KÜFR

KÜFRÜN SƏBƏBLƏRİ İLƏ NÖVLƏRİ ARASINDAKI FƏRQ

Küfrün səbəbləri: Bunlar əməli edən kəsin küfrünə hökm etməyə səbəb olan şeylərdir. Bu da dünyəvi hökmdə iki cür olur. Küfrə salan söz və küfrə salan fel. Feli tərk etmək də bura aiddir. Bu dünyəvi hökmlər üçün belədir, insanın qəlbində isə həqiqi küfr olduğunu bilmək bizə aid deyil, bu insan yalnız etdiyi əməl və dediyi sözlərə görə mühakimə olunur. Əhli-Sünnət və digər məzhəblər dünyəvi hökmlərin zahirə görə veriləcəyi barədə icma etmişlər. Rasulullah "Onun qəlbini yarıb baxdınmı?" (muttəfiqun aleyh) deyərkən buna diqqət çəkmisdir. Və yenə belə buyurmuşdur: "Mən insanların qəlblərini araşdırmaqla və qarınlarını yarmaqla əmr olunmadım." (muttəfiqun aleyh) Dünyəvi hökmdə qəlbin feli ilə hesaba çəkmək olmaz. İbn Hacər bu görüşü belə ifadə etmişdir: "Dünya hökmlərinin zahirə görə veriləcəyi haqqında alimlərin hamısı icma etmişdir. Digərləri isə Allaha qalmışdır." (Fəthul-Bari: 12/273)

İnsanı kafir edən söz və əməllər Allahın icraçının və ya söyləyənin küfrünü qabaqcadan bildirdiyi söz və əməllərdir. İbn Teymiyyə'nin bu sözü eyni mənanı daşiyır: "Kim küfr olan bir söz söyləyər və yaxud bir əməl edərsə, o kəs bunun səbəbi ilə kafir olmuşdur."(əs-Sarimu'l-Məslul: s:177)

İnkar(ərəb dilində "cəhd", "cuhud") söz ilə baş verən küfr səbəblərindən biridir. Bu da şəriətdə sabit olduğuna görə dil ilə ifadə edilən inkardır. Şeyx Mənsur əl-Bəhvəti əl-Hənbəli'nin bu sözləri bu cür küfr səbəbinə misaldır: "Bir kəs mələkləri inkar etsə və yaxud mələk olduğu sabit olan bir dənəsini inkar etsə, Quranı yalanladığı üçün kafir olmuşdur. Yaxud dirilişi inkar etsə Kitabı, Sünnəti və İcma-i Ümməti inkar etdiyi üçün kafir olmuşdur." (Kəssafu'l-Qina' An Mətni'l-Ikna: 6/168, Daru'l-Fikr)

Küfrün növləri: Küfr müxtəlif yönlərdən bir çox qismə ayrılır. Sahibini qavli (söz) və yaxud feili (əməl) küfr səbəblərini etməyə vadar edən batini (qəlbi) təsirlər baxımından küfr bir çox növə ayrılır, bəziləri bunlardır:

•Yalanlama küfrü (kufru't-təkzib): "Kitabı və rasullarımızı göndərdiyimiz şeyləri yalanlayanlar yaxında biləcəklər." (əl-Ğafir, 70)

•İnkar küfrü (kufru'l-cəhd): "Həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (ən-Nəml, 14)

•İnkar etmədən kibrlə dirənmə və böyüklənmə küfrü (kufru'l-ibə və'l-istiqbər): İblisin küfrü bu növdəndir: "İblisdən başqa (hamısı) səcdə etdi. Yalnız o, kibrlə dirəndi, böyükləndi və kafirlərdən oldu." (əl-Bəqara,34)

•Şəkk və şübhə küfrü (kufru'ş-şək və'-rayb): "(Sizə: ) “Allahın vədi haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn olduğu qənaətindəyik. Biz əmin deyilik!” – deyə cavab verdiniz."(əl-Casiyə, 32) "Çünki onlar da dərin bir şəkk içində idilər." (Səbə, 54)

•Üz çevirmə küfrü (kufru'l-i'rad): "Kafirlər qorxudulduqları şeylərdən üz döndərdilər. " (Əhqaf, 3)

•İtaətdən üz çevirmə küfrü (kufru't-təvəlli): "Söylə: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!” (Ali-İmran, 32)

•Təqlid küfrü (kufru't-təqlid): "Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcəklər. Üzləri odda çevrildiyi gün onlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” – deyəcəklər. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. " (əl-Əhzab,64-67)

Həsəd küfrü, nifrət küfrü və alçaltma, lağ, nifaq küfrü bunlardandır.

