QEYD-6 O adam əziyyət çəkər. Çünki o insanları rəsulların gətirdiyi şeyə dəvət etməkdədir. Batil əhlinə yaltaqlıq etmir, onların batil yaşayışlarına riza göstərmir. Əksinə, onlardan ayrılmaqda, onlara qarşı düşmənçilik bəsləməkdə, onların batillərinə dəstək ola biləcək hər cür məqam və vəzifədən qaçmaqda, özünü onlara yaxınlaşdıracaq, onlara sevgi duymasına səbəb olacaq hər cür yoldan uzaq durmaqdadır. Məhz bu hal üzrə olan insanların kafirlər arasında yaşaması günah olmaz. Və ya olduğu bölgədən hicrət etməsinə gərək yoxdur.

Hamd bin Əli bin Atiq “Əd-Dirarus Saniyə”də “İbrahim və bərabərində olanlarda sizin üçün gözəl örnəklər vardır...” ayəsilə bağlı belə demişdir: “Ayədə keçən بَدَا – başladı sözü ilə ifadə edilmək istənən, yəni “ortaya çıxdı, apaçıq bəlli oldu” deməkdir.

Bu apaçıq bəlli olan, ortaya çıxan şey, Rəbbini bilməyənlərə qarşı göstəriləcək kin və düşmənçilikdir. Bunu haqqıyla yerinə yetirən, istər sözlə, istər əməllə dinini yaşayan və bölgəsindəki bütün insanlara bunu təbliğ edən adamın olduğu yerdən hicrət etməsi ona vacib olmaz. Ancaq kim bu şəkildə yaşamırsa, yaşamaq üçün çalışmırsa və ancaq oranı tərk etdikdən sonra namaz qılına bilinəcəyini, oruc tutula biləcəyini və həcc edilə bilinəcəyini zənn edirsə ondan hicrətin hökmü qalxmışdır. Bu, dini bilməməkdən və rəsulların risalətinin əslindən xəbərsiz olmaqdan irəli gəlir.”[1]

Bu qisim insanlar həqiqətləri açıq söylədiyi zaman öldürülməklə və işgəncəylə təhdid edilirlər. Bu mövzuda Əshabi-Kəhf gözəl bir örnəkdir. Onlar dinlərində güzəştə getməmişlər və dağa sığınmışdılar. Yenə Əshabi-Uhdud da bu mövzuda gözəl örnəkdir. Onlar əqidələri və Tövhidləri yolunda diri-diri yanmağı gözə almışlardı. Yenə, Allah c.c yolunda hicrət edən, cihad edən, öldürən və ölən, Nəbinin sas səhabələri bizlər üçün gözəl örnəkdir. Şübhəsiz ki Allah c.c hidayət edici və yardımçı olaraq yetər.

QEYD-7 Şeyx Muhəmməd bin Abdulvahhabın rh , İbni Atiq rh tərəfindən burada işarə edilən sözü, onun bir çox risalələrində və kitablarında mövcuddur. Risalələr məcmuəsinin 42-ci səhifəsində belə deyir: “Bilin ki saleh bir müsəlmanı təkfir etmənin dəlilləri, Allaha şərik qoşduğu zaman və ya şərik qoşmasa belə müşrikləri muvahhidlərdən üstün tutduğu zaman, Allahın c.c , Rəsulunun sas bir çox sözlərində görülə bilər. Mən sizə bütün alimlərin təfsiri üzərində ittifaq etdikləri və hansı zamanda olursa olsun, söyləyənin kafir olacağı sözü açıqlayan bir ayə deyəcəyəm: “Qəlbi imanla dolu olduğu halda məcbur edilən istisna olmaqla, kim iman gətirdikdən sonra küfr etsə, qəlbən küfrə razı olsa Allahın onlara qəzəbi tutar və onlar üçün şiddətli bir əzab vardır.”[2]

Ayə o adamların dünya həyatını axirətdən üstün tutduqlarını ifadə etməkdədir. Alimlər bu ayənin, səhabələr Məkkəlilər tərəfindən işgəncəyə məruz qaldığı zaman nazil olduğunu söyləyirlər. Belə deyirlər: Səhabələrdən, nifrət duyduğu və düşmənçilik bəslədiyi halda müşriklərdən qorxduğu üçün diliylə şirk olan sözlər söyləyənlər olmuşdu. Dolayısıyla bu adamlar imandan sonra küfrə girmişdilər.

