tövdidi tərk edenin hokmu haqda sual verənə faydali bir cavab 3
Yazid bin Umeyrah deyir:”Elə bir zikr məclisi yox idi ki, Muaz bin Cəbəl(Allah ondan razı olsun) o məclisdə oturarkən deməsin:”Allah adil həkəmdir (hökm verən), şəkkaklar (bilmədikləri halda şəklə hökm verənlər) həlak oldular... Alimlərin sapdırmasından (və ya sapmasından) çəkinin (həzər edin), doğrudanda elə olur ki, şeytan zəlaləti alimin diliylə deyir, hərdən munafiqdə haqq kəliməsi işlədir. Mən Muazdan soruşdum: Allahın sənə rəhmi olsun, doğrudanda alim elə olur zəlalət sözü deyir, münafiqdə hərdən haqq kəliməsi işlədir” mən bunu necə anlayım? (o) mənə dedi: Alimin şübhəli sözlərindən uzaq ol, o sözlər ki, onun barəsində deyilir: Bu nədir və ona sən razılıq vermirsən. Bundan sonra o, ola bilsin yenidən haqqa müraciət edər. Eşitdiyin zaman haqqı qəbul et doğrudanda onun üzərində nur vardır.[1]
(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? (Bundan) ancaq ağıl sahibləri ibrət alarlar.[2]
İbn Əl Mubarak (Allah ondan razı olsun) nə gözəl demişdir:
Məgər dini sultanlardan, pis alimlərdən və rahiblərdən qeyrisimi dağıtmışdır![3]
Peyğəmbğr(s.a.s) buyurub: “Kim bidət etsə və ya bidətçini gizlətsə, onu, Allah, Mələklər və bütün insanlar lənətləyəcək”.[4]
Allahın iznilə indi isə yuxarıda keçən “Həqiqətən mən ümmətimdə onları düzgün yoldan azdıran imamların peyda olmasından qorxuram...” hədisini, ümmət sələflərinin necə şərh etdiklərini ortaya qoyacağam.
Peyğəmbər(s.a.s) deyir: “Həqiqətən mən yalnlz ümmətimdə onlara düzgün yoldan azdıran imamların peyda olmasından qorxuram”. Yəni: Əmirlər, alimlər və abidlər. Necəki, insanlar onlarin ardınca gedər və onlarda bu insanlar üçün elmsiz fətva verər, özləridə azar, bunlarıda azdırar. Onlar haqq yoldan azmış kimsələrdir, başqalarınıda azdırarlar. Necə ki, Uca Allah Cəhənnəm əhli haqda deyir: “(Allah qiyamət günü onlara) buyuracaq:”Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat Cəhənnəm əzabı ver!” (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”[5]
Həmçinin Allah Təalə deyir: “Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar”[6]
Həmçinin Uca Allah deyir: “(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?”
O kəslər ki, onların dünyadaki zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirlər”[7]
Abdur Rəhman bin Həsən ali şeyx deyir: Rəsulallah(s.a.s) hədisdə “yalnız” deyir (ərəbcə: innəmə). Bu, Onun ümməti üçün azdıran imamlardan şiddətlə qorxmasını bəyan etməsi üçündür. Əlbəttəki, bu, Uca Allahın ona qeybdən bildirməsilə olmuşdur ki, həqiqətən bu baş verəcəkdir. Necəki, özündən əvvəl keçən bu hədisdə də bildirmişdir. “Sizdən əvvəlkilərin yollarını tutub gedəcəksiniz”[8]*
İbn Useymin deyir: ”Rəsulallah(s.a.s) bəyan etmişdirki, o, ümməti üçün heç bir şeydən yox, yalnız onları azdıran imamlardan qorxur. “Əimmətu” imam sözünün cəmidir. İmam, ya xeyir imamı ya da şər imamı olur. Allah Tealə xeyir imamları haqda deyir: “(Çətinliklərə) səbr etdiyi və ayələrimizə möhkəm inandıqları üçün Biz onlaradan əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik”.[9]
Həmçinin Uca Allah firon ailəsi haqda “imamlar (rəhbərlər) deyir (ərəbcə əimmə): “Biz onları (dünyada insanları) Cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtarmaq üçün) heç bir kömək edilməyəcək!
