QEYD-5 Bu xüsusda “Milləti-İbrahimi” anlamayan və nə olduğunu bilməyən mütərəddüdlərin daima dilə gətirdikləri bir şübhə var. Bu bir çox cahillərin: bizim şəriətimizdə “Milləti-İbrahimin” hökmünün qaldırılması, nəsh olunması kimi sözləridir. Bu iddialarına dəlil olaraq, Kəbə və ətrafında bir çox bütlərin olduğunu, ancaq Rəsulullahın sas Məkkədə müsəlmanların zəif olduğu cücərmə dövründə bütlərlə işi olmadığını, onları qırmadığını irəli sürməkdədirlər. Hətta mən sahib olduğu kitablar bazarları dolduracaq qədər çox olan, tanınmış şeyxlərdən birinin qeyd edilmiş bir konfransda bunu dediyini eşitdim. Qısaldaraq təqdim edirəm:“Rəsulullah sas sizlərin Məkkə dövründə təqib etdiyini düşündüyünüz “Milləti-İbrahimi” tərk edən, yəni onun şəriətini tərk edən, nəsx edən ilk adamdır ki, Məkkədə bütlər arasında və onları qırmadan on üç il mübarizə etmişdir...”
Buna və bunun kimi olanlara bizim sözümüz budur: Sizlərin “Milləti-İbrahimə” baxışınız və onun haqqında sahib olduğunuz fikirlər, anlayışınızın qıt olmasından və zehninizin sahib olduğu üfüqlərin darlığından qaynaqlanmaqdadır. Düşüncə üfüqlərinizi, zehninizi bütlərlə doldurduğunuzdan daraldıqca daralmışdır. Sizlərin zənn etdiyi kimi, bizim qəsd etdiyimiz “Milləti-İbrahim” ancaq bir xəyal məhsulu deyildir. O İbrahim as ki, qövmünün bütlərini bir-bir qırıb onları parça-parça edərkən ən böyüklərini bəlkə ona müraciət edərlər və beləliklə batil inancları öz-özünə ortaya çıxar deyə qırmamışdır. Rəsulullahın sas da qövmünün bütlərinə qarşı eyni tərzdə davrandığını bilirsinizmi? Bizim şəriətimizə görə tətbiq etməyə çalışdığımız “Milləti-İbrahim”, olsa-olsa sizin dar görüşlərinizdə nəsx olunmuş bir hala gəlmişdir, real həyatda deyil...O halda bizdən heç bir şey almayın. Sonra, daha öncə zikr edilən bütün ayələrdə sizin söylədiyinizin əksinə, “Milləti-İbrahimə” bağlı qalmanın gərəkliyi, ondan uzaqlaşmamaq mövzusunda xəbərdarlıqların edildiyi bildirilməklə, İbrahim as və ona iman edənlərin dəvətlərinin detalları, qövmləri içərisindəki vəziyyətləri, nəbilərin və digərlərinin qövmləriylə olan münasibətləri izah edilməkdədir. Bütün bunlar Allahın Kitabında keçdiyi halda boş, heç bir faydası olmayan , heç bir hikməti olmayan boş şeylərdirmi, elədirmi? Rəbbimiz səni bu böyük ittihamdan tənzih edirik.
Allah c.c boş işlərdən və boş danışmaqdan uzaqdır. Kitabında zikr etdiyi şeylərin heç birinin işə yaramayan, faydasız şeylər olmasından da uzaqdır. Bu kimi yanıltmac olan suallar uzun və təfsilatlı cavaba ehtiyacı olan səmimi şübhələrdən qaynaqlanan cinsdən deyil. Olsa-olsa bu böyük hərəkatı tanımayan və anlamayanların zehinlərində ziddiyyətlər əmələ gətirmək üçün ortaya atılmış suallardır.
Mən, “Milləti-İbrahimin”, onun mahiyyətinin nə olduğunu və insanlardan nələri istədiyini bildiyimi ifadə etmək istəyirəm. Bunu anladım ki o: İslamın əsli və “Ləə iləhə illəllah” kəlmeyi-tövhidinin mənasıdır. Bu kəlməni , ətrafında dönüb dolaşdığı rədd və isbatı ən açıq bir şəkildə ortaya qoymaqdadır. Bu iki xüsus, şirkdən və müşriklərdən ayrılmaq, onlara düşmənçilik göstərməklə bərabər yalnızca Allaha ibadətdə ixlaslı olmaq və onun dostlarını dost, düşmənlərini də düşmən bilməkdir. Anladım ki, məhz bunlar bu dinin təməli və əslidir. Bu elə bir şəriətdir ki, onun bir zərrəsini belə rədd etmək, məğlubiyyətə uğratmaq üçün bütün alim və salehlər bir araya gəlsələr, heç bir dəlillə onun rəddinə nail ola bilməzlər.
Sizlərə, Allahın İbrahim as və qövmündən onunla bərabər olan mömin insanların hallarını bizlərə zikr etdiyini, qövmlərinin inkarçılarından necə ayrıldıqlarını, onlara qarşı kin və düşmənçiliklərini necə elan etdiklərini izah etdik. Allah subhənəhu “Milləti-İbrahimə” tabe olanların halını zikr etmədən əvvəl haqq olaraq belə buyurur: “İbrahim və bərabərində olanlarda sizin üçün gözəl örnəklər vardır...”[1] Sonra yenə belə buyurmaqdadır: “And olsun ki onlarda sizin üçün, Allaha və axirət gününə ümid edənlər üçün gözəl bir örnək var...”[2]
Daha sonra da belə deyərək xəbərdarlıq etməkdədir: “...Kim üz çevirərsə, Allah heç nəyə möhtac deyildir və öyülməyə layiq olandır.”[3]
Və yenə anladım ki, məhz bu bizim qəsd etdiyimiz, həsrətini çəkdiyimiz və bir çox insanın xəbərsiz olduğu “Milləti-İbrahimin” əslidir. Və anladım ki, o Əziz və Cəlil olan Allahın zəfər nəsib edəcəyi, dinini gücləndirib, şirki və şirk əhlini parça-parça edəcəyi yoldur. Hal belə ikən, Nəbi sas Məkkədə bütlərin arasında on üç il boyunca onlardan çəkinmədən, onlara qarşı olan inkarını açıq şəkildə bildirmədən və onlara düşmənçilik etmədən qalmışdır” deyən şeyxin bu ifadələrini yuxarıda açıqladığımız yola görə düzəltmək və bundan sonra da ona belə demək lazımdır: “Özünü istər xristian, istər yəhudi, istər məcusi, istərsən də dilədiyin başqa bir dindən say, amma əsla İslam dinindən sayma!”