Bu İbni Atiqin rh sözlərinə bənzəyir. Həqiqətən bu çox önəmli bir nöqtədir. Və mən buna əminəm ki bu sözlər böyük elm sahibi olan imamların sözü deyil, bizim sözümüz olsaydı şübhəsiz xaricilik və təkfirçilikdə ittiham olunardıq. Ayələrin bu qədər açıq olmasına baxmayaraq bu belə olardı. Bu məsələ sahibini üzrlü edən küfr kəlməsini söyləməyə məcbur etmə məsələsindən fərqlidir. Biz burada hər hansı bir şəkildə məcbur edilməyən, əziyyət görməyən, işgəncəyə məruz qalmayan adamlardan bəhs edirik. Bu adamı müşriklərlə dostluğa və onlara riza göstərməyə təşviq edən səbəb dünya sevgisi, nəfsinə bir zərər dəyməsindən qorxması, mala olan tamahı, gözəl evlərə, məqamlar və s. duyduğu düşkünlüyüdür.

Beləcə dünyanı axirətdən üstün tutmaqda, din, Tövhid və əqidənin qarşılığında dəyərsiz dünya nemətlərini satın almaqdadır. Halbuki əslində olmadığı halda “ikraha” sarılmaqda və zərurətləri üzr olaraq göstərməkdədir. Buna görə Allah c.c “Ali-İmran” surəsində düşmənləriylə dostluq qurmağı qadağan edib, onların hiylələrini açığa çıxardıqdan sonra belə buyurur: “Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Kim bunu edərsə Allahdan heç bir şey gözləməsin. Ancaq onlardan qorxmanız halı müstəsna. Allah sizi özündən çəkindirir. Axır dönüş Allahadır. De ki: “Ürəklərinizdə olanı gizləsəniz də, açıqlasanız da Allah onları bilir. O göylərdə və yerdə nə varsa hamısını bilir. Allah hər şeyə qadirdir.”[3]

Və yenə başqa bir ayədə belə buyurur: “O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və özü ilə pis əməlləri arasında uzaq bir məsafənin olmasını istəyəcək. Allah sizi özündən çəkindirir. Allah, qullarına qarşı şəfqətlidir.”[4]

Bunlar Allahın c.c kitabını və ayələrini idrak edib düşünən kimsələr üçün böyük andlar və təhdidlərdir. Fəqət kim Allahı aldatmağa cəhd edərsə Allahdan heç bir yardım gözləməsin. Bir çox adamlar var ki, başlarına layiq olduqları bir müsibət gəlmədiyi halda bunu “ikrah” səbəbi olaraq görməkdə və buna görə hərəkət etməkdədirlər. Alimlər, məsələnin sağlam dəyərləndirilməsi baxımından “ikrah” olaraq qəbul edilə biləcək şərtləri belə açıqlamışlar:

1. Təzyiq göstərərək təhdid edən ünsürün, bu hərəkəti dərhal həyata keçirmə gücünə sahib olması və əziyyət verilən adamın qaçmaq surətiylə də olsa belə bu təhdiddən qurtulma imkanının olmaması.

2. İnsanın, etməsi üçün məcbur edildiyi şeyi etməzsə, qarşısındakının dərhal ona hücum edəcəyindən əmin olması. 3. Təhdid edildiyi şeyin dərhal həyata keçə biləcək olması. Hətta “əgər belə etməzsən sabah səni öldürərik!” desələr belə bu “ikrah” sayılmaz.

4. Təzyiq göstərən adamda, etdiyi təhdidi israrla davam etdirəcəyinə və daha da şiddətləndirəcəyinə dair əlamətin müşahidə olunmaması, o təhdidi “ikrah” səbəbi olmaqdan çıxarır.

