MİLLƏTİ-İBRAHİM 7. Qeydlər
QEYD-3 Burada tələskən olanların çoxunda olan bir şübhəyə diqqət çəkmək istəyirik. Bu şübhə- “Milləti-İbrahim” özlüyündə yaşandığı mərhələlərin, dəvət mərhələsi içərisində “hikmətlə öyüd” və “ən gözəl şəkildə mübarizə” hissələrindən sonra gələn ən son mərhələdir- formasındakı şübhədir. Dəvətçilər “Milləti-İbrahimin” hərəkət tərzi içərisində bir mərhələ olan Allahın düşmənlərindən və onların saxta ilahlarından ayrılma, uzaqlaşma, onları təkfir etmə, onlara qarşı kin və düşmənçilik bəsləmə şəklində təsvir etdiyiniz cizgiyə ancaq yumşaq və hikmət dolu bir üslubu tətbiq etdikdən sonra əl atmışlar.
Biz müvəffəqiyyət Allahdandır deyərək belə deyirik: Qarışıq kimi görünən bu durum, bu cür insanların zehinlərində -“Milləti-İbrahim” açıq və qəti olmadığı ücün meydana gəlmişdir. Eyni şəkildə ilk mərhələdə kafirləri dəvət metodu ilə, küfrlərində inad edənlərə qarşı tətbiq olunan metodun bir- birinə qarışdırılması səbəbiylə bu qarışıqlıq meydana çıxmaqdadır. Qısaca bunu deyə bilərik: “Milləti-İbrahim”in əsası, bir olan Allaha ibadətdə ixlas və ondan başqa bütün məbudları inkardır. Bu nöqtənin nə gecikdirilməsi nə də tezləşdirilməsi doğru olmaz. Əksinə işə ilk öncə bu nöqtədən başlamaq lazımdır. Çünki bu nöqtə, inkar və isbat baxımından “Lə iləhə illəllah” kəliməsini tamamən əhatə edər ki, bu dinin əsli və rəsulların təməl hərəkət nöqtəsidir.
İçinizdəki bütün şübhələri dağıtmaq üçün sizlərə bu iki xüsusu xatırlatmaq istəyirəm: Birincisi, tağutlar da daxil olmaq üzrə, Əziz və Cəlil olan Allahdan başqa ibadət olunan bütün saxta ilahlardan ayrılmaq, uzaqlaşmaq, onları inkar etmək. Bu mövzu nə sonraya saxlanar nə də tələsilər. Əksinə yolun əvvəlindən etibarən açıq şəkildə elan edilməli və praktikada tətbiq olunmalıdır.
Ikincisi, əgər şirk toplumu batil yollarında, küfrlərində israr edərlərsə- onları tərk etmək, onlardan ayrılmaq.
İndi bu iki xüsusu açıqlayaq:
Birinci xüsus: Bu Əziz və Cəlil olan Allahdan başqa ibadət edilən bütün tağutları inkar etməkdir. Bu tağutlar istər daşdan yonulmuş bütlər, günəş, ay, ağac olsun , istərsə də insanların ortaya qoyduğu sistemlər və qanunlar olsun heç bir fərqi yoxdur. “Milləti-İbrahim” və nəbilərlə və rəsulların dəvəti, edilən bu yanlış ibadətlərin küfr olduğunu, küfrü ortaya çıxardığını elan etmiş, bu küfrü yaşayışa və ünsürlərə qarşı düşmənçilik və kin başlatmış, batilin xalq arasında haqsız olaraq malik olduğu etibarını silərək, həqiqi dəyərini vermiş, batilin saxtalığını və nöqsanlı olduğunu yolun əvvəlindən etibarən ortaya qoymuşdur. Nəbilər “...Allaha ibadət edin, tağutdan çəkinin...”[1] deyərək dəvətlərinə başladıqda bunu həyata keçirmiş olurlardı. Allah c.c İbrahimin as diliylə belə buyurmaqdadır: “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”[2]
Yenə belə buyurmaqdadır: “Ey qövmüm mən sizin Ona qoşduqlarınız şəriklərdən uzağam.”[3]
“İbrahim atasına və qövmünə belə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam, məni yaradandan başqa. Şübhəsiz o mənə hidayət verəcəkdir.”[4]
Yenə Allah c.c İbrahimin as qövmü üçün buyurur:“Bunu ilahlarımıza kim etdi? Şübhəsiz o zalımlardandır! dedilər.” “Adı İbrahim olan bir gəncin ilahlarımızı pislədiyini eşitmişdik” dedilər.”[5]
