KÜFRƏ SALAN GÜNAHLARLA TƏKFİR NÖQTƏSİNDƏ ƏHLİ-SÜNNƏT İLƏ MÜRCİƏ ARASINDAKI FƏRQ.İNKAR İLƏ HALAL VƏ YA MÜBAH QƏBUL ETMƏK ARASINDAKI FƏRQ
KÜFRƏ SALAN GÜNAHLARLA TƏKFİR NÖQTƏSİNDƏ ƏHLİ-SÜNNƏT İLƏ
MÜRCİƏ ARASINDAKI FƏRQ
Əhli-Sünnət, fuqahadan Mürciənin görüşlərinə sahib olanlar və Əsarilər (müxtəlif əsrlərdəki islam dövlətlərində qazilərin əksəriyyəti bunlardan olub) küfr ilə hökmün zahiri səbəbin meydana gəlməsinə bağlı olması barəsində ittifaq ediblər. Buna görə Allah və Rasulunun söz yaxud fel səbəbi ilə (tərk də bura aiddir) küfrünə hökm etdikləri kəs dünyəvi hökmdə zahirən, həqiqi hökmdə isə batinən kafirdir. Ancaq bu hökmlərin təfsirində ixtilaf ediblər:
Əhli-Sünnət belə demişdir: Bu kəs bir başa söz və yaxud açıq bir fel səbəbi ilə kafirdir. Bunun dəlili Allahu Təalanın bu sözüdür: "Allaha and içirlər ki, deməyiblər. Halbuki onlar küfr sözünü demiş, islamı qəbul etdikdən sonra kafir olmuşlar." (Tövbə, 74) Burada Allah onları bir-başa söylədikləri söz səbəbi ilə təkfir etmişdir. Bunun bir misalı da bu ayət-i kərimədir: "Allah Məryəm oğlu Məsihdir deyənlər kafir oldular." (əl-Maidə, 17) Bu mövzuda bənzər başqa ayələr də var.
Əhli-Sünnətin bu məsələdə məzhəbi budur: Kim küfrə salan bir söz söyləyər və yaxud bir əməl edərsə bir başa bu söz ya da əməl səbəbi ilə dünyəvi hökmdə zahirən, həqiqi hökmə görə isə batinən kafirdir. Çünki şəri dəlilin kafir kimi göstərdiyi şəxs həm zahirən, həm də batinən kafirdir. Allahu Təalanın bildirmiş olduğu şəri dəlil batini kənarda qoyaraq sadəcə zahirə aid ola bilməz. Bilavasitə həm zahiri, həm də batini əhatə edən həqiqi hökmü ifadə edər.
İbn Teymiyyə söyləmişdir: "Bir kimsə küfr olan bir söz söyləyər, ya da bir əməl edərsə, kafir olmağı qəsd etməsə də bu səbəblə kafir olmuşdur. Çünki Allahın istədiklərindən başqa heç kəs küfrü qəsd etməz." (əs-Sarimu'l-Məslul, s:177-178)
Əhli-Sünnətin məzhəbi budur və bu onların imanın həqiqəti barəsində onun söz və əməl olduğu şəklindəki izahlarına uyğundur. Buna görə zahir əməllər iman olduğu kimi küfr də beləcə zahir əməllərlə meydana gəlir.
Murciəti'l-fuqaha və Əs'arilər belə deyirlər: Allahın zahiri əməl səbəbi ilə küfrünü bildirdiyi hər kəs dünyəvi hökmdə zahirən, həqiqi hökmə görə batinən kafirdir. Lakin, bu kəsin küfrü bir-başa bu zahiri əməl səbəbi ilə deyildir.
