QEYD-1 Bir qul, Allaha haqqıyla ibadət etmədikcə, şirklə və şirk əhliylə qarşı qarşıya gələ bilməz və onlardan ayrılıb batil rejimlərinə qarşı düşmənçiliyini açıq elan etməyə gücü catmaz.

Allah c.c, Nəbisi Muhəmmədə sas Məkkədə ikən gecələri qalxıb Quran oxumasını əmr etmişdi [1]. Ona bu dəvət yükünü yüklənərkən ən lazımlı azuqənin bu olduğunu öyrətməkdəydi.

Bu “Şübhəsiz biz sənə ağır bir yük verəcəyik.” [2] ayəsindən öncə idi. Sonra Allah c.c: “Ey örtüyünə bürünən, gecənin bir qismi istisna olmaqla qalxıb namaz qıl. Gecənin yarısına qədər yaxud ondan biraz az. Ya da ondan bir qədər çox. Quranı tərtillə oxu.”[3] buyurdu. Rəsulullah sas və səhabələri gecələr ayaqları parçalanana qədər ibadət etməyə başladılar. Allah c.c yüngülləşdirmə ayəsini endirənə qədər…

Bu qiyam, Allahın ayələrini oxumaq və Onun sözlərini dərindən düşünmək şəklində idi. Şübhəsiz ki bir dəvətçini, dəvət yolunun çətinlikləri qarşısında dəstəkləyən ən xeyirli dəstəkçi Allahın ayələridir. Əziz və Cəlil olan Allaha ibadətdə ixlaslı olmadan, Onun zikrindən və təsbihindən məhrum olaraq, bu böyük mübarizənin ağır yükünü daşıyacaqlarını zənn edənlər, yanılmaqda və vəhmə qapılmaqdadırlar. Bu nöqtəyə diqqət etmədən, ixlas və təsbih ruzisindən məhrum olaraq addım atanlar əsla o doğru yola çata bilməyəcəklər. Çünki ruzinin ən xeyirlisi təqvadır.

Allah c.c bu mübarizənin əhlini belə vəsf etməkdədir: Onlar ki, səhər axşam Rəblərinin rizasını diləyərək dua edərlər, gecələr çox az yatarlar, Allah qorxusundan yanları üstə yatmaqdan çəkinərlər. Rəbblərinə qorxu və ümidlə yönələrlər, o şiddətli və güzəştsiz gündə Rəbblərindən qorxarlar. Buna görə də Allah c.c Nəbisinə sas onlarla birlikdə səbr etməyi əmr etmişdir. Günümüzün sözdə dəvətçilərinin, bu sayılanlardan başqa sahib olduqları sifətlərin isə bu dəvətlə əlaqəsi yoxdur. Ancaq Allahın zikr etdiyi vəsflərlə bu yük yüklənə bilər. Allah c.c bizləri və sizləri bu sifətlərə sahib olanlardan etsin.

QEYD-2 Bəzi insanlar “Milləti-İbrahim”in zamanımızda batil əhlinə qarşı susaraq və onların batil yollarından uzaqlaşmağı açıqca ortaya qoyub elan etmədən, sadəcə Tövhidi və onun qisimlərini, çeşidlərini və s. öyrənib bilməklə həyata keçiriləcəyini zənn edə bilərlər.