Müfəssirlər “ يَذْكُرُهُمْ ” kəliməsini “Onları, yəni ilahları ələ salır, nöqsanlarını üzə çıxarır və pisləyirdi” şəklində təfsir etmişlər. Quran və Sünnət bu cür ifadələrlə doludur. [6]
Nəbi sas Məkkədən izlədiyi yol bu mövzuda bizlər üçün yetərlidir. Qureyşin saxta ilahlarını necə də pisləyirdi? Onlardan uzaq olduğunu açıq şəkildə ortaya qoyur, bütün inanclarını inkar edirdi. Belə ki ona “Sabii” ləqəbi vermişdilər.[7]
Əgər bu mövzuda əmin və könlü rahat olmaq istəsən, Məkkə ayələrinə bax və onların üzərində yaxşı-yaxşı düşün. O Quran ki Nəbiyə sas gəlmiş bir neçə ayəylə şərqdə, qərbdə, şimalda və cənubda məsələlərin ən önəmli nöqtələrinə aydınlıq gətirən və dillərin bazarlarda, məclislərdə və vadilərdə təkrarlayıb durduqları bir kitabdır. Bu ayələr ona ərəblərin dili olan ərəbcədə anlaşılan bir şəkildə nazil olmaqdaydı. Başda Lat, Manat və Uzza olmaqla, onların ilahlarını bütün açıqlıq və qətiliyilə ilə pisləyirdi. O zamanın ən məşhur ilahlarından uzaq olduğunu elan edir, onlarla bir araya gəlmirdi, onlardan əsla xoşlanmırdı və bu xüsusda heç bir şeyi gizlətmirdi. Şübhəsiz ki o sadəcə bir xəbərdar edici idi.
Günümüzdə özünü dəvət yoluna həsr edənlərin bu davranış tərzini və hərəkət metodunu yaxşı-yaxşı düşünüb dərk etməyə, öz nəfslərini buna görə bir hesaba çəkməyə ehtiyacları var. Çünki dəvət, Allahın dininin müzəffər olması məqsədini daşıyır, sonra bu qayənin ardından açıq və qəti olaraq nəbi və rəsulların metodundan başqa bir metodla bu işin həyata keçməyəcəyi gercəyi ilə üz-üzə gələr. Bizlər bu gün şirkin hökmləriylə, metodlarıyla, qanunlarıyla, təziqləriylə aramızda açıq və qəti bir şəkildə yayıldığı bir zamanda yaşayırıq. Bir sözlə dəvətçilər, nəbilərin ibrət götürərək, mümkün olduğu qədər bu mövzuların, metodların, sistemlərin şikəstliyini ortaya qoymaq, insanlara onların nöqsanlarını başa salmaq, onları inkar edib tanımamaq, açıq şəkildə onlara olan düşmənçiliklərini elan etmək, insanları buna çağırmaqla “Milləti-İbrahimə” tabe olmalıdırlar. Yoxsa haqq nə zaman ortaya çıxacaq? İnsanlar gercək dinlərini doğru bir şəkildə necə görüb öyrənəcəklər? Haqqı batildən, dostu düşməndən necə ayıra biləcəklər? Əgər bu gedişə müdaxilə edilməzsə qalibiyyət, təssüf ki, mübarizənin məsləhətini bəhanə olaraq irəli sürüb fitnə çıxaranların olacaq!
Dinləriylə əlaqəli olaraq hansı fitnə, insanlardan Tövhidi gizlətməkdən və onları Tövhid adı ilə başqa şeylərlə aldatmaqdan daha böyük ola bilər? Və hansı məsləhət “Milləti-İbrahim”i yaşatmaqdan, Allahın dininə duyulan bağlılığı açıq bəyan edib, Allahdan başqa bağlılıq göstərilərək ibadət edilən tağutlara qarşı duyulan düşmənçiliyi ortaya qoymaqdan daha uca ola bilər?
Əgər bu metodun tələbi olaraq müsəlmanlar, içində yaşadıqları toplumdan ayrılmazlarsa, Allahın yolunda mübarizədə qurbanlar fəda etməzlərsə, o zaman nə ilə olacaq? Niyə olacaq? Bütün tağutları rədd etmək İslam mübarizəsi güdən hər müsəlmanın borcudur. Bunu elan etmək, açıq şəkildə göz önündə tutmaq və bu mövzuda öncüllük etmək böyük bir vəzifədir. Bunu etməyə məcburdurlar. Müsəlman camaatlar və ya ən azından hər camaatdan bəlli bir qrup bu həqiqəti bütünlüklə ortaya qoymaq məcburiyyətindədir. Belə ki Nəbinin sas etdiyi kimi, bu mübarizə tanınsın və bu hərəkat yayılsın! Bu hərəkat tərzi onun işarəsi, ayırd edici xüsusiyyəti, sifəti olsun.