Bu əməl insanın qəlbində təsdiqin olmadığına bir işarədir. Bu izah ilə onlar zahiri əmələ görə kafir olmaq ilə küfrü təkzib ilə məhdudlaşdırmağı bir araya gətirmişlər. İbn Abidin əl-Hənəfi (irca xətaları edən alimlərdən sayılır) "Haşiyə"sində mətn müəllifinin sözünü izah edərkən söylədiyi söz onların bu məsələdə məzhəbini izah edir:"Kim zarafat yoluyla küfr ləfzi ifadə edərsə kafir olmuşdur." İbn Abidin deyir: "Yəni mənasını qəsd etmədən, öz iradəsi ilə bunu söyləyərsə, bu hal (bunun küfr olması) imanın təsdiqdən ibarət olmasına, yaxud iqrarla birlikdə təsdiq olmasına tərs deyildir. Çünki təsdiq həqiqətdə mövcud olsa belə, hökmə görə təsdiq qalxmışdır. Beləki Şari' (şəriətin sahibi, hökm verən Allah) bəhs edilən zarafat yollu küfr sözü söyləmək, bütlərə səzdə etmək və ya müshəfi zibillik içinə atmaq kimi bəzi növ günahları təsdiqin olmadığına işarə saymışdır. Bu halda insan təsdiq edici də olsa küfrə girər. Çünki bu davranışları yalanlama hökmündədir." (Haşiyətu İbn Abidin, Babu'l-Murtəd: 3/284, Daru'l-Kutubi'l-İlmiyyə)
İbn Həzm Əs'arilərdən söz edərkən Mürciənin məzhəbini qeyd edərək belə deyir: "Əs'arilər belə deyərlər: İnsan Allah və Rasulunu ən pis şəkildə təhqir etsə və onları yalanladığını, taqiyyə və ya sitat gətirmə olmadan açıq bir şəkildə elan etsə və bunu özünə din olaraq mənimsədiyini iqrar etsə, bunda küfr təskil edəcək hər hansı bir şey yoxdur. Sonra da bütün müsəlmanların onlara qarşi çixacagindan qorxaraq sözü bu şəkildə çevirdilər: Ancaq bu hal insanın qəlbində küfr olduğunu göstərir. Biz onlara; Bu sözün dəlalət etdiyi şeyin sihhətinin kəsinliyinə şahidlik edirsinizmi? dedikdə Xeyr deyə cavab verdilər." (əl-Fəsl, 5/75, Daru'l-Cil)
İbn Teymiyyə isə Mürciənin məzhəbini belə izah edir:"Əbu Abdullah əs-Salihi belə deyir: İman sadəcə qəlbin təsdiqi və bilməsidir. Lakin bu təsdiqin bir sıra tələbləri var. Bu tələblərin yerinə yetirilməməsi qəlbdə təsdiqin olmadığını göstərir. Şəriətin küfr olduğunu bildirdiyi hər zahiri söz və əməl üçün də eyni haldır. çünki bu əməlləri etmək qəlbdə təsdiq və elmin olmadığını göstərir. Küfr (yalanlamadan ibarət olan) tək bir xislətdir. İman isə qəlbdə olan mücərrəd təsdiq və elmdir. Bu, Əbu Həsən əl-Əs'arinin iki rəyindən ən məshur olanıdır. Onun Qazi Əbu Bəkr, Əbi'l-Məali və digər yoldaşları da eyni görüşdədirlər. bu səbəblə alimlər onları Mürciədən saymışlar." (Məcmuə'l-Fətava, 7/509)