Yenə alimlər, təzyiqə məruz qalan adamın təhdid edildiyi və qorxudulduğu ünsürlər haqqında, günah üzrə “ikrahla” küfr sözünü söyləmə və ya kafirlərlə dostluq qurma və bənzər şəkildəki ikrahın fərqli olduğunu bildirmişlər və ikincisinə yəni kafirlərlə dostluq qurmağa icazə verməmişlər. Ancaq adamın dözə bilməyəcəyi dərəcədə, tab gətirə bilmədiyi işgəncəyə məruz qalması, öldürülməsi və ya odla işgəncəyə məruz qalması, bir üzvünün kəsilməsiylə qarşı qarşıya qalması, ölənə qədər həbs edilməsi kimi və buna bənzər bir hallar küfr sözünün söylənməsində bir istisna olaraq qəbul edilmişdir.

Başına gələn bir hadisə səbəbiylə “təqiyyə” ayəsinin nazil olduğu Ammarın ra ancaq atasının və anasının ölümünü gördükdən sonra, özünün də şiddətli bir işgəncəyə məruz qalıb artıq öldürüləcəyini anladıqdan, qabırğa sümükləri qırıldıqdan və Allah c.c yolunda böyük bir əzaba məruz qaldıqdan sonra o küfr sözlərini söylədiyi bilinməkdədir. Ancaq bu gün özünü üzrlü göstərməyə çalışanların əksəriyyəti fitnələrə düşmüş, batilə və şirkə dalıb getmişlər. Başlarına gələnlər isə Ammarın başına gələnlərin yüzdə biri belə deyil. Əksinə, daha öncə də bildirdiyimiz kimi, kim Allahı c.c aldatmağa cəhd edərsə, Allahdan c.c ona heç bir yardım yoxdur.

Bununla bərabər, elm əhli küfr sözü söyləməyə məcbur edilmə məsələsiylə bağlı olaraq səbat və görülən əziyyətə qarşı səbri seçməyin, Allah c.c qatında savab baxımından daha böyük və daha üstün olduğu və bu davranışın səhabələrin, tabiinin və ümmətin öndə gələn imamlarının davranışı olduğu görüşündədirlər. Bu davranışın sayəsində dinin əsli apaçıq ortaya çıxar və din qüvvətlənər. Buxarinin “Səhih” kitabında əziyyət görməyi küfrdən üstün tutanlarla bağlı baba baxa bilərsiniz.[5]

Bu mövzuda bir çox dəlil vardır. İmam Əhmədin Quranın məxluq olduğu yolunda böyüyən fitnə qarşısındakı açıq və qəti davranışı kimi, imamların bu davranış tərzinə misal göstəriləcək hərəkətləri sayılmayacaq qədər çoxdur.

Yenə alimlər Allahın c.c bu sözünü zikr edirlər: “İnsanlardan elələri vardır ki “Allaha iman etdik” deyər. Ancaq Allah yolunda bir əziyyət gördükdə isə insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər...”[6]

Yenə alimlər alimlər adamın başqa bir seçmə imkanı olmasıyla “ikrah” arasında bir ziddiyyət olması görüşündədirlər. Bu Şuaybla as qövmü arasında cərəyan edən hal kimidir. Belə ki, küfrə dönmək və yurdlarını tərk etmək xüsusunda sərbəst buraxıldıqları zaman, Şuayb as hicrəti seçmişdi. Alimlər bu şəkildə bir alternativə “küfrə dönmək” şəklində cavab verməyin qətiyyən caiz olmadığı görüşündədirlər. Bizim bütün bunları zikr etməkdə məqsəd Allahın ağıl neməti verdiyi adamların, Tövhidin, zamanımızda bu dinin qərib olduğunu, onu haqqıyla yaşayan dəvətçilərin qərib olduğunu bilmələridir. Günümüzdə insanların çoxu həqiqi bir “ikrah” halı olmadan hökumətlərin, tağutların dininə girməkdədirlər. Dünya həyatını, dünyaya aid məkanları, dünya mallarını, dünya məqamlarını Allahın c.c dinindən üstün tutmaqda və Allahın dinini bu bəsit dünyalıqlar üçün az bir dəyərə satmaqdadırlar. Diqqət edin...Əgər sizlər də belə olsanız şübhəsiz nəticədə peşman olan siz olacaqsınız!