Bu dünyada onlara lənət damğası vurduq[10] (hamı onlara lənət oxuyar), qiyamət günü isə onlar çirkin (iyrənc, Allahın rəhmətindən kənar edilmiş) kimsələr olacaqlar.[11]
Bölümdə hədisdən keçən “azdıran imamlar” şər imamlarıdır. Peyğəmbər(s.a.s) necədə düz söyləmişdir, həqiqətən ümmət üçün onu yoldan çıxardacaq azdıran imamlar qorxuludur. Cəhmiyənin, mötəzilənin və qeyrilərini başçıları kimi, ümmət onların səbəbilə parçalanmışdır. “azdıran imamlar” da olan qəsd o kəslərdirki insanlara şəriət ismilə başçılıq edərlər – qəlbləri kar olmayan müşahidə edir – həmçinin insanları gəhilə, sultanlıqla əldə tutarlar. O zaman “azdıran imamlar” kəliməsi həm pozğun hakimlərə, həm də azdıran imamlara şamildir. Onlar o kimsələrdirki, iddia edərlərki, onların üzərlərində olduqları Allahın şəriətidir – Allah hər bir nöqsan və iftiralardan uzaqdır – lakin onlar Allaha düşmənçiliklə insa ların ən şiddətlisidir.[12] Deyirəm: Hər bir kəsə bunların fəsadları məlumdur. Ən qorxulu etiqadlarında biri cəhmiyyənin imanın yalnızca qəlbin təsdiqi və bilməsindən ibarət olmasını zənn etməsidir. İbn Teymiyyə - rh – deyir: Buradanda Cəhm bin Safranın və onun ardınca gedənlərin görüşünün xəta olması aydın olur. Onlar zənn edərək deyərlərki, iman yalnızca qəlbin təsdiqi və bilməsidir. Onlar qəlb əməllərini imandan görməzlər. Elə zənn edirlərki, insan qəlbilə mömin kamil iman sahibi ola bilər, baxmayaraq bununla yanaşı Allahı söyər, Rəsulunu söyər, Allah və Rəsuluna düşmənçilik edər, Allahın dostlarına qarşı düşmənçilik edər, Allahın düşmənlərini dost tutar, Peyğəmbərləri öldürər, məsçidləri dağıdar, müshəfləri aşağı tutar, kafirlərə olmasın hörmət edər, möminləri aşağı görər. Onlar (cəhmiyyə) deyərlər: Bunların hamısı asilikdir – qamət və ona uyanlar kimi – qəlbdə olanı yox etmir, o bunları edərkən Allah yanında, batində mömindir. Onlar (cəhmiyyə həmçinin) deyərlər: Ona yalnız dünyadaki hökmü, (yəni) kafirlərin hökmü verilir, çünki bu sözlər küfrə işarədirki, bunulada zahirə görə hökm verilir, (tamamilə) necəki, iqrar və şahidliklə hökm verilir. Bu.... batində iqrar edənin və şahidlik edənin əksinə olsada. - Beləliklə aydın olurki, cəhmiyyələr dünya hökmünü kafir hökmü olarq verir, lakin qəlbində iman olmasını mümkün sayaraq axirət hökmünə mömindir deyərlər. Amma əsrimizin cəhmiyyələri küfrdə dahada irəli gedərək həm bu dünyada həm axirətdə müsəlmandır deyərlər – onlara qarşı Kitabı (Quranı), Sünnəti və imanı qoyduqdaki, Bunların hər biri həmin məsələdə kafir və axirətdə əzaba düçar olunacaqlar deyərlər. Elə isə bu ona dəlildirki, onun qəlbindən təsdiq və elm yox olmuşdur.
