...davamı

7. Bəzi dəlillər:

• Səhabənin zəkat verməyi rədd edənləri, zəkatın vacibliyini təsdiq və ya inkar etməklərinə baxmadan sırf zəkat verməyi rədd etməkləri səbəbi ilə təkfir etmələri. Bunun dəlili Əbu Hureyra'nın rəvayət etdiyi bu hədisdir: "Peyğəmbərimiz vəfat etdiyimiz zaman Əbu Bəkr onun yerinə keçdi və ərəblərdən küfrə dönən döndü. Ömər dedi ki: Ya Əba Bəkr, Rasulullah "İnsanlar Lə iləhə illəllah deyənə qədər onlarla vuruşmaqla ımr olundum. Kim Lə iləhə illəllah deyərsə malını və canını qorumuşdur. Ancaq İslamın haqqı müstəsna. Hesabı isə Allaha aiddir." dediyi halda insanlarla necə vuruşarsan? Əbu Bəkr belə cavab verdi: Vallahi, namaz ilə zəkatın arasını ayıranla mütləq vuruşacam. Çünki zəkat malın haqqıdır.

Allaha and olsun ki, Rasulullaha ödədikləri bir quzunu belə mənə verməyi rədd edərlərsə, mən də buna görə onlarla vuruşaram Bundan sonra ömər dedi: Vallahi, gördüm ki, Allah onlarla vuruşmaq barəsində Əbu Bəkri rahatlatmışdı. Mən də doğru olanın bu olduğunu anladım". (Muttəfiqun aleyh, Buxarinin ləfzi: 6924, 6925: "Mürtədlərə və Müanidlərə Tövbə Təklifi və Onlarla Vuruşma" Kitabı, "Fərzləri Qəbuldan Üz Döndərənin Öldürülməsi və Mürtəd Sayılması" Babı)

 

Əbu Bəkr'in zəkat verməyi rədd edənləri təkfir etdiyinə dəlil Onun "Vallahi, namaz ilə zəkatın arasını ayıranlarla mütləq vuruşacam" sözüdür. Səhabənin icması namazı tərk edənin kafir olduğu və tövbə etmədiyi təqdirdə qətlinin vacib olduğu fikrindədir. Əbu Bəkr'in namazla zəkatı bərabər tutması da, zəkat verməyi rədd edənləri qətl edilməsi vacib olan kafirlər saymasına dəlildir. Bəziləri Əbu Bəkrin onlarla yalnızca vuruşmaq hökmünü qəsd etdiyini söyləyirlər, yəni onları mürtədlər olaraq qəbul etmədiyini söyləyirlər. Lakin bu xətadır, çünki dəlil bunun əksini göstərir. Əbu Hureyra'nın "ərəblərdən küfrə dönən döndü" ifadəsi açıq bir dəlildir. Buxari'nin "Fərzlərdən Üz Çevirənin Öldürülməsi və Mürtəd Sayılması" babının tərcüməsində zikr etdiyi və özünün də tərcih etdiyi rəy budur.

Səhabə qəbul etdikləri bu rəydə Əbu Bəkr'i dəstəklədilər. Bu da onların zəkat verməyi rədd edənin küfrü barəsində icmaları və Əbu Bəkr'in fəzilətini və elmi üstünlüyünü təsdiq etmələridir. Eynilə İbn Teymiyyə'nin söylədiyi kimi: "Əhli-Sünnət vəl-Cəmaat Əbu Bəkrin batini və zahiri elmlər baxımından ümmətin ən üstün elmə sahib biri olduğunda ittifaq ediblər. Birdən çox nəfər bu məsələdə icma olduğunu nəql etmişdir." (Məcmuə'l-Fətava, 13/237) Yenə deyir: "Əbu Bəkr'in Peyğəmbərin bildirdiklərinə zidd bir fətvası bilinmir. Lakin Ömərə aid və ondan daha çox Əli və digər səhabələrə aid bu cür fətvalar vardır." (Məcmuəl-Fətava, 35/124)

İbnu'l-Qayyim isə belə deyir: "Əgər Əbu Bəkr və Ömər bir məsələdə ixtilaf ediblərsə doğru olan Əbu Bəkr'in rəyidir. Bu ümumilikdə belədir. Bu məsələnin detallarını, səhabənin ixtilaf etdiyi məsələləri və onların rəylərindən hansının tərcih ediləcəyi nöqtəsini bu məsələdə təcrübə və yəqinliklə elm sahibi olandan başqası bilməz." (İ'lamu'l-Muvakkiin: 4/119)