Beləliklə bir çox adamın yadırğadığı və uyğun görmədiyi İbni Atiqin rh zahirən müşriklərə tabe olan ancaq batinən onlara müxalifət edənlər haqqındakı sözləriylə bağlı şübhələr dəf olundu.

“Batinən onlara müxalifət etməklə bərabər...” sözüylə Allah bilir, bunu qəsd etmişdir: Hatib bin Əbu Bəlteanın ra qissəsində də olduğu kimi vəhy olmadan biz bir adamın batinini necə bilə bilərik? Şübhəsiz ki Əziz və Cəlil olan Allah bizləri batinlərdə olan şeylərlə mükəlləf qılmamışdır. Əksinə biz zahirə görə hökm edərik. Necəki bizlər nifaqını gizləyən və İslama dost kimi görünüb, onun şüarlarını daşıyan başlar üçün də hər nə qədər zahirən İslam tərəfdarları olsalar da o qılıncları istərik. Bizlər dünyadakı əməlləri zahirən dəyərləndiririk. Allah c.c isə gizli və açığı bilən, doğrunu yalandan ayıran və insanları əməllərinə görə çəkib niyyətlərinə görə dirildəcək olan, təsbihə layiq yeganə varlıqdır. Necəki Aişədən ra gələn “muttafiqun aleyh” hədisdə də keçdiyi kimi Əziz və Cəlil olan Allah, içərisində yaxşıların və pislərin olduğu bir ordunu yerə batıraraq həlak etmişdir. Ancaq qiyamət günü onları niyyətlərinə görə dirildəcək.[7]

Bu Ömər bin Xəttabın ra Buxarinin “Səhih”ində keçən sözünün mənasıdır. O belə deyir: “Rəsulullahın dövründə insanlara münasibət vəhyə görəydi. Amma indi kim zahirən yaxşı davransa biz onu güvənilən sayar və onunla yaxın olarıq. Çünki onun batini haqda bir məlumatımız yoxdur. Ona görə də hesabı Allaha qalmışdır. Kim də bizə qarşı pislik edərsə ona güvənmərik. Onu doğrulamarıq və dəstəkləmərik, daxilən təmiz olsa belə...”[8]

Necəki Nəbi sas də savaşlarda və digər hallarda insanlara bu qaydaya görə münasibət göstərilməsini əmr etmişdir. Məsələn Abbas bin Abdulmuttalib ra...İslama dəvət edilmiş və bu dəvəti qəbul etmişdi.[9]

Ancaq “darul-küfr” olmasına baxmayaraq o zamanlar Məkkədə qalmış, “darul-islam” olan Mədinəyə hicrət etməmişdi. Bədr günü müşriklərlə bərabər döyüşə çıxmışdı. Sonra müsəlmanlar onu əsir aldılar. Ona, haqqında yürütdükləri təxmin və zənnə görə deyil, gördükləri zahiri halına görə münasibət göstərdilər. Hər nə qədər batinən İslam tərəfdarları olsa da nəticədə zahirən müşriklərin səfində döyüşə çıxmışdı. Onların sayını artırmış, müşrik ordusunun müsəlmanların gözündə daha böyük görünməsinə səbəb olmuşdur. Bəzi rəvayətlərdə müşriklərlə bərabər çıxmasının onun bir hiyləsi olduğu keçməkdədir. Yenə bəzi rəvayətlərdə Rəsulullahın sas onun “ikrahı” üzr olaraq irəli sürdüyünü görüncə belə dediyi keçir: “Allah sənin etmək istədiyin şeyi ən yaxşı biləndir. Allah etdiyinin əvəzini verəcək. Etdiyin şeyin zahirinə gəlincə, bizə görə bu bir ziyandır.”