Bizlər belə düşüncələrə bu cavabı veririk: “Milləti İbrahim”in hərəkət tərzi budusa, nəyə görə qövmü İbrahimi as buna görə oda atdı? Əksinə o da qövmünün yaltaqları və məddahları kimi batil yaşayışları qarşısında susub, ilahlarına bir şey demədən, onlara olan düşmənçiliyini ortaya qoymadan sadəcə nəzəri olan dostluq-düşmənçilik-sevgi-nifrət, ilğım kimi, gerçəklər şəklində ortaya çıxmayan quru bir Tövhid bilgisiylə kifayətlənə bilərdi. Bəlkə də belə davransaydı ona bütün qapılar açılardı. Hətta günümüzdə olduğu kimi, Ona bu nəzəri Tövhidi öyrənə bilməsi üçün məktəblər, fakültələr açardılar. Üstəlik bu məktəb və fakültələrə “Tövhid məktəbi”, “Tövhid fakultəsi”, “Dəvət və Üsulid-Din” fakultəsi kimi dəbdəbəli adlar verərdilər…Bu şeyləri edə bilərdilər. Çünki praktik həyatda, tətbiq sahəsinə çıxmadıqca bu cür şeylərin tağutlar və onların batil sistemləri üçün heç bir qorxusu və təsiri yoxdur. İstərsə bu fakültələrdən ixlas, Tövhid və dəvət haqqında minlərcə tezislər, dosentlər, doktorlar çıxsın… Onlar bu cür şeyləri rədd etməzlər. Tam əksinə bu cür şeyləri bəyənib o şəxsləri diplomlar və gurultulu adlarla təltif edərlər. Yetər ki onların batillərinə, şirk hallarına qarışılmasın və etiraz edilməsin, sadəcə nəzəri elmlərlə kifayətlənilsin…

Abdullatif bin Abdurrahman “Əd-Dirərus-saniyyə”də Cihad babının 167-ci səhifəsində belə deyir: “Tövhidi bildiyi və onunla əməl etdiyi halda müşriklərə və onlara müxalifət etməyənlərə müxalifət etməyən bir adam düşünülməz. Belə bir adam üçün “Tövhidi bilir və onunla əməl edir” deyilməz.”

Təsəvvür edək ki Rəsulullah sas ilk mərhələdə, Qureyşin inancının keçərsizliyini elan etmək xüsusunda, onların ilahlarının saxtalığını və qüsurlarını acıq deməmiş və susmuşdur. Hətta onların Lat, Uzza və Manat kimi saxta ilahlarına etdikləri ibadətin yanlışlığını vurğulayan ayələri gizlətmişdir. Eyni şəkildə Əbu Ləhəb, Valid və digərlərini sərt bir dillə tənqid edən ayələri də açıqlamamışdı. Təsəvvür edək ki, müşriklərdən, onların dinlərindən və saxta ilahlarından uzaqlaşmaqla bağlı xüsusən “Kafirun” surəsi kimi surələri də açıqlamamışdır. Deyək ki belə etmiş, (biz onu bu davranışdan tənzih edirik) müşriklərlə olan yaxşı münasibətlərini davam etdirmiş və onlara hörmət və yaxınlıq göstərmişdir. Əgər elədirsə niyə səcdədə ikən başına dəvə içalatı qoydular? Niyə əllərindən gələn hər əzab əziyyəti verdilər? Bütün bunlar siyər kitablarında sabitdir. Niyə hicrət etmək məcburiyyətində qalmış yorğun və halsız sıxıntılarla mübarizə aparmışdır? Özü və səhabələri vətənlərində rahat oturduqlarına görə mi?

Allahın dininə və bu dinin mənsublarına olan bağlılıqla batilə və onun mənsublarına qarşı düşmənçilik, müsəlmanlara namaz, zəkat, oruc və həcdən öncə fərz qılınmışdır. Başqa inanca görə deyil bu inanca görə əziyyət görülər, imtahan ortaya çıxar. Şeyx Hamd bin Əli bin Atiq “Əd-Dirərus-saniyyə” adlı əsərin Cihad babında 199-ci səhifədə belə deyir: “Ağıllı olan və öz nəfsini hesaba çəkən adam, Qureyşi, Rəsulullah sas və səhabələrini ən şərəfli yer olan Məkkədən çıxarmağa sövq edən səbəbləri yaxşı-yaxşı düşünməlidir. Burası məlumdur ki, Qureyş müşrikləri, daha çox müsəlman onların dinlərinin əyriliyini və atalarının sapıqlığını elan etdikdən sonra müsəlmanları Məkkədən çıxarmışlar.