Səhabə Museyləmətu'l-Kəzzab tərəfdarları və digər mürtədlərlə vuruşduqları tərzdə zəkat verməkdən boyun qaçıranlarla da vuruşmuşlar və bunlar arasında heç bir fərq qoymamışlar və bu barədə onlara qarşi xüsusi rəftar etməkləri kimi bir dəlil yoxdur. Halbuki, Əli ibn Əbi Talib'in Cəməl və Sıffın hadisələrində üsyançilarla vuruşarkən etdiyi tamamilə fərqli idi. O ordusuna yaralıları öldürməmələrini və qaçanların arxasına düşməmələrini bildirmişdi. Şəvkani İbn Hacər'dən bu barədə xəbərin Əli'dən məvquf olaraq rəvayət olunduğunu nəql edir. Hədisi İbn Əbi Şeybə və Hakim təxric ediblər. (Neylul-Əvtar, 7/353) İbn Teymiyyə isə belə demişdir: "Əli'dən mütəvatir olaraq rəvayət edildiyinə görə Cəməl günü qaçanların arxasına düşməmiş, yaralılarını öldürməmis, mallarını qənimət olaraq almamış və nəsillərini qul etməmişdir." (Minhəcus-Sunnə, 4/496, təhqiq: Dr. Rəsad Səlim)

Şeyx Muhəmməd ibn İbrahim Ali'ş-Şeyx səhabənin zəkat verməyi rədd edənlərlə vuruşmaq ilə digər mürtədlərlə vuruşmağı bərabər görmələrini, zəkat verməyi rədd edənlərin küfrünə dəlil qəbul etmişdir. Ona bu müharibə haqqında "Mürtəd olduqları üçün mü?" soruşduqlarında bu cavabı vermişdir:"Doğru olan mürtəd olduqları üçün olmasıdır. Çünki nə Əbu Bəkr əs-Sıddıq, nə səhabə, nə də onlardan sonra gələnlər bu kəslər arasında fərq qoymamışlar." (Fətava və Rasailu'ş-Şeyx Muhəmməd ibn İbrahim Ali'ş-Şeyx, toplayan: Muhəmməd ibn Abdirrahmən ibn Qasim)

Səhabənin zəkat verməyi rədd edənləri təkfir etməsi barədə icma olduğunu nəql edənlərdən biri də "əl-Əhkəmu's-Sultaniyyə"nin müəllifi Qadi Əbu Ya'la'dır. O belə deyir: "Bu barədə səhabənin icması vardır. Onlar zəkat verməyi rədd edənləri küfrlə vəsf etmişlər, onlarla vuruşmuşlar və onların mürtəd olduqlarına hökm etmişlər. Halbuki böyük günah işləyənlər üçün belə bir şey edilməmişdir. Əgər bunların hamısı kafir olsaydı, hamısına eyni münasibət göstərərdilər." ( Qadı Əbu Ya'la, Məsailu'l-İmən, s: 330-332)

Əbu Bəkr əl-Cəssas əl-Hənəfi "Əhkamu'l-Quran" adlı kitabında "Rabbinə and olsun ki, aralarında ixtilaf etdikləri şeydə səni hakim qəbul etmədikləri müddətcə iman etməzlər."(ən-Nisa, 65) ayəsinin təfsirində belə deyir: "Bu ayəti kərimə Allahu Təalanın və yaxud Rasulunun əmrlərindən hər hansı birini rədd edən kəsin bunu istər şəkk səbəbi ilə, istərsə qəbulu tərk və hökmə təslim olmaqdan boyun qaçırmaq yolu ilə rədd etsin, islamdan xaric olduğuna dəlildir. Bu da səhabənin zəkatı verməyi rədd edənlərin mürtəd olduğuna, öldürüləcəklərinə və soylarının qul ediləcəklərinə dair verdikləri hökmün doğru olduğunu etibarlı qılar. Çünki Allahu Təala Peyğəmbərə və Onun hökmünə təslim olmayanın iman sahibi olmadığı hökmünü vermişdir."

