Əvvəl də izah etdiyimiz kimi hər itaət imandır, lakin hər masiyət küfr deyildir. Və yenə izah etdiyimiz kimi itaətlərin fərqli mərtəbələri var.Bunlardan bir qismi imanın əslinə, bir qismi vacib olan imana və bir qismi də müstəhəb olan imana daxildir. Masiyətlər də belədir. Bunların bəziləri imanın əslini pozur və "küfr" olaraq adlandırılır. Bəziləri vacib imanı pozar və "fisq" olaraq adlandırılır. Necəki Allahu Təala buyurur:

"Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, fisqə və üsyana qarşi sizdə nifrət oyatmışdır." (əl-Hucurat, 7)

İbn Teymiyyə bu ayəni gətirdikdən sonra bunları söyləmişdir:

"Muhəmməd ibn Nəsr əl-Mərvazi demişdir: Günahların bir qismi küfr olub, bir qismi olmadığı üçün Allahu təala bunların fərqliliyini bildirərək üç növə ayırıb. Bunlardan biri küfr, biri küfr olmayan fisq, digəri nə küfr, nə fisq olmayan, sadəcə masiyət növündən olan günahlardır. Ayrıca Allahu Təala bunlardan hər birini möminlər üçün kərih (bəyənilməyən) gördüyünü də bildirmişdir. Bütün itaətlər isə imana daxil olduğu üçün bunların içərisindən heç bir şey imanın xaricində deyil. Bu baxımdan aralarını ayırmamışdır". (Məcmuəl-Fətava, 7/42)

Allahın küfr olaraq adlandırdığı masiyətlərdən biri Allahu Təaladan başqasına dua etməkdir:

"Kim Allahla yanaşi başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!" (Muminun,117)

Allah iffətli qadınlara iftira atmağı fisq adlandırmışdır:

"İsmətli qadınla zina isnad edib, sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, əsl fasiqlərdir." (ən-Nur,4)

Allahu Təala fisq səbəbi olan masiyət ilə, küfr səbəbi olan masiyəti bu ayədə bildirərək zikr edib:

"Üstündə Allahın adı çəkilməmis heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, fisqdir. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız. "(əl-Ənam,121)

Allahu Təala Allahın adı üstündə qəsdən anılmayan ətdən yeməyi "fisq" adlandırmış, "şeytanların dostları" olan kafirlərə isə şəriətlərində itaət etməyi şirk adlandırmışdır.

"Onlara itaət etsəniz siz də müşriklərsiniz" ayəsinin təfsirində İbn Kəsir deyir:

"Yəni Allahın sizə əmr etdiyindən və Onun şəriətindən başqasının sözünə dönmək və Ondan başqasını Onun önünə keçirmək şirkdir. Ayədə buyurulduğu kimi "Hahamlarını və rahiblərini Allahdan başqa rəbblər elədilər".Sonra bununla bağlı Udey ibn Hatim hədisini zikr edir. (Təfsiru İbn Kəsir, 2/171)

Bu nəssdən (əl-Ənam, 121) küfr olmayan bir masiyətin halal qəbul etməklə küfrə döndüyünü anlaya bilərik. Buradakı halal qəbul etmək isə Allahın hökmünə müxalif olaraq haram bir şeyi mübah qılaraq və bu şey ilə əməl etməsidir.

Yuxarıda qeyd etdiklərimizi cəm edərsək, günah ya vacibi tərk, ya da haramı işləmək şəklində olur və bu da iki qismdir:

Birinci qism - küfrə salan günah: Allahın küfr olaraq adlandırdığı günahdır. bu cür günah imanın əslini pozur və iki növdür:

a) İmanın əslinə girən vaciblərdən birinin tərk edilməsi: İki şəhadətdən birini tərk, namazı tərk, qəlb təsdiqinin olmaması (bu təkzib küfrüdür) kimi. Qəlbdə təsdiq olmasa da dil ilə iqrar mövcuddursa, bu nifaq küfrüdür.

b) İmanın əslinə tərs olan haram əməl: Allah və Rasuluna söymək, Allahdan başqasına dua etmək və qurban kəsmək kimi.

