Bəli…”Milləti-İbrahim” böyük məsuliyyət tələb edir. Allahın yardımı və böyük əcri bu yolla getməyə bağlıdır. Bu yol sayəsində insanlar iki firqəyə ayrılır…İman firqəsi və küfr, fisq, üsyan firqəsi… Və yenə bu yol sayəsində “evliyaurrahmən”, “evliyauşşeytan”dan ayrılır. Nəbi və rəsulların dəvəti də bu şəkildə idi. Onların zamanında, bizlərin bu gün yaşadığı kimi, hər şeyin bir-birindən seçilmədiyi, salehlərlə günahkarların bir-birinə qarışdığı xəstəlikli bir cəmiyyət yox idi. “Saqqallı” müsəlmanların fisq və fucur əhli ilə yaxşı münasibət qurmağa çalışması, onlara ikram və hörmət etməsi, onları təqva əhlindən və salehlərdən daha üstün tutmaları kimi bir vəziyyət yox idi. Təbii ki bunlar sanki dinin bir parçası imiş kimi görünsə də əslində bu tayfanın başına pis şeylər gələcəyi məlumdur. Halbuki nəbi və rəsulların dəvəti açıq olaraq qövmlərindən ayrılıb Allahın qanunlarına sığınmaq, qövmlərinin batil ilahlarına düşmənçilik bəsləmək şəklində olmuşdur. Yoxsa bir orta yolda birləşmək və ya Allahın şəriətini təbliğ xüsusunda onu xoşagələn göstərmək cəhdiylə yumşaqlıq və qərarsız davranmaqla deyil…

Zamanın dərinliklərindən, Nuha as qulaq asın. Hökmdarlarından və azğınlıqlarından çəkinmədən, tək başına qövmünə belə deyirdi: “…Ey qövmüm! Əgər mənim sizin aranızda qalmağım və Allahın ayələri ilə sizə nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə mənə qarşı edəcəyinizi qərarlaşdırın, verəcəyiniz qərar gizli qalmasın sonra da mənə heç möhlət verməyib haqqımda istədiyinizi edin.”[1]

Hər şeydə məsləhət gözləyirmiş kimi davranan, yaltaq bir adam belə şeylər söyləyə bilərmi? Baxın Seyyid Kutub rh Nuhun as halını belə açıqlayır: “Meydan oxuyan, səmimi, qəti və həyəcanlandırıcı… Elə ki, özündə üstün bir qüvvə hiss etməyən və hərkəsin güvənəcəyi bir topluma güvənməyən bir kimsə bu sözləri söyləyə bilməz. Çünki düşmənlərini özünə qarşı qıcıqlandırmaqda, onları özünə hücum etməyə təşviq etməkdədir. Bəs Nuhun as arxasında duran bu qüvvə və topluluq kim idi?...” Onunla birlikdə olan Allah c.c idi. Şübhəsiz hidayət edici və yardımçı olaraq Allah c.c yetər.

Allah c.c Nəbisi Muhəmmədə sas bu ayənin əvvəlində, onu qövmünə oxumasını əmr edərək belə deyir: “Onlara Nuhun xəbərini oxu. O öz qövmünə belə demişdi…”

Digər tərəfdən Huda as baxın, qüvvə baxımından insanların ən güclüsü olan qövmünə qarşı çıxmaqda və onlarla təkbaşına çətin bir mübarizəyə girişməkdədir. Dağlar kimi bir səbatla və ya daha da güclü… Onun, qövmündən və onların şirkindən açıq, qəti və köklü bir şəkildə ayrılığını elan edən bu sözlərinə qulaq asın: “…Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam. Allahdan başqa ilah etdiklərinizdən də… hamılıqla mənə qarşı istədiyiniz hiyləni qurun! Mənə möhlət də verməyin!”[2]

Tək olduğu halda onlara belə deyirdi. Adamlarınızla, əsgərlərinizlə, batil ilahlarınızla mənə hiylə qurun!...