İbn Teymiyyə isə belə deyir: "Səhabə və onlardan sonra gələn imamlar beş vaxt namaz qılsalar, ramazan orucu tutsalar da zəkat verməyi rədd edənlərlə vuruşulacağı barədə ittifaq ediblər. Çünki bu kəslərin zəkat verməmək üçün etibarlı bir səbəbləri yox idi, u səbəblə mürtəd oldular. Allahın əmr etdiyi kimi zəkatın vacibliyini təsdiq etsələr də verməyi rədd etdikləri üçün bu kəslərlə vuruşulur." (Məcmuə'l-Fətava, 28/519)

Yenə belə söyləyir: "Sələf oruc tutduqları, namaz qıldıqları və müsəlmanlarla vuruşmadıqları halda zəkat verməyi rədd edənləri mürtəd olaraq adlandıribsa Allahın və Peyğəmbərin düşmanları ilə ittifaqda olub müsəlmanları qətl edənlərin halı haqqında nə deyilə bilər?" ( Məcmuə'l-Fətava, 28/531)

Şeyx Abdullah ibn Muhəmməd ibn Abdilvəhhab belə deyir: "Şeyx (İbn Teymiyyə) zəkat verməyi rədd edənlərin kafir olmaqları barədə söylədiklərinin sonun belə deyir: Səhabə sən bunun vacibliyini təsdiq mi edirsən, yoxsa inkar? deyərək bir şey soruşmadılar. Bu heç bir şəkildə səhabədən eşidilməmiş bir şeydir. Beləki əs-Sıddıq Ömərə belə demişdi: Vallahi, Rasulullaha verdikləri bir quzunu belə mənə verməyi rədd edərlərsə, buna görə onlarla vuruşaram. Beləliklə vuruşmağı mübah qılan şeyin zəkatın vacibliyini inkar deyil, sadəcə onu verməyi rədd olaraq qəbul etmişdi. Rəvayətə görə onlardan bir qrup zəkatın vacibliyini təsdiqləyirdilər, lakin ödəməkdə xəsislik edirdilər. Buna baxmayaraq xəlifələrin hamısı bu məsələdə tək yol izləyiblər. Bu da onlarla vuruşmaq, soylarını qul etmək, mallarını qənimət almaq, ölülərinin cəhənnəmlik olduğuna şahidlik etmək və onları "mürtəd" olaraq adlandırmaq idi" (əd-Duraru's-Səniyyə fi'l-Əcvibəti'n-Nəcdiyyə, 7/131)

Sonrakı alimlər arasında Əbu Suleyman əl-Xattabi'nin "Məalimu's-Sünən" adlı kitabında vurğuladığı rəy məshurdur. Bu rəyə görə zəkat verməyi rədd edənləri mürtədlər adlandırmaq məcaz və ya çoxluq hökmünə görə adlandırmaq növündəndir. Bu kəslər mürtəd deyildilər, asi idilər. Çünki zəkatın vacib olduğunu inkar etmirdilər. Sonrakı alimlər təkfir üçün inkarın şərt qoşulması nöqtəsində bu rəyin Mürciənin usuluna uyğun olduğunu gördülər və öz kitablarında bunu nəql etdilər. Bu səbəblə günümüzdəkilərdən çoxu bu rəydən başqasını bilmirlər. Məsələn; İmam Nəvəvi "Şərhi'l-Muslim"də bunu nəql edir. İbn Hacər, Əbu Hureyra'nın yuxarıda keçən hədisinin şərhində bunu söyləyir: "Rəvayətin başinda keçən "əl-kufr" kəliməsi iki sinfi əhatə edəcək şəkildə başa düşülməlidir: Həqiqi mənada inkar edənlər üçün və məcazi mənada çoxluq hökmünə görə digərləri üçün." (Fəthu'l-Bari, 12/277)

Bir digər qrup isə zəkatı inkar etdikləri üçün səhabənin onları təkfir etdikləri rəyini qəbul etmişlər. Bunu İbn Hacər "Fəthu'l-Bari"də (12/276) Qadi İyad'dan nəql edib. Lakin səhabədən bunun doğruluğuna dair, yəni onların bu hökmü inkara və ya halal sayıb saymamağa bağladıqlarına dair heç bir xəbər varid olmamışdır. İbn Teymiyyə'nin də söylədiyi kimi bu səhabədən nəql olunmamış batil bir rəydir. Bu məsələni araşdıran şəxs sonrakı alimlərin sələfin qəbul etdiklərinə zidd bir çox rəy ortaya qoyduqlarını görəcəkdir. İbn Teymiyyə bunu bu sözləri ilə izah edir: "Sonrakı alimlərin ixtilaf etdikləri məsələlərə baxılsa, görüləcəkdir ki, onların bu ixtilafları bu məsələlərin; hər birisi üsuluna uyğun olaraq ortaya qoyulub, icmaya müxalif olmayan rəylərdən əmələ gələn ictihad məsələlərindən qəbul edilmələri üçün kifayət deyil. Çünki sonrakı alimlərin üsulu çoxluqla, daha əvvəl eyni məsələlərin xilafına sələfin icmasının olması səbəbi ilə İslamda bir əsası olmadan ortaya çixarilmis bidətlər hökmündədir. Sələf bir məsələdə icma etdikdən sonra, hələ də bu məsələ üzərində mübahisə etmək xətalı bir davranışdır." (Məcmuə'l-Fətava, 13/26)