Biz deyirik ki: İbrahim as elədiyi kimi bütləri qırma hadisəsi Nəbiyə sas dayanan bir xəbərlə sabitdir. Qureyşli kafirlərin bir qəflətindən faydalanıb belə bir şeyi gerçəkləşdirmişdir. Fəthdən sonrakı dövrü qəsd etmirəm, əksinə bunu Məkkədə müsəlmanların zəif olduqları dövrdə etmişdir. Bunu İmam Əhməd, Əbu Yala, Bəzzar həsən bir isnadla Əli bin Əbu Talibdən ra belə rəvayət etməkdədir: “Mən və Nəbi sas Kəbəyə çatana qədər getdik. Rəsulullah sas mənə: “Oturum çiyinlərimə çıx” dedi. Dediyini etməyə çalışdım. Mənim gücsüz və zəif olduğum üçün dediyini eləyə bilmədiyimi görüncə yaxınlaşdı, önümdə oturdu və əyildi. Sonra da belə dedi: “çiyinlərimə çıx”, çiyinlərinə dırmandım. Məni qaldırdı. İçimdə sanki istəsəm səmanın üfüqünə çata bilərəm kimi bir hiss oyanmışdı. Beytin üstünə qədər dırmandım. Orada dəmirdən və misdən bir heykəl vardı. Onu tutdum, sağa, sola, önə və arxaya çevirdim. Gücüm buna çatırdı. Rəsulullah sas mənə “onu tulla” dedi. Heykəli fırladıb atdım. Şüşə qabın qırılması kimi parça-parça oldu. Sonra aşağı endim. Nəbinin sas yanına gəldim. Birlikdə Beytdən uzaqlaşana qədər, bir kəslə qarşılaşmaq qorxusuyla qaçdıq.” Heytəmi Məcmuuz-zəvaid adlı əsərində bu mövzu üçün: “Rəsulullahın sas bütləri qırması babı” adlı bir bab ayırmışdır. Başqa bir rəvayətdə: “Kəbədə bütlər vardı. Rəsulullahı sas qaldırmaq istədim, ancaq buna gücüm çatmadı. Bundan sonra o məni qaldırdı və mən də ora çıxınca bütləri qırdım....” Bir rəvayətdə: “O bütlərin bir parçası belə qalmadı” şəklində bir əlavə də keçməkdədir. Heytəmi ravilərinin güvənilən, etibar edilə biləcək olduğunu söyləməkdədir. Bunu Əbu Cəfər ət-Təbəri “Təhzibul-asar”da zikr etmiş və bu hədisdən çıxan bir sıra nəticələrlə fiqhi qaydaları nəql etmişdir.. Orada 236-243-cü səhifələrdəki Əlinin müsnədinə baxıla bilər.
Buna görə biz bu cür iddialardan əsla təsirlənmərik. Zəiflik anında da, digər dövrlərdə də gücümüzün çatdığı şəkildə mübarizə edərik. Bu büt, bir heykəl və ya bir qəbir və ya bir tağut ya da bir sistem və başqa bir şey ola bilər... Simalar və ixtilaflar zamana və məkana görə cürbəcür ola bilər. Bunlara qarşı edilən cihad, Allah düşmənlərinə qarşı ortaya qoyulması lazım olan kin və düşmənçiliyin praktikada, əməli olaraq tətbiq olunmasının ən yüksək mərtəbədir. Nəbinin sas Məkkədə zəiflik illərində bütləri qırdığının doğru olmadığı xüsusunda bizimlə mübahisə etsələr belə, bu bir gerçəkdir ki O sas “Milləti-İbrahimə” ən çox tabe olanlardan və ondan qüvvə alanlardan idi. Kafirlərə bir an olsa belə yaltaqlıq etməmiş və mənfəəti üçün xoş görünməyə çalışmamışdır, onların batilləri və saxta ilahları qarşısında susmamışdır. Tam əksinə on üç il boyunca bütün qayğısı və məşğuliyyəti qövmünə: “Allaha ibadət edin, tağutdan çəkinin” kəlməsini, düsturunu çatdırmaq yolunda olmuşdur.
Onun sas on üç il qövmü arasında olmasındakı məqsəd, zamanımızda özünü İslami dəvətə nisbət edən bir çox cahilin etdiyi kimi, qövmünü öymək və ya ucaltmaq, onlara sayğı və hörmət göstərmək üçün deyildi. Necəki O sas elə bir şey etməmişdir. Müşriklərdən və onların şirk dolu əməllərindən uzaq olduğunu elan edir, özünün və səhabələrinin zəif, gücsüz bir vəziyyətdə olmasına baxmayaraq qövmünün saxta ilahlarını tanımadığını, onları inkar etdiyini açıq bir şəkildə bildirirdi.
Beləcə bu mövzunu açıqladıq. Əgər Məkkə ayələrinə diqqətlə baxsanız bu məsələyə aid bir çox izahat tapa bilərsiniz. Nəbinin sas Məkkədə kafirlərlə olan münasibətlərini açıqlayan bu ayədə olduğu kimi:“Kafirlər səni gördükləri vaxt, səni ələ salar və: “Sizin tanrılarınızı məsxərəyə qoyan budurmu?” deyərlər. Halbuki Rəhman olan Allahın sözlərini inkar edənlər məhz onlardır.”[4]
İbni Kəsir rh bu ayə haqqında belə deyir: “ İlahlarınızı ələ salan və həyat tərzinizi pisləyən, bəyənməyən budurmu? demək istəyirdilər...”
Rəsulullah sas Məkkədə, zəiflik dövründə ikən vəziyyəti və hərəkət tərzi haqqında İmam Əhməd və digərlərinin səhih bir isnadla rəvayət etdikləri də bu xüsusda əhəmiyyətli məlumatlar daşımaqdadır. Bu məlumatları diqqətlə incələyin və yaxşıca düşünün. Baxın kafirlər, ilahlarını ələ saldı deyə Nəbini sas necə tanıyırdılar. Baxın ki, Onu sas tək olduğu halda sıxışdırıb dövrəyə alırlar və: “İlahlarımız və atalarımız haqda belə-belə deyən sənsənmi?” deyə soruşurlar. O isə qarşısında olanlarla mənfəəti üçün xoş davranmadan, yaltaqlanmağa çalışmadan, onlardan qorxmadan və çəkinmədən əksinə bütün sərtliyi və qərarlığıyla, bütün açıqlığıyla, “Bəli” deyir, “belə-belə deyən mənəm!...”