“Mən sizin də, mənim də Rəbbim olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki onun ixtiyarı Allahın əlində olmasın. Şübhəsiz Rəbbim doğru yoldadır.”[3]

Bir özlərinə lazım olduqda süni bir şəkildə danışan bu biçarələrə baxın! Peyğəmbərlərin tam əksinə, Allahın şəriətinə savaş elan etmiş tağutlara yaltaqlanma yarışındadırlar. Guya bəzi məsələlərdə Allahın şəriəti uyğulansın deyə mübarizə edirlər! Guya sırf Allahın dini hakim olsun deyə şirk, fisq və üsyan məclislərində bir kreslo sahibi olmağa çalışırlar...!? Halbuki ağıl sahibi olanlar bir oyanmaya dəvət edilirlər, heç bir nüfuz sahibinə baş əyilməyən, ancaq Allaha bağlanılan bir oyanma… Bu qövmün məsuliyyətindən qurtarma oyanışıdır. Onlardan və qardaşlarından ayrılma oyanışıdır. Allah yolunda deyil, başqa bir yolda olduqları halda onlarla birlikdə qalma qorxusunun sarsıntısı, diksinməsidir. Əsla bir araya gəlməyəcək iki hizbin[4] arasını ayırma oyanışıdır. O, sapıq qövmündən uzaqlaşma xüsusunda Allahın onun Rəbbi olduğuna şəhadət etməkdədir. Onların üz ifadələrində və nəfslərində bu ayrılmanın təsirinə şahid olmaqdadır. Qəlblərində “onlardan biri olma” xüsusunda şübhə qalmasın deyə…

Doğrusu insan, ilahlarına bu dərəcədə bağlı olan bir qövmə qarşı çıxmış bir adama heyrət edir. Elə bir adam ki batil inancları ələ salır və bu əqidələrini onların başına vurur… Sonra meydan oxuyaraq onları qəzəbləndirir… Onların hiylələrinə qarşı bir hazırlıq görmək üçün möhlət də istəmir…

Planlarını təxirə salmalarını və ya hirslərinin soyumasını da gözləmir. Bütün zaman və məkanlardakı Allah yoluna dəvət edənlərin bu mühüm nöqtə üzərində durub uzun-uzadı düşünməyə çox ehtiyacı vardır.

Tək bir adam… yanında da iman gətirmiş bir neçə nəfər... Yer üzü xalqlarının ən təkəbbürlü, güclü və ən zəngin, öz dövrünün ən çox mala sahib, əzəmətli qövmünə qarşı çıxır… Onlar mərhəmətsizcə hücum edən, vuran, həyasız zorbalardı… Bol nemətin çaşdırdığı, böyük və görkəmli məskənlər inşa edib oralarda əbədi yaşayacaqlarını, uzun illər həyat sürəcəklərini uman kimsələrdi onlar… Qövmlərinin bu əzəmət və gücünə rəğmən Hud as və bərabərindəkilər, qorxmadan gerçəyi hayqırır və başlarına gələ biləcək heç bir sıxıntıdan çəkinmirdilər. Bu iman, əminlik və rahat olma halının bir nəticəsidir. Allaha iman… Onun vədinə olan əminlik…… Və Onun zəfərinə olan qəti inam, qəlbin bu xüsusda rahat olması… “Mən sizin də, mənim də Rəbbim olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki onun ixtiyarı Allahın əlində olmasın. Şübhəsiz Rəbbim doğru yoldadır.”[5]

Bu şiddətli və güclü toplum da ancaq, Allahın qarşı çıxılması mümkün olmayan qüdrəti ilə kəkillərindən tutduğu və qəhr etdiyi digər toplumlar kimi bir toplumdur. O halda niyə bu aciz varlıqlardan qorxsun ki? Niyə onlarla nəzakətli, mədəni davransın ki? Rəbbi izin verməzsə ona qarşı güc işlədə biləcək bir varlıq varmı? Qövmü Allahın yolundan ayrılmış və ona müxalif bir yol tutmuşkən, onu hələ də qövmündən biri olmağa nə məcbur edə bilər?”[6]

Rəsulların inadçı və inkarçı qövmlərinə qarşı mövqeyi bu şəkildə idi. Dəvətlərində məhz belə bir yol izləyirdilər. Batillə ömür boyu sürən amansız bir mübarizə…Təbliğdə tam bir qətilik və açıqlıq…Kafirlərə olan düşmənçiliyin elan olunması və səflərin ayrılması…

Onların dəvətlərində yaltaqlığa, söz oyunu oynamağa və ya batil olan bir sıra şeylərə göz yummağa və yaxud batillə orta bir yolda birləşmək kimi bir əyilməyə yer yox idi.