Beləliklə onlara (cəhmiyyəyə) görə, küfr bir şeydən yəni cahillikdən (bilməməkdən) ibarətdir[13], imanda həmçinin bir şeydən elmdən (qəlbin bilməsindən) ibarətdir[14]. Yaxud qəlbin təkzib və təsdiq etməsidir (yalanlama və doğrulamasıdır). Hələ onlar ixtilafdadırlar (mübahisədədirlər), qəlbin təsdiqi elmdən (bilməkdən) başq abir şeydirmi yoxsa o, elə odur? Bu elə bir görüşdürki, iman barəsində deyilən sözlərin ən fəsadlısıdır. Kəlamçi murciələrin bir çoxu bu görüşə getmişlər. Artıq sələf, Vəki bin Əl Cərrah, Əhməd bin Hənbəl və Əbu Ubeyd (Əl Qasım) kimiləri bu görüşü götürənləri təkfir etmişlər.[15]
Həmçinin, Allah ona rəhmət etsin, demişdir: cəhmiyyələrə hər bir kafiri haqdan cahildir demələri kifayət etmədiki, hətta dedilər; O bilmirki Allah mövcuddur haqdır. Onlara görə küfr hər hansı bir haqdan cahil qalma demək deyildir, əksinə (onlara görə küfr) müəyyən olan bu haqdan cahil qalma deməkdir.[16] Biz həmçinin bütün insanlar bilirikki, neçə-neçə kafir toplumları öz batinlərindəki, həqiqətən İslam dini haqdır və bununla yanaşı onları imandan nəgin saxladığına dilə gətirərək zikr edirdilər, buda ya iman əhlinə düşmən olmalarına, ya kafirlərdən gələn malın kəsilməsinə, yada qorxularına görə idi ki, müsəlmanlarında yanında elə hörmət tutmazlar (məs.: böyüklük və s.). Bu kimi şeylərdirki, bildirərlərki onları imandan saxlayan, həmin məqsədlərdir, bilirlərki İslam dini həqiqətən haqdır, öz dinləri batildir.
Bu, hər bir haqq olan məsələlərdə mövcuddur, qəlbilə bilərki onlar (müsəlmanlar) haqdır, zahirdə isə onları inkar edər, (haqq) əhlilə düşmənçilik edər. Elə zənn edərki bu ona fayda gətitrir və zərəri uzaqlaşdırır. Allah Tealə deyir: “Ey iman gətirənlər! Yahudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz! Ona görədə qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onlarin (yahudi və xaçpərəstlərin) vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən (İslamın məğlubiyətindən) qorxuruq”, - deyən görərsən – Amma, ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar.
İman gətirənlər isə deyəcəklər: “Sizinlə birlikdə olacaqları barədə Allaha (yalandan) möhkəm andlar içən kəslər bunlarmıdır?” Onların (bütün) əməlləri puça çıxdı və (axirətdə) zərəçəkənlərdən oldular.[17]
Bütün mütəssirlər[18] ittifaqdadırlarki, bu ayə İslamı izhar edib qəlbində isə mərəz olan bir qövm (tayfa) haqda nazil olmuşdur. – Nə çoxdur bu xəstəliyə tutulanlar, özlərini islahçı sayaraq xaricə dinlərarası konfransa gedənlər, kafirlərin qılığına girərək özlərini mülayim xasiyətli adlandıranlar! Görəsən bir kimsələr müsəlmanlara qarşı niyə bu cür mülayim ola bilmirlər?! Ayədə yer dəyişikliyini etmək istəyirlər: Muhəmməd (s.a.s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər.[19]
Biz isə belə kimsələrə Rəbbimizin sözünü təsdiq olaraq deyirik: Ey Möminlər! Sizinlə birlikdə olacaqları barədə Allaha (yalandan) möhkəm andlar içən kəslər bunlarmıdır? –