Abdullah bin Əhməd bin Hənbəl rh özünə atasının belə dediyini rəvayət edir: “Yaqub dedi ki: Mənə atam Əbu İshakdan belə nəql etdi: “Mənə Yahya bin Urvə bin əz-Zubeyr, atası Urvədən o da Abdullah bin Amr bin əl-Asdan belə nəql etdi: “Qureyşin Rəsulullaha sas qarşı göstərdiyi düşmənçiliklər arasında sənin gördüklərindən ən şiddətlisi hansıdır?” dedim. Belə cavab verdi: “Onların arasındaydım. Bir gün Qureyşin liderləri Hicrdə toplanmışdılar. Rəsulullah sas haqqında danışırdılar. Belə deyirdilər: “Biz heç kimə bu qədər səbr etmədik. Dinimiz və atalarımız haqqında artıq-əskik danışır. Dinimizi kiçik görür. Toplumu böldü, ilahlarımız haqqında pis danışdı. Ona qarşı həqiqətən çox səbirli davrandıq” və ya buna bənzər şeylər söyləyirdilər. Onlar bu halda ikən Rəsulullah sas gəlib yaxınlaşdı. Sonra Kəbəni tavaf etməyə başladı. Onların yanından keçdiyi zaman söylədiyi bəzi sözləri ələ salaraq sataşırdılar. Mən bunu Onun sas üzünün ifadəsindən anlayırdım. Sonra yanlarından keçdi, tavafa davam etdi və ikinci dəfə yanlarından keçdi. Təkrar ilk dəfədə olduğu kimi söz atıb sataşdılar. Bu səfər dayandı və belə dedi: “Dinləyin ey Qureyş topluluğu! Muhəmmədin nəfsi əlində olana and içirəm ki şübhəsiz mən sizə boğazlanma gətirdim!” Bu sözlər orada olanları olduqca sarsıtdı. Hər biri sanki başının üzərində bir quş varmış kimi başlarını önlərinə əydilər. Daha öncə əleyhində ən azğın bir şəkildə danışanlar, Ona sas ən gözəl sözlərlə təskinlik verməyə çalışdılar. “Vaz keç ey Əbul Qasım. Allaha and olsun ki sən axmaq və cahil biri deyilsən” dedilər. Bundan sonra Rəsulullah sas onları tərk edib, oradan ayrıldı. Ertəsi gün yenə Hicrdə toplandılar. Mən də onların yanında idim. Bir qismi digər qisminə, “sizin nə dediyinizi və Onun sas nə dediyini xatırladınızmı? Sizin xoşunuza gəlməyən bir şəkildə sizə cavab verdi . Siz də Onu sas buraxdınız!” dedilər. Onlar bu halda ikən, Rəsulullah sas gəldi. Bir anda üzərinə gəlib ətrafına toplandılar. Ona sas belə deyirdilər: “Belə-belə deyən sənsən ha!” Rəsulullahın sas ilahları və dinləri haqqında danışdığı şeylərdən onların qulaqlarına çatanları qəsd edirdilər. Rəsulullah sas belə dedi: “Bəli! Belə danışan mənəm!” Hətta onlardan biri Rəsulullahın sas ridasından tutaraq dartırdı. Bu vaxt Əbu Bəkr əs-Sıddıq ra göründü. Bir tərəfdən ağlayır bir tərəfdən də belə deyirdi: “bir adamı Rəbbim Allahdır dediyinə görəmi öldürəcəksiniz?” Bundan sonra onu buraxdılar. Qureyşin Ona qarşı olan pis davranışları içərisində mənim gördüklərimdən ən şiddətlisi bu olmuşdu.”[5]
Yenə Müsnəddəki bir başqa hədisdə[6] belə keçməkdədir: “Bir dəfə Rəsulullah sas Kəbədə namaz qılırdı. Bu vaxt Ukbə bin Əbu Muayt gəldi. Rəsulullahın çiyinlərindən tutdu və paltarını onun boğazına doladı. Sonra möhkəm sıxaraq boğmağa başladı. Bu vaxt Əbu Bəkr ra gəlib çatdı. Ukbəni çiyinlərindən tutub çəkdi və Rəsulullahdan sas uzaqlaşdırdı. Sonra belə dedi: “bir adamı Rəbbim Allahdır dediyinə görəmi öldürəcəksiniz? ”Üstəlik o sizə Rəbbinizdən bir bəyanat gətirmişkən!”[7]
Səhih Buxaridə keçdiyi kimi mələklərin Onu sas :“İnsanları ayırd edən” şəklində vəsf etdikləri Nəbinin sas vəziyyətini bir düşünün ...[8]
Onunla, zamanının kafirləri arasında baş vermiş bu halı bir düşünün...Dinin düşmənlərinə qarşı necədə qəti və açıq bir münasibət göstərir, bir düşünün...
Yolların fərqliləşməsini, səflərin ayrılmasını bir düşünün. Bu halın, batil əhli ilə din əhli arasında bir uzlaşmaya, orta bir yola getmə sevdasında olan zamanımızın qəribə dəvətçiləriylə nə əlaqəsi var? Batil əhlinə yardım edir, onları alqışlayır və onlarla yardımlaşırlar. Belə ki artıq məsələ düşmənçilik və səflərin ayrılması deyil, bir-birini dəstəkləmə, yardımlaşma, vətənin və xalqın rifahı üçün çiyin-çiyinə vermə məsələsi halına gəlmişdir. Onların qucağında oturub onların südünü əmirlər! Yardım istənilməli olan yalnız Allahdır.
Abdurrahman bin Həsən rh bu düşüncəyə sahib olan insanlar haqda belə deyir: “Günaha sürükləyən mübarizələrin içinə daldılar. Qəlbləri zalımlara və özlərinə düşmən olanlara isindi. Bir çoxu onlarla gediş-gəlişə başladı, istəyərək və öz razılıqları ilə onlara yaxınlaşdılar. Onların sahib olduqları dünya malına meyl etdilər, maraq duydular. Nəticədə cihaddan və mücadilədən uzaq qaldılar. Sahibi hər cür hava və nəfsin ardınca qaçan bir qəlb necə imanla dolu ola bilər? Bu insanların halı əllamə İbni Qayyimin rh misal gətirdiyi insanların halına nə qədər də çox bənzəyir və bu insanlar Allahın c.c bu sözündən də nəsiblərini artıqlaması ilə alırlar:
“Etdikləri əməllərə görə sevinən və etmədikləri şeylərə görə təriflənməyi xoşlayanlarların əzabdan xilas olacaqlarınımı sanırsan. Onları şiddətli bir əzab gözləyir.”[9]
Bidət və sapıqlıq olaraq gətirdikləri şeylərə sevinirlər. Guya bir məsələnin həllini tapıblar. Sünnətə bağlılıqları və ixlaslı olmaları ilə öyünməyi sevirlər. Bu hal Sıratal-Mustəqimdən sapmış elm və ibadət mübtəlaları arasında çox görül-məkdədir.”[10]
Bəziləri tərəfindən problem halına gətirilən digər bir məsələ də Rəsulullahın sas müşriklərin ilahlarını və dinlərini tənqid etməsilə, Allahın c.c: “Allahdan başqa ibadət etdiklərinə söyməyin, yoxsa onlar da həddi aşaraq, cahillikləri ucbatından Allahı söyərlər...”[11]
ayəsi arasında bir ziddiyyət kimi görünən məsələnin həllidir.
Allahın c.c yardımıyla deyirik ki: bura qədər təfsilatlı bir şəkildə açıqladığımız “Milləti-İbrahimin” batil ilahları tənqid etməsi və alçaltması, onların əslində nə olduğunu ortaya qoyması, bəzilərinin anladığı kimi bir söymək deyildir. Buradakı məqsəd mücərrəd bir şəkildə onların ilahlarını söymək deyil, əksinə insanlara Tövhidi bəyan etməkdir.
Rəbbliyi ancaq zənnə dayanan bu saxta ilahların hakimiyyətinə son qoyulması, onların saxtalıqlarının və küfrlərinin ortaya qoyulması, yaradılış və fitrətin bir tələbidir. Necəki Allah c.c belə buyurur: “Allahdan başqa ibadət etdikləriniz də sizin kimi bəndələrdir. Əgər doğrusunuzsa, çağırın onları sizə cavab versinlər haydı. Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri yaxud eşidən qulaqlarımı var?! De: “Haydı çağırın şərik qoşduqlarınızı, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə az da olsa möhlət verməyin! Şübhəsiz ki, mənim hamim Kitabı nazil edən Allahdır. O əməlisalehlərə himayədarlıq edər! Sizin ondan başqa tapdıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”[12]
Yenə İbrahimin as diliylə belə buyurur: “...Atacan! Nəyə görə eşitməyən, görməyən, sənə bir fayda və ya zərər verə bilməyən şeylərə ibadət edirsən?”[13]
Yenə “Nəcm” surəsində belə buyurur: “Lat, Uzza və üçüncüləri olan Manat nəyə qadirdir? Oğlanlar sizin, qızlar isə Onundurmu? Elə isə bu nə ədalətsiz bir bölgüdür! Onlar sizin və atalarınızın uydurduqları adlardan başqa bir şey deyillər. Allah onlar haqda heç bir dəlil endirməmişdir. Onlar yalnız zənnə və nəfslərinin hava və istəklərinə uyarlar. Halbuki, onlara Rəbblərindən haqq yolu göstərən gəlmişdi.”[14]
Bütün bu ayələr, yuxarıda zikr etdiyimiz ayənin qadağan etdiyi “söymək” kateqoriyasına girməməkdədir. Çünki ayədə qəsd edilən söymə, sadəcə düşmənçilik hisslərini oyandıran, alçaldıcı, faydadan və bir şeyin aydın olması kimi bir hədəfdən məhrum olan sözlərdir. Allah c.c, xüsusilə Qureyş kafirlərini qəsd edərək onların vəziyyətlərinə və cahilliklərinə söyməkdədir.