Buxarinin rəvayət etdiyi bir hədisdə ”insanları ayırd edən” olaraq vəsf olunan və yenə başqa bir rəvayətdə “insanları biri-birindən ayırd edən, ayıran” olaraq vəsf edilən nəbi və rəsulların sonuncusu, Muhəmməd sas eyni şəkildə hərəkət etmişdir.[7]

“Milləti-İbrahimə” tabe olaraq Allahın əmrinə uymuş, şirk və şirk əhli qarşısında və ya onların yaltaq yandaşları və digər tərəfdarları qarşısında əsla susmamışdır. Tam əksinə, Məkkədə tərəfdarlarının sayının olduqca az olmasına və Məkkənin ən zəifləri olmalarına baxmayaraq, kafir olan, qövmlərindən və onların batil ilahlarından uzaq olduqlarını elan etmişlərdi.

Nəbi sas onları tutarsız görür, Allahın ona, şirkdən uzaq olaraq, küfr əhlindən ayrı olduğunu, onların haqq dindən uzaqlaşdıqlarını açıqca ifadə edəcək tərzdə söyləməsini əmr etdiyi bu sözləri söyləyirdi: “De ki: “ Ey kafirlər, mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz. Mən sizin ibadət etdiyinizə ibadət edən deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə. Mənim dinim mənə.”[8]

Yenə belə deyirdi: “…Şübhəsiz O tək bir ilahdır və mən sizin Ona qoşduqlarınız şəriklərdən uzağam.”[9]

Və onlara bu yol üzərində sabit və qərarlı olduğunu, bu yola müxalifət edənlərdən uzaq olduğunu, özünün qövmünə düşmənçilik və kin duyan möminlərdən olduğunu bu sözlərilə bəyan etməkdədir: “Ey insanlar, əgər mənim dinim barədə şübhəyə düşmüsünüzsə, mən sizin Allahdan başqa ibadət etdiklərinizə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr olundu.”[10] Allah c.c ona müraciət edərək belə buyurur: “Əgər səni yalançı hesab etsələr de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiklərinizin isə mənə dəxli yoxdur.”[11]

Yenə Allah c.c möminlərin dili ilə belə buyurur: “…Allah bizim də sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir…”[12]

Rəsulullah sas onlara yaltaqlıq etmirdi. Haşa, Onu belə bir şeydən tənzih edirik. Onların dəyirmanına su tökmürdü. Ya da onların qanunlarına sığınaraq, bəzi şeylər istəyərək, zəif möminlərə verilən əzabın və əziyyətin yüngülləşdirilməsi üçün və ya kölələrin azaldığa qovuşması üçün onlardan mərhəmət istəmirdi. O möminlərin qəlblərini sağlamlaşdırır, onlara Allahın vədini və cənnətini xatırladır, onlardan əvvəl yaşamış, bu yolda səbat edənlərin, sabit olanların varacaqları yeri bu sözlərlə ifadə edirdi:“Səbr edin ey Yasir ailəsi! Şübhəsiz varacağınız yer Cənnətdir.”[13]

Yenə Habbaba ra belə deyirdi: “Sizdən öncə, adamları çuxura qoyub, sonra mişar gətirilib başına qoyaraq bədənini ikiyə bölərdilər. Dəmir daraqlarla əti sümüyündən ayrılana qədər darayarlardı. Ancaq bu işgəncələr onları dinindən döndərə bilmirdi. Allaha and olsun ki, Allah c.c bu işi tamamlayacaq. Belə ki, bir adam Sanadan Hadramuta qədər yalnız Allahdan və qoyunları üçün qurdlardan başqa hec bir şeydən qorxmadan səfər edəcəkdir. Fəqət sizlər tələsirsiniz.”[14] Səhabələrinə belə deyirdi. Eyni zamanda Qureyşə də Allahın əmr etdiyi bu sözləri söyləyirdi: “De ki: ”Mən ancaq sizin bənzəriniz olan bir bəşərəm. Mənə vəhy olunur ki sizin ilahınız ancaq haqq olan Allahdır. Ona tərəf yönəlin və ondan bağışlanma diləyin. Vay halına müşriklərin!”[15]

Və yenə belə deyirdi: “…Şərik qoşduduqlarınızı çağırın, mənim ücün istədiyiniz hiyləni qurun və mənə də heç möhlət verməyin. Heç şübhəsiz mənim hamim Kitabı endirən Allahdır və O salehlərin dostudur. Ondan başqa ibadət etdikləriniz isə nə sizə nə də özlərinə yardım edə bilməzlər.”[16]