Bu xüsus bizləri heyrətə gətirir. Dəvətçilərin məsləhət gərəyi saydıqları bu mübarizə hansı mübarizədir? Yenə mənsublarının çoxusu bəşəri qanunlara düşkünkən və onları öyməklə məşğulkən, dim-dik ayaq üstə durmasını və yaşamasını istədikləri bu din hansı dindir? Bu nə böyük fəlakətdir ki bunlardan bəziləri bu dini öyüb onun təmizliyindən və ucalığından dəm vururkən, çoxusu bəşəri qanunların maddələrinə canla başla hörmət duymaqda və onlardan mədət ummaqdadırlar. Mübarizənin və metodun əksinə, onlara düşmənçilik bəsləyib, inkar etməli olduqları yerdə onlara dostluq göstərib, onlardan razı olurlar. Bunlar Tövhid yayırlar yoxsa Allahın dininə xidmət etməkdən şikayətçidirlərmi? Bu şəkildə bir davranışın, Rahmanın şəriətindən başqa hökmlərlə hökm edənləri və bu sapıqlıqda israr edənləri inkar etməklə, onları tanımamaqla heç bir əlaqəsi yoxdur. Çünki bu insanlar arasında hakim olan qanun, sistem və metodla əlaqəlidir.
İkinci xüsus: Bu müşriklərdən ayrılma, onları rədd etmə, onlara düşmənçilik və kin bəsləmə məsələsidir.
Böyük alim İbni Qayyim rh “İğasətul ləhfan”da belə demişdir: “İnsan Tövhidi yalnız Allaha xas qılıb, Allah üçün müşriklərə düşmənçilik bəsləmədikcə şirkdən qurtulmaz.” Bu məsələ, yəni müşriklərdən ayrılma məsələsi, birinci məsələ olan onların ibadət etdiklərindən ayrılma məsələsindən daha önəmlidir.
Hamd bin Əli bin Atiq rh “Səbilun-Nicat vəl-Fikak…” əsərində Allahın: “…Biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq...”[8] ayəsi haqqında bunları deməkdədir: “...Burada diqqət çəkən bir xüsus vardır. O da Allahın, Allahdan başqasına ibadət edən müşriklərdən uzaqlaşmağı, ayrılmağı, bütlərdən və Allahdan başqa ibadət olunan şeylərdən ayrılmaqdan daha öncə zikr etməsidir. Çünki birincisi ikincisindən daha önəmlidir. Əgər insan bütlərdən uzaq durduğu halda onlara ibadət edənlərdən uzaqlaşmırsa, deməli üzərinə düşən vəzifəni tam yerinə yetirməmişdir. Əgər müşriklərdən uzaq durursa, bu hərəkəti onların məbudlarından da uzaq durmasını təmin edər. Eynilə Allahın bu ayəsində buyurduğu kimi: “Mən sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən ayrılıram...”[9]
Burada da onlardan uzaqlaşma hərəkəti, məbudlardan uzaqlaşmadan öncə zikr edilmişdir. Yenə: “Beləliklə onlardan və onların Allahdan başqa ibadət etdiklərindən ayrıldıqdan sonra...”[10] və “Madam ki, siz onlardan və onların Allahdan başqa ibadət etdiklərindən ayrıldınız...” [11] ayələrində də eyni vəziyyət söhbət mövzusudur. Məhz bu nöqtəni yaxşı başa düşmək lazımdır. Çünki bu insana Allahın düşmənlərinə düşmənçilik etmə məsələsində bir qapı açar. İnsan özü şirkə düşməmiş olsa belə, şirk əhlinə qarşı düşmənçilik göstərmədikcə müsəlman ola bilməz. Əks təqdirdə bütün peyğəmbərlərin yolunu tərk etmiş olar.”