Şübhəsiz ki “Milləti-İbrahim”, xüsusilə onların hiylələrinə qarşı daima oyanıq və ayıq-sayıq olmağı tələb edir. Onlara düşmənlik bəsləməyi, buğz etməyi və insanları da buna çağırmağı, onlardan və onların dostlarından, onlara itaətdə və hakimliklərini qəbul etməkdə israrlı davrananlardan ayrılmağı tələb edir. Bunlar onların rəzilliklərini ortaya qoymaq, saxtakarlıqlarını gün işığına çıxarmaq, hökmlərinin batil olduğunu göstərməklə həyata keçir. O hökmlər, Allahın dininə açıqca, çirkin və hədsiz bir şəkildə savaş acmışdır. Bu hökmlərin bəzi şeyləri asanlaşdırması olsa-olsa həddi aşmaq və günahkarlıq şəklindədir. Yenə bu hökmlər, Allahın çizdiyi sərhədləri pozmuş, zina etməyə görə tətbiq edilən cəza, oğrunun əlinin kəsilməsi, içki içənə hədd tətbiq olunması kimi hökmləri qaldıraraq bu üstün sərhədləri, alçaq, həddi aşan, küfr dolu qanunlarla dəyişdirmişdir. Bu kimi misallar çoxdur.
Bu şəkildə, ibadətə layiq olmamaq, tağut olmaq vəsfini daşımaq, bir tuğyan içərisində şeytana ibadət etmək kimi sifətlərə sahib hər “saxta ilah” olana və onun təqibçilərinə cəhənnəm yetər.
Eyni şəkildə bu Tövhidlə ediləcək qiyam əməli əsasa dayanmaqdadır. Bu əsas küfrə qarşı açıq və qəti bir münasibət göstərmək və onun müdafiəçilərinə düşmənçilik göstərmək, kin duymaq, onlardan və onların həyat tərzlərindən ayrılmaq, səfləri bəlli etmək və onların kafir olduğunu bəyan etməklə gerçəkləşə bilər. Eynilə Allahın İbrahimin as diliylə buyurduğu kimi: “İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”[15]
Yenə bu sözündə olduğu kimi:“Ey qövmüm mən sizin Ona qoşduqlarınız şəriklərdən uzağam.”[16]
Bütün bunlar və bu cür şeylərin tənqid edilməsi, ayənin qadağan etdiyi “onların ilahlarını söyməyin” hökmünə daxil olmaz. Əksinə bura qədər anlatdığımız xüsuslardan da başa düşüldüyü kimi, batilin bu halının açıq bir şəkildə gözlər önünə sərilməsi, ifşa edilməsi, hər kəsə çatdırılması zəruridir. Onların sistemlərinə, hökmlərinə, yaşayış tərzlərinə, heç bir məqsəd olmadan, açıqca söymək isə sadəcə qıcıqlandırıcı bir proses olmaqdan o yana keçə bilməz. Məhz bu cür hərəkət, yəni sırf həqarət etmək üçün söymək, bütün əyriliklərinə, hiylə və fırıldaqlarına baxmayaraq özlərini İslama nisbət edən bu cahillərin, söyənin özünə, dini və yoluna söyməsinə səbəb olacağı üçün qadağan edilmişdir. Ancaq bu cür insanların həyatlarındakı ziddiyyəti göstərmək məqsədilə, istər onların şəxsiyyətinə istərsə də yaşayış tərzlərinə və sistemlərinə qarşı yönəlmiş sözlər “söymək” mənasına gəlməz. Ola bilsin ki bu insanlar Allahın rububiyyətini qəbul edirlər. Hətta Allahı “bəzi” yönləriylə birləyə bilərlər. Ancaq hökm etmə və qanun qoyma yönünü əsla qəbul etməzlər. Müfəssirlərin də zikr etdiyi kimi: “Onlar Allaha söydülər” və bu söyməni böyük bir cahillik və düşmənçiliklə, bir elmə sahib olmadan Allaha qədər çatdırdılar. Eynilə bir adamın başqa birisinin atasına söydüyündə digərinin də onun atasını söyməsi kimi…Bəlkə də ikisi də eyni atadan olan iki qardaşdır…Ancaq əsəbləşmək, hirslənmək və açıq bir qıcıqlandırma onun sağlam bir şəkildə düşünməsinə mane olmuş və nəticədə o da söymüş, yəni söyməyə sürüklənmiş, təşviq edilmişdir.
İbrahimlə as qövmü arasında olan münasibəti bir düşünün! Onların diqqətlərini, o saxta ilahların zəifliyinə və bir işə yaramadığına necə çəkmişdir? Onları sadəcə qıcıqlandırmaq üçün və ya təhqir etmək üçün deyil, ağıllarından istifadə etsinlər, düşünsünlər deyə necə təşviq etmişdi? İbrahimin as bu münasibətinin bir nəticəsi olaraq onların xətaları, pis işləri necə ortaya çıxmışdır? Necədə başları önlərinə əyilmiş, böyük bir ixtilafa və çaşqınlığa düşmüşdülər? Onlara sərt bir şəkildə belə deyir: “Tfu sizə də, sizin Allahdan başqa ibadət etdiklərinizə də! Hələ də anlamayacaqmısınız?”[17] Yuxarıda zikr etdiyimiz hədisin ravisi olan Abdullah bin Amrın sözünü yaxşı-yaxşı düşünün. Qureyşin Rəsulullaha sas “belə-belə deyən sənsən ha” dediyini nəql etmişdir. Bir müfəssir bu xüsusda belə deyir: “Bu sözü Rəsulullahın sas, onların ilahları haqda dediyi sözlərdən sonra demişlər.” Qınamaq, pisləmək ərəblər arasında söymək sayılır və ya söymək kimidir. İbni Teymiyyə rh də bunu bu cür qəbul etməkdə, “Sarimul-meslul ala şatimir-rasul” adlı kitabında “söymək” babı səhifə 528 də və digər yerlərdə bu mövzunu zikr etməkdədir. Ancaq o qisimdə, başa düşüldüyü kimi mütləq şəkildə söyməyi ələ almaqdadır. Nəbi sas, Allahın onu bu dəvəti yamaqla yüklədiyi və tabe olunmasını əmr etdiyi, “Milləti-İbrahimə” də göndərdiyi Tövhid dəvətini bu şəkildə sürdürmüşdür. Rəsulullahın bu dəvəti, müşriklərin gözündə onlara söymək idi. Onlar bunu söymək olaraq qəbul edərlər. Çünki Rəsulullah sas onların dinlərini keçərsiz etmiş, ilahlarının acizliyini, o saxta ilahlarını sahib olduqlarını iddia etdikləri uluhiyət sifətlərindən məhrum edərək gözlər önünə sərmiş, beləcə onları alçaltmışdır. Eyni şəkildə atalarının batil bir yolda olduqlarını, onları qıcıqlandırmaq məqsədilə deyil, yalnız onların yollarını davam etmələrinə mane olmaq, onlara itaətdən qurtulmalarını təmin etmək məqsədilə