Dəvəti bu şəkildə olduğu ücün zalımlar Ona sas bir gün belə razı olmamışlar. Buna görə bu dəvət nəfslərin xoşuna gəlməmiş, bu dəvətə görə qəlblər fərəhlənməmişdir. Tam əksinə, daha da hirslənmiş, əsəbləşmişlər. Amma O sas zalımların qarşısında alnı açıq, qürurla durmuş, onların batillərinə və Ona sas qarşı hiylə quran çoxsaylı toplumlarına çəkinmədən, əhəmiyyət vermədən və nifrətlə baxmışdır. Bəli, ən yüksəklərdən əhəmiyyət verməyərək baxmışdır. Onlara hidayəti çatdırmağı şiddətlə arzulamaqla bərabər, batilləriylə yolun ortasında bəzi yerlərdə birləşməkdən və ya batillərinin ən kiçik bir zərrəsinə də olsa simpatiya duymaqdan və könlünün meyl etməsindən çəkinərək onlardan uzaq durmuşdur. Onların batil yaşayışlarının çox az bir hissəsini mənimsəmək bir yana tam əksinə, onlara daima Allahın ona təbliğ etməsini əmr etdiyi bu sözləri söyləmişdir: “Kafir olanlara de ki: “sizlər yaxın bir zamanda məğlub olub cəhənnəmə sürüklənəcəksiniz” nə pis yerdir ora.”[17]

Hamd bin Əli bin Atiq rh “Tövbə” surəsi ilə bağlı 67-ci səhifədə belə deyir: “Mən sizin yaşadığınız dindən, uzağam. Siz də mənim yaşadığım dindən uzaqsınız.” Bunu onlara açıqlamaqda məqsəd onların küfr üzrə olduqlarını bildirməkdir. Nəbiyə sas tabe olan hər bir kəs: “Mən də onlardan və onların yaşadığı dindən uzağam!” deməlidir. Bu anlayış hakim olmadıqca gercək İslam əsla ortaya cıxmaz. Buna görə də Həbəşistana hicrət edən səhabələr belə hərəkət edir və müşriklərin əziyyətlərinə məruz qalırdılar, Rəsulullah sas da müsəl-manların Həbəşistana hicrət etmələrini əmr etdi. Mümkün olsaydı müşriklərin qarşısında susa biləcəklərinə dair bir izn verib, müsəlmanların heç tanımadıqları qürbət torpaqlara hicrət etməmələrini əmr edə bilərdi.”[18]

“Eyni şəkildə dəvətçilərin qövmlərindən ayrılma nöqtəsində durub düşünmələri gərəkdir. Bu ayrılığın gercəkləşdiyi gün, Allahın c.c vədi, dostlarına zəfər və düşmənlərinə həlak şəklində həyata keçəcəkdir. Dəvət tarixi boyunca bu hər zaman belə olmuşdur. Allah c.c, dostları ilə düşmənlərinin arasını, ancaq o dostları, əqidənin əsasına diqqət edərək, düşmənlərindən ayrıldıqdan sonra ayırmış və onları seçmişdir. Həqiqətən Allaha dəvət edən dəvətçilər üçün Rəsulullahda sas gözəl örnəklər vardır. Onların etməli olduqları şey qəlblərini daşana qədər əminliklə, inancla doldurmaq və tağutlarla mübarizəyə girdikləri zaman ancaq və ancaq Allaha təvəkkül etməkdir. Tağutlar onlara əziyyət verməkdən başqa heç bir şəkildə zərər verə bilməzlər. Hətta Allah c.c istəmədikcə buna da gücləri çatmaz. Bəlalar ancaq Allahdan gələn bir imta-handır. Və Allah c.c, dostlarına yardım etməkdə aciz deyildir. Onları yalnız buraxıb düşmənlərinə də tərk etməz. Fəqət O c.c, qəlbləri gücləndirmək və səfləri təmizləmək ücün imtahan etməkdədir. Sonra fürsət müsəlmanlara keçəcək, xoş aqibət onların olacaq. Allahın onlara vəd etdiyi şeylər həyata kecəcəkdir.”[19]

Nəticə olaraq deyə bilərik ki, bu həqiqətlər yönündən insanlar bu qismlərə ayrılır:

