QEYD-8 Tağutların tətbiq etdikləri bu metodların örnəklərini belə sıralaya bilərik: Bunlardan birincisi, bir çox tağutun parlamentlər, məclislər və bənzəri müəssisələrin qapılarını öz müxaliflərinə açaraq, müxaliflərinin burada toplanmasını təmin etməsidir. Bu müxalifləri ilə eyni dam altında toplanarlar, onlarla çeşidli toplantılar düzənləyərlər, onların içinə qarışırlar. Hətta bu elə bir dərəcəyə varır ki müxalifləri üçün böyük əhəmiyyət kəsb edən məsələləri bulandırmağa və gündəmdən kənarda tutmağa başlarlar. Kafirlərdən ayrılma, onların qanunlarını rədd etmə, onların metodlarını tanımama, batillərindən uzaq durma kimi əsas məsələlərə qətiyyən girməzlər.
Sadəcə vətənin və millətin rifahı üçün (!) iqtisadi məsələlərlə, güclənmə, dirçəlmə və s. şeylərlə məşğul olarlar. Bütün bunların tağutların öz hava və həvəslərinə görə, küfrlə idarə etdikləri vətənləri üçündür (!) Bu bizlərin də içində yaşadığı bir zillətdir.
Bu zillətin səbəbkarlarından bir çoxunun özlərini sələfi hərəkata nisbət etdiklərini və Həsən Əl-Bənna və Seyyid Kutub və bənzərlərinin sözlərini ağızlarından düşürmədiklərini görməkdəyik. Bununla birlikdə, bu zillətin içinə düşdükdən sonra tağutları alqışlayan, onlar üçün sayğı və hörmətlə ayağa duran, onlara ünvanlarıyla xitab edən, hökumətlərinə, əsgərlərinə və imkanlarına olan bağlılıqlarını hayqıran adamlar halına gəldilər. Üstəlik onların sistemlərinə və qanunlarına hörmət göstərəcəklərinə dair and içərlər. Bəs bu insanlar dəvətlərini, mübarizələrini harada itirdilər? Doğru yoldan sapmaqdan Allaha sığınırıq.
Yenə tağutların tez-tez əl atdıqları yollardan biri də alimləri bəzi məcburi xidmətlərlə yükləyərək öz müxalifləriylə və sosializm, faşizm və digərləri kimi nüfuzundan çəkindikləri sistemlərə qarşı mübarizə etmələrini təmin etmək surətiylə bu alimlərin vaxtlarını öldürməkdir. Yenə bu tağutlar öz maraqlarına uyğun olacaq bəzi milliyyətçi hərəkatları ayaqda tutmaq xüsusunda yenə bəzi alimlərin dəstəyindən istifadə etməkdə və onları ortaq olan düşmənlərinin üzərinə yönləndirməkdədirlər. Bu alimləri, dinə və din əhlinə qarşı diqqətli davranmaqla, din düşmənlərindən qorxduqları üçün dinə hörmət edirlərmiş kimi göstərməklə aldadırlar. Beləcə bu alimləri, eyni zamanda öz düşmənləri olan ünsürlərlə savaşılması üçün xalqı mənəvi yöndən motivləndirmələri üçün yönləndirirlər. Bu miskin alimlər də onların toruna düşərlər. Bütün enerjilərini və vaxtlarını bu yolda xərcləyərlər. Mübarizə əzmlərini, mübarizələrini özlərinə göstərilən düşmənlər uğrunda fəda edərlər. Nəticədə bir çoxu tağutlara qarşı göstərilməsi gərəkli olan düşmənçilik hislərini itirmiş halda, onların sadiq mühafizləri və bəlamları halını alırlar. Hətta günlərin birində bir baxacaqsınız ki bu adamlar tağutların və onların sistemlərinin sadiq bir əsgərləri, xidmətçisi və sadiq bir dəstəkçisi olmuşlar. Bütün həyatlarını içində olduqları batil sistemlərin qalıcı olması üçün təsis edəcək bir mərtəbəyə çatmışlar...Bilərək və ya bilməyərək...Bu zillətə yuvarlanmışlar. Kaş ki bu ayəni anlaya bilsəydilər: “O dedi: “Rəbbim mənə verdiyin nemət haqqı, artıq əsla günahkarlara arxa olmayacağam.”[1]
Kurtubi bu ayə haqqında, bəzi rəvayətlərdən belə nəql etməkdədir: “Musadan as yardım istəyən İsrail övladı kafir idi. Musaya as o adamın öz qövmündən olduğu söylənmişdi. Çünki o İsrail övladlarından idi. Fəqət eyni dində deyildilər. Buna görə Musa as etdiyinə peşman olmuşdu. Çünki O, bir kafirə qarşı digər kafirə, sırf öz qövmündən olduğu üçün yardım etmişdi. Məhz bu peşmanlıqla belə demişdir: “Bundan sonra əsla kafirlərə dəstəkçi, yardımçı olmayacağam.”