Bəziləri zəkat verməyəni təkfir etmək məsələsində Ömər'in Əbu Bəkrə razılıq verməməyi rəyinə yönəlmişlər. Dəlil olaraq da Ömərin xilafəti dövründə bu kəslərin köləliyinin ləgv olunmasını göstərmişlər. Bu da bir xətalı fikirdir və Ömərin Əbu Bəkrə müxalifət etdiyini sübut etməz. Çünki O, Museyləmətu'l-Kəzzab və Tuleyhatu'l-Əsdi tərəfdarları kimi başqa mürtədlərin də köləliklərini ləgv etmişdir. Bu halda o bu kəslərin küfrü barəsində Əbu Bəkrə müxalifət etmişdir mi?! Bu məsələdə doğru olan İbn Teymiyyə'nin də "Minhəcu's-Sunnə"də bildirdiyi kimi Ömərin ərəblərdən digər mürtədlərin köləliyini tövbə edib İslama dönmələri səbəbi ilə ləgv etməsidir. İbn Teymiyyə bu barədə deyir:"Əbu Bəkr, Ömər və digər səhabələr mürtədlərə ata minmə və silah daşima izninin verilməməsi barəsində ittifaq etmişdilər. Hətta Allahu Təala Rasulunun xəlifəsinə və möminlərə onların yaxşi bir müsəlman olduqlarını göstərənə qədər əkinçiliklə məsgul olmaq üçün tərk edilmişdilər. Ömər onların müsəlmanlıqlarının sağlamlığını anladığında köləliklərini ləgv etdi. Çünki bu caizdir."(Minhəcu's-Sunnə, 6/349)

İbn Cərir ət-Tabəri isə Ömərin bu qərarını belə izah edir:"Öməri xəlifə olanda ərəblərin bir-birilərini qul etmələrini çirkin gördü. Allah bolluq verdi və ərəb olmayan ölkələr fəth edildi. Ağasının uşağını dünyaya gətirən qadın məsələsindən başqa, cahiliyyə zamanında və İslam zamanında qul olmuş ərəblərin fidyə qarşilığı azad olunması məsələsində istişarə etdi. Bu kəslərin fidyəsini altı-yeddi dəvə olaraq müəyyən etdi. Ancaq Kində qəbiləsinin Hanifiyyə qolu üçün və Dəba əhli üçün fidyə miqdarını aşağı saldı. Azad olunanlar hər yerdə eşlərini axtarıb tapdılar." (ət-Tarixu't-Tabəri, 2/304-305. Daru'l-Kutubi'l-İlmiyyə) Tabəri'nin ərəblərin ərəbləri qul etmələrini Ömərin çirkin görməsini qeyd etməsi qəribə qarşilanmamalıdır. Çünki o zamanlar eyni millətdən olan insanların bir-birilərini qul etmələri qürur alçaldıcı idi və ərəblər belə bir şeyə alışmamışdılar. Bu onların arasında kin və nifrətin əmələ gəlməsinə səbəb ola bilər və ərəblərin çoxunu İslamdan kənarlaşdıra bilərdi. Göründüyü kimi Ömər tövbə edən bütün mürtədlərin köləliyini, hətta İslamdan əvvəlki dövrün köləliyi belə ləgv etdi. Bu hal onun zəkat verməyi rədd edənlərin təkfiri barəsində Əbu Bəkrə müxalif olduğunu göstərməz. Hətta İbn Teymiyyə onların zəkat verməməkdən ötrü mürtəd olanlar içindən heç bir qadını qul olaraq ələ keçirmədiklərini sadəcə digər mürtədlər içindən cariyələr əldə etdiklərini zikr edir. (Minhəcu's-Sunnə, 6/348-349)