1-“Milləti-İbrahimə” və bütün peyğəmbərlərin gətirdiyi İslam şəriətinə bağlı, sadiq və bu yolda sabit, onun uğrunda qınamadan və təhdiddən çəkinməyən adamdır. Bu adam, insanların arasına qarışaraq və onların verdiyi əziyyətlərə səbr edərək o insanları haqqa çağırır [20]. Münasibətdə olduğu insan-ların gözündə güvənilən, sevilən və hörmət edilən biridir. Allah c.c bu cür insanlar haqda belə buyurmaqdadır: “Allaha çağıran, saleh əməl işləyən və “mən müsəlmanam” deyəndən daha gözəl sözlü kim var.”[21]

2- Ya da birinci maddədə olandan biraz daha fərqli bir adamdır ki, bu adam ətrafı hiylə və tələlərlə dolu, bu çətin yolda yürüməyə güc yetirə bilməz və dinindən dönmə qorxusuyla, açıqca dinini yaşamanın haqqını verə bilməyəcəyindən çəkindiyi ücün bütün sərvətini xərcləyərək karvanların və dağların adamı olur. Allaha həqiqi qul olmaq ücün qaçar, hicrət edər.

3- Ya da mustazaftır. Evinə çəkilmişdir. Çöldəkilərlə olan əlaqələrini mümkün qədər azaldır. Bu şəkildə şirkdən, şirk əhlindən və yanacağı insan və daşlardan ibarət olan atəşdən qurtulmağa və qorunma tədbirləri görməyə çalışmaqdadır. Kafirlərdən mümkün qədər uzaq durmaqda, onların batil yaşayışlarına razılıq göstərməməkdə və heç bir şəkildə küfrə dəstək verməməkdədir. Tövhidin pozulmaması ücün belə olmasının gərəkli olduğuna inanır. Bu hal içərisində ikən qəlbi şirkə və müşriklərə qarşı nifrət və düşmənçilik xüsusunda rahat olaraq qalmaqda, bəzi şeyləri açıq şəkildə ortaya qoymasına əngəl olan ünsürlərin ortadan qalxmasını gözləməkdədir. Dinini daha rahat yaşaya biləcəyi yerlərə hicrət etmə fürsətini gözləməkdədir. Beləliklə dinini açıqca yaşaya biləcəkdir. Eynilə mühacirlərin Həbəşistana hicrət etməsi kimi

4- Ya da batil əhlinə riza göstərən, onların sistemlərinə yardım edən adamdır. İbni Atiqin “Səbilun necat vəl fikak min muvallatil murtəddin və əhlil işrak” adlı əsərinin 23-cü səhifəsində də izah etdiyi kimi bu vəziyyətdə olan bir adam ücün üc hal söhbət mövzusu ola bilər:

Birinci hal: Zahirlə batinin eyni olması halıdır. Bu hal, açıq bir küfrdür. İslamdan çıxmağa səbəbdir. Təbii ki, bu hal məcbur edilməsinə və ya edilməməsinə görə dəyişir. Bu adamlar Allahın belə vəsf etdiyi adamlardır: “Qəlbi imanla dolu olduğu halda məcbur edilən şəxs istisna olmaqla, kim iman gətirdikdən sonra küfrə dönərsə Allahın qəzəbi onlaradır və onlar üçün çox böyük bir əzab var.”[22] İkinci hal: Zahirən şirkə, küfrə müxalifət etməklə bərabər, qəlbində onlara meyl edən adamdır. Bu adam da kafirdir. Münafiq olaraq vəsf olunur. Üçüncü hal: Zahirən onlarla həmfikirmiş kimi görünməsinə baxmayaraq batinən onlara müxalifət edən adamdır. Bu adam üçün iki hal mövcuddur:

a) Bu halda olmasının səbəbi dininə görə zülmə məruz qalması və bu zülmün ölümlə təhdid səviyyəsinə qalxmasıdır. Belə bir vəziyyətdə zahirən müşriklərin tərəfdarı kimi görünmək caizdir. Bunula birlikdə qəlb imanla dolu olmalıdır. Eynilə Ammarın ra hadisəsində olduğu kimi…Allah c.c belə buyurur: “Qəlbi imanla dolu olduğu halda məcbur edilən şəxs istisna olmaqla…”