Həmin tayfa İslam əhlinin məğlub olacağından qorxaraq yəhudilər, nəsranilər və başqalarında ibarət olan kafirləri, qəlblərində olan qorxuya görə dost tuturdular. Onları ona görə dost tutmurdularki, Muhəmmədin(s.a.s) yalançı, yəhudi və nəsranilərin isə sadiq (doğrucu) olduqlarına etiqad edirdilər. Bu məsələ barədə nəql olunanların ən məhşuru budurki: İbadə bin Əs Samit (Rəsulallaha s.a.s) deyir: “Ey Allahın Rəsulu! Həqiqətən mənim yəhudilərdən arxam var, amma mən doğrudanda yəhudiləri dost tutmaqdan Allaha qaçıram (sığınıram). Ardınca Abdullah bin Ubeyy deyir: “Lakin mən fəlakətdən qorxan birisi olduğum üçün yəhudiləri dost tutmaqdan çəkinmirəm, ardınca bu ayə nazil olur[20]٭. İbn Useymin “və qeyrilərin başçıları kimi” deyərək, sələf əqidəsinə xilaf olanlara işarə etməklə kifayətlənir. Çünki onlar o qədər çoxdurlarki, bunu üçün ayrıca bir kitab yazması gərəkir. Bunlardan bəziləridə murciələr, xavariclər, əşarilər və s. Həmçinin Peyğəmbərimiz(s.a.s) “azdıran imamlar” deməklə sələf əqidəsinə xilaf, firqələrə, küfrə, münafiqliyə aparan hər bir azdıran imamlara şamil etmişdir. Peyğəmbərimiz(s.a.s) demişdir: “Mən bütün kəlamları (və mənaları) özündə cəm edən bir sözlə göndərildim”[21]
Xüsusilə bizim zamanımızda onlar çoxalmışlar. İnsanları İslamı pozan (əvvlcə: nəvaqidul İslam) şeylərə salaraq onlara yalan vədlər verər, özləri azar və insanlarıda azdırarlar. Belə kimsələrə üz tutub deyirəm: sizə elə bir meyar, və ya elə bir açar verimmi onu tutduqda belə imamların zərəri sizlərə Allahın iznilə gəlməsin?! İstəyən alsın! Uca Allah deyir: “Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyud-nəsihətə olduqca az qulaq asırsınız”[22] Beləliklə ya Allaha uyacaqsınız ya da azdıran imamlara. Azdıran imamlara uyarsınızsa o zaman rafizilərlə eyni əqidədə ortam olmuş olarsınız. Necəki onların və onlardan doğan kimilərin əqidələri on iki imamlıqdan ibarətdir (isnə aşariyyə). Lakin sizinlə onların arasında olan fərq ondan ibarət olur ki, siz daha da çox aşırıya getmiş olarsınız. Bu isə ondan doğar ki, onların (isnə aşariyyənin) əqidəsi on iki imamla çərçivələnər və onlara dayanaraq dəlil atarlar və bunlar sələf yanında zındıq sayılarlar. Siz isə on ikiliklə çərçivələndirməyərək dahada geniş səyahətə çıxaraq imam adında hər bir azdırana tabe olarsınız, yetəki adı imam olsun və bu imam dövlət tərəfindən qoyulmuş olsun.
İkinci nəsihətim budurki, dini bir dəlil verildikdə ona qarşı çıxmayın, Allah qarşısında alçaq könüllü olun, dəlil götürməyə sinənizi, köksünüzü açın (həvəs göstərin), dinlədikdən sonra sor ki, dinləməmiş kimi olmayın, səmimi olun. Uca Allah deyir: “Onlara din işində (dini məsələlərdə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (Tövhid, dini əmrlərin büsbütün həqiqət olduğu halda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa düşdülər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!”[23]
Əgər desəniz dində ixtilafa düşmək və bunu üzərində bir-birimizə düşmən olmaq, vuruşmaq küfrdümü, deyərəm bəli. Uca Allah deyir: “(Ya Rəsulum!). Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs Ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlardan bəziləri iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiğini edər!”[24]
Dinin üsullarında, tövhid məsələlərində üzv yoxdur. Bu məsələlərdə ixtilaf etmək olmaz.