"Cəhm isə belə deyir: İman sadəcə qəlbin təsdiqindən ibarətdir. İnsan bunu dili ilə ifadə etməyə bilər. Bu Ümmətin alimlərinin heç birisindən eşidilməmiş bir sözdür. Beləki Əhməd, Vəki' və başqaları belə söyləyənləri təkfir ediblər. Ancaq əl-Əs'ari və yoldaşları bu görüşü dəstəkləməklə birlikdə, Şəriətin küfrünə hökm etdiyi kəsin biz də küfrünə hökm edirik və Şari'in təkfir etməyini insanın qəlbində marifətin (bilmək, tanımaq) olmadığına dəlil sayırıq. demişdirlər." (Məcmuə'l-Fətava, 13/47)
Bir başqa yerdə belə deyir: "Bəzi kəlamçıların və onları izləyən fuqahanın bu vəhmə qapılmalarına səbəb olan xətalı anlayışın təməlində onların imanı sadəcə Rasulun bildirdiklərini təsdiq olaraq görməkləri, təhqir etmə və pisləmənin Onun doğruluğuna inanmaya tərs düşməməsi görüşünü qəbul etməkləri durur...Sonra Ümmətin Allah və Rasuluna təhqir edən kəsi təkfir etdiyini gördükdə belə dedilər. Bu kəs kafir olur. Çünki onun söyməyi bu etdiyini haram olaraq qəbul etmədiyini göstərir. Bunun halallığına inanmaqsa Peyğəmbəri yalanlamaq deməkdir. İnsan təhqir ilə deyil, yalanlama səbəbi ilə kafir olur. Təhqir isə sadəcə yalanlamaya dair bir dəlildir." (əs-Sarimu'l-Məslul, s:518)
Mürciəni, küfrə salan heç bir əməlin bir-başa küfr olmaması, ancaq qəlbin yalanlamasına dair bir əlamət olması görüşünə sövq edən şey imanın həqiqətinin təsdiqdən ibarət olmasına inanmaqlarıdır. Beləki onların çoxu dil ilə iqrarı belə imanın həqiqətindən saymazlar və bunu sadəcə dünyada hökmlərin uyğulanması üçün bir şərt və artıqdan bir rükun olaraq sayırlar. Dil ilə iqrarı isə qəlbin təsdiqinə dair bir əlamət olaraq qəbul edirlər. Əl-Beycuri'nin "Şərhu Cəvhərati't-Təvhid", s:47'də üstünlük verdiyi rəy də budur.
İbn Teymiyyə Mürciənin küfrə salan şey küfrə işarədir görüşünü tənqid edərək belə demişdir:"Bilinməlidir ki,(Allah və Rasuluna) təhqir edən şəxsin küfrü bu etdiyini eyni zamanda halal sayması səbəbi ilədir sözü münkər bir aldanma və böyük bir sapmadır." Sonra isə bunları əlavə edir: "Bu xətaya düşənlər sonrakı kəlamçıların görüşlərini mənimsəmək yoluyla düşüblər. Onlar isə imanın qəlbdə olan təsdiqdən ibarət olmasına dair ilk Cəhmiyyənin məzhəbini izləyənlərdir." (əs-Sarimu'l-Məslul, s:515)
Bu məsələnin daha da aydın olması üçün Quranda Allahın bir sıra ayədə qəlbdəki təsdiqin olduğu halda küfrə düşənlər haqqında gətirdiyi misalları başa düşmək lazımdır. Allahu Təala Firon qövmü haqqında belə deyir:"Vicdanları yəqinliklə qəbul etdiyi halda zülm və kibr səbəbi ilə Onu inkar etdilər." (ən-Nəml, 14)
Yəqinlik elmin və təsdiqin ən üstün dərəcəsidir.