Bu vəziyyətdə olan adamın etməli olduğu şey, Nəbinin sas səhabələrindən, zəif olanların etdiyi kimi dini üçün ilk fürsətdə içində olduğu cəmiyyətdən uzaqlaşmaq və daima belə dua etməkdir: “Ey Rəbbimiz bizi əhalisi zalım olan bu şəhərdən çıxar. Bizə qatından bir qoruyucu göndər, yardımçı göndər…”[23]

b) Yaxud bu halda olmasının səbəbi dünyada məqam, mövqe ya da mal əldə etməyə çalışmasıdır. Sözdə “vətənin və millətin xeyri üçün” zahirən kafirlərə dost kimi görünməyə çalışmaqda, ancaq küfrə və kafirlərə qarşı içində nifrət bəsləməkdədir. Bu halda olan adam mürtəddir. Qəlbində küfrə nifrət etməsi ona heç bir fayda verməz.

Allah c.c bu cür insanlar haqqında belə buyurmaqdadır: “Bu onların dünyanı axirətdən üstün tutmaları səbəbilədir və şübhəsiz Allah kafirləri doğru yola yönəltməz.”[24]

Muhəmməd bin Abdulvahhabın rh da bu mövzuda açıq-lamaları var.[25]

İbni Atiq rh belə davam edir: “İnsanlardan bir çoxunun üzr olaraq qəbul etdikləri şeyə gəlincə, şübhəsiz bu, Şeytanın insanlara bəzəyərək xoş göstərdiyi işlərdəndir. Şeytanın dostları, əslində həqiqət olmayan şeylərlə adamı qorxudub təşvişə saldıqlarında, bu hal müşriklərə riza göstərmənin caiz olması zənninə qapılmaqla ortaya çıxmaqdadır…”

Sonra Şeyxul-İslam İbni Teymiyyənin rh küfr kəliməsini söyləməyə dair ikrahın necəliyini izah etdiyini və bunun ancaq döyülmə, işgəncə və ya öldürmə kimi vəziyyətlər qarşısında ola biləcəyini, sadəcə sözlə olan təhdidlərdə və ya özünə, zövcəsinə, uşaqlarına, malına yönəlmiş qorxutmalarda belə bir vəziyyətin qətiyyən mövcud olmadığına dair açıqlamalarını zikr etməkdədir. Sonra belə deməkdədir: “Əgər bunu anlaya bilmisənsə, demək ki sənə Nəbinin sas:

“İslam qərib olaraq başladı və yenə başladığı zamandakı kimi qəribliyə dönəcək”[26] sözünü izah edən, nəql edən bir çox insanın bu vəziyyətə necə düşdüyünü anlamısan. Şübhəsiz ki bu din qəribliyə dönmüşdür. Və gerçəyi görənlər o qəribliyi yaşamaqdadırlar. Yardım Allahdandır.” İbni Atiqin sözləri burda sona yetir.

Şeyx Süleyman bin Abdullah bin Muhəmməd bin Abdulvahhab “Hükmu muvallati əhlil-işraq” adlı əsərinin müqəddiməsində belə deyir: “Allah sənə rəhmət etsin, bunu bil ki, bir insan müşriklərə və ya onların dinlərinə, onlardan qorxub çəkindiyi üçün və ya şərlərini dəf etmək üçün ya da vəziyyəti idarə etmək üçün onlara riza göstərsə göstərsə, o insan riza göstərdiyi o topluluq kimi kafir olmuşdur. Onların dinlərindən iyrənsə, onlara qəlbən nifrət etsə, İslamı və müsəlmanları sevsə belə bu belədir.”

Daha sonra müşriklərə malla və dostluğun tələb etdiyi müxtəlif şeylərdə yardım etmək və müsəlmanlarla olan dostluğu kəsmək kimi daha şiddətli durumları zikr etməkdə və belə deməkdədir: “Ancaq ikrah altında olan, müşriklər tərəfindən ələ keçirilmiş adam müstəsnadır. Ona, “küfr et” və ya “bunu et” deyərlər. “Əgər dediyimizi etməsən sənə işgəncə verərik. Səni öldürərik!” deyərlər. İstədiklərinə çatana qədər işgəncə verərlər. Bu vəziyyətdəki adamın, qəlbi imanla dolu olaraq, dili ilə onlara riza göstərməsi caizdir.