Bunu İmam Əhməd rəvayət etmişdir. Hər nə qədər ravilərindən birinin adı bəlli olmasa da ricalı sikadır. Bundan başqa Buxarinin “Səhih”ində və digərlərində keçən hədislər bizim üçün yetərlidir. Necəki orada Nəbi onun etdiyi hərəkəti zahirinə görə dəyərləndirmiş, müşrik əsirlərlə davrandığı kimi ondan da fidyə alaraq azad etmişdir.[10] Yenə bu babdan olmaq üzrə, Muslimin “Səhih”ində, İmran bin Hüseynin, Ukayl oğullarından bir adamla bağlı rəvayət etdiyi hədis də zikr edilə bilər. Bu şəxs əsir alınmışdı və müsəlman olduğunu iddia etməsinə baxmayaraq Nəbi sas onu azad etməmişdi.

Bizlər bu dünya həyatında batinlərdən deyil zahirdən məsuluq. Şübhəsiz ki bu Allahın bizə olan bir lütfüdür. Əgər bu olmasaydı İslam və müsəlmanlar pis, xəbis məxluqların və zındıqların əyləncə obyektinə çevrilərdi. Hatibin ra hadisəsi və fəth ilində etdiyi şey bunun gözəl örnəyidir. Əsas odur ki, onun hərəkətinə bənzəyən bir hərəkət edən adamın zahirinə görə kafir olduğuna hökm vermək və müsəlmanların da belə bir halda onun etdiyi hərəkətin zahirinin layiq olduğu, tələb etdiyi, öldürmək və ya əsir almaq kimi, dünyaya aid bir qarşılıqla qarşılıq vermələridir.

Bu mövzuda Muhəmməd bin Abdulvahhabın rh sözlərinə müraciət edilə bilər. O, bu xüsusda bir çox açıqlamalar vermişdir. Burada diqqət çəkən Ömərin ra, Hatibin ra hərəkətinə reaksiyası və Nəbinin sas hüzurunda da bu hərəkətini acıqca etməsidir.

O da məlumdur ki Nəbi sas Öməri ra bu anlayışına görə qınamamış ona ümumiyyətlə bu kimi hallarda söylədiyi kimi “əgər bir adam din qardaşına “ey kafir” deyərsə bu ittiham ikisindən birinə dönər” deməmişdir. Əksinə Ömərin ra, Hatibin ra vəziyyəti kimi, haqqında qərar verilməsi çətin olmayan adamlar haqqında verdiyi hökmü qəbul etmiş və onu qınamamışdır. Hatibin ra daxili halını isə “bəlkə Allah c.c xəbərdar olduğundan Bədr əhlinə: “İstədiyinizi edin, cənnət sizlərə vacib olmuşdur”. Yaxud da: “Mən sizləri bağışlamışam” buyurmuşdur” sözləriylə bizə açıqlamışdır. [11] Hatib ra isə belə demişdi: “Mən bu işi küfr qəsdiylə və ya İslamdan sonra küfrə riza göstərərək etmədim.” Bundan sonra Rəsulullah sas “şübhəsiz ki doğru söylədi” deyərək onu təmizə çıxarmışdı. Halbuki səhabələrin könlü belə bir hərəkət edən adamın kafir və ya mürtəd olması xüsusunda qərarlıydı.

Əbu Yala və İmam Əhməddən gələn bir rəvayətdə Hatib ra belə demişdir: “Şübhəsiz ki mən bu işi Allah Rəsulunu sas aldatmaq üçün və ya nifaq çıxarmaq üçün etmədim. Onu da deyim ki Allah c.c, Rəsuluna nurunu göstərəcək və onu tamamlayacaqdır.” Yenə Əbu Yala və İmam Əhməddən gələn başqa bir rəvayətdə, “Ya Rəsulullah Allaha and olsun ki iman qəlbimdən heç əskilmədi” şəklində keçməkdədir.[12]

Buxarinin rəvayət etdiyi Nəbinin sas bu sözü də diqqətlicə düşünülməlidir: “Şübhəsiz sizə doğru söylədi.” Çünki o Bədr səhabələrindən idi. Nəbi sas onu müstəna qılmış, onun haqqındakı şübhələri təmizləmiş, onun doğruluğunu təsdiq etmiş və onun bu hərəkəti küfr etmək üçün və ya irtidad etmək üçün etmədiyini qəbul etmişdir. Onda böyük günahlardan bir günah olduğu halda, Bədr əhlindən olması səbəbiylə bu günah ona bağışlanmışdı.