davamlı bir şəkildə vurğulamışdır. Əl-Qasimi təfsirində, Ər-Razidən belə nəql edir: “Ayədə, dinə dəvət edən insanların, özlərinə bir faydası olmayan şeylərlə məşğul olmamaları xüsusuna diqqət çəkilməkdədir. Çünki bilindiyi kimi bütlər bir fayda və ya bir zərər verməyə gücləri çatmayan cansız varlıqlardır. Onların uluhiyətlərinin olmadığını insanlara açıqlamaq, iddia edilən saxta ilahlıqlarını tənqid etmək, bu bütlərin insanlar üzərindəki təsirini yıxmağa çalışmaq baxımından yetərlidir. Dolayısıyla onlara söyməyə gərək yoxdur…”Bununla belə bu kafirlər ilahlarına həqarət edilmədikcə ağılları başlarına gəlməz. Bu həqarət etmənin ən gözəl yolu isə bu saxta ilahları boş bir şey saymaq, inkar etmək və onları yox etməkdir. Buna görə kafirlər bu prosesi onların ilahlarına söymək kimi qəbul edərlər. Eynilə yoldan azmış atalarının dediyi kimi: “Muhəmməd sas həyat sistemimizi pislədi, atalarımıza söydü, dinimizi qınadı, toplumumuzu böldü və ilahlarımıza həqarət etdi…”
Muhəmməd bin Abdulvahhab rh Nəbinin sas həyatını ələ aldığı altı bölümdən ibarət olan əsərinin ikinci bölümündə belə deyir: “Rəsulullah sas açıq bir şəkildə qövmünün dinini məğlub etdiyi, alimlərini cahil vəziyyətinə saldığı vaxt Ona sas düşmənlik etməyə başladılar və belə dedilər: “Sistemimizi pisləyir, dinimizi qınayır, ilahlarımızı söyür.” Halbuki Rəsulullahın sas nə onların ilahlarına, nə Məryəm oğlu İsaya, nə Məryəmə, nə mələklərə, nə də salehlərə söymədiyi gün kimi aydındır. Ancaq bunlara ibadət etməyin batil olduğunu, bunların nə bir fayda verməyə, nə də bir zərər verməyə güclərinin çatmadığını qövmünə elan etdiyi zaman, qövmü bu sözləri küfr, söyüş, həqarət olaraq qəbul etmişdi.”
Nəticə olaraq deyə bilərik ki, yuxarıdan bəri sıraladığımız bu hərəkətlərin heç birisi, Allahın ayədə qadağan etdiyi “söymək” ifadəsi daxilinə girməz. Ayədəki məqsəd bu deyildir. Hətta bu davranış tərzi kafirin Allaha və dinə söyməsinə, düşmənliklə söyməsinə səbəb olsa belə, heç bir müsəlman buna görə, Allahın üzərinə vacib qıldığı Tövhidlə “baş ağrıtmaqdan”, dini açıq bir şəkildə yaşamaqdan uzaq dura bilməz. Buradakı “söymə” ancaq bir düşmənçiliyin nəticəsidir. Biz isə dinimizi kafirlərin qara qaşı və qara gözü üçün tərk etmərik və onun ən kiçik rüknündən belə uzaqlaşmarıq. Çünki bu din Allaha iman və bütün tağutları rədd etmə əsasına dayanmaqdadır. Xüsusilə diqqət edin! Dövrümüzün tağutları necə adlandırılırlar? Bir düşünün… Sistemlər, metodlar, qanunlar, hökmlər və digərlərini düşünün…O dövrün daşdan yonulmuş bütləri, bu gün mənasını itirmiş deyil. Bununla bərabər bu günkü bütlərin “həcmini” daha da genişlətmiş haldadır. O zamanın “müqəddəs daşlarına” günümüzdə daha da iri çaplı bir çox yeniləri əlavə olunmaqdadır.
“O halda bu metod vaciblər deyil, mübahlar və müstəhəblər arasında yer alacaq bir vəziyyətdə olar” deyə bir şey irəli sürə bilərlər. Fəqət, Tövhidin açıqlanması və şirk dininin ortadan qaldırılması kimi dinin vaciblərindən olan bir vacibi tərk etmək, əkilən bu zərərli toxumun cücərməsinə səbəb olacağından doğru olmaz. Necəki bəziləri məsələni bu şəkildə anlamaqda və xətaya düşməkdədirlər. Bu mövzudakı mübahisələri uzatmaqla dinimizin böyük bir qismini ziyana uğratmış oluruq. Bu səbəblə Əbu Bəkr bin Əl-Arabi, “Ahkamul Quran” adlı əsərinin 743-cü səhifəsində, ikinci məsələdə belə demişdir: “Bu ona işarə etməkdədir ki, haqqı göstərən adamın haqdan uzaq qalması, çəkinməsi onu dində bir zərər ünsürü halına gətirir. Bu xüsusda bir çox görüş vardır. Bu görüşlər qısa şəkildə bunlardır. Əgər doğru olan bir şey vacibdirsə onu hər bir halda yerinə yetirmələri lazımdır. Əgər sözü gedən haqqın caiz olduğu qəbul edilərsə, o zaman yuxarıda bildirdiyimiz vəziyyətə düşmə təhlükəsi doğar. Doğrusunu Allah c.c bilir…”
Yenə Səhih Buxaridə Allahın c.c: “...Namazda səsini çox yüksəltmə, çox da qısma, bu ikisi arasında orta bir yol tut.”[18] buyruğu ilə əlaqədar rəvayət etdiyi hədis də bu xüsusda dəlil olaraq irəli sürülə bilər.[19] Bu ayə Rəsulullaha sas Məkkədə o qədər də gözə çarpmadığı vaxtlar nazil olub. Əgər səsini yüksəltsəydi müşriklər onu duyacaq və Qurana, Onu endirənə, təbliğ edənə söyəcəklərdi. Buna görə Allah c.c “...Namazda səsini çox yüksəltmə, çox da qısma...” buyurmuşdur. Səsini çox yüksəltmə ki müşriklər eşitməsin. Çox da qısma ki, bu dəfə də səhabələrin səni eşidə bilməzlər. Bu ikisinin arasında orta bir yol tut.
Allahın mübarizəsi dim-dik ayaq üstədir…Müsəlmanların dini apaçıq ortada…Bütləri yıxmaq üçün çağırışları Məkkədə hər kəs tərəfindən bilinməkdə…Səflər apaçıq ortada…Hal belə ikən, vəziyyətin belə olmasına baxmayaraq, quranı yüksək səslə oxumağı tərk etmiş, bunu fəsada səbəb olmamaq və dəvətdə dərin izlər buraxacaq yaralar açmamaq üçün etmişdir. Və Quran müşriklərin bütün əngəllərinə baxmayaraq hər tərəfə dağla-dalğa yayılmışdı. “Milləti-İbrahim” o qədər yayılmışdı ki özünü müsəlman elan edən hər kəs “Sabiiliklə” yəni dininə və ilahlarına küfr etməklə ittiham edilirdi. Bu xüsus son dərəcə açıqdır. Heç bir tərəddüdə və ya qarışıqlığa yer yoxdur.