"Kitab verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir." (əl-Bəqara, 146)
İbn Teymiyyə bunu bu şəkildə izah edir: "İmanın qəlbin təsdiqindən ibarət olduğunu qəbul edən kəs bunu söyləmişdir: Cəhənnəmlik heç bir kafirdə Allahı təsdiqdən əsər yoxdur; Nə İblisdə, nə də başqasında... Başqa yerlərdəki Quran nəssləri də kafirlərin dünyada ikən Rabbi təsdiq edən kəslər olduqlarına dəlalət edir. Hətta Allahı yalanladığını açıqca bəyan edən Firon belə qəlbində təsdiq edirdi: "Vicdanları yəqinliklə qəbul etdiyi halda zülm və kibr səbəbi ilə Onu inkar etdilər." Ya da Musanın Firona söylədiyi kimi: "Sən bunları məhz göylərin və yerin Rəbbi tərədindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən." (əl-İsra,102) Buna baxmayaraq Firon mömin sayılmamışdı. Hətta Musa belə dedi: "Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!” (Yunus,88)
Başqa bir yerdə Allahu Təala kafirlərdən bəhs edərək onların Xaliqi etiraf etdiklərini bildirir. "And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər!" (əz-Zuxruf, 87)" (Məcmuə'l-Fətava, 7/150-152)
Yekun olaraq Əhli-Sünnət, Əs'arilər və fuqahadan olan Mürciə söz yaxud açıq fel olaraq küfr səbəbi olan bir şeyi edən kəsin zahirən və batinən, yəni dünyəvi hökmlərdə də, axirət hökmlərində də kafir olması nöqtəsində ittifaq ediblər, lakin bu kəsin küfrünün təfsiri barəsində ixtilaf ediblər. Şeyxulislam ibn Teymiyyə'nin bu firqələr arasındakı ixtilafın sadəcə ləfzi olduğuna dair sözləri də buna tabedir. O belə deyir: "Buradakı ixtilafın çoxu hökmdə deyil, isim və ləfzdədir." (Məcmuəl-Fətava, 13/38)
Ancaq ifrat Mürciədən olan iki qrup bura aid deyil. Birinci qrup belə deyir: "Dediyi söz və əməldən ötrü Allahın, küfrünü əvvəldən bildirdiyi kəs dünyada ikən küfrünə hökm edirik. Yəni bu kişi zahirən kafirdir. lakin qəlbən təsdiq edirsə bu kəs batinən mömin ola bilər. Küfrə salan sözlər, kafirlər haqqında hökm verməkdə əməl sahibinin küfrünü zahirən müəyyən etmək baxımından bir növ əlamət olaraq qəbul edirlər." Bu Mürciə anlayışına sahib olan Cəhmiyyənin sözü olub, batil bir görüşdür. Çünki Allahin söz və ya fel səbəbi ilə küfrünə hökm etdiyi kəs zahirən və batinən kafirdir və axirətdə əzabdadır. Çünki Allahu Təalanın bildirdiyi şey sadəcə zahiri deyil, həqiqəti ifadə edir. Bu səbəblə Vaqi' İbnu'l-Cərrah, Əhməd ibn Hənbəl, Əbu Ubeyd və başqaları bu sözü söyləyənləri təkfir ediblər. Çünki bu söz Allahu Təalanın küfr edənin zahirən də, batinən də kafir olması barədə hökmünü yalanlamaqdır. Onlar isə bu kəslərin batinən mömin ola biləcəklərini söyləyirlər. (Bax: Məcmuəl-Fətava, 7/188-189, 401-403 və 558)
Ibn Teymiyyə, ikrah olmadan dil ilə yalanlayan və ya inkar edən, yaxud hər hansı bir küfr növünü edən kəs üçün "Bütün bunlarla birlikdə bu kəs eyni zamanda (batinən) mömin ola bilər deyən və buna cəvaz verən kəs boynundan İslam bağını qoparmışdır".(əs-Sarimu'l-Məslul, s:523) deyir. Bir başqa yerdə isə belə deyir:"Bu kəslər kafir deyillər demək Quran nəssinə ziddir." (əs-Sarimu'l-Məslul,s:517)
Bununla birlikdə İbn Teymiyyə bu məsələdə Cəhmiyyəyə aid daha bir görüşü gətirir.Buna görə onlar küfr olan söz və yaxud fel sahibinin zahirən də, batinən də kafir olduğunu söyləyirlər, lakin bunu faqihlərin Mürciəsi və Əs'arilər kimi şərh edirlər. (Məcmuə'l-Fətava, 7/188-189)
İfrat Mürciələrin ikinci qrupu isə belə deyir: Küfrə salan söz ya da fel səbəbi ilə Allahin küfrlərini qabaqcadan bildirdiyi bu kəslərin,açıqca inkar etmədikləri halda dünyəvi olaraq küfrünə hökm verilməz. Bu rəy sahiblərinin təkfirində sələf ixtilaf etməmişdir. Çünki bu açıq nəsslərə ziddir.