Görəsən lənətlənmiş kafirlərlə dostluq quran, yumşaq davrananlar üçün Hatibin ra hadisəsində bir bənzərlik varmı?

Yoxsa onlardamı Bədr əhlindəndir ki belə rahat davranırlar? Bu davranışları bir çoxlarının ayaqlarının sürüşməsinə səbəb olmaqdadır. Biz bu sualları ancaq onların batini hallarını bildikdən və bu hərəkətlərini küfr qəsdiylə etmədiklərinə əmin olduqdan sonra verərik. Ancaq vəhy olmadan onların batini hallarını necə bilə bilərik və Rəsulullah sas da aramızda olmadığı üçün onların təmizliyinə kim şəhadət edə bilər?

Buna görə, kafirlərə yaxınlıq göstərən, onları dost bilən, onlarla oturub duran adamlar haqqında zahirlərinə baxaraq hökm verərik. Əgər zahiri görüntüsündən başqa bir halı varsa onu da Allaha həvalə edərik. Döyüşdə kafirlərin səflərində gördüyümüz hər adamı öldürməklə mükəlləfik. İçlərində başqa niyyətdə olanlar olsa belə. Əgər əsir alınsalar onlara kafirlərə göstərilən münasibət göstərilir. Bu adamlar qəlblərində İslam daşısınlar, İslama və əhlinə hörmət göstərsinlər, heç bir fərqi yoxdur. Bizlər batini bilmədiyimiz üçün və ancaq zahirə görə hökm verə biləcəyimiz üçün müsəlmanlar, belə bir adamın öldürülməsindən və ya əsir edilib kafir müamiləsi görməsindən məsul olmazlar. Yenə bu xüsusla bağlı olaraq Şeyxul-İslam İbni Teymiyyənin rh Kəbəyə hücum edən və yerə batırılan ordu haqqındakı sözlərinə və ayrıca Bədr günü Abbasın ra əsir edilməsi hadisəsinə “Məcmu əl-Fətava” 28/537 də baxıla bilər. Yenə onun tələbəsi əllamə İbni Qayyimin rh “Zadul-Mead” adlı əsərinin 3/145 və 227-ci səhifələrinə və digər haqqı söyləyən alimlərin əsərlərinə müraciət edilə bilər.

Eyni şəkildə Allahın c.c: “Mələklər özlərinə zülm edənlərin canlarını aldıqları zaman “nə halda idiniz?” Onlar deyəcəklər: “ Biz yer üzündə zəif kimsələr idik.” “Allahın ərzi geniş deyildimi? Siz də hicrət edəydiniz” deyəcəklər. Onların sığınacağı yer cəhənnəmdir. Ora necə də pis yerdir.”[13] ayəsinin nüzul səbəbi üzərində diqqətlə düşünmək lazımdır. Ona Buxarinin “Səhih”ində baxa bilərsiniz.[14] Bu həqiqətən bu mövzuyla bağlı çox faydalı olacaq. Bunlarla canlanın və yaxşı düşünün, gözlərinizin üzərinə çökən yuxu tozlarından qurtulun, tənbəl təqlidçilərlə bir olmayın.

Son olaraq, Hafiz ibni Həcər rh, “Fəthul-Bari” 7/521 də bəzi məğazi əhlindən nəqlən, Hatibin ra məktubuna aid ifadələri belə nəql etməkdədir: “Ey Qureyş topluluğu, şübhəsiz Rəsulullah sas sizin üzərinizə gecənin qaranlığı kimi qələbəlik bir orduyla və selin axışı kimi gəlir. Allaha and olsun ki O sizin üzərinizə təkbaşına da gəlsə şübhəsiz ki Allah c.c ona yardım edər və ona verdiyi vədi yerinə yetirər. Nəfslərinizi qurtarın salam ilə...” Suheyli də bu şəkildə rəvayət etmişdir.