8. Dəlillərdən biri də Museyləmənin Allahın Rasulu olduğuna şəhadət edəni səhabələrin "Sən inkar edirsən və ya halal sayırsan yoxsa saymırsanmı?" deyərək soruşmadan təkfir etməkləridir. Museyləmənin tərəfdarlarından olan Bəni Hənifədən bir qrup haqqında belə bir xəbər rəvayət olunmuşdur. Bəni Hənifə səhabələrin onlarla vuruşmaqlarından və Museyləmənin öldürülməsindən sonra tövbə etdiklərini bildirmişdilər. Bu kəslər yerləsmək üçün Abdullah ibn Məs'ud'un vəli olduğu Kufəyə köçdülər və o zaman xəlifə Osman ibn Affan idi. Məskunlaşdıqları bölgədə bir məscid var idi və bu məscidin müəzzini azan oxuyarkən Museyləmənin Allahın Rasulu olduğuna şəhadət etmişdi. Səhabələr bu səbəblə onların mürtəd olduqlarına hökm etdilər. Buxari bu xəbəri Səhih'ində "Kəffalət" bölümünün başinda rəvayət edib. Buxari belə deyir:"Cərir və əl-Əs'as Abdullah ibn Məs'ud''a mürtədlər haqqında belə dedilər: Onları istitabəyə (tövbə etmə) çagir və qəbilələrini onlara kəfil et. İbn Məsud onları tövbəyə çagirdiqda tövbə etdilər və qəbilələri də onlara kəfil oldular." İbn Hacər bu hədisin şərhində deyir:"Bu Beyhəqinin, Əbu İshaq və Harisə ibn Mədrab yolu ilə təxric etdiyi uzun bir qıssanın müxtəsər şəklidir. (Harisə) deyir: Abdullah ibn Məs'ud'la birlikdə axşam namazını qıldım. Salam verdikdə bir adam qalxaraq ona Bəni Hənifə məscidinə getdiyini və oranın müəzzini Abdullah ibnu'n-Nəvvaha'nın, Müseyləmənin Allahın Rasulu olduğuna şəhadət etdiyini xəbər verdi. Abdullah dedi: İbnu'n-Nəvvaha və dostlarını mənə gətirin! Daha sonra Qarza ibn Ka'bə əmr etdi, o da İbnu'n-Nəvvaha'nın boynunu vurdu. Sonra bu qrup haqqında insanlarla istişarə etdi. Udey ibn Hatim öldürülmələrini təklif etdi. Cərir və əl-Əs'as isə qalxaraq dedilər: Xeyr, onları tövbəyə çagir və qəbilələrini onlara kəfil qıl. Bununla tövbə etdilər və qəbilələri onlara kəfil oldu. Qeys ibn Əbi Hazim yolu ilə rəvayət edildiyinə görə onların sayı yüz yetmiş nəfər idi." (Fəthu'l-Bari, 4/469,470)

Müəzzinlərinin söylədiyini inkar etməmələri səbəbi ilə səhabələr onların mürtəd olduqlarına hökm etdilər. Hədisi Əbu Davud eyni şəkildə rəvayət edib:"Bəni Hənifə məscidinə çatdiqda onların Museyləməyə iman gətirdiklərinə şahid oldum". Səhabələr onların bunu inkar edib, etmədiklərini və ya halal sayıb saymadıqlarını aydınlaşdırmaq kimi bir iş görmədilər və yalnız İbnu'n-Nəvvaha'dan başqa digərlərinə tövbə təklif etdilər. Çünki onu Museyləmə daha əvvəl Peyğəmbərə elçi kimi göndərmişdi. O da həm Peyğəmbərin və həm də Museyləmənin peyğəmbər olduqlarını təsdiq etmişdi, bundan sonra Peyğəmbər belə cavab verdi: "Əgər elçilərin öldürülməməsi qaydası olmasaydı hər ikinizin də boynunu vurardım." (Əhməd və Əbu Davud, Nuaym ibn Məs'uddan rəvayət ediblər, hədis səhihdir) Elçi olduğu üçün Peyğəmbərimiz onu sağ buraxdı, lakin İbn Məs'uda gətirildiyində isə onu öldürdü. Əbu Davud'un, Harisə ibn Mədrab'dan rəvayəti də eyni şəkildədir. Bu rəvayətə görə o, Abdullaha gəlib belə söyləmişdir: " Mənimlə ərəblərdən birisi arasında hər hansı bir düşmənlik yoxdur. Bəni Hənifəyə aid məscidə getmişdim və gördüm ki, onlar Museyləməyə iman edirlər. Abdullah adam göndərib onları gətirtdi və İbnun-Nəvvahadan başqa qalanlarını tövbə etməyə çagirdi. İbnu'n-Nəvvaha'ya isə belə dedi: Peyğəmbərin, Əgər sən elçi olmasaydın boynunu vurardım, dediyini eşitdim. Və sən bu gün elçi deyilsən! Qarza ibn Ka'bə əmr edərək meydanda boynunu vurdurtdu. Sonra dedi:Kim İbnu'n-Nəvvaha'nın küçədəki ölüsünü görmək istəyir?"