Küfrün növləri sahibini açıq (zahiri) küfrü, yəni küfr səbəblərindən olan qavli və feili hər hansı bir əməli etməyə sövq edən batini təsirlərdir. Batini təsirlər olaraq saydığımız bu şeylər qəlbi əməllərdir və hər birisi imanın əslinə girən qəlb əməllərindən birinə tərs düşür. Məsələn; qəlbin Allahı, Rasulunu və əsas cizgiləri ilə onun gətirdiklərini bilməsinin (ma'rifətu'l-qalb) ziddi cəhalət küfrüdür. Qəlbin bunları təsdiqinin (tasdiqu'l-qalb) ziddi yalanlama küfrüdür. Qəlbin bunların doğruluğunda şübhəsiz iman gətirməsinin (inkiyadu'l-qalb) ziddi şək və şübhə küfrüdür və daha digər nümunələr bu xırdalıqları anlamağımıza kömək ola bilər.

Küfrün növləri olaraq müəyyənləsdirdiklərimiz imanın əslinə girən vacib qəlb əməllərinin ziddi olan batini təsirlərdir. Cəhmiyyə sadəcə cəhalət küfrünü qəbul edir, çünki onlara görə iman sadəcə bilməkdən ibarətdir. Bunun kimi mürciə firqələrinin böyük əksəriyyəti də yalanlama küfrünü qəbul edərlər. Çünki onlara görə iman təsdiqdən ibarətdir. Küfrün növləri haqqında İmam İbnu'l-Qayyim kitablarında çox geniş mövzular açmışdır. Bax: Məaricu'l-Qubul: 2/21-23, İbnu'l-Qayyim, Mədaricu's-Salikin: 1/366-367 və Miftəhu Dari's-Saadə: 1/94.

Dünyada insanın küfrünə dair hökm vermədə diqqətə alınan küfr səbəbləri ilə, insanı küfr səbəbi olan əməlləri etməyə sövq edən təsirlər olan küfr növləri arasındakı fərqin daha yaxşi aydın olması üçün bir neçə misal verək: İblisin küfrünün səbəbi, Adəmə səcdə etməyi tərk etməkdir. (Əməli tərk etmək də bir feldir.) Küfrünün növü isə böyüklənmə, təkəbbür küfrüdür. Onu səcdəni tərk etməyə sövq edən bə budur.

Bəzən səbəblər bir olduğu halda bunlara sövq edən təsirlər fərqli ola bilər. Məsələn; biri müsəlman, digəri isə xristiyan olan iki nəfəri misal gətirək. Bunlardan hər ikisi də "Məsih Allahın oğludur" desələr, burada səbəb təkdir; o da küfrə səbəb olan sözdür. Ancaq növləri fərqlidir. Müsəlmanın küfrünün növü Allahu Təalanın "O nə doğmuş, nə də doğulmuşdur" nəssini yalanlamaq səbəbi ilə yalanlama küfrüdür. Xristiyanın küfrü isə atalarını və rahiblərini təqlid etmə küfrüdür.

Buna bir başqa misal isə Məkkə kafirləri və yəhudilərin küfrü ilə Roma imperatoru Heraklın küfrüdür. Burada da səbəb birdir. Şəhadəti təsdiq etməyi tərk etmişdilər. Növlər isə fərqlidir. Məkkə kafirləri və yəhudilərin küfrü inkar, kibr və həsəd küfrüdür. Məkkə kafirləri haqqında Allahu Təala belə buyurur: "Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər. Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər." (əl-Ənam, 33) Bu kufru'l-cuhuddur.

"Onlara: “Allahdan başqa heç bir ilah yoxdur!” – deyildiyi zaman təkəbbür göstərirdilər" (əs-Saffat, 35) Buradakı isə kufru'l-istiqbər'dir.

Yəhudilər haqqında isə belə deyir: "Bildikləri gəldikdə isə, onu inkar etdilər." (əl-Bəqara, 89) Bu inkar küfrüdür. "Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar?" (ən-Nisa, 54)

Herakldakı küfr növü isə iqtidar hərisliyidir. Bu isə imandan üz çevirməyə səbəb olan havaya tabe olmanın bir növüdür. (Bax: Fəthu'l-Bari, 1/37)

Küfr növləri olaraq müəyyənləsdirdiyimiz bu təsirlər gizli və batini şeylər olduğuna görə dünyəvi hökmlər bunlara bağlı olaraq verilməz. Dünyəvi hökm edənin küfrünü uzə çixardan küfrə səbəb olan fellər və sözlərdən ibarət olan zahiri səbəblərə baxılaraq verilir. Dünyəvi hökmlərdə küfr səbəblərinin hökmə minməsi üçün küfrün növlərini müəyyən etmək şərt deyildir. Kim Rasula təhqir edərsə biz onun haqqında küfr hökmü verərik. Çünki o küfr səbəbi olan bir şey etmişdir; bu da küfrə salan sözdür. Bunu yalanlamasından, nifrətindən, Ona həsədindən mi, yoxsa Onu ciddiyə almamağından və lağdan dolayı mı etməsini müəyyən etmək kimi heç bir şərt yoxdur. Onsuz da bunu dəqiq olaraq bilmək mümkün olmadığı kimi dünyəvi hökm üçün belə bir araşdırma lazım deyil.