Bu ifrat görüşlərin sahibləri ilə İmam Tahavi'nin "əl-Əqidətut-Tahaviyyə"dəki "İnsan, imana girdiyi şeyi inkar etmədikcə imandan çixmaz" sözü və bu sözü dəstəkləyənlərin görüşü arasındakı fərq budur: Tahavi inkarı küfrün tələbi olaraq görürdü (küfrün olduğu yerdə inkar da vardır). Bu məsələdə ifrata gedənlər isə inkarı küfrə dair hökm verməkdə ayrılıqda bir şərt olaraq qəbul etdilər. Tahavi'yə görə Allahın, kafirliyinə hökm etdiyi hər kəs mütləq inkarçıdır. Digərləri isə Allahın, kafirliyinə hökm etdiyi adam haqqında hökmün verilməsi üçün onun açıq aydın inkar etməsini şərt qoşurlar. İbn Teymiyyə bizə bunları çatdirir:"Hənbəl belə demişdir: Humeydi bizə bəzi insanlardan bunu eşitdiyini söylədi: İnsan, namaz, zəkat, oruc və həcci iqrar etsə, lakin ölənə qədər bunlardan heç birini etməsə və ya ölənə qədər qibləyə arxasını döndərərək namaz qılsa, bu kəsin tərk etdiyi bu şeylərə iman etdiyi bilinirsə, fərzləri və qibləyə yönəlmənin tələbini iqrar edirsə, bu insan inkar etmədiyi müddətcə mömindir. Dedim: Bax, bu açıq bir küfrdür. Allahın Kitabına, Rasulunun Sünnətinə və müsəlmanların alimlərinə müxalifətdir. Allahu Təala buyurur: "Dini Allaha xalis qılaraq Ona ibadət etməkdən başqa bir şeylə əmr olunmadılar." Hənbəl belə dedi:Əbu Abdullah Əhməd ibn Hənbəlin belə dediyini eşitdim: Belə bir şey söyləyən kəs kafir olmuş, Allahın əmrinə və Rasulun Allahdan gətirdiyinə qarşi çixmisdir." (Məcmuəl-Fətava, 7/209) Bu xəbəri Xallal "əs-Sünnə" s. 586'da öz isnadı ilə rəvayət etmişdir. İbn Teymiyyə "Məcmuəl-Fətava", 7/205də sələf alimlərindən digər bir qrupun da bu kəsləri təkfir etdiklərini nəql edir. Bu günlərdə isə iman və küfr məsələləri haqqında danışanlar eyni sözləri söyləyirlər. Bu kəslər Tahavi'nin "İnsan imana girdiyi şeyi inkar etmədikcə imandan çixmaz" sözünü eyni anlamda zənn edərək küfr sözü ya da küfr feli edən kəsin küfrünə hökm verə bilmək üçün inkarı şərt qoşublar. Tahavi'nin isə (görüşü xətalı görüş olmaqla birlikdə) bu sözü ilə bir insan haqqında küfr hökmü verildiyində mütləq inkarın da ortaya çixacagini qəsd edir.
Yuxarıda Tahavi'yə aid olan ibarə Əhli-Sünnətin etiqadından deyil. Lakin mürciələrin etiqadındandır. Əqidətu't-Tahavi'nin şarihi İbn Əbi'l-İz bu nöqtəyə diqqət çəkməmisdir.
İNKAR İLƏ HALAL VƏ YA MÜBAH QƏBUL ETMƏK ARASINDAKI FƏRQ
Şəri vaciblərdən danışılarkən "inkar" (cəhd) sözü işlənir və deyilir ki, namazın vacibliyini inkar etdi, cihadın vacibliyini inkar etdi və s.
Haramlardan danışıldıqda isə halal sayma və mübah sayma sözləri işlənilir. Haramı halal saydı və ya mübah qəbul etdi deyilir. Belə də söylənilir:"Şərabı və yaxud zinanı halal qəbul etdi."