9. Nəsslər və səhabələrin icması dəlalət edir ki, küfrə salan günahı edən hər kəs kafir olur və bu məsələdə onun inkar etməsinə və ya halal sayıb saymamasına baxmazlar. Əhli-Sünnətin üzərində icma etdikləri məzhəb budur. İbn Teymiyyə'nin bu barədə ki, sözlərini də misal gətirmişdik və şeyx bu sözlərinin ardınca sələfdən yenə bu məzhəbin görüşünü əks etdirən başqa sözləri bizlərə nəql edir:"İbn Rahaveyh olaraq tanınmış, hətta Şafi və Əhmədlə eyni səviyyədə bir imam olan İmam Əbu Yaqub İshaq ibn İbrahim əl-Hanzəli demişdir: Müsəlmanlar Allahı və Rasulunu təhqir edən və yaxud Allahın endirdiklərindən hər hansı bir şeyi rədd edən, ya da Allahın peyğəmbərlərindən hər hansı birini öldürən kəsin, Allahın endirdiklərini təsdiq edən birisi olsa da, bu etdiyi ilə kafir olması barəsində icma ediblər." (əs-Sarimul-Məslul, s: 512)

Burada "təsdiq etsə belə" ifadəsi vacibliyi təsdiq etməyin küfrə salan günah səbəbi ilə təkfirə maneə olmadığını göstərmək üçündür. Buna bənzər bir sözü də Qadi İyad söyləmişdir: "Biz, müsəlmanların yalnız bir kafirin edə biləcəyi barəsində ittifaq etdikləri hər fel səbəbi ilə, bu feli edən kəsi bununla birlikdə açıqca müsəlman olduğunu bəyan etsə də təkfir edərik. Bütlərə, günəsə, aya, xaça və atəsə səcdə etmək, Yəhudi və Xristiyanlarla birlikdə zünnar quşanaraq və ya başinı qırxaraq onların paltarlarını geyinərək kilsə və ya yəhudilərin ibadət yerlərinə qoşulmaq kimi. Müsəlmanlar bu fellərin bir kafirdən başqasında olmayacağında ittifaq ediblər. Faili müsəlman olduğunu söyləsə belə bu fellər onun küfrünə əlamətdir".(əs-Şifa, 2/1072-1073) Başi qırxmağın mənası başin ortasını buraxıb ətrafını qırxmaqdır. Bu o dövrdə Əhli-Kitabın əlamətlərindən idi. Zünnar isə rahiblərin bellərinə bağladıqları parçaya deyilir. İbn Hacər, Taqiyyuddin əs-Subki'dən inkar etdiyini göstərməsə belə büt və b. şeylərə səcdə edərsə, bu kəs İslama əsas ünsürləri ilə inansa və vacibləri yerinə yetirsə belə təkfir ediləcəyi barədə icma olduğunu nəql edir.

Yekun olaraq bilinməlidir ki, yuxarıda izah etdiyimiz kimi, Kitab və Sünnət nəsslərindən və səhabə icmasından sabit olmuş küfr əməlləri edənlərin kafir olmaları üçün inkar və ya istihlal şərt qoşulmaz. Bunu söyləyənlər mürciənin məzhəbini izləmişdirlər. Sələf alimlərindən küfr ilə inkarın mütləq bir arada olduğunu söyləyənlərin də xəta etdiklərini izah etdik, lakin bu alimlərdən heç biri inkarı və ya istihlalı ayrılıqda bir şərt saymayıblar.

İkinci qism: Küfr olmayan sadəcə fisq olan günahlardır. Bunlar dünyada cəzası hədd olan, ya da faili axirətdə əzabla təhdid olunmuş günahlardır. Bu cür günahlar vacib olan imanı zədələyir və imanın əslini pozmadığı üçün faili kafir olmaz. Bunlar iki cürdür:

a- Vacib olan imana girən vaciblərdən hər hansı birinin tərk edilməsi: Fərz ayn olduqda Allah yolunda cihadı tərk etmək buna misal ola bilər. Həqiqətən bu böyük günahlardandır.