Bunu etməkdə məqsəd Rəsulullahı sas mübarizəsindən vaz keçirmək, onu və səhabələrini yurdlarından çıxararaq onların gözlərini qorxutmaq idi. Səhabələr müşriklərdən gördükləri əziyyətdən şikayət edirdilər. Rəsulullah sas isə onlara səbr tövsiyə edir, onlardan öncə daha da şiddətli əziyyətlərə məruz qalanları xatırladaraq onlara təsəlli verirdi. Amma səhabələrinə, müşriklərin dinini alçaltmaqdan və sistemlərinin xarablığını göstərməkdən vaz keçmələrini əmr etmirdi. Əksinə, səhabələri ilə birlikdə hicrətə və yer üzünün ən şərəfli torpaqlarından olan vətənlərindən uzaq düşməyə üstünlük verdi. “Allah Rəsulu həqiqətən Allaha və axirət gününə inananlar və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir.” [4] Eyni şəkildə tağutlar, bütün zamanlarda və bütün məkanlarda İslamdan razı qalmazlar və İslamla sülh içində olmağı da istəməzlər. Bəlkə İslam haqqında kongresslər təşkil edərlər, onunla bağlı kitablar yayarlar, “İslamı öyrədən” fakültələr və universitetlər açarlar. Ancaq bir şərtlə: bu İslam kor, topal, qolsuz, praktikadan uzaq, möminlərin birlik və bərabərliyindən uzaq, səflərin ayrılmasından uzaq, din düşmənlərinə, onların ilahlarına və batil sistemlərinə təsirdən uzaq bir İslam olarsa!...

Bizlər bunun ən gözəl və ən açıq örnəyinə Səudiyyə Ərəbistanı deyilən dövlətdə rast gəlirik. Bu dövlət insanları sözdə Tövhidə təşviq edərək, Tövhidlə bağlı kitablar yayaraq və bu xüsusda comərd davranaraq aldatmaqdadır. Halbuki bu dövlətin elədiyi sadəcə alimləri qəbir münaqişələri, sufilik, gözmuncuğu, sehr, cadu, ağaclar, daşlar kimi məsələlər üzərində durmağa məcbur etməkdir. Bundan başqa, özünə zərər gətirəcəyindən çəkindiyi daxili və xarici siyasətiylə bağlı məsələlər haqında heç danışılmaz. Təbii ki bu parçalanmış və əskik olaraq yaşanan din anlayışı onların nüfuzlarına, zülm üzərində qurulmuş taxtlarına zərər vermədikcə onlar da xalqın belə bir Tövhid anlayışını məşhurlaşdırma istiqamətində heç bir dəstək, yardım və təşviqdən çəkinməyəcəklər.

Yaxşı, harada qaldı Cuheymanın[5] kitabları və bənzəri kitablar? Ki bu kitablar Tövhidlə dolub daşmaqdadır. Üstəlik bu kitablarda bu hökuməti təkfir etməməsinə baxmayaraq niyə hökumət bu kitabları dəstəkləmir və onlara təşviq etmir?

Yoxsa bu kitablarda bəhs edilən Tövhid, zalımların xasiyyətlərinə, hava və həvəslərinə uyğun gəlmədiyi, siyasətdən danışdığına görə, vəladan və səflərin ayrılmasından, beyətdən və yenilənməsindən danışdığına görəmi? Bunları təhqiq etmək üçün altıncı risalədən olan “Əmri bil-Məruf vən-nəhyi anil-munkər” adlı əsərin müxtəsərinin 108-110-cu səhifələrində keçən sözlərinə baxa bilərsiniz. Mən orada onun bu məsələni mükəmməl bir şəkildə izah etdiyini gördüm. Hamd bin Əli bin Atiq rh “Səbilun-Necat vəl-Fikak min muvalatil-murtədin və əhlil işrak” adlı əsərində belə deyir: “İnsanların çoxu kəlmeyi-şəhadəti söyləyib, beş vaxt namaz qılmaqla dinin tələblərini yerinə yetirdiklərini zənn edər, mürtəd və müşriklərlə oturub durarlar. Bu xəta üstünə xətadır. Bilin ki küfrün növləri və kafirlərin sayı qədər çeşidləri var. Küfr tayfalarından hər biri öz küfrləri ilə tanınır. Müsəlman bu tayfalardan hər birinin şöhrət tapdıqları küfrlərinə müxalifət etmədikcə və onlara olan düşmənçiliyini açıq şəkildə elan edib onlardan ayrılmadıqca dininin xüsusiyyətlərini ortaya qoya bilməz.”