Abdullatif bin Abdurrahman rh “Əd-Dirərus-saniyyə” adlı risaləsində belə deyir: “İnsan şirkdən qurtulmuş ola bilər, Tövhidi də sevə bilər. Fəqət şirk əhlindən uzaq durmamaq və Tövhid əhli ilə yardımlaşmağı və dostluğu tərk etmək onun bu yaxşı halını ləkələr, pozar. Beləcə dinini məhf edən xalqın arasında o da şirk çirkabına bulaşar və havasına tabe olar. Tövhidin əslini itirər. Artıq Allahın razı olduğu iman onunla birlikdə deyildir. Nə Allah üçün sevər, nə də Onun üçün buğz edər. Onu yaratmış və biçimləndirmiş Allah c.c üçün kimsəyə nə düşmən olar, nə də dost. Halbuki səflərin ayrılması zəruridir və bu, Allahdan başqa ilah olmadığına şəhadət etmənin bir nəticəsidir.”[12]
Yenə belə deyir: “Allaha olan yaxınlığın ən gözəli Onun düşməni olan müşrikləri sevməmək, onlara kin bəsləmək, onlarla düşmən olmaq və onlarla döyüşməkdir. Bunun sayəsində qul möminlərdən başqası ilə dost olmaqdan qurtulmuş olur. Əgər bu şəkildə hərəkət etməzsə, o zaman müşriklərin dostluğunu qazanar.”[13] Muhəmməd bin Abdulvahhab rh belə deyir: “Müsəlman olan insanın, özünün müsəlman olan tayfadan olmasını açıq bir şəkildə ortaya qoyması şərtdir, ki onu qüvvətləndirsin, onunla qüvvət tapsın və tağutları qorxutsun. Çünki insan özünün onlara qarşı savaşan tayfadan olduğunu açıqlamadıqca o tağutlar düşmənçiliklərini ortaya qoymazlar.”[14]
Muhəmməd bin Abdulvəhhabın rh iki oğlu Şeyx Hüseyn rh və Şeyx Abdullaha rh - “Bu dinə girən, onu və ona tabe olanları sevən, ancaq müşriklərə düşmənçilik duymayan və onları təkfir etməyən insanın vəziyyəti haqda sual verdilər. Onlar da belə cavab verdi: “Müşriklərə düşmənçilik duymuram” deyən və onları təkfir etməyən insan müsəlman deyildir. Bunlar Allahın haqlarında: “…“Bəzisinə inanır, bəzisini inkar edirik” deyərlər. İkisinin arasında bir yol tutmaq istərlər, əsl kafirlər onlardır. Şübhəsiz kafirlər üçün alçaldıcı bir əzab hazırladıq.”[15] buyurduğu kimsələrdir.”[16]
Təbii ki biz bu şəkildə uzaqlaşmanın və düşmənçiliyin, Allahın dininə hörmət göstərən və düşmənçilik etməyən kimsələri də əhatə etdiyini söyləmirik. Ancaq qəlbdə hər müşrik üçün, şirkindən təmizlənincəyə qədər, bir düşmənçilik və ayrılıq hissi olmalıdır. Söz gün kimi aydın, açıq və qəti olmalıdır. Xitab edilənlər zorbalar və zalımlar olsa belə, hikmətlə və gözəl öyüdlə Allaha dəvət edilməlidir. Əgər qəbul etsələr qardaşlarımızdır. Onları Allaha olan itaətləri nisbətində sevərik. Bizim lehimizə olan şey onların lehinə və bizim əleyhimizə olan şey onların da əleyhinədir. Yox əgər dəlillərin qətiliyinə baxmayaraq üz çevirər, təkəbbürlənər, yaşadıqları batildə və şirkdə israr edərlərsə, Allah düşmənlərinin sıralarında yer alarlarsa, o zaman onlara qarşı nə gözəl söz və münasibət nə də yumşaqlıq göstərilməz. Bu vəziyyətdə bizim etməli olduğumuz tək şey onlardan ayrılmaq, uzaq durmaqdır. Burada müşriklərin və kafirlərin hidayət olunması üçün çalışmaq və bunun tələbi olan uyğun, hikmətlə dolu bir tərzdə, gözəl öyüd vermə məsələsini, sevmək və kin duymaq, Allaha olan dostluq