İmam Tahavi'nin Əhli-Sünnət "Halal saymadığı müddətcə heç bir müsəlmanı günahından ötrü təkfir etməz" sözünün mənasına gəldikdə isə, buradakı şərt və qeyd sadəcə küfrə salmayan günahlar üçündür. Çünki Tahavi bu günahları edənləri müsəlman adlandırır, yoxsa imanın əslini pozan günahları işləyənlər müsəlman adlandırılmaz. Eləcə də Tahavi'nin bu sözü ilə Allah və Rasulunu söymək, qəbrlərə ibadət etmək, Allahdan başqasına dua etmək kimi günahlara istihlalı şərt saymasını düşünmək olmaz. Bundan əvvəl də İbn Teymiyyə'nin sələfin görüşünün nə olduğunu izah edən sözlərini gətirmişdik.

Lakin dövrümüzdə bəzilərinin istihlalı şərt qoşduğunu görərsən, onlardan buna aid dəlillərini soruşduqda belə cavab verərlər: "Ümumi qaydalar buna dəlalət edir." Bunların hansı qaydalar olduğunu soruşduqda isə Tahavi'dən izah etdiyimiz bu iki cümləni misal gətirəcəkdir, bundan başqa bir dəlil təqdim etməz. Lakin bu şübhələri bir küfrdür.

İndi isə, inşaallah, inkar ya da istihlal qeydi olmadan sırf fel və tərk şəklində küfrə salan günah işləyən kəslərin kafir olacağına dair nəsslərdən və icamadan dəlillər təqdim olunacaq.

1.   Allah Təala buyurur:

"Söyləmədiklərinə dair and içərlər, yoxsa küfr kəliməsini söylədilər və islamlarından sonra küfrə düşdülər." (ət-Tövbə, 74)

Allahu Təalanın onların küfrünə hökm etməsinin səbəbi sadəcə söylədikləri küfr sözü səbəbi ilədir. İbn Teymiyyə deyir:"Allah Quranda kafirlərin sözlərini zikr edərək onların küfrlərinə və bu səbəblə təhdidi (vaid) haqq etdiklərinə hökm etmişdir." (Məcmuə'l-Fətava, 7/558)

2.   Allahu Təala buyurur:

"Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çixaracaqdir!” Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşirdıq”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! Üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz." (ət-Tövbə, 64-66)

İbn Teymiyyə söyləyir:

"Allahu Təala onların "biz küfr sözünü inanmadan söylədik, hətta bizim başimız qarışmış əylənirdik" demələrinə baxmayaraq onların imanlarından sonra küfrə düşdüklərini bildirmiş və Allahın ayələri ilə lağ etməyin küfr olduğunu aydınlaşdırmışdır." (Məcmuə'l-Fətava, 7/220)

Yenə eyni ayələr haqqında belə deyir:

"Ayələr onların özlərinin küfr etdiklərini bilmədiklərini, beləliklə elədiklərinin küfr olmadığını zənn etdiklərini göstərir. Bundan əlavə Allahla, Rasulu ilə və Onun ayələri ilə lağ etməyin insanı imandan sonra küfrə düşürdüyünü izah edir." (Məcmuə'l-Fətava, 7/273)

3.Allahu Təala buyurur:

"O özünə zülm edərək bağına girib dedi: “Bunların nə vaxtsa yox (məhv) olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşi bir məskən taparam!” Onunla söhbət edən (mömin) yoldaşi isə belə dedi: “Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən?..." (əl-Kəhf, 35-37)

Yoldaşi onu sadəcə küfr səbəbi olan "qiyamətin qopacağını güman etmirəm" sözü ilə təkfir etmişdir.

4. Bir başqa ayədə belə buyurulur:

"And olsun ki, Allah Məryəm oğlu Məsihdir deyənlər küfr etiblər. Allah üçün üçdən üçüncüsüdür deyənlər, and olsun ki, küfr ediblər." (əl-Maidə, 72-73)

5. Allah Azzə və Cəllə buyurur:

"Mələklərə Adəmə səcdə etməyi əmr etdikdə İblisdən başqa hamı səcdə etdi. o kibrlə imtina etdi və kafirlərdən oldu." (əl-Bəqara, 34)

Allahu Təala İblisi felindən, yəni Adəmə səcdəni tərk etməyindən ötrü təkfir etdi. Yoxsa İblis "Mən bunu halal sayıram və ya inkar edirəm" söyləmədi. Və Allah İblisin qəlbindəkini bu əməlindən də əvvəl bilirdi.