Yenə “Əd-Dirərus-saniyyə”də belə deyilir: “Dinin yaşanması və ortaya qoyulması nə deməkdir – onları təkfir etmək, dinlərinin qüsurlarını ortaya qoymaq, onlara tən etmək, onlarla səfləri ayırmaq, onlara güvənməkdən, etimad etməkdən uzaq durmaq, onlarla münasibəti kəsmək deməkdir. Bunlar namaz qılmaqdan fərqli şeylərdir. Bu gün dini ortaya qoyan bunlardır. Çünki elə bir qəribə mühitdə yaşayırıq ki, bu gün Allaha şərik qoşan insanlar arasında da namaz qılanlar vardır.”[6]
Süleyman bin Səhman rh divanında belə deyir: “Onlar bir küfr topluluğu ikən bu dini elan etmək,

Onlar üçün həqarət dolu bir elandır.

Düşmənçilik başlar və kin ortaya çıxar.

Ey ağıl sahibləri fikriniz yoxdurmu?

Onlara qəlbdə kin bəsləmək ya da inananları semək yetməz

Əsl ölçü bunu açıq, qəti olaraq, bəyan edib yaşamaqdadır.”[7] İshak bin Abdurrahman yenə eyni kitabının 141-ci səhifəsində belə deməkdədir: “Dini oxumaq zənn edirlər. Hərəkəti namaz qılmaq və bəlalar qarşısında susmaq zənn edirlər.

Fikirləri qarışmış bir çox təslim olan, buna görə də bu din belə nöqsan.

Halbuki bu din sadəcə Allah üçün sevmək, nifrət etmək və vəladır.

Bir də hər azğın və günahkar olandan ayrılmaq...”

Əbul-Vəfa bin Aqil rh “Əgər zəmanəmizdə yaşayan insanlar içərisində müsəlmanların halını təsbit etmək istəsəniz məscid qapılarındakı kütləyə və “ləbbeyk” deyə qışqıran yığınlara baxmayın. Əsl Şəriət düşmənlərinin ardınca gedən ayaq izlərinə baxın! Əsl sığınma Allahın qalasına olan sığınma və onun sağlam ipinə sarılmadır. Bu dinin dostlarına bağlılıqdır. Tədbir isə bu dinə müxalif olanlara yönəlməlidir. Ən xeyirli yaxınlıq Allaha olan yaxınlıqdır. Allah c.c və Rəsulunun sas qoyduğu hədlərə diqqət etmək, imkan daxilində əllə, dillə və bədənlə cihad etməkdir.”[8]


--------------------------------------------------------------------------------

[1] Buxari: Kitabut-Təhəccüd: c-3: səh. 1085, Vacib olmadığı zaman

Peyğəmbərin sas gecə namazına və nafilə namazlara təşviq etməsi babı,

9 nömrəli hədis. Muslim: Kitabus-Salatil musafirin və kasriha: c-2: səh.

385-387, Xəstə olduğundan və yaxud yatıb qalaraq gecə namazını

qılmayan...babı, 139 nömrəli hədis.

[2] Əl-Muzəmmil: 73/5.

[3] Əl-Muzəmmil: 73/1-4.

[4] Əl-Əhzab: 33/21.

[5] Cuheyman əl-Uteybi. 1979-cu ildə baş vermiş Məkkə qiyamını həyata

keçirən qrupun lideridir. Riyada yaxın bir bölgə olan əl-Arcalıda

doğulmuşdur. Uzun müddət “Milli Təhlükəsizlik Birliyində” vəzifə

tutmuş, bu qiyamdan altı il öncə istefa vermiş və “Qardaşlar”

təşkilatında vəzifə almışdır. Bu təşkilat Misirdəki “Müsəlman

qardaşlar” təşkilatından fərqlidir. Quruluşu da ondan çox-çox öncə

olmuşdur.

[6] Durarus saniyyə: cihad babı səh. 196

[7] Səh. 76-77.

[8] Əd-Dirarus Saniyyə: Cihad babı/238.

 

Add comment

Bold Italic Underlined Link Quote