və Onun üçün düşmənçilik etmək kimi məsələləri qarışdırmamaq lazımdır. Çünki bir çox insanlar bu məsələləri bir-birinə qarışdırdığı üçün “Ya Rəbbim qövmümə hidayət ver çünki onlar bilmirlər” şəklində naslar onlarda şübhə əmələ gətirir. İbrahim as, şirkində və küfründə inad edincə, özünə ən yaxın olan insandan ayrılmışdı. Allah c.c onun haqqında:“İbrahimə atasının həqiqətən Allah düşməni olduğu açıqlanınca ondan uzaqlaşdı…”[17] buyurmaqdadır. Bu ayrılıq onu, yəni atasını gözəl öyüdlə çağırdıqdan sonra, küfr üzərində inad etməsi nəticəsində baş vermişdir. Necəki onun atasına belə dediyini görürük: “Ey atam sənə gəlməyən bir elm mənə gəlmişdir. Artıq mənə tabe ol ki, səni düz yola yönəldim.” [18]
“Ey atam, həqiqətən mən sənə Rəhman tərəfindən bir əzabın toxunacağından qorxuram, o zaman şeytanın vəlisi olarsan.”[19]
Yenə Musa as da elçi olaraq göndərildikdə Fironla bu cür davranmışdı. Allah c.c belə buyurur: “Ona yumşaq söz söylə, bəlkə öyüd alıb düşünər ya da qorxar.”[20] Musa as Allahın əmrinə tabe olaraq başlanğıcda yumşaq sözlərlə başlamışdı və belə demişdi: “…Təmizlənmək istəyirsənmi? Səni Rəbbinə tərəf yönəldimmi, beləcə Ondan qorxasan?”[21]
Ona ayələri və dəlilləri göstərmişdi. Ancaq Firon inkar edərək, inadını və batil üzrə olan israrını açıqlayınca, Musa as ona belə demişdir: “Sözsüz ki sən bunların, göyün və yerin Rəbbi tərəfindən endirildiyini bilirsən. Həqiqətən mən səni məhf olmuş bir adam olaraq görürəm.”[22]
Sonra belə dua etmişdi: “Rəbbimiz şübhəsiz Firona və ətrafındakı əyyanlara zinət, güc, var-dövlət verdin. Bunu onların azmaları üçünmü etdin? Ey Rəbbimiz onların mal dövlətini tələf et və qəlblərini möhürlə, şiddətli əzabı görənə qədər iman etməsinlər.”[23]
Yumşaqlıq və xoş rəftarla bağlı nasları təkrarlayıb duranlar bu nasları əslində olduğu kimi deyil, başqa cür anlamaqda və təhrif etməkdədirlər. Bu adamlar yuxarıda bəhs etdiyimiz məsələ üzərində uzun uzadı durub, diqqətlə düşünməli, məsələni yaxşıca anlamalıdırlar. Təbii ki, salehlərdəndirlərsə…
Bu səbəblə, çox hissəsi dostluq və yumşaqlıqla dolu cürbəcür üslublarla, risalə və kitabların yollarından fərqli bir şəkildə olsun və ya həqiqətən bir çox dəvətçinin təqib etdiyi üslubla olsun, qarşılarındakı adama Allahın endirdiyindən başqa hökmlərin küfr olduğunun açıqlamasının lazım olduğunu yaxşı anlamalıdırlar. Ona Allahdan başqasının qanunlarıyla hökm etməyin caiz olmadığını öyrətmək lazım olduğunu anlamalıdır.
Bunu yaxşı başa düşsünlər ki, Fironla danışan adam, bir çox dəvətçilərin əl atdığı, əsasən dostluq və yumşaqlıqla dolu cürbəcür üslublarla hərəkət etmişdi. Ona Allahın endirdiklərindən başqasıyla hökm etmənin küfr olduğunu açıqlamışdı. Ona Allahın şəriətindən başqa bir şeylə hökm verməyin caiz olmadığını öyrətdi. Ancaq buna baxmayaraq o, küfründə inad etdi və təkəbbürləndi. Açıq bəlli olduğu halda elçilərin sözlərini boş, faydasız, saxta görərək ələ saldı. Dediyi sözlər gəlişi gözəl, fəqət heç bir dəlili olmayan sözlərdir. Davranışı söylədiklərini yalanlayırdı.