Buna əlavə olaraq namazda, namaz qılmayanların da eşidə biləcəyi dərəcədə, qiraətdə səsi yüksəltmək namazın vaciblərindən deyil. Bu şəkildə bir nəticəyə əngəl olmaq üçün, xüsusi hallarda, vaciblər müstəsna olmaqla mübah və müstəhəblərin tərk edilməsinin caiz olması qaydasına uyğun olaraq, bunu tərk etmək caizdir. Təbii ki bu vacib olanı tərk etmə formasına çevrilə bilməz. Bu halda, imamın oxuduğunu, arxasında namaz qılan adamların eşitməsi yetərlidir. Necəki Allah c.c da Rəsuluna sas “...Səsini çox qısma...” yəni ən azı yanında namaz qılan səhabələrin eşitsin deyə əmr etmişdir. Bu məsələ də beləcə açıqlanmış oldu.
Burada, bəzilərinin irəli sürdükləri bir başqa şübhə də var. Bu, Quranda Allahın c.c: “Səni bir yetim ikən tapıb sığınacaq vermədimi?”[20] ayəsində bəhs etdiyi, Əbu Talibin Nəbiyə sas yardım etməsi məsələsidir. Eyni şəkildə kafirlərin müsəlmanlara qonşuluq münasibəti göstərmələri kimi hadisələlərlə də sıx-sıx qarşılaşılmaqdadır. Buna misal çoxdur. Məsələn Buxarinin “Səhih”ində nəql etdiyi İbni Değinənin Məkkədə Əbu Bəkri ra himayə etməsi və ona göstərdiyi yaxınlıq, eyni şəkildə Nəcaşinin öncələr bir xristian olmasına baxmayaraq müsəlmanlara etdiyi yardımlar və bənzərləri bu misallar arasında sayıla bilər. Qısaca olaraq məsələ belədir: Bir müsəlman öz əqidəsinə və yaşayış tərzinə müxalif olan bir kafirin yardımını, qonşuluğunu və ya himayəsini necə qəbul edə bilər? Müşriklərdən uzaqlaşma və səfləri ayırma nöqtəsində, bu hal “Milləti-İbrahimlə” bir ziddiyyət təşkil etmirmi?
Allahın yardımıyla bu suala belə cavab veririk: Yuxarıda zikr edilən misallarla “Milləti-İbrahim” və ya nəbi və rəsulların dəvətləri arasında bir ziddiyyət yoxdur. Belədir, çünki daha əvvəl söylədiyimiz kimi, məsələnin iki cəbhəsi var:
Birincisi: onların batil ilahlarından uzaqlaşmaq və Allahdan başqa ibadət etdikləri bütün tağutlarını rədd etmək.
İkincisi: Müşriklərdən və batillərinə sevgi duyan, bu səhvlərində israr edənlərdən uzaqlaşmaq və onlara düşmənçilik bəsləmək. Yenə də öncə də söylədiyimiz kimi birinci məsələ, müsəlman olan adamdan, İslamiyyətə atdığı ilk addımdan etibarən, gecikmədən və sonraya saxlamadan, etməsi istənilən bir şeydir. Belə ki dinini elan edəcək, onu yaşayacaq, qəti münasibətini göstərəcək, özündən əvvəl müsəlman olmuş adamlardan fərqli davranmayacaqdır. O vaxta qədər ki insanlar dəvətin əslini qavrasın, dinin əsli yayılsın və bu davranış tərzi müsəlmanların şüarı halına gəlsin.
İkinci məsələyə gəlincə, dəlillər açıq bir şəkildə ortaya qoyulduqdan sonra buna baxmayaraq batildə və haqqa, haqq əhlinə düşmənlikdə israrlı davranarlarsa artıq elan və təbliğ edilməz.
Burada mühüm bir nöqtəyə qısaca diqqət çəkmək yerində olardı. Bu bilinməlidir ki dəlillərin ortaya qoyulmasıyla, anlaşılması yəni dərk olunması arasında fərq vardır.
Şeyx Hamd bin Nasir bin Mamər rh “Əd-Dirarus Saniyyə”də belə demişdir: “Quran çatan hər kəsdən üzr qalxmışdır. Bu İslamın prinsipidir. Çünki Allah Quranda hər şeyi açıqlamış, qulları üçün gərəkli olan dəlilləri bəyan etmişdir. Təbii ki dəlil gətirməkdən məqsəd, eynilə insana Allahdan hidayət gəlməsi, qəlbini açması və ona yardım etməsi, əmrlərini anlamasını təmin etmək kimi bu dəlili ən gözəl şəkildə dərk etmək deyildir.[21] Necəki bütün dəlillər təqdim olunmasına baxmayaraq, Allah c.c kafirlərin qəlblərinə bu dəlilləri anlamalarına əngəl olacaq pərdələr qoyduğunu, qulaqlarına da karlıq verdiyini xəbər verir. Belə buyurur: “Onlardan səni dinləyənlər vardır. Onu başa düşməsinlər deyə onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq verdik. Onlar hansı açıq möcüzəni görsələr yenə ona inanmazlar...”[22] Və yenə belə buyurur: “...De ki: “O, iman gətirənlər üçün bir hidayət və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq vardır. Ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar.”[23]
Yenə belə buyurur: “De ki: “Sizlərə əməl baxımından ən çox ziyana uğrayanların kim olduğunu xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhmətləri boşa getmişdir. Onlar isə yaxşı əməl sahibi olduqlarını zənn edərlər.”[24]
Bu mənada ayələr olduqca çoxdur. Allah c.c bu ayələriylə bizlərə onların Quranı düşünmək istəmədiklərini və anlamadıqlarını, bunun nəticəsində də qəlblərinin örtüldüyünü, qulaqlarının kar edildiyini, beləcə qəlblərinin, qulaqlarının və gözlərinin möhürləndiyini xəbər verir. Allah c.c bu hallarına görə onları üzrlü saymamış, tam əksinə onların kafir olduqlarını elan edərək, onlarla savaşılmasını əmr etmişdir. Rəsulullah da onlarla döyüşmüş, onlar haqda kafir hökmü vermişdir. Bu da dəlillərin ortada olmasının başqa bir şey, bu dəlilləri dərk etməyin başqa bir şey olduğunu ortaya qoymaqdadır.”[25]
Muhəmməd bin Abdulvahhabın rh və başqa sərt dəvət yolu alimlərinin sözünün mənası budur. Bu xüsus onların bir çox kitablarında və risalələrində dəfələrcə keçmişdir. Bunun dəyişik misalları “Əd-Dirarus Saniyyə”də “Mürtədin hökmü” babında 79, 90, 213, 244 və digər səhifələrdə görə bilərsiniz.
Bu qısa açıqlamadan sonra təkrar mövzumuza dönək. Məsələn Əbu Talibin halına baxaq. Küfr üzrə qalmasına baxmayaraq haqqa və haqq əhlinə qarşı kin bəsləməmiş, hər hansı bir düşmənçilik etməmişdir. Tam əksinə haqqın və Rəsulullahın sas müdafiəçisi olmuşdur. Bu xüsusu Abbas ra Buxaridə nəql edilən bir hədisdə belə ifadə etmişdir: “Rəsulullaha sas dedim: “Əmi tərəfdən yaxşısan. Səni qoruyub arxa durur, sənə yardım edir və sənə dəstək olub səni müdafiə edir...”[26]
Təbii ki onun bu yardımı, tamamilə tayfapərəstlik hisslə-rindən və qohumlarına olan bağlılıq hisslərindən qaynaq-lanmaqdadır. Bu mövzuyla bağlı, böyük alim Əş-Şankitinin[27] “Ədvaul-Bəyan” adlı əsərinin üçüncü cildinin 41, 43, 406, 407-ci səhifələrinə baxıla bilər.