Gördüyümüz kimi, hər bir peyğəmbərdən sonra gələn insanlar ikiliyə düşmüşlər, kim üsula, Tövhidə iman gətirmiş, onu qorumuşsa mömin, kim isə ixtilaf etmiş, qarşı şıxmışsa kafir olmuşdur. Bu eyni adətdirki, aramızda gündəmdədir. Uca Allah deyir: “...insanlar arasındakı ixtilafı ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab verilmişlərdən başqası olmadı. Onların ixtilafda olduqları həqiqətə Onun izni ilə iman gətirənləri Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirir”[25]
Həmçinin deyir: “Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı haqq olaraq göndərmişdir. Lakin kitab barədə ixtilafa düşənlər (Onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə tərif edib dəyişənlər), şübhəsiz ki, (həqiqətən) uzaq bir nifaq (xilaf və Allaha qarşı düşmənçilik) içindədirlər”.[26]
“...Sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (sorğu-sual və cəza qiyamətə saxlanılmasaydı), ixtilafda olduqları məsələləri barəsində aralarında dərhal hökm verilmişdi”.[27]
Tövhid məsələlərində, İslamın üsullarında ixtilaf edənlər kafir olmuşlar, Uca Allah deyir: “(Xaçpərəstlərdən olan) firqələr öz aralarında ixtilafa düşdülər. Vay o böyük günü (qiyamət günü) görəcək kafirlərin halına!
(Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!) Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar zəlalət içindədirlər (haqq yoldan aşkar azmışlar)”.[28]
“Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü. Acı bir gününün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!”[29]
Bu firqələr Tövhid məsələlərində ixtilafa düşərək birisi “İsa Allahdır”, kimisidə “Allahın oğludur” deyərək kafir olmuşlar.
“Kitab verilmiş şəxslər ancaq bildikdən sonra aralarındaki paxıllıq üzündən ixtilafa başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesb çəkəcəkdir”.[30]
Bütün bunların baş verməsinə görə Uca Allah deyir: “Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”.[31]
Odurki, hamınızı Allahın ipi üzərində, ittifaq etməyə, ayrılığa düşməməyə çağırıram, müxtəlif rəylərin, zikirlərin üzərində olmaqdan çəkinin! “Hamılıqda Allahın ipinə (dininə, Quranına) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın”.[32]
Uca Allah deyir: “(Ya rəsulum!). Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!
O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləridə olmayacaqdır”.[33]
Son olaraq bu üç ayəni sizə söyləmək istərdim bütün keçənlərin cəmi olaraq: “Biz Musaya kitab (Tövrat) verdik və onun (Quranın) barəsində də ixtilaf düşdü. Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (caza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. (Ya Rəsulum!) Həqiqətən onlar Onun (Quranın) barəsindədə şəkk-şübhədədirlər! Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!”[34]
“biz Musaya kitab vermişdik və Onun (Tövratın) barəsində də ixtilaf düşmüşdür. (YA peyğəmbər!) Əgər sənin Rəbbinin (cəzanın qiyamət gününə qədər təxirə salınması haqqındakı) öncə buyurduğu bir söz olmasaydı, fərhal işləri bitmiş olardı (dünyada ikən əzabı dadardılar). Həqiqətən, (Quran) barəsində çox dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər”[35] – Hud 118-119 əlavə et – Müvəffəq Allahdandır. “...Artıq haqdan sonra zəlalətdən başqa nə qalır? Belə isə (haqdan) necə döndərilirsiniz?”[36] Hər bir firqənin azma səbəbləri, Quran və Sünnəyə sarılmamaları olmuşdur, misal olraq bəs edər: sufi, mötəzilə, xavaric, cəhmiyyə, murcia və s. Bunların hər birinin azma ana xətti Quran və Sünnəni səhabələrin anlamadığı, demədiyi bir tərzdə, öz rəylərilə, məntiqlərilə anlamaları olmuşdur. Uca Allah buyuyrur: “ Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı٭ dartıb çixardaçcağıq (araya gətirəcəyik). Sonra (onlaradan) Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Bİz daha yaxşı bilirik”[37]