Bütün bu nəsslər küfr olan şeyi söyləyən ya da edənin inkar və yaxud halal saymaq şərti olmadan sırf bu səbəblə kafir olduğunu göstərməkdədir.

6. Rasulullahın bu sözü:

"Adamla küfr arasında namaz vardır." (Muslim)

Əlif-ləm ilə müəyyən olaraq gələn "əl-kufr" ləfzi "böyük küfr" (əl-kufru'l-əkbər) ifadə edir. Rasul küfr hökmünü sadəcə namazın tərkinə bağlamışdır. Səhabə isə namazı qəsdən tərk edənin təkfiri barəsində icma etmişdir. Bu barədə icma olduğunu İbn Həzm "əl-Muhəllə" 2/242'də, İbnu'l-Qayyim isə "Kitabu's-Salət"də nəql etmişdir.

İbnu'l-Qayyim belə deyir:

"Əbu Muhəmməd ibn Həzm deyir: Ömər, Abdurrahmən ibn Auf, Muaz ibn Cəbəl, Əbu Hureyra və başqa səhabələrdən bildirildiyinə görə bir vaxt fərz namazı vaxtı çixana qədər qəsdən tərk edən kəs kafir və mürtəddir. (Namazı tərk edənin kafir olduğunu söyləyənlər) dedilər: Səhabədən buna zidd başqa bir rəy eşitmədik." Kitab, Sünnət və səhabənin icması namazı tərk edənin küfrünə dəlalət edir. (İbnu'l-Qayyim, Kitabu's-Salət, s:15)

Bunu söylədikdən sonra Kitab, sünnət və İcmadan dəlilləri sıralamağa başlayır. Bu dəlillər üçün həmin kitaba müraciət etmək olar. Bu sözlərindən sonra isə belə deyir:

"Muhəmməd ibn Nəsr demişdir: Muhəmməd ibn Yəhya'nın bizə bildirdiyinə görə, Ona da Əbu Numan'ın, Ona da Hamməd ibn Zeyd'in Əyyub'dan bildirdiyinə görə, namazın tərki küfrdür və bu barədə ixtilaf yoxdur. Muhəmməd ibnu'l Mubarək'in belə dediyini nəql edir: Kim üzrsüz olaraq bir vaxt namazı vaxtı keçənə qədər qəsdən gecikdirərsə, şübhəsiz ki, kafir olar...Peyğəmbərdən günümüzə qədər elm sahiblərinin rəyi də budur; üzrsüz olaraq vaxtı çixana qədər namazı tərk edən kafir olur." (Kitabu's-Salət, s:31)

İbn Teymiyyə isə belə deyir:

"Faqihlərdən hər kim vacibliyi təsdiq edib də, ona əməl etməyi rədd edən kəs öldürülməz və yaxud müsəlman olduğu qəbul edilərək öldürülər deyərsə, bilsin ki, Mürciə və Cəhmiyyənin düşdüyü qarmaşaya o da düşmüşdür." (Məcmuə'l-Fətava, 7/212)

İbnu'l-Qayyim namazın tərkini küfr saymayanlardan bəhs edərkən onların düşdükləri bu xətanı belə izah edir:

"Deyirlər ki, küfr tövhidin, risalətin, öldükdən sora dirilmənin və Rasulun gətirdiyi şeylərin inkarıdır. Muhəmmədin Allahın Rasulu olduğuna şəhadət edib Allahın qəbirlərdə olanları dirildəcəyinə iman edərək, vahdaniyyətini təsdiq edən kəsin necə küfrünə hökm oluna bilər? İman təsdiqdir, ziddi isə təkzibdir; əməli tərk etmək deyil. Təsdiq edən kəs üçün necə inkar edib yalanlayan kəs haqqında verilən höküm verilə bilər" (əs-Salət, s: 15)

Bu rəyin əsassız olduğunu artıq dəlillərlə izah etdik.

axırıncı dəyişikliklər (20.12.09 17:00)

 

Add comment

Bold Italic Underlined Link Quote