İslam alimləri namazın imandakı yeri barədə ixtilaf ediblər. İlk dövr alimlər namazı tərk edənin kafir olduğunu söylədiyi halda, sonradan gələnlər bu məsələdə ixtilaf qapılarını açaraq, namazı tərk edən yalnız və yalnız bu əməlini halal saydığı halda küfrə düşdüyünü söyləyiblər. Bu məsələdə peyğəmbərimizdən, səllallahu aleyhi va səlləm, gələn hədislərdə açıq-aydın namazı olmayanın imanı da olmadığı anlaşilır. Eləcə də səhabələr və onlardan sonra gələn tabiin namazsız insanın müsəlman olmadığında ittifaq ediblər.

Lakin daha sonra gələn alimlərdən məzhəb alimləri və onların üsulunu davam edən digər alimlər bu məsələlərdə uzun-uzun söhbət açıblar və bəzən haqqa isabət etdikləri kimi, bəzən də haqqdan uzaqlaşiblar.

Məşhur məzhəb alimlərindən İmam Şafi və İmam Malik namazı tərk edənin kafir olmadığını, lakin bir cəza olaraq ölüm ilə təhdid olunmasıni bildiriblər. İmam Əbu Hənifəyə görə isə namazı tərk edən kafir deyildir, lakin namazı tərk etdiyi üçün namaza yenidən qayıdana qədər həbs edilməsinin vacib olduğunu söyləmişdir. İmam Əhməd isə namazı tərk edənin kafir olduğunu və kafir olaraq da öldürülməsinin vacib olması görüşünü mənimsəmişdir. Bu məsələ ilə əlaqədar olaraq bəzi rəvayətləri təqdim etməklə kifayətlənmək olar.

Əbud-Dərda (r.a.) belə deyir:" Allah Rasulu, sallallahu aleyhi və səlləm, buyurdu: "Hər kim ki bilərək namazı tərk edərsə bütün əməllərini batil etmişdir." (İbni Əbi Şeybə (1/377), bu hədisi Əhməd "Müsnəd" (6/540), Heytəmi əl-Məkki isə "Məcmuə'z-Zəvaid"də "bu rəvayətin raviləri Səhih'in raviləridir" deyib.)

İbnu Ömər (r.a.) belə dedi: "Rasulullah, sallallahu aleyhi və səlləm, belə dedi "Kim namaz qılmazsa onun dini yoxdur." (Mərvazi "İman"(47), Beyhəki "Şuabul-İmən" (43), İbni Əbi Şeybə "İman" (47), Əhməd (134), Tabərani, "Mu'cəmus-Sağir’" (60) həsən bir sənədlə rəvayət edib.)

Səvban r.a. Rasulullahdan, səllallahu aleyhi va səlləm, rəvayət edir: "Bizimlə kafirlər arasındakı fərq namazdır. Kim namazı tərk edərsə kafir olur." (Tirmizi, 2621, İbn Macə, 1/231, Əhməd, 5/346, Hakim, 1/7, Beyhəki, 3/366, İbn-i Teymiyyə, "Məcmuul-Fətava", 7/477) İbn-i Teymiyyə, rahiməhullah, bunu iman bölümündə dəlil gətirir.

Rasulullah, səllallahu aleyhi və səlləm, digər bir hədisdə: "Kim namaza davam edərsə onun üçün Qiyamətdə bir nur, bürhan və qurtuluş vasitəsi olar. Kim də davam etməzsə onun üçün nur, bürhan və qurtuluş olmaz və o Qiyamət günündə Qarun, Firon, Haman və Ubey Bin Xaləf’lə bərabər olacaq."(Əhməd(2/169), Tərğib(1/531), Camiul-Fəvaid(992), Məcməuz-Zəvaid(1/292) İbni Kəsir "əl-Bidayə"(1/475) Iraqi "Muğni" (370) həsəndir.)

Bu hədisin şərhində İbnul-Qayyim belə deyir: “Namazı tərk edənə ya malı, ya rəisliyi, ya məmurluğu, ya da ticarəti maneə olur. Namaz qılmaqdan malı maneə olanlar Qarunla, səltənəti maneə olanlar Fironla, məmuriyyəti və vəzirliyi maneə olanlar Haman və Ubey bin Xaləf ilə bərabər həsr olunacaqlar. " (İbnul-Qayyim, "Kitəbus-Salət" s.39 )


Əli, radıyallahu anh, deyib: "Namaz dinin dirəyidir. Kim namazı qılmazsa o kafirdir."

(İbni Hacər, "Təlhisul-Xabir" (1/173) Camius-Sağir(5186) Iraqi, "Muğni" (368) Muhamməd İbnu Nasr, "Kitabus-Salət" (933) Acurri, "Kitəbuş-Şəria" (135) İbnu Əbi Şeybə "Musənnəf (10485) (126) Beyhəki, "Şuabul- İman" (41) səhihdir.)