Belə bir adamın qarşısında susmaq, ölkədə və ibadət edənlər arasında küfrün və fəsadın günbəgün artmasına səbəb olmaqdan başqa bir işə yaramaz. Çünki tağut olan bu adamlar və onların yardımçıları, möminlər üzərindəki təzyiq və işgəncələrin tək qaynağıdır. İnanc sahibi olanlara əziyyət vermək üçün əllərindən gələni edərlər. Cəsuslarını, polislərini, ordularını və öz tərəftarları olan qeyri-dövlət təşkilatlarını möminlərin üzərinə salarlar. Allah c.c düşmənləri üçün fəsad və ifsad vasitələrini asanlaşdırarlar. Medianı onların istifadəsinə verərlər. Toplumun fəsada düşməsi və sapması bu şəkildə asanlaşmaqdadır. Zamanımızın uydurma şirk sistemlərini rədd edənləri və ya bu batil sistemlərə qarşı olan inkarlarını elan edib ondan ayrılanları, yaxud sistemin nöqsanlarını ortaya qoyub, batilliyini insanlara acıqlayanları cəzalandırmağa yönəlmiş qanunlar, məcəllələr hazırlarlar. Öz kadrları arasında xüsusilə İslam inancına qarşı allergiyası olan idarəçilərin yer almasına çalışarlar. Allahın şəriətinə və hədlərinə qarşı son dərəcə diqqətsiz və hətta tərbiyəsizdirlər. Belə bir davranışı özünə prinsip etmiş insanlara qarşı yumşaq davranmaq onlarla sülh bağlamaq, onlarla mədəni davranmaq, tutduqları məqamlara görə onlara hörmət göstərmək, cürbəcür səbəblərlə onları təbrik etmək, onlarla yaxınlıq qurmaq, onlara və ya onların rejimlərinə dostluq göstərmək caiz olmaz. Əksinə bu cür insanlara İbrahimin as və bərabərində olanların bu sözündən başqa bir söz deyilməz: “Şübhəsiz ki biz sizdən, sizin həyat anlayışınızdan, sirk qanunlarınızdan və küfri idarənizdən uzağıq. Sizi qəbul etmirik, tanımırıq. Sizlər Allaha doğru dönüb, yalnız Onun qanunlarına təslim oluncaya qədər bizimlə sizin aranızda bir düşmənçilik və kin başlamışdır”. Yenə də çəkinilməsi lazım olan mövzular- onlarla dostluq qurmaq, onların əmri altına girmək, onlara güvənmək, onların ipləriylə quyuya enmək, öz qoyduqları batil qanunları qorumaq üçün, əsgərlik, polislik, müfəttişlik və s. etmək, bəlli vəzifələr tutaraq onların güclərini artırmalarına yardım etmək bu qisimdəndir.
Sələflərin öz dövrlərində olan idarəçilərlə -onlar günümüzdəki kimi tağut deyildilər!- olan münasibətləri qəti, qərarlı, açıq və təmizdi. Bəs günümüzün dəvətçilərinin çoxunun onlara münasibəti necədir? Bu qədər şöhrətlərinə rəğmən, tabeçiliyində olanların alqışlarına rəğmən onlar haradadırlar? O zamankı sələf “Siyasi elmlər”, “Hüquq” fakültələrindən məzun deyildi. Və ya düşmənlərin hiylələrini görmək üçün pis qoxulu qəzetlər oxumurdu. Bununla birlikdə onlar hökmdarlar bir yana onların qapısından belə uzaq durarlardı. Hökmdarlar da istər malla istər başqa şeylərlə onlara yaxın olmağa çalışırdılar. Amma bu gün şeytan dinləriylə oynadığı “sələfilərın”(!) çoxu dinlərinin əldən getməsini, əvəzində dünyalarının rahatlığını istəyirlər, hökmdarların qapılarından ayrılmırlar, hökmdarlar da onları xor görür, fikir belə vermirlər…Sələf zalım idarəçilərin yanında olmağı qadağan etmişdir. Hətta, onların günaha sürüklənməsi qorxusuyla, yaxşılığı əmr edib pislikdən çəkindirmək üçün onlara qarşı yumşaq davrananlara, onların razılığını qazanmaq üçün onları incitməməyə diqqət edənlərə və ya bəzi xətalar qarşısında susanlara, yaxud da səssiz sədasız inzivaya çəkilib, hər şeydən uzaq qalaraq , bunun cahillərdən uzaqlaşmanın ən gözəl yolu olduğunu düşünənlərə də bu cür davranışı qadağan etmişlər.