"Əgər döyüşə qurşanıb çixmasaniz, Allah sizə şiddətli əzab verər." (ət-Tövbə, 39) Verdiyin sözü yerinə yetirməyi, valideynə yaxşilığı və başqa vacibləri tərk etmək bu cür günahlara misaldır.

b- Vacib olan imanı zədələyəcək haram felləri etmək: İçki içmək, zina, oğurluq, faiz almaq, yalan, qeybət, nəmimə və kəbairdən olan günahları buna misal verə bilərik.

Bu cür günahları edənlər fasiqdirlər və dindən çixmazlar, dindən çixanlardan fərqli olaraq bu fasiqlərdə imanın əsli mövcuddur. Bu fasiqlərə "əl-fasiqu'l-milli" (dindən çixmayan fasiq) adı verilmişdir. Çünki əslində hər fasiq kafirdir. Allah bu ayəti kərimədə buyurduğu kimi:

"Ancaq İblis səcdə etmədi. O cinlərdən idi və Rabbinin əmrinə qarşi çixmisdi (fisq)" (əl-Kəhf,50)

Əgər bu növ günahları edən kəslər üçün bu dünyada hədd cəzası əmr olunmuşdursa, bu cəzalar onlara tətbiq edildiyi halda onun günahı üçün bir kəffarət olur. Əgər müəyyən bir günah üçün hədd cəzası yoxdursa və yaxud hədd cəzası olduğu halda bu tətbiq olunmayıbsa və bu kəs tövbə etmədiyi halda ölmüsdürsə, onun halı Allahın diləyinə qalmışdır. Bu barədə səhiheyndən hədisi təqdim etmişdik. Bu kəsin halının Allahın diləyinə qalması bu kəsin kafir olmadığına dəlalət edər: "Allah, Ona Şirk qoşulmasını bağışlamaz, bundan başqa günahları isə dilədiyinə bağışlayar". (ən-Nisa, 48)

Bu günahların faili sırf bunları etdiyi üçün kafir olmaz.Çünki bu cür günahlar imanın əslini pozmaz. Bunlarla birlikdə, ancaq inkar və istihlal ortaya çixarsa imanın əsli pozular və bu halda kafir olar. Şeyx Hafiz Hakəmi, Əhli-Sünnətin bu məsələdə etiqadını mənzum (nəzm, şer) olaraq bu şəkildə ifadə edir: "Heç bir mömini masiyətlə təkfir etmərik, Etdiyi günahı halal saymadıqca".

Şeyx Hafiz bu beytin şərhində deyir:"Daha əvvəl zikr etdiyimiz masiyətlə təkfir etmərik sözü bu günahların küfrü tələb etmədiyi mənasındadır. Qəsd olunan şirk olmayan böyük günahlardır. Bunlar şirkə səbəb olmazlar. Qəlb etiqadına və əməlinə tərs olmayan şeylərdir. Heç bir mömini... sözü, bu günahların haramlığını təsdiq edən, buna etiqad edən, bunlar edildiyində hədd cəzasının tətbiq olunacağına inanan mömin anlamındadır. Lakin deyirik ki, bunları etməklə insan fasiq olur. Ona etdiyi bu günahlar nəticəsində hədd uyğulanır və imandan bu günahlara cəsarət etdiyi miqdarda azaldar. Etdiyi günahı halal saymadığı müddətcə sözü də böyük günah edənin o günahı halal saymaqla küfrə girəcəyini ifadə edir. Əslində bu günahı etməsə belə Allahın haram qıldığının halal olduğuna inanması küfrə girməsi üçün kifayətdir. Çünki bu halda Kitabı və Rasulu yalanlamışdır. Bu da Kitab, Sünnəti və İcmanı inkardır. Kim Dinin bilinməməsi mümkün olmayan məsələlərindən üzərində icma olan bir şeyi inkar edərsə o kəsin küfründə şübhə yoxdur." (Məaricu'l-Qubul, 2/458)