Kaş ki bu günkülər Allahu Təalanın bu sözünü anlaya bilsəydilər: “Ey iman edənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun ki, onlar sizdə bir sərtlik görsünlər. Bilin ki Allah müttəqilərlədir!”[2]
O halda niyə o olduqları yerdə durmağa davam edirlər? Allahın sistemindən başqa bütün sistemlər və tərəfdarları İslamın və müsəlmanların düşmənləridir. Onlardan, sistemlərindən, qanunlarından, yaşayış tərzlərindən uzaq durulmalıdır. Başlanğıc nöqtəsi çox mühümdür. İşə ən yaxın qohumlardan başlamaq lazımdır. Qohum olmayanlara və ya yaxın olmayan qohumlara nisbətlə, yaxın qohumların insana maddi və mənəvi təzyiqi daha şiddətli olur. İnsanın, Allah düşməni olduqları bəlli olan yaxınlarına münasibəti isə nəfsiylə və şeytanla etdiyi mübarizəyə bağlıdır. Buna görə nəfslə və şeytanla edilən mübarizə ümumi olaraq digər Allah düşmənlərilə edilən mücadilədən daha mühümdür və daha öndə gəlir.
Bunun ən gözəl örnəyini hər zamankı kimi Rəsulullahda sas görürürük. O sas ilk mərhələdə öz yaxınları və qohumları qala-qala, Farslarla və Rumlularla ya da yəhudilərlə məşğul olmamışdı.
Bəlkə də bir çox tağut bu təhlükəli yoldan fayda əldə etməkdədir. Onlar, bu cahil alimləri ələ salmaqda, onlardan öz işlərində istifadə etməkdədirlər. Bir çox dəvət adamının dəvətinə mane olmaq, onları camaatlarına uzaqlaşdırıcı göstərmək və uzaqlaşdırmaq, onların metod və yollarından dönmələrini və güzəştə getmələrini təmin etmək kimi çirkin əməllərində bu alim kimi görünən cahillərdən istifadə etməkdədirlər. Onlardan fətva alaraq onları nəzarət altında saxlamaqda və lazım olduqda dəvətçilərin əleyhinə hökmlər verməkdədirlər. İslam dəvətçiləri haqqında, onların Xarici olduqları, azğınlar qrupundan olduqları və ya yoldan sapmış fəsadçılar olduqları, yer üzünü fəsadla doldurduqları haqqında fətvalar alırlar. “Əsl fəsadçılar onlardır...”[3]
Bu halı bildikləri və doğru olanı bildikləri halda belə edərlər. Bizlər zəmanə alimləri arasında bu zillətə düşənlərin bir çoxlarını görməkdəyik və onlardan Allaha c.c şikayətçiyik.
Yenə tağutların əl atdıqları metodlardan bunu da saya bilərik: Tağutlar möminləri və dəvətçiləri bəzi mövqelər, məqamlar, rütbələr, ünvanlar verərək aldatmağa çalışarlar. Bunlar arasında, bir çox imtiyazlar, evlər, gəmilər, mərtəbələr və s də sayıla bilər. Bütün bunları, onları nəzarətdə saxlamaq və ağızlarını yummaq üçün edərlər. Beləcə “süd əmdiyin yerə düşmən olma!” sözünün tələbi olaraq, onlarda bir minnət duyğusu formalaşdırarlar. Bir növ bundan istifadə edərək dəvətçiləri və alimləri fitnəyə salmağa, beləcə də öz hökumətlərini gücləndirməyə çalışarlar. Hətta bu fitnəyə düşənlər elə bir hala gəlir ki artıq həm tağutlarla oturub durmağa, onların sistemləri içərisində yer almağa, həm də bu batil yaşayış və sitemləri lehinə fətvalar verməyə başlarlar. Artıq bu mərhələdən sonra, bu oyuna düşənlər tağutların xidmətində, gecə gündüz onları təsbih edən xidmətçilər halına gələrlər.