Alimlər, zarafatla olsa belə küfr kəliməsini söyləyən adamın kafir olacağı xüsusunda fikir birliyində ikən sadəcə qorxduğu üçün və dünyaya olan düşkünlüyündən küfri əməllər edən, küfr olan sözlər söyləyən insanların halı necə olar?” Sonra bu xüsusda iyirmidən çox dəlil gətirməkdədir. Buna görə “Əd-Dəlail” adlı kitabı çox şöhrət qazanmışdır.

Bu əsər müşriklərə dostluq göstərib, onlarla yaxşı münasibətdə olub, qanunlarını, hökumətlərini, ordularını müdafiə edib bir də özlərini İslam mübarizəsinə nisbət edən-lərin həqiqətləri görüb yaxşı-yaxşı düşünmələri, təfəkkür etmələri üçün olduqca faydalıdır. Bu əsər onlar üçün həqiqətən çox mühümdür. Xüsusən Şeyx Hamd bin Əli bin Atiq rh və Şeyx Süleymanın rh öz dövrlərində Nəcdə girən Türk əsgərləri haqqında xalqı xəbərdar edib, onları bir çox bidətə sarılmış və xurafələrlə dolu bir çox inancı olan bu toplumla dostluq qurmaqdan çəkindirmək məqsədilə yazdıqları “Səbilun-nicat vəl fikak..” və “Əd-Dəlail” adlı əsərlərinin önəmi böyükdür. Bu mövzu ilə əlaqədar “Əd-Dirərus-saniyyə” kitabının “Cihad babı”nın 309-cu səhifəsinə və digər əsərlərinə baxa bilərsiniz.

Bu da məlumdur ki Şeyx Muhəmməd bin Abdulvahhabın uşaqları və onlara tabe olmuşlardan Nəcd alimlərindən məşhur olanlar Türkiyə dövlətini və onun ordusunu təkfir edirdilər. Bu bir çox risalələrdə sabitdir. Hətta onlara dost olanları və onların itaəti altına girənləri, onlardan olub onları möminlərdən yanaşı özlərinə dəstək görən hərkəsi təkfir etmişlər. Bu vəziyyətdə insanın ağlına ciddi olaraq bu sual gəlir: Məşhur imamların, zamanımızın müsəlmanlarının çoxunun o və içində olduqları pis vəziyyətə görə üzülərək gözyaşı tökdükləri türk dövləti və ordusu haqda hökmləri və ona dostluq göstərən, onu sevən, onun varlığıyla öyünənlər haqqındakı hökmləri bu isə görəsən əsrimizin “Yasaq[27] qulluqçuları” üçün hansı sözləri söyləyərdilər?

Görəsən günümüzdə onlara, ordularına, polislərinə duyduqları qorxuya görə ya da gözəl evlər, məqamlar, etibar və s. kimi dünyanın bər-bəzəyi və dünya malından məhrum olma qorxusuyla göstərdikləri dostluq haqqında necə hökm verərdilər?

Görəsən onlara səmimiyyətlə xidmət edəcəklərinə və qanunlarına hörmət göstərəcəklərinə dair and içənlər haqqında necə hökm verərdilər? Əgər o alimlər zamanımızda yaşamış olsaydılar görəsən nə deyərlərdi?...

Xəbərdarlıq bu xəbərdarlıqdır ey ağıl sahibləri! Tövbə bu tövbədir ey qafillər! Dinin əslində, təməlində fitnə ortaya çıxmışdır. Zaman bu zamandır. Bu fitnə dinin bəzi qollarında deyil və ya dünyaya aid bəzi məsələlərdə deyil, dinin təməlində, əslindədir. Dinin mühafizəsi üçün nəslin, qadınların, malların, ticarətlərin, evlərin qalxan edilməsi zamanıdır. Bunları fəda etmənin, haqqımız olduğu halda bunlardan vaz keçmənin zamanıdır. Yoxsa din onlar üçün fəda edilməz.

Necəki Allah c.c buyurur: “De ki: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, qadınlarınız, qohumlarınız, iflasa uğrayacağından qorxduğunuz ticarət, xoşunuza gələn evlər sizin üçün Allahdan, onun elçisindən və Allah yolunda cihaddan daha sevimlidirsə, Allahın əmri gələnə qədər gözləyin. Allah fasiq qövmü doğru yola yönəltməz.”[28]

Yaxşı düşünün və anlamağa çalışın. Allah c.c, Özünün, Rəsulunun və öz yolunda cihad etməyin yuxarıda sayılan dünya mənfəətlərindən daha öncə gəlməsininin, daha sevimli olmasının gərəkli olduğunu bəyan edir. Belə ki, sizin nəzərinizdə dininiz sahib olduğunuz şeylərin ən qiymətlisi və ən ucası olmalıdır.”[29]

--------------------------------------------------------------------------------

[1] Yunus: 10/71.