Sufyan əs-Sevrinin rh Abbad bin Abbada rh yazdığı məktubdakı bu ifadələrə diqqət edin. Məktubunda deyir ki: “Hökmdarlara yaxın olmaqdan və hər hansı bir xüsusda onlarla sirdaş olmaqdan çəkin. Sənə “şübhəsiz sən hökmdara məzlumların səsini çatdırırsan, onlar üçün mubarizə aparırsan, qaranlıqları yox edirsən, rədd edirsən” deyilməsindən də çəkin. Çünki bu İblisin bir oyunudur. Quranı oxuyan facirlər və şərəfsizlər bunu daha da böyük məqama keçmələri və işlərinin həyata keçirmələri üçün bir vasitə, bir tramplin olaraq dəyərləndirməkdə, görməkdədirlər.”[24]
Sufyana rh baxın ki, günümüzdəki dəvətçilərin “dəvətin məsləhəti” adı verdikləri hərəkətlərini İblisin oyunu adlandırmışdır. O dostlarına “dəvətin məsləhəti” deyə-deyə şüarlarını itirən və beləcə dinin düşmənlərinin etmək istədikləri şeylərə yardımçı olan günümüzün dəvətçilərinin çoxunun etdiyini şeyi tövsiyə etmir. “Yox qardaşım, qəlbini təmiz saxla, onlara yaxın ol ki, bəlkə onların idarələrində bir məqam tutasan, bir rütbə əldə edəsən, beləcə zülmün qarşısını daha rahat kəsər və qardaşlarına daha çox yardım etmiş olarsan. O məqamı da nə deyirlərsə desinlər tərk etmə…və s.” demir. Əksinə bütün bunları İslamın hakimiyyəti üçün deyil, Quran oxuyan facirlərin dünyasına yönəlmiş bir vasitə olaraq vəsf edir. Əgər onun dövründə vəziyyət belə idisə günümüzdəki vəziyyəti siz düşünün!
Allahdan bizi ayıq saxlamasını diləyirik. Bu zaman əhlinin və onların girdikləri cürbəcür sifətlərdən də Allaha sığınırıq.
Muhəmməd bin Abdulvahhabın rh bu sözündə də olduğu kimi Sufyan əs Sevrinin bəhs etdiyi məsələni sıx-sıx dilə gətirməkdədir: “Bidət sahibi bir adamla oturub duran bu üç haldan birinə düşər: Ya onunla oturmaqla digərləri üçün bir fitnə təşkil etməkdədir. Necəki bir hədisdə belə buyurulur: “Kim İslam içində gözəl bir cığır açar və bu gözəl cığır özündən sonra da təqib edilərsə, öz savabından heç bir şey əskilmədən onu təqib edənlərin savabı qədər onun lehinə savab yazılar. Və hər kim də İslam içində pis bir adət çıxarar və bu pis adət özündən sonra da davam etdirilərsə, onun günahlarından heç bir şey azaldılmadan onun yolunu davam etdirənlərin günahı qədər də ona günah yazılar.”[25]
Ya da qəlbində öyünmə, təriflənmə cinsindən bir şey əmələ gəlir ki, buna görə Allah c.c onu zəlil qılar və oda atar.
Ya da belə deyər: “Allah c.c onlara görə məni rədd etməz. Mən nəfsimə güvənirəm. Kim dinini Allaha əmanət edərsə Allah onu mühafizə edər.”
Bidət əhlinin məclislərinə qatılmaq və onlarla birlikdə olmaq haqqındakı sözləri budursa “Yasaq qulluqçuları” olan mürtədlərin və digər müşriklərin halı necədir? Yuxarıdakı söz ağla gəlir: “Mən nəfsimə güvənirəm.” Günümüzdəki dəvətçilərin neçəsinin bu və bu kimi sözlər ucbatından ayaqları büdrəmişdir!
Allah c.c hər halda və hər vəziyyətdə, təqibçilərinin sonunda dinə yardım xəyalları gördükləri əyri yolların o aldadıcı genişliyini boşa çıxarmışdır. Əziz və Cəlil olan bu dində zalımlara yaxın olmaq üçün dini məsləhət deyə bir şeyin əsla olmayacağını bəyan etmişdir. Necəki Nəbi sas saçını ağardan “Hud” surəsində belə buyurur: “Zalımlara meyl etməyin, yoxsa sizə də atəş toxunar. Sizin Allahdan başqa vəliniz yoxdur. Sonra yardım da görməzsiniz.”[26]
Nə bu mədəni davranışın nə də əyri yolların arxasında, məsləhətlə Allahın dininə yardım deyə bir şey yoxdur. Bu sadəcə vəhmə qapılanların vəhmidir. Onlara toxunacaq atəş dəvətin məsləhəti dedikləri şeydir. Artıq yuxudan oyan! Hər kəsin düşdüyü xətaya sən də düşmə!