Buralarda facir bir adamın milliyyətçilik, tayfapərəstlik, qohumluq hisslərinə görə Allahın dininə dəstək olması, bu yolda ondan dəstək alınması xüsuslarından bəhs edir. Əbu Talib kimi insanlar yardımçı olma və qoruma kimi xüsuslarda veriləcək misallardandır. Bu cür adamların hidayət olunmaları və haqqa tabe olmaları arzulanır. Bu adamlar dinə düşmənlik göstərənlərlə deyil, onu müdafiə edənlərlə və ona tabe olanlarla bərabər olduqları müddətdə, son ana qədər hidayət olunmaları üçün çalışılır. Buna görə Nəbi sas əmisini dəvət etməkdən əl çəkməmişdir. Həyatının son anına, son nəfəsinə qədər...Nəbi onu Tövhidə çağırmış, məlum olduğu kimi onun hidayət olunmasını və İslama girməsini çox arzu etmişdir.
Bütün bunlardan əvvəl, burada başqa bir mövzu da var. Bu olduqca mühüm bir nöqtədir. Belə ki: Nəbi sas bu əmisi ilə bərabər olduğu və ondan yardım gördüyü dinin və mübarizənin məsləhəti üçün əmisinə yaltaqlıq etməmişdir. Əksinə əmisi də əslində Onun sas dəvətinin mahiyyətini, dinlərini kiçik gördüyünü, ilahlarını tənqid etdiyini bilirdi. Qureyş Nəbiyə sas mübarizəsindən vaz keçməsi, ilahları pisləməməsi üçün təzyiq göstərdiyi zaman Əbu Talib də şiddətli olmasa da Rəsulullaha bu mübarizədən vaz keçməsi üçün təzyiq göstərmiş, Onu vaz keçməyə dəvət etmişdi. Bu vəziyyətdə Rəsulullah sas onu qoruyan, dəstək olan əmisinə, nə onun xətri üçün nə də dinin və mübarizənin rahatlığı üçün məddahlıq etməmiş, şirin görünməyə çalışmamışdır. Və bu məşhur sözünü söyləmişdir: “Allaha and olsun ki mən göndərildiyim, bir adamın bu günəşdən bir atəş parçası tutması kimi olan bu mübarizəni tərk edə bilmərəm.”[28]
Rəsulullah sas əvvəldən sona qədər, əmisinə- onun müsəlman olmasını çox arzulamasına baxmayaraq- kafir olduğuna görə, özünü ona, kor-koranə şəkildə bağlayacaq bir sevgi və bağlılıq duymamışdır.
Necəki Allah c.c belə buyurur: “Allaha və axirət gününə inanan heç bir tayfanın Allaha və Rəsuluna düşmən olanlara dostluq etdiyini görməzsən. Bunlar öz ataları, oğulları, qardaşları, qohumları olsalar belə...”[29]
Allahın mübarizəsini yüklənmək, ona sahib çıxmaq, onun yolunda mübarizə etmək başqa bir şeydir...Və Nəbi sas əmisinin ona qarşı olan bütün dəstəyinə, müdafiəsinə baxmayaraq öldüyü zaman namazını qılmamışdır. Əksinə Allah c.c Rəsuluna sas, onun üçün bağışlanma diləməyi qadağan etmiş və belə buyurmuşdur:“Müşriklərin od əhli olduqları bəlli olduqdan sonra yaxın qohumları olsa belə peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.”[30] Əli ra yanına gəlib: “Zəlalətdəki əminiz öldü. Onu kim dəfn edəcək?” deyə soruşduqda, “Get və onu basdır” deməkdən başqa bir şey etmədi.[31] Eyni şəkildə, eyni münasibət onun əzilməsinə və kafirlər tərəfindən zərərə uğradılmasına əngəl olan qohumlara da olmuşdur.
Necəki Allah c.c belə buyurur: “...Doğrusu biz səni içimizdə zəif görürük. Əgər yaxın qohumların olmasaydı biz səni daşqalaq edərdik...”[32]
Halbuki bu yaxın çevrə kafir idi. Yenə Allah c.c kafirlərin təhdid etdiyi Saleh as və vəlisi haqda belə xəbər verir: “Öz aralarında Allaha and içərək dedilər ki: “Gecə mütləq ona və ailəsinə hücum edək, sonra onun vəlisinə deyək ki: “Onun və ailəsinin öldürülməsindən bizim xəbərimiz yoxdur və biz həqiqətən doğru söyləyirik .”[33]
Bununla bərabər kafirin bir müsəlmana- müsəlmanın ona sığınması, ona qarşı minnət duyması və ya dostluğunu qazanmağa çalışmadan – arxa durmaq istəməsi, yardım etməsi, himayə etməsi və dəstəkləməsi ilə bir müsəlmanın eyni şeyləri bir kafirdən tələb etməsi və bu cür yardımlara görə ona minnət duyması, yaltaqlıq etməsi, batil yaşayışları qarşısında susaraq təsdiq etməsi, səs çıxarmaması və ya onun şirkinə riza göstərməsi arasında gözdən qaçmayacaq qədər mühüm və önəmli bir fərq var. Kafirlər bu şeyi milliyyətçilikdən, qohumbazlıqdan edərlər. Bu iki hal arasında açıq bir fərq olmasında şübhə yoxdur. Əbu Cəfər Ət-Tahavinin “Muşkilul-asar” adlı əsərində 3/239 da bu mövzuyla bağlı gözəl açıqlamaları var. Orada, savaşda müşriklərdən yardım istəməklə, onların öz istəkləriylə müsəlmanların düşmənlərinə qarşı çıxması və bunu müsəlmanların dinləri xüsusunda heç bir güzəştə getmələrini gözləmədən etmələri arasında fərq olduğunu izah etmişdir. Müşriklərdən yardım istəməyi Allah c.c bu ayəylə qadağan etmişdir: “Ey iman gətirənlər! Özünüzdən olmayanları sirdaş etməyin. Onlar sizə pislik etmək imkanını qaçırmazlar. Sizin çətinliyə düşmənizə sevinərlər. Onların sizə qarşı nifrəti ağızlarından çıxan sözlərdən bəlli olur. Amma ürəklərində gizlədikləri daha böyükdür. Əgər dərk edirsinizsə, biz artıq ayələrimizi sizə izah etdik.”[34]
Eyni şəkildə, İbni Değinənin Əbu Bəkrə ra göstərdiyi yaxınlıq da bu məsələyə misal ola bilər. Bütün bu misallar eyni cinsdən örnəklərdir.
Yenə eyni mövzuyla bağlı müşrik olan ana-ataya olan yaxşı münasibəti davam etdirmək, qohumları ziyarət etmək, onlarla yaxşı davranmaq da örnək verilə bilər. Çünki onların övladları üzərində haqları vardır. Övladlarda da onların hidayət olunmasını arzulayırlar. Hətta onlar, açıq şəkildə Allah düşmənlərinin səflərində yer almadıqca, övladlarına Allaha şərik qoşma xüsusunda təzyiq göstərsələr belə, onlarla olan yaxşı münasibət davam etdirilməlidir. Ancaq bu düşmənçiliyi göstərsələr o zaman İbrahimə as atasının bir Allah düşməni olduğu açıq şəkildə bəlli olandan sonra etdiyi hərəkət kimi, onlardan ayrılmaq lazımdır. Ya da Əbu Ubeydə ra və səhabələrdən digərlərinin Bədr günü etdikləri kimi onlara düşmən olmaq və onlarla savaşmaq da lazım ola bilər.