Kimisədə haqqı bilər amma zəlalət sahiblərini, Allahın adından yalan danışanları, dini gizlədərək tərsinə danışanları, yəhudi alimlərin sifətlərini gəzdirənləri dost tutar, onlarla gəzib dolaşar və onları əzəmətli tutarlar sonra isə “biz haqqı bilirik” deyərlər. Bəli, siz haqqı bilirsiniz, çünki artıq sizə hüccət çatmışdır. Bəli! Yəhudilərdə haqqı bilirdilər, siz onların ənənəsini yaşadan əqidələrini nəsil-nəsil bir-birinə ötürən virus daşıyıcılarısınız! Rəbbin deyir: “(Ya Rəsulum!) Rəbbinə and olsun ki, biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik”.[38]
Həmçinin deyir: “(Ya Rəsulum!) De: “(Bizdən və sizdən) kim ədalət içindədirsə, qoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin”. Nəhayət vəd olduqları ya əzabı, ya da qiyamət gününü gördikdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər. Allah doğru yolda olanların doğroluğuna artırar...”[39]
Süleyman bin Abdullah bin Muhamməd bin Abdulvahhab (Allah ona rəhmət etsin) deyir: Hüda imamlarına tabe olmaq və onların tanımağı şiddətli zəruriliyinə görə, onlarla, ədalət alimlərinin, qəzəbə düçar olmuşlarının və azmışların fərqini bilmək üçün, Allah bizə Ondam (özündən) hüda imamlarının yoluna hidayət etməsini istəməyimizi əmr edir, bunlarda özlərinə nemət verilmiş peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərdir (baxın görün bunların yoluna tabeyik?!). Qəzəbə düçar olmuşlarının yoluna yoxki, onlar haqqı bilər amma onunla əməl etməzlər – bundan qurtulan böyük bir nəsib əldə etmiş olar – həmçinin azanların yoluna yoxki, onlar Allahın şəriəti üzərində əməl etməzlər – azdıran imamlara tabe olanlar kimi - əksinə öz nəfslərinin istəyinə uyarlar. Özlərinə nemət verilmişlərin yolu isə, hüda yolunu bilməklə ona əməl etməyi cəm etmişdir – hər bir insan özünə nəzər salsın o qəzəbə düçar olmuşların yoxsa ki, azanların yolundadır, daha izahlı desək: o haqqı, Tövhidi bilir, tağuta küfr etməyi eşidib amma əməl etmir yoxsa Tövhidi, haqqı, tağuta küfr etməyi bilmir lakin əməl edir.
Artıq Peyğəmbər(s.a.s) özündən sonra təfriqə olacağını bildirdikdən sonra hüda imamlarını rəsf edərək deyir: “Onlar o kəslərdir ki, Peyğəmbər və Əshabının olduğu üzərə qalarlar. Əbu Davud və başqaları rəvayət etmişlər.[40] kim Peyğəmbər(s.a.s) və Əshabının (Allah hamısında razı olsun) olduğu üzərə olarsa o da hüda imamlarındandır və hər kim Onlara xilaf çıxarsa o da azdıranlardandır.[41]
Məsələ qardaşlarıma daha da aydın və açıq olsun deyə, hüda imamıyla azdıran imamı necə tanıyıb bilməyimiz və Peyğəmbər(s.a.s) bizim üçün qorxduğu imamlardan uzaq qalmağımız üçün, onları ayıran üsulu (qaydanı) da sizlərə çatdıraram inşallah.
Süleyman bin Abdullah (Allah ona rəhmət və tabe olduğu kimsələrin yanında etsin) bu qayda haqda deyir: Müttəqi imamlarla azdıran imamların arasında olan fərqi ayırd edən üsül (qayda) Uca Allahın bu qövludur: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allahda sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” Söylə: “Allaha və peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”[42]