Bu mövzuda İbn Teymiyyə belə deyir: "İnsan Allaha və ya Rasuluna təhqir edərsə, zahirən və batinən küfrə düşmüşdür. Bu etdiyinin haram olduğuna inanması və yaxud halal qəbul etməsi də hər hansı bir inanc sahibi olmaması vəziyyəti dəyişdirməz. Bu, iman söz və əməldir, deyən fuqaha və digər Əhli-Sünnətin rəyidir." (əs-Sarimu'l-Məslul, s:52)

Yenə deyir: "Rasulun gətirmiş olduqlarını iqrar etməyən kəs onun yalançı olduğuna inansa və ya Onun gətirdiklərinə imandan böyüklənərək ya da havasına tabe olaraq üz çevirsə və yaxud gətirdikləri barəsində şübhəyə düşərsə arada heç bir fərq olmadan bu halda bu kəs kafirdir. Çünki, Rasulun gətirdiklərini yalanlayan hər kəs kafirdir. Bundan əlavə, insan Onun gətirdiklərinə iman etmirsə Onu yalanlamasa belə kafirdir." (Məcmuə'l-Fətava, 3/315, və 20/87)

Bir başqa yerdə isə belə deyir: "Küfr Allaha və Rasuluna imanın olmaması deməkdir. Bununla  birlikdə yalanlamanın olub olmaması, yaxud yalanlama olmadan da şək-şübhənin olması, yaxud imandan kibr və həsəd səbəbi ilə və ya risalətə tabe olmağa maneə olan bir sıra havalara tabe olmaq səbəbi ilə üz çevirmək kimi halların olub olmaması arasında fərq yoxdur." (Məcmuə'l-Fətava, 12/335)

Burda bir nöqtəyə diqqət çəkməyimiz lazımdır. İnkar (cəhd), küfr növlərinə daxil olduğu kimi küfr səbəblərinə də daxildir. Şər'ən sabit olduğu şəkliylə cəhd dil ilə inkar olması baxımından küfr səbəbi də olur. Bunun misalını Şeyx Mənsur əl-Bəhvəti'nin "Kəssafu'l-Qina" kitabından gətirmişdik.

KÜFRÜ İNKAR VƏ YALANLAMA İLƏ MƏHDUDLAŞDIRMAQ XƏTASI

Küfr növlərini bir tək növlə məhdudlaşdırmaq xətadır. Daha əvvəl izah etdiyimiz kimi küfrün bir çox növləri var. İbn Teymiyyə Mürciənin "Küfr sadəcə təkzibdən ibarətdir. Çünki iman təkzibin ziddi olan təsdiqdir." sözlərinə cavab olaraq bunları söyləmişdir:"Küfr təkzib ilə məhdudlaşdırılmaz. Çünki kimsə "mən sənin doğru söylədiyini bilirəm. Ancaq sənə tabe olmuram, bununla sənə düşmənlik edirəm, sənə nifrət edirəm və müxalifət edirəm." desə, bu daha böyük bir küfrdür. Çünki bilindiyi kimi nə iman təsdiqdən, nə də küfr təkzibdən ibarətdir. Tam əksinə küfr təkzib ola bildiyi kimi təkzib olmadan da sırf müxalifət və düşmənlik də ola bilir.  Eyni şəkildə iman həm təsdiq, həm müvəffəqat, həm dostluq (muvalat) və həm də boyun əyməkdir. Sadəcə təsdiq iman üçün yetərli deyil." (Məcmuə'l-Fətava, 7/292) İbn Əbi'l-İz "Şərhu'l-Aqidəti't-Tahavi"də bunu nəql etmişdir.

İbn Teymiyyə bir başqa yerdə belə deyir:"Təkzib küfrdən daha özəl bir ifadədir. Peyğəmbərlərin gətirdiklərini hər yalanlayan kafirdir, lakin hər kafir yalançı deyil." (Məcmuə'l-Fətava, 2/79)

Başqa bir yerdə isə: "İmanın əksi olan "küfr" ləfzi itaət və boyun əyməyi rədd etmək mənasında istifadə olunur. Allahu Təala İblisə Adəmə səcdə əmr etdiyində O bundan üz çevirdi və kibrləndi, bununla kafirlərdən oldu." (Məcmuə'l-Fətava, 7/531)

İman üçün "təsdiq" şərt olduğuna görə "təkzib" küfrü imanın ziddidir, iman üçün "boyun əymə" şərt olduğuna görə, "kibrlənmə" küfrü imanın ziddidir, imanda "yəqinlik" şərt olduğuna görə, "şəkk və zənn" küfrü imanın ziddidir, iman üçün "Allah və Rasulunun sevgisi" şərt olduğuna görə, "nifrət və həsəd" küfrü imanın ziddidir. Bax, bütün bu vacib əməllər imanın əslinə daxil olan qəlb əməllərindəndir. Bunların əksi isə küfrə salan qəlb əməlləridir. Bütün bunlardan aydın olduğu kimi küfrü təkzib ilə məhdudlaşdırmaq xətadır. Faqihlərdən Mürciənin fikirlərinə sahib olanlar bu xətaya düşüblər.

axırıncı dəyişikliklər (12.11.09 20:55)

 

Add comment

Bold Italic Underlined Link Quote