Daha öncə də bəhs etdiyimiz kimi İbrahim as atasına qarşı yumşaq qəlbli idi. Onu gözəl və yumşaq bir şəkildə hidayətə dəvət edir, onun hidayət olunmasını çox istəyirdi və Allahın, şeytanın dostlarına verəcəyi əzabın atasının da başına gəlməsindən qorxurdu. Ancaq atasının açıq bir Allah düşməni olduğu ona bəlli olduqdan sonra ondan ayrıldı, onu tərk etdi. Allah c.c “Mumtəhinə” surəsində İbrahim as və bərabərində olanların, atasının bağışlanması üçün olan duasını onlara məxsus qılmış və bizlərə bu cür dua etməyi qadağan etmişdir. Yenə “Tövbə” surəsində də möminlərə, ən yaxın adamları olsa belə, onlar üçün bağışlanma diləməyi qadağan etmişdir. İbrahim as haqqında isə belə xəbər vermişdir: “İbrahimin atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görəydi. İbrahimə atasının həqiqətən Allah düşməni olduğu açıqlanınca ondan uzaqlaşdı. Həqiqətən İbrahim yalvarıb yaxaran və həlim xasiyətliydi.”[35]
Yenə Allah c.c belə buyurur: “Kitab əhlindən zülm edənlər istisna olmaqla, onlarla ən gözəl bir şəkildə mücadilə edin və deyin ki: “Bizə endirilənə və sizə endirilənə iman etdik. Bizim ilahımız da sizin ilahınız da birdir. Biz yalnız ona təslim olanlarıq.”[36]
Diqqət edilərsə ayədə “zülm edənlər istisna” demək surətiylə zülm edənlər müstəsna qılınmaqdadır.
Yenə Nəcaşinin mühacirlərə aman verməsi də bu mövzuda misaldır. Cəfərin ra və bərabərindəki mühacirlərin Nəcaşiyə qarşı münasibətləri, orada himayə olunduqları halda xristianların heç də xoşuna gəlməyən İsanın as Allahın oğlu deyil elçisi və qulu olması gerçəyini açıqca söyləmələri bütün zəifliklərinə və şərtlərin uyğun olmamasına baxmayaraq, hər hansı bir güzəştə getmədən, yaltaqlıq etmədən, vəziyyəti “yola verəcək” məsləhətvari sözlər söyləmədən, həqiqəti apaçıq elan etmələrini diqqətlə incələməyə dəyər. Onların bu davranışları nəticəsində, qarşısında mərdcə haqqı hayqıran bu insanları görən Nəcaşi, duyduğu haqq sözlər qarşısında özünü saxlaya bilməyib ağlamışdı. Müsəlmanlara etimad etmiş, onları öz ölkəsinə qəbul etmiş, hətta nəticədə o və bəzi həbəşilər də Allahın yardımı və hidayətiylə İslamla şərəflənmişlər. Müsəlmanların dinlərini güzəştsiz yaşamaqda diqqətli olmaları nəticəsində Allah c.c onları bu xüsusda müvəffəq etmişdir. Bu şübhənin dəf olunması üçün digər misalları da görmək üçün Abdurrahman bin Həsən rh və Muhəmməd bin Abdulvahhabın rh əsərlərinə müraciət edilə bilər.
Bu mövzunu qısaldsaq belə deyə bilərik: Batil əhlinə düşmənçilik bəsləmək, onlardan ayrılmaq, səfləri bəlli etmək, heç bir şeyə gücü çatmayan ilahları rədd etmək, batil dinlərini tərk etmək və çürümüş qanunlarını tanımamaq bu dinin ən böyük təməlidir. Bu xüsus nəbi və rəsulların dəvətində olduqca sağlam bir əsas təşkil etməkdədir. Yenə bu xüsus İslam dininin əslindən və qaydasından möhkəm bir qanundur. Yer üzünün bütün varlıqları bir araya gəlsələr və bu qanunun keçərsizliyi üçün toplansalar yenə də belə bir şeyə gücləri çatmaz.
[1] Əl-Mumtəhinə: 60/4.
[2] Əl-Mumtəhinə: 60/6.
[3] Əl-Mumtəhinə: 60/6.
[4] Əl-Ənbiya: 21/36.
[5] İbn Kəsir: Əl-Bidayə vən Nihayə: c-3: səh. 68. İbni Hişam: Siyər: c-1: səh.384.
[6] 2/204.
[7] Buxari: Kitabut-Təfsir: c-10.: səh. 4718, “Mumin” surəsinin təfsiri 337
nömrəli hədis: Kitabu Fədaili ashabun Nəbi: c-7: səh. 3438., Əbu Bəkrin
fəzilətləri babı 27 nömrəli hədis.
[8] Buxari: Kitabul-İtisam: c-15: səh. 7144, Rəsulullahın sas sünnətinə
uymaq babı, 13 nömrəli hədis.
[9] Ali-İmran: 3/188.
[10] Əd-Dirarus Saniyyə: Cihad babı/127.
[11] Əl-Ənam: 6/108.
[12] Əl-Əraf: 7/194-197.
[13] Məryəm: 19/42.
[14] Ən-Nəcm: 53/19-23.
[15] Əş-Şuara: 26/75-77.
[16] Əl-Ənam: 6/78.
[17] Əl-Ənbiya: 21/67.
[18] Əl-İsra: 17/110.
[19] Buxari: Kitabut-Təfsir: c-10: səh. 4525: İsra surəsi 110-cu ayəsinin təfsiri
babı, 243 nömrəli hədis.
[20] Əd-Duha: 93/6.
[21] Yəni dəlil nə qədər qüvvətli olursa olsun Allahın bəhs etdiyi hidayət
kimi təsir edici olmaz. Və Allahın hidayəti olmadan bu dəlil bir işə
yaramaz. Hər halda müəllif bunu qəsd etmişdir. Doğrusunu Allah bilir.
[22] Əl-Ənam: 6/25.
[23] Fussilət: 41/44.
[24] Əl-Kəhf: 18/103-104.
[25] Əd-Dirarus Saniyyə: Suallara cavab babı/28. Muxtasiratur-rudud.
[26] Buxari: Kitabu mənakibil-ənsar: c-8: səh. 3629: Əbu Talibin qissəsi babı,
102 nömrəli hədis.
[27] Son dövr alimlərindəndir. Hicri 1393-cü ildə vəfat etmişdir.
[28] Təbərani və digərlərində belə keçməkdədir: İbn Kəsir: Əl-Bidayə vən
Nihayə: c-3: səh. 70. İbni Hişam: Siyər: c-1: səh. 383: Mevdudi: Siyər: c-
3: səh. 204-205.
[29] Əl-Mucadilə: 58/22.
[30] Ət-Tövbə: 9/113.
[31] Nəsai: Cənazə bölümü: c-4: səh. 485, Müşriklərin dəfni babı, 2008
nömrəli hədis. Bunu İmam Əhməd də rəvayət etmişdir.
[32] Hud: 11/91.
[33] Ən-Nəml: 27/49.
[34] Ali-İmran: 3/118.
[35] Ət-Tövbə: 9/114.
[36] Əl-Ənkəbut: 29/46.