Rəbbini anla, bəsirətli ol, insanlar arasında şəxsiyyətlərin böyüklüyü, əzəzmətliyi səni məftun etməsin (çaşdırmasın, aldatmasın). Sənin Rəbbin ən əzəmətlidir (ya Rəbb Özün bu rəbbani alimi qiyamət gününün şiddətindən qoru!). Sənə, Onun (Allahın) və Rəsulunun(s.a.s) kəlamına tabe olmagın fərzdir. Rəsulallahdan(s.a.s) başqası məsum deyildir (anla bunu). Rəbbin gizlində olanları ən gözəl biləndir. Ola bilər hüda imamı olduğunu etiqad etdiyin kimsə hüda imamı deyildir (sən düşündüyün kimi deyildir). Uca Allah artıq Öz Peyğəmbərinə(s.a.s) demişdir: “Sonra (Ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!”[43]
Allahdan və Rəsulundan gələnə xilaf bir şey edən hər bir kəs haqqı bilməyənlərdir (haqqı bilməyənlərin nəfslərindən gələn istəklərdir). Rəsulallaha(s.a.s) cavab verməyən hər bir kəs yalnız öz havasına tabe olmuşdur.Uca Allah demişdir: “Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yola müvəffəq etməz!”[44] Həmçinin demişdir: “Rəbbinizdən sizə nazil olunana (Qurana) tabe olun.Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!”٭[45]
Deyirəm: yəqin ümmətin müşriklərə qoşulma səbəbi və ya sirridə məhz bundadır. Hədisə diqqət etsəniz görərsiniz ki, Rəsulallah(s.a.s) ilk öncə, ümmətinə azdıran imamlardan qorxduğunu, sonra isə ümmətin müşriklərə qoşulacağı bildirir. O zaman məlum olur ki, insanların şirkə düşmə səbəbi azdıran imamlardır. Hər dövrdə insanlar bu şirkdən qurtula bilməmişlər, çünki bu iblisin çox aldadıcı oyunudur. O, öz oyununu hər zaman məharətlə yerinə yetirmişdir. Yəhudi alimlərini, rahibləri və imamları insanlar üçün şirk qapısı etmişdir. Çünki bu hiylə ustalıqla düşünülərək insanları şirkə öz baxışlarından daxil etməkdir. Allahın lütf etdiyi və bəsirət verdiyi kimsələr bundan uzaq qalmışlar. Uca Allah deyir: “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdur”[46] Müqəddəs ayə bildirirki Allahdan qeyrisinə tabe olmaq, hakim seçmək ibadət sayılır.[47] “Ey iman gətirənlər! Alimlərdən və rahiblərdən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənlər şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdiqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu siniz özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” – (deyiləcək)”[48]
Deyilə bilərki, bu qədər imamlar azdıran ola bilər mi? Deyirəm: Bəli! Gördüyünüz kimi Uca Allah deyir: “...Alimlərdən və rahiblərdən çoxu...” Həmçinin ayədə olan ecaza bir baxın, Allah xitab edərkən “Ey iman gətirənlər!” deyə xitab edir, “Ey insanlar” deyə yox. Bizim boynumuza düşən isə “Eşitdik və itaət etdik”[49] söyləməkdir.
Uca Allah deyir: “Kaş onların din alimləri və fəqihləri onlara günah söyləməyi və haram qadağan edəydilər! Onların törətdiyi əməllər necədə pisdir!”[50]
[1] Əbu Davud və başqaları rəvayət etmişlər: Əbu Davud (4611). Hədis: səhihdir.
[2] Ər Rad 19
[3] Teysirul Azizil Həmid səh. (307)
[4] Əl Buxari 4/105-106 və 12/35, Müslim (1371) Əlinin (Allah ondan razı olsun) rəvayətiylə. Peyğəmbərimiz(s.a.s) həmçinin buyurub: “Bizim işimizdən kimsə olmayanı etsə o rədd edilmişdir” Əl Buxari 5/221, Müslim (1718) Aişənin (Allah ondan razı olsun) rəvayətilə.
[5] Əl Əraf 38
[6] Əl Əzhab 67
[7] Əl Kəhf 103-104. Baxa bilərsiniz: şeyx Süleyman bin Abdullah bin Muhəmməd bin Abdul Vahhabın şərhi: “Teysirul Azizul Həmid, səh. 305
[8] Buxari 7320, Müslim 2669. * Baxa bilərsiniz: Fəthul Məcid 286.
[9] Əs Səcdə 24
[10] Təfsirdə deyilir: Hər bir onları xatırlayan lənət oxuyar. Bax: “Zubdətul təfsir” Muhəmməd Süleyman Əl Əşqar. Həmçinin: Möminlərin diliylə onları lənətləməyə şəri (icazəli) etdik. Bax:“Ət təfsirul vaciz alə həmişil Kitabil Aziz , muqtəbəsun min imam allamə ibn Kəsir va məsadiru uxra”.
[11] Əl Qəsas 41-42. Çox güman buna görədirki, masonluq firon və onun əyalıyla bağlıdır və onların fəsadı hər bir müsəlmana bəllidir.