İbnul Cevzi rh İblisin girdiyi qılıqlar və oynadığı oyunlar haqqında belə demişdir: “İblisin fəqihlərin başına hördüyü corablardan biri də onları əmr sahibləri və sultanlarla dostluğa sürükləmək, onlara yaltaqlıq etməyi fısıldamaq və onlardan gördükləri etibarı itirməmələri üçün onlara nəsihət etməkdən vaz keçməyi sevimli göstərməkdir. İdarəçilərin yanında olmaq, onlarla yaxın olmaq son dərəcə təhlükəlidir. İlk mərhələdə hər nə qədər yaxşı niyyətlərlə onlara yaxınlaşmağa çalışılsa da sonra onlardan görülən ucalma, mükafatlar, çeşidli nemətlər insanın onlara qarşı meylini artırmaqda, insan özünü onlara yaltaqlıqdan saxlaya bilməməkdə və onların batillərini inkar etmə əməliyyatını tərk etməkdədir. “Sufyan əs-Sevri rh belə deyirdi: Onların (əmr sahiblərinin) mənə xainlik etmələrindən qorxmuram. Mənim əsl qorxduğum, onların mənə hörmət göstərməsi və beləcə qəlbimin onlara meyl etməsidir.”
Ağıllı bir kimsə, Sufyanın rh meyl etməkdən çəkindiyi o adamları düşündüyündə, günümüzün tağutlarıyla onlar arasında böyük bir fərq olmadığını görəcəkdir. Yardım ancaq Allahdandır.
Yenə tağutların əl atdığı yollar arasında, ixlaslarından və xalqın onlara qarşı olan sevgi və bağlılıqlarından çəkindikləri bir çox dəvətçi və alimi öz nəzarətləri altına almaq üçün, dinlə bağlı bir çox məsələlərə və dinə dəstək vermək, bu “yaxşılıq etmə” yolunu açıq bir şəkildə ortaya qoymaqları sayıla bilər. Bu alimlər və dəvətçilər üçün fakültələr açarlar, yayın evləri qurarlar, onlara mədəniyyət nazirliyində böyük vəzifələr verərlər. Qısacası bu tağutlar öz azğınlıqlarına və fəsadlarına toxunmadığı müddətdə, sırf öz maraqları üçün, bu insanlara hər cür yardım edərlər, susmalarının payını verərlər.
Yenə bu çeşiddən olmaq üzrə, tağutların təsis etdikləri “Dirar müəssisələrinə” olan bağlılıqlar da sayıla bilər. İslam Aləmi Rabitəsi kimi...Ümumi olaraq bir çox fəsad hökumətinə, xüsusi olaraq da Səudiyyə hökumətinə və onun tağutlarına qarşı açıq bir yaltaqlıq siyasəti izləməsinə baxmayaraq, bu quruluş sayəsində bir çox miskin alim aldadılmaqdadır. Hətta bu qurumun nəşriyyatları yayılması nisbətində, bu dövlət də yaltaqlıq, məddahlıq və nifaqla dolub daşmaqdadır. Bu qurumun “şübhəli” məsullarının digər dövlətlərin tağutlarıyla nə qədər də mükəmməl bir əlaqələri və dostluqları vardır! Digər dövlətlərin əksinə, bunlar “ana” dövlətlərin havasına tabe olurlar. Tağutlar arasında hər şey qaydasında olduğu müddətdə bu dövlətlər arasında da heç bir problem çıxmaz. Amma tağutun biri, məsələn Kaddafi kimi, dövlətlərinə və ya tağutlarına ya da sistemlərinə hücum edəcək olarsa məhz o zaman fətvalar, inkarlar və nifrət bir-birini təqib edər. Sonra, əgər tağutlar arasındakı məsələ həll edilib işlər əvvəlki qaydasına dönərsə, o zaman, öncələr əleyhlərində verilmiş fətvalar adətən koralmış hisslər kimi kar, lal və səssiz qalar. Bəlkə də vəziyyətin dəyişməsindən deyil, amma əvvəlkinə nisbətən daha şiddətli, təhlükəli və pis olmasından...Hətta sizlər bu adamları bütün nəcislikləriylə və azğınlıqlarıyla Beyti tavaf edərkən görə bilərsiniz. Bunlardan Allaha şikayətçiyik. Hər vəziyyətdə bu müəssisələr və bənzərləri hökumətə aid, onun çaldığıyla oynayan bir qurum olmaqdan əsla qurtula bilməzlər.