QEYD-4 Bunu Buxari rh və digərləri rəvayət etmişlər. Nəbi sas bu şəkildə səhabələrin qəlblərini sağlamlaşdırır və onlara daima özlərindən əvvəlki qövmlərdən bu yolda səbat edənlər haqda danışardı. Ammarın ra başına gələnlərdə olduğu kimi içlə-rindən biri Allah yolunda səbr edə bilməyəcəyi şiddətli bir əzaba uğradığı zaman, Allahın onu bağışlayacağını, onu mükafatlandıracağını və bu bəladan onu qurtaracağını xatırladırdı. Yoxsa bütün həyatlarını və hər günlərini ikrah, zərurət və izinlə bağlı hədisləri söyləyən dövrümüzün dəvətçilərinin çoxunun etdiyi kimi etmirdi. Bu günkülər ehtiyaclarını batillərin içində axtarırlar. Küfr və şirk sistemlərinin qaranlıqlarını artırmaqdan başqa bir işə yaramırlar. Üstəlik onlara yönəlmiş əsl bir təzyiq və ikrah olmadan özlərinin hələ də onlardan olduqlarını göstərməyə çalışırlar. Bəs bu din olduğu kimi necə və nə vaxt ortaya çıxacaq?
Abdurrahman bin Həsən rh səhabələrin səbat və qərar-lılıqlarına örnək ola biləcək bir neçə hadisəni nəql etdikdən sonra belə deməkdədir: “Rəsulullahın sas səhabələrinin vəziyyəti bu şəkildə idi. Müşriklərdən gördükləri əziyyətin şiddəti onları yollarından döndərə bilmirdi. Onlar harda günümüzün fitnəyə düşmüş sözdə dəvətçiləri harda? Bugünkülər adətləri üzrə batil üçün yarışırlar. Batilə aktiv bir şəkildə qatılırlar. Uçurumun kənarına yaxınlaşdıqca yaxınlaşırlar. Məsuliyyətdən qaçmağa çalışır, geri çəkilirlər. Bu dinin düşmənlərinə yaxşı münasibət göstərir, yaltaqlanırlar. Onlarla mədəni və kübar bir şəkildə davranmağa çalışırlar, onlara etibar edib güvənirlər, onları ucaldıb tərifləyirlər. Eynilə Allahın c.c bu sözləri ilə pislədiyi adama bənzəyirlər: “Əgər şəhərin hər tərəfindən onların üstünə yürüyülüb fitnə törətmələri istənsəydi, heç şübhəsiz bunu yubanmadan edər və az da olsa gecikməzdilər.”[27]
Allahdan bizlərə İslam yolunda səbat ehsan etməsini istəyirik. Açıq və gizli, yoldan çıxaran hər cür fitnədən Ona sığınırıq. Bu bir həqiqətdir ki, Nəbi sas və Onun gətirdiklərinə təslim olub iman edənlər müşriklərdən və şirklərindən ayrılıb uzaq durmasaydılar, saxta ilahlarının acizliyini açıqca elan etməsəydilər, müşriklərin cürbəcür əziyyətlərə məruz qalmazlardı.”[28]
[1] Ən-Nəhl: 16/36.
[2] Əş-Şüara: 26/75-77.
[3] Əl-Ənam: 6/78.
[4] Əz-Zuxruf: 43/26-27.
[5] Əl-Ənbiya: 21/59-60.
[6] İbn Kəsir: Əl-Bidayə vən Nihayə: c-3: səh. 64-70. İbni Hişam: Siyər:
c- 1: səh. 351-352, 397.
[7] Sabii- dinini tərk edib başqa dinə keçənə verilmiş alçaltma ifadə edən
bir sözdür.
[8] Əl-Mumtəhinə: 60/4.
[9] Məryəm: 19/48.
[10] Məryəm: 19/49.
[11] Əl-Kəhf: 18/16.
[12] Əd-Dirarus Saniyyə: Cihad babı/681.
[13] Kitəbun nəfs səh. 842.
[14] Məcmuətut Tövhid.
[15] Ən-Nisa: 4/150-151.
[16] Məcmuətut Tövhid: 1/353.
[17] Ət-Tövbə: 9/114.
[18] Məryəm: 19/43.
[19] Məryəm: 19/45.
[20] Ta-Ha: 20/44.
[21] Ən-Naziat: 79/18-19.
[22] Əl-İsra: 17/102.
[23] Yunus: 10/88.
[24] Siyəru aləmin-nubəla: 13/586. Camiu bəyanil-elm və fadlih: 1/179.
[25] Muslim: Kitabuz-Zəkat: c-3: səh. 207-209, 69-71 nömrəli hədislər:
Kitabul-elm: c-8: səh. 158-159, Gözəl bir cığır yaxud pis bir cığır açan,
hidayətə yaxud sapıqlığa dəvət edən kimsə haqqında bab, 15 (1017) və
16 (2674) nömrəli hədislər.
[26] Hud: 11/113.
[27] Əl-Əhzab: 33/14.
[28] Əd-Dirarus Saniyyə: Cihad babı/124.
axırıncı dəyişikliklər (12.11.09 20:57)