[12] Əl Qovlul mufid 1/477-478
[13] Yəni , bir insan başqa küfrləri etsə (məs.: Allahı söysə, Quranı atsa və s.) kafir olmaz çünki qəlbində təsdiq edir, insan yalnız qəlbindəki təsdiqi itirməklə kafir olar.
[14] İman sələfus-saleh əqidəsinə görə: qəlbdə etiqad, dillə söyləmək və bədn üzvlərilə əməl etməkdir, bu üçü bir-birindən ayrılmazdır. Cəhmiyyəyə görə yalnız qəlbində bilsən artıq İslama girmiş, müsəlman sayılırsan, dillə söyləməsən və əməldə göstərməsəndə.
[15] Əl İman Kitabı. səh.: 178-179. Gördüyümüz kimi belə məsələlərdə təkfir sələfilərin yolu və dini qorumaqdır. Heç bir səhabədən və təbiindən gəlməmişdir ki, belə məsələlərdə təkfir etmək təkfirçilik, xəvariclik və ya ixvanlıqdır. Belə bir əqidə əsrimizin ən fəsadlı bidətlərindən və sələfilərimizin yolundan deyildir.
[16] Yenə və dəfələrlə deyirəm: Əbu Bəkr adlı məsciddə insanlara cəhmiyyə əqidəsi yayılır və öyrədilir, elə bir əqidəki sahibləri sələflərə görə kafir sayılar. Bütün bunlara , İslamı pozan şeylərin olduğunuda əlavə etsək, o zaman məsələ dahada ciddi şəkil alır.
Bütün bunları xatırlamaqda məqsədim odurki, bu əqidəni yayanlar tövbə etməsələrdə ola bilsin onlara aldananlar ayılarlar, hər bir şey Uca Allahın əlindədir.
[17] Əl Maidə 51-53
[18] Təfsirçilər
[19] Əl Fəth 29
[20] Bunun üçün bax: Vahidinin “Əsbəbun nuzul” 161-162, həmçinin “lubədun nuqul” 298-299. Həmçinin; Təfsirul bəhril muhit 3/507, həmçinin; Təfsirul Tabari 6/176-177. Həmçinin; Qurtubinin təfsiri 6/216. Həmçinin; ibn Kəsirin təfsiri 2/68-69. ٭ İman kitabı, səh 181-182
[21] Buxari (2977, 6998, 7013, 7273), Muslim (523), Əhməd (2/250 və 264), Tirmizi (1553), Nəsai (6/3-4).
[22] Əl Əraf 3
[23] Əl Casiyə 17
[24] Əl Bəqərə 253
[25] Əl Bəqərə 213
[26] Əl Bəqərə 176
[27] Yunus 19
[28] Məryəm 37-38
[29] Əz Zuxruf 65
[30] Ali İmran 19
[31] Ali İmran 105
[32] Ali İmran 103
[33] Ali İmran 21-22
[34] Hud 110
[35] Fussilat 45
[36] Yunus 32
٭ Ən çox cürətli, küfürü olanı. Ərərbcə: “itiyyə”.
[37] Məryəm 69-70
[38] Məryəm 68
[39] Məryəm 75-76
[40] Əbu Davud öz sünənində 5/13 hədis (4607), həmçinin: Tirmizi öz “camiisində” kitabul elm 5/44 hədis (2676) ardınca deyir: Bu hədis həsən səhihdir. Həmçinin şeyx Albani “Mişkə” də (165) səhih demişdir.
[41] Teysirul Azizil Həmid səh.: 305-306
[42] Ali İmran 31-32
[43] Əl Cəsiyə 18
[44] Əl Qəsas 50
[45] Əl Əraf 3 ٭ Bax: Teysirul Azizil Həmid səh.: 306-307
[46] Ət Tövbə 31
[47] Bu ayənin nüzul səbəbinə baxa bilərsiniz.
[48] Ət Tövbə 34-35
[49] Əl Bəqərə 285
[50] Əl Maidə 63
axırıncı dəyişikliklər (27.11.09 18:03)