Bizim ifadə etdiyimiz küfrə salmayan günahlarla təkfir etmək üçün inkar və yaxud istihlal şərti səhabənin şərabın haramlığını qəbul edərək içən kəs üçün hədd ilə cəzalandırılacağı, əgər halal qəbul edərsə, yəni "bu halaldır, haram deyildir" deyərsə ona tövbə təklif ediləcəyi, əgər tövbə etməzsə mürtəd kimi öldürüləcəyi barəsində icması da dəlalət edir. İbn Teymiyyə onların bu barədəki icmalarını nəql edərək belə deyir:"Əvvəlkilərdən bəziləri bu şübhəyə düşdülər, buna görə səhabələr əgər bundan tövbə etməsələr öldürüləcəkləri barəsində razılaşdılar. Hadisə belə idi: Qudamə ibn Abdullah şərab içdi. O və bir qrup insanlar Allahu Təalanın " İman gətirib yaxşi işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri təqdirdə, daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz".(əl-Maidə, 93) ayəsini təvil etdilər. Bu Ömər ibnu'l-Xattaba bildirildiyində O, Əli ibn Əbi Talib və digər səhabələr, bu kəslər içkinin haramlığını etiraf edərlərsə kötək ilə cəzalandırılacaqları, əgər halal olduğunda israr edərlərsə öldürüləcəklərində ittifaq etdilər. Ömər Qudamə'yə belə dedi: Xəta etdin, səhv bir çuxura oturdun. Əgər sən Allahdan qorxsan və iman edib saleh əməl etsəydin şərab içməzdin! Ayənin nazil olma səbəbi budur: Allah Subhanəhu şərabı haram etdikdə, bu Uhuddan sonra idi, səhabədən bəziləri söylədi: İçki içib ölən dostlarımızın vəziyyəti nə olacaq? Buna görə Allahu Təala bu ayəni nazil edərək hələ haram edilməmiş bir şeyi yeyib-içənə, əgər müttəqi və muslih olan möminlərdəndirsə, hər hansı bir günah olmadığını izah etdi...Bu səbəblə səhabələr şərabı halal sayanın öldürüləcəyi haqqında ittifaq etmişdilər. Daha sonra bu kəslər etdiklərinə peşman olaraq xəta etdiklərini anladılar. Ancaq tövbə etmək barəsində ümidsizliyə qapandılar. Ömər Qudaməyə bunu yazaraq göndərdi: "Bu Aziz və Alim olan Allahdan tərəfindən nazil edilmiş kitabdır. O günahları bağışlayan, tövbələri qəbul edən və əzabı da şiddətli olandır." (əl-mumin, 1-3) Hansı günahının daha böyük olduğunu bilmirəm; haramı halal etmək mi? Yoxsa Allahın rahmətindən ümid kəsmək mi?

Səhabənin üzərində ittifaq etdiyi bu məsələ imamlar arasında ittifaq edilmiş olan məsələlərdəndir və onlar bu nöqtədə mübahisə etməmişdirlər". (Məcmuə'l-Fətava, 11/403-405. eyni rəvayəti, 12/499, 20/92 və 34/213də, əs-Sarimu'l-Məslul, s:530da zikr edir. eləcədə bax: Aqidətu't-Tahavi'nin Şarihi, s:364 eyni rəvayəti zikr edir.)

İbn Hacər, Abdurrazzaq'ın Qudamə hadisəsini "Müsənnəf"ində səhih bir isnadla rəvayət etdiyini söyləyir. (Fəthu'l-Bari, 13/141) İbn Həzm isə Qudamənin adını çəkmədən "əl-İhkam"da zikr edir. (7/158) Əhməd Şakir isə "Ta'liq"ində İbn Həzm'in rəvayətindəki isnadın mürsəl olduğunu, Tahavi'nin isə səhih və məvsul bir isnadla rəvayət etdiyini bildirir.

Ümumiyyətlə müsəlmanlara günahlardan çəkinmək vacibdir, çünki günah təbiət etibarı ilə insanı dindən çixarmasa da, bu istiqamətdə aparan yollardır. Bəzən bizlər üçün günahların dəyəri kiçik görünə bilər, bu da bizi əhatə edən mühitin göstərdiyi təsirdən irəli gəlir. Hər bir nəsil, özündən sonrakı nəsilə görə daha ehtiyatlı olmuşdur. Ona görə də səhabələrin böyüklərindən olan Ənəs ibn Malikin bu sözünü xatırlatmaqda bizlər üçün böyük bir fayda olduğunu düşünürəm: "Sizin gözünüzdə saç teli qədər dəyəri olmayan əməllər edirsiz. Lakin, biz bunları Rasulullah (səllallahu aleyhi va səlləm) dövründə böyük günahlardan sayardıq." (Buxari)

 

axırıncı dəyişikliklər (12.11.09 20:52)

 

Add comment

Bold Italic Underlined Link Quote