[2] Hud: 11/54-55.

[3] Hud: 11/56.

[4] Yəni “Hizbullah”- Allahın tərəfdarları və “Hizbuşşeytan” –şeytanın

tərəfdarları.

[5] Hud: 11/56

[6] “Fi Zilalil Quran”dan ixtisarla alınmışdır.

[7] Buxari: Kitabul-İtisam: c-15: səh. 7144, Rəsulullahın sas sünnətinə tabe

olmaq babı, 13 nömrəli hədis.

[8] Əl-Kafirun: 109/1-6

[9] Əl-Ənam: 6/19

[10] Yunus: 10/104

[11] Yunus: 10/41

[12] Əş-Şura: 42/15

[13] Hakim. Albani səhih demişdir. Təhrici üçün “Fikhus-Sirəyə” baxa

bilərsiniz. İbni Kəsir: Əl-Bidayə vən Nihayə: c-3: səh. 86. İbni Hişam:

Siyər: c-1: səh. 432. Mevdudi: Siyər: c-3: səh. 231.

[14] Bu qeyd böyük həcmli olduğundan kitabın sonuna 4 nömrəli qeyd

olaraq yerləştirilmişdir. Verilmiş hədisin qaynağı budur: Buxari:

Kitabul-Mənakib: c-7: səh. 3383., İslamda peyğəmbərlik əlamətləri babı

116 nömrəli hədis: Kitabul- İkrah: c-15: səh. 6812, kafir olmamaq üçün

əzilib alçaldılmağı, döyülməyi və öldürülməyi seçən kimsə babı, 4

nömrəli hədis.

[15] Fussilət: 41/6.

[16] Əl-Əraf: 7/195-197.

[17] Ali-İmran: 3/12

[18] “Səbilun necat vəl fikak min muvallatil murtəddin və əhlil işrak.”

kitabından. Bu qeyd böyük həcmli olduğundan kitabın sonuna 5

nömrəli qeyd olaraq yerləştirilmişdir.


[19] “Fi Zilalil Quran”dan ixtisarla alınmışdır.

[20] Bu qeyd böyük həcmli olduğundan kitabın sonuna 6 nömrəli qeyd

olaraq yerləştirilmişdir.

[21] Fussilət: 41/33.


[22] Ən-Nəhl: 16/106

[23] Ən-Nisa: 4/75.

[24] Ən-Nəhl: 16/107.

[25] Bu qeyd böyük həcmli olduğundan kitabın sonuna 7 nömrəli qeyd

olaraq yerləştirilmişdir.

[26] Muslim: Kitabul-İman: c-1. səh. 197-198, İslamın qərib olaraq

başlanmasının və təkrar qəribliyə dönərək iki məscid arasında

toplanması babı, 232 nömrəli hədis. Tirmizi: İman babları: c-4: səh. 385-

386: İslam qeyri adi başladı və gələcəkdə qeyri adi olacaqdır mövzusu,

2764-2765 nömrəli hədislər.

[27] Yasaqın nə olduğunu böyük alim- Allah rəhmət etsin- İbn Kəsirdən

dinləyək: “...Bu “Yasaqı” Çingiz xan Yəhudi və Xristian şəriətlə-

rindən, İslam dinindən və başqa dinlərdən yararlanaraq meydana

gətirmişdi....Onlar Allahın kitabı və Rəsulunun sünnətilə hökm

etməyi bir kənara buraxıb “Yasaqla” hökm edirdilər. Hər kim belə

edərsə o kafirdir. Allahın və Rəsulunun hökmünə dönüncəyə, kiçik və

ya böyük hər məsələdə bundan başqa şeylə hökm verməyənə qədər

onlarla döyüşmək fərzdir.” İbni Kəsir: Təfsirul Quranil-Azim: 2/67.


[28] Ət-Tövbə: 9/24

[29] Əd-Dirarus Saniyyə: Cihad babı: 127.

 

Add comment

Bold Italic Underlined Link Quote