmənlərinə düşmənçilik bəsləməyi tərkə səbəb olduğu halda, özlərinin özlərinə əziyyət etmələrinə səbəb olduğu halda və əslində əsl həlak bu olduğu halda, bu tayfa bu davranış tərzini mənimsəmişdir. Halbuki insan Allah c.c dostlarına dost, düşmənlərinə düşmən olmadıqca imanın dadını bilməz. Sırf ağılla hərəkət etmək, Allah c.c və Rəsulunun sas razılığına çatmağın ən qısa yolu deyildir. Bu mövqe Allah c.c düşmənlərinin təzyiqləri nəticəsində ortaya çıxmışdır. Halbuki Allahın c.c haramları halal edildiyi zaman, bu Onun qəzəbinə səbəb olar. Allah düşmənlərinə duyulan qəzəb qəlbin sağlamlığının, izzətinin və ucalığının məhsuludur. Sərtlik, izzət və ucalıq yoxdursa qəzəb də olmaz, iyrənmə, nifrət etmə də... Belə bir qəlbdə hansı xeyir ola bilər?”[7]
Onlardan bəzilərinin bu mübarizənin gənc tərəfdarlarına, “biz bu yolları çoxdan keçmişik” deyərək güldüklərini görərsən. Toplumdan ayrılmağa, səfləri ayırmağa qarşı qəti bir savaş elan etmişlər. Və bu xüsusdakı sabit nasları da rədd edərlər.
[1] Buxari: Kitabul-merda vet tibb: c-12: səh. 5690: 3 nömrəli bab.
Tirmizi: Zühd babı: c-4: səh. 214-215: Bəlaya səbr etmə mövzusu 2764-
2765 nömrəli hədislər.
[2] Bu şəxs Rəsulullah sas ilk zövcəsi Xədicə ra yaxın qohumudur.
[3] Buxari: Bədul vəhy: c-1: səh. 148: 3 nömrəli hədis.
Muslim: Kitabul iman: c-1: səh. 215: Rəsulullaha sas gələn vəhyin
başlanması babı.
[4] İbn Kəsir: Əl-Bidayə vən Nihayə: c-3: səh. 246, səh. 250. İbni Hişam: Siyər: c-2: səh. 107. Mevdudi: Siyər: c-3: səh. 369-370.
[5] Nəcd alimlərindəndir. Hicri 1293-cü ildə vəfat etmişdir.
[6] Yaxşılığı əmr edib, pislikdən çəkindirmə.
[7] Əd-Dirarus Saniyyə: Cihad babı: 35.
axırıncı dəyişikliklər (12.11.09 21:16)