İnkar vaciblərlə birlikdə, halal saymaq isə haramlarla birlikdə işlənilir. "Vacibi halal qəbul etdi" ya da "Haramı inkar etdi" demək doğru bir ifadə deyil. Lakin bəzən içkinin haramlığını inkar etmək kimi haramın haramlığını inkar etdi deyilir. İbn Teymiyyə belə deyir:"Dörd fərzə gəldikdə isə kim bunlardan hər hansı birisinin vacibliyini ona dəlil çatdiqdan sonra inkar edərsə kafirdir. Eyni şəkildə hər növ fuhuş (əxlaqsızlıq), zülm, yalan, şərab və bunun kimi açıq və mütəvatir haramlardan birisinin haramlığını inkar da küfrdür." (Məcmuə'l-Fətava, 7/609-610)
Dünyəvi hökmdə "Bir kəs haqqında inkar və halal saymaq söz yolu ilə sabit olmuşdur" dediyimizdə, "yazmaq da söyləmək kimidir" fiqh qaydası tələbi ilə bu bəzən dil ilə söyləməyi ifadə etdiyi kimi, xətt ilə yazmağı və bu işlə əmr etməyi də ifadə edər. (Bax: Şeyx Əhməd əz-Zərqa, "Şərhu'l-Qavaidi'l-Fiqhiyyə, s:285)
İnkar da, halal saymaq da nəssləri yalanlamaq deməkdir və nəssləri yalanlayan hər kəs kafirdir: "Allah haqqında yalan uydurub iftira edən və ya ona haqq gəldiyi zaman onu yalan sayandan daha zalım kimdir?" (əl-Ənkəbut, 68)
"Kafirlərdən başqası bizim ayələrimizi inkar etməz"(əl-Ənkəbut, 47) İnkar edən və halal sayan, hər ikisi də kafirdir.
Vacibi və haramı qəlbi və dili ilə qəbul və iqrar edərsə, lakin bunları əsla yerinə yetirməyəcəyini söyləyirsə onun küfrü inad və kibr küfrüdür. Bu barədə İbn Teymiyyə "əs-Sarimul-Məslul" kitabında, s: 521-522'də yer vermişdir.
Bu iki istilahın (termin) işlənməsində bir misal da mürtədin tövbəsi haqqında İbn Hacər'in Bəgavi'dən nəql etdiyi bu sözlərdir: "Əgər kimsə bir vacibi inkar edərək ya da bir haramı mübah qılaraq kafir olubsa, bu inancından dönməsi gərəkdir". (Fəthu'l-Bari, 12/279)
Yenə Nəvəvi'nin "əl-Məcmu"nun əlavəsində söylədiyi sözlər belədir: "Hər hansı bir fərzi inkar etməklə və ya haramı mübah saymaqla mürtəd olubsa inandığı şeydən dönüncəyə qədər müsəlmanlığı etibarlı olmaz. İki şəhadəti də təkrar etməsi lazımdır. Çünki o inandığı bu şey ilə Allahı yalanlamış və Rasulunu da verdiyi xəbərdə yalançı çixarmisdir. İki şəhadəti söyləyincəyə qədər müsəlmanlığı etibarlı sayılmaz". (əl-Məcmuəl-Fətava, 19/231) Buna bənzər bir söz İbn Qudamə'yə aiddir. (əl-Muğni, 10/100)
axırıncı dəyişikliklər (12.11.09 20:53)





Şərhlər
2010-01-1006:02:30 Assalamu aleykum.Tekfir haqqinda fikrleriniz xoshuma geldi amma cox tesuufler olsun ki.Azerbaycanda bezi gardashcigazlar imiz var ki,(bambili tekfirciler)kor -korane tekfir edirler.Buda insani zelalete surukleyir.Xahisim budur ki,bele meqaleler coxaldasiniz.Assalamu aleykum.