Rahmən və Rahim olan Allahın adı ilə

Şübhəsiz ki, həmd Allaha aiddir. Allah Təalənın salat və salamı sonuncu peyğəmbər olan Muhammədin, Onun ailəsinin və əshabələrinin üzərinə olsun.

Azərbaycan bir dövlət və millət olaraq formalaşana qədər uzun bir yol keçmişdir. Müxtəlif dövrlərdə fərqli fərqli etiqadların yayıldığı bir məmləkətdir. Lap qədim dövrlərdən bəri cahilliyin, od- və bütpərəstliyin, tərif edilmiş xristianlığın məskəni olub bu yurd. Hətta İslamın nuru bu torpaqlara saçmağa başlayandan sonra belə bu vəziyyət dəyişməmişdir. Qısa bir müddətdən sonra bu məmləkətin sakinləri islamı qədim və yeni küfrlərlə qarışdırıb bundan öncə misli olmayan yeni din uydurub ortaya çıxarmışdılar.

Demək olmaz ki, bu yalnız Azərbaycana xas olan bir hadisədir. Və bu cəhətdən Azərbaycanı xüsusiləşdirən bir şey yoxdur.

Özəl olan yalnız odur ki, Azərbaycan muxtəlif dövrlərdə fərqli batil ideologiyaları rəhbər edib islama qarşı acımasız savaşıb. Allahın dininə qarşı yönəldilmiş olan bu nifrət və qəzəb əsirlər boyu bəslədilib və artıq irsi bir xəstəliyə çevirilmişdir. Allahu Təaləyə həmd-sənalar olsun ki, O, kafirlər bundan razı olmasalarda nurunu tamamlamaq istəyir. Və bu torpaqlarda da tövhidin toxumları cucərir və Allahın izni ilə yaxınlarda öz barını verəcəklər.

Gəlin bir bu ölkənin bugününə baxaq. Qərb kafirlərin apardığı tədqiqat nəticəsində məlum olub ki, dindən uzaq olmasına görə Azərbaycan “liderlərdən”  biridir. Hərçənd ki, bunu yəqin etmək üçün araşdırmalara gərək yoxdur. Yetər ki, bu toplumun güzaranına və zahirinə səthi baxassan ki, bu insanların hansı yolun yolçusu olduğunu görərsən. Belə yerdə bir köhnə mücahidin sözü yada düşür. Məclislərin birində o, ürəkdolu belə demişdir: “Yahudi xaçpərəstlərin bayramını qeyd etməz. Katolik pravoslavın bayramını qeyd etməz. Bura isə elə bir yırtıqdır ki, nə atsan yapışıb qalır”. Həqiqət də budur ki, “dini tollerantlıq “ məskəni kimi qələmə verilən bu məmləkət islam xaric istənilən bayramı, ənənəni , nizamı