Mən də deyirəm ki ağıl sahibi hər hansı bir adam Hatibin məktubunu diqqətlə oxusa, onda Allahın Nəbisinə yardım edəcəyinə olan əminliyi, ona qarşı olan hörməti görər. Bununla birlikdə Allah c.c bu hərəkət səbəbilə, iman edənlərin tüklərini biz-biz edən bu böyük ayəni endirmişdir: “Ey iman gətirənlər! Mənim də düşmənim sizin də düşməniniz olanları dost tutmayın. Siz onlara qarşı sevgi bəsləyirsiniz. Onlar isə sizə gələn haqqı inkar etmişdilər. Rəsulu və sizi, Rəbbiniz olan Allaha inandığınız üçün çıxarmışlardı. Əgər siz Mənim yolumda cihad etmək və Mənim rizamı qazanmaq məqsədilə çıxmısınızsa, onlara gizli məhəbbət bəsləməyin. Mən sizin gizli saxladığınızı və aşkar etdiyinizi bilirəm. Sizdən kim bunu edərsə, şübhəsiz o haqq yoldan azmışdır.”[15]

Əgər bunu yaxşı-yaxşı düşünüb diqqət etsəniz Allah sizə hidayət verər. Anlarsınız ki, Allah bu xüsusda necə güzəştsiz və sərt davranır və bunu necə düşmənlərinə qarşı dostluq və sevgi bəsləmək qəbul edir. Sonra da dövrümüzdəki özünü İslam və dəvətə nisbət edənlərin bir çoxunun halına bir baxın. Guya İslama xidmət üçün onların rejimlərinə, qanunlarına, məclislərinə hörmət göstərirlər, onlara necə yaltaqlıq etməyə çalışırlar!

[1] Əd-Dirarus Saniyyə: Cihad babı/199.

[2] Ən-Nəhl: 16/106.

[3] Ali-İmran: 3/28-29.

[4] Ali-İmran: 3/30.

[5] Buxari: Kitabul-krah: c-15: səh. 6811-6812, əziyyət edilməyi və

öldürülməyi küfrdən üstün tutanlarla bağlı bab.

[6] Əl-Ənkəbut: 29/10.

[7] Buxari: Kitabul-buyu: c-4: səh. 1957, 69 nömrəli hədis. Bənzəri bir hədis

Tirmizi: c-4: səh. 46, 2262 nömrəli hədis.

[8] Buxari: Kitabuş-şəhadət: c-5: səh. 2431, 6 nömrəli hədis. İmam Nəvəvi rh

“Riyazus salihin”də “İnsanlar haqda zahirə görə hökm verib, daxili

hallarını Allaha həvalə etmək haqqında” adlı bir bab açmış və mövzuyla

bağlı ayə, hədis və səhabə sözlərini bu babda toplamışdır.

[9] Səbilul misal: 88-91. Məcmuəz-zəvaid: 4/242-246.

[10] Buxari: Kitabul-məğazi: c-8: səh. 3759, Mələklərin Bədrdə hazır olmaları

babı, 64 nömrəli hədis: Kitabul- cihad vəs siyər: c-6: səh. 2842, müşrik

əsirlərdən fidyə alınması babı, 248 nömrəli hədis, İbn Kəsir: Əl-Bidayə

vən Nihayə: c-3: səh. 451, İbni Sad: Tabakat: c-2: səh. 19-22.

[11] Buxari: Kitabul-məğazi: c-8: səh. 3733, Bədr savaşında olanların

üstünlüyü babı, 32 nömrəli hədis.

[12] Məcmuəz-zəvaid: 9/306.

[13] Ən-Nisa: 4/97.

[14] Buxari: Kitabut-Təfsir: c-9: səh. 4313, Nisa surəsi 97-ci ayəsinin təfsiri

babı, 118 nömrəli hədis.

[15] Əl-Mumtəhinə: 60/1.

axırıncı dəyişikliklər (12.11.09 20:50)

 

Add comment

Bold Italic Underlined Link Quote