Yenə tağutların əl atdığı yollar arasında, öz mənfəətləri uğrunda, dəvətçilərə dəvətlərini davam etdirmələri üçün dəvət və konfrans keçirmə, heyət qurma və s. izni vermək gəlməkdədir. Bunlar arasında “Əmri bil-məruf və nəhyi anil-münkər heyəti” sayıla bilər. Sözdə bu heyət, girov dəvət adamlarını imkanları daxilində hökumətin, onun izlədiyi siyasətin, münkərlərindən, batil işlərindən və tağutların fəsadlarından qorumaq məqsədilə qurulmuşdur. Və biri-birinin xətalarını araşdıran bir fitnə müəssisəsi halına gəlmişdir. Xüsusilə dövlətin asayişini və tağutların nüfuzunun daimiliyini təhdid edən mövzularda olduqca həssasdır. Bu cür təşəbbüsləri əsla zərərli olacaq səviyyəyə çıxarmaz, bir əyləc vəzifəsini yerinə yetirər.
Yenə tağutların əl atdıqları yollardan biri də bu millətin yeni yetişən gənc nəsillərini yox etmək, parçalamaq və öldürməkdir. Bunu, məktəblər, fakültələr, cürbəcür mətbuat orqanları və müxtəlif tağuti quruluşlar sayəsində həyata keçirirlər. Buna görə bunlar Firondan daha xəbis və hiylələri də onun hiyləsindən daha böyükdür. Çünki, bunlar oğulların öldürülməsi, yox edilməsi xüsusunda Fironun metodunu ancaq digər metodlar işə yaramadıqda, son çarə olaraq istifadə edirlər. İlk öncə “Milləti-İbrahim” anlayışını qəlblərdə, nəfslərdə yox etməyə çalışırlar. Nəsilləri Fironun etdiyi şəkildə yox etmək yerinə onlardakı bu anlayışı yox etməyə çalışırlar və buna nail olmaq üçün də hər yola əl atırlar. Nəsilləri, onları və batil rejimlərini sevəcək, onlarla dostluq quracaq, qanunlarına və hökumətlərinə hörmət duyacaq bir zehniyyətlə tərbiyə edərlər. Bu iş üçün bir çox cahilin övladlarını gözü qapalı göndərdikləri, fəsad saçan məktəblərini və digər xəbis quruluşlarını istifadə edərlər. Bəli, ürəklərində “Milləti-İbrahimin” cücərə biləcəyi insanları əsl mənada öldürmədən öncə, onların qəlblərini öldürərlər. Və bu siyasətləri nəticəsində insanları onları öyən, onların qanunlarını və sistemlərini mədh edən və müdafiə edən robotlar halına salarlar. Çeşidli sifətlərə girərək müsəlmanların ziyanına çalışacaq, öz hökumətlərini və qanunlarını müdafiə edəcək və özlərinə sıx bağlı olan “əsirlər” yetişdirərlər.
Ya da heç bir şey etməsələr də, insanları ən azından özünü bu İslam mübarizəsinə nisbət edən, əsl “Milləti-İbrahimdən” olduğunu deyən, cahil, heç bir şey anlamayan, ancaq aranı qarışdırmağa yarayan tiplər halına gətirərlər. Əsla onlara müdaxilə edəcək bir gücə sahib ola bilməyən, öz hallarını da düzəltməyən, içərisində olduqları vəziyyəti dərk etməyən, daima bir-biriləriylə boğuşan tiplər...Bu halı və tağutların bu xəbis üslubunu “İdadul-kudatil-fevaris bi hicri fesadil-medaris” adlı kitabda daha geniş açıqladıq.
[1] Əl-Qasas: 28/17.
[2] Ət-Tövbə: 9/123.
[3] Əl-Bəqərə: 2/12.