Abdullah ibn Məsud r.a. "Amma onların arxasından namazlarını zay edən, şəhvətlərinə uyan bir nəsil gəldi..." (Məryəm, 59) ayəsinin təfisirində "Namazın zay edilməsi, gecikdirilməsidir. Namazı tamamilə tərk edən kafir olur" deyib. (İbn-i Teymiyyə, "Məcmuul-Fətava", 7/478, Muxtasar Təfsiru İbn-i Kəsir, 3/1404)

İbnu Məs'ud (r.a.) belə deyib: "Kim namazı tərk edərsə, onun dini yoxdur." (İbnu Əbi Şeybə "Musənnəf(10446) və "İmən" (47), "Tabərâni "Mu'cəmu'l-Kəbir" (8942), "Muhamməd İbnu Nasr "Kitabu's-Salət" (935) Beyhəki "Şuabu'l-İmən" (42) Albani "Sahihut-Tərğib")

İbn Məsud eləcə də deyib: "Kim namazı tərk edərsə, kafir olur." (Tabərani, "Kəbir",8939, Acurri, "Kitəbuş-Şariah" 133)

Əbu Zərrdən ,radıyallahu anh, rəvayət olunub: "Kim namazı tərk edərsə Allahın zimmətindən çixar, küfrə düşər." (Əhməd (5/238), Camius-Sağir(1585) Durru-Mənsur (104) İbn-i Teymiyyə, "Məcmuul-Fətava", (7/477) İbnu Macə (4034) Tabərani, "Mucəmu'l-Kəbir" (20/233) Muhamməd İbnu Nasr, "Kitabu's-Salət" (911) həsən bir sənədlə rəvayət ediblər. Albani, "Səhih Sunəni İbnu Macə" də (3259) təxric edib.)

Ömər, radıyallahu anh’ deyir: "Namazı tərk edənin İslamdan nəsibi yoxdur." (Malik(1/39) İbni Əbi Şeybə (11/25) Beyhəki (1/367), Dərakutni (2/52), Abdurrazzəq (5010) Neysaburi, "Əl-İknə" (2/690) )

Abdullah İbnu Amrdan (r.a.): "Namazı tərk edənin dini yoxdur." (Buxari, Tarixu'l Kəbir(7/95))

Əbud-Dərda (r.a.) deyir: "Namazı olmayanın imanı da yoxdur." ("Usulu's-Sunnə" (1536) əl-Mərvazi "Qadru's-Saləh"(945) İbnu Abdil-Bərr "Təmhid" (4/225) həsən bir sənədlə rəvayət ediblər. və Şeyx Albani də "Tərğib"in səhihində(574) təxric edib.)

Cabir ibn Abdullah, r.a. deyir: "Namaz qılmayan kafirdir. (mən ləm yusalli fə huva kəfir) " (İbn Abdil-Bərr, "Təmhid"də (4/225) səhih bir sənədlə rəvayət etmişdir.)

İbn Abbas, r.a. deyir: "Namazı tərk edən kafir olmuşdur. (mən tərakəs-salətə fə qad kəfər)" (Kitəbus-Salət, 939, "Təmhid", 4/225)

"Abdurrahmən Bin Şaqiq, Əbu Hureyrə radıyallahu anh'dən rəvayət edir; "Biz namazdan başqa əməllərdən hər hansı bir şeyin tərkini küfr saymazdıq." (Tirmizi(2622) Hakim(1/7) Riyadus-Salihin(1080) Camiul-Fəvaid(987) Tərğib(1/522) İbni Kəsir(3/4) İbnu Əbi Şeybə, "Musənnəf(10495) və İman(137) Muhamməd İbnu Nasr "Kitab'us-Salət" (948) Albani Tərğib'in sahih'ində(564) təxric edib.)

Və Əbu Hureyranın bu sözü onu göstərir ki, səhabələr icma ilə namazın tərkini küfr sayırdılar və ona görə də hələ də namazlarına başlamaqda səhlənkarlıq edənlərə namazlarını tezliklə qılmaqlarını tövsiyyə edirik.

Ubeydu'l-Qalai belə deyir: “Məkhul (r.h.) əlimdən tutaraq "Ya Əba Vəhb! Fərz bir namazı qəsdən tərk eden biri üçün nə deyirsən?" dedi. Mən də "Asi bir mömindir" dedim. Əlimi daha çox sıxdı və sonra belə dedi: "Ya Əba Vəhb! İman'ın şanı nəfsində daha əzəmətli olsun! Kim fərz namaz'ı qəsdən tərk edərsə Allahın zimmətindən uzaqlaşmışdır. Kim Allahın zimmətindən uzaq olsa o kafir olur." (İbnu Əbi Şeybə, "İman", (129) va Abdurrazzaq, "Musənnəf" (5008) səhih bir senedle rəvayət edib)

Ona görə alimlər İslamda namaz üçün xüsusi diqqət ayırmışlar və bu barədə kitablar tərtib etmişlər. Müsəlman ümmətində namazın tərk edilməsi dinin sonuncu dirəyinin götürülməsi deməkdir və Allah qarşisında belə bir bəndənin heç bir vədi yoxdur.

 

axırıncı dəyişikliklər (07.12.09 01:21)

 

Add comment

Bold Italic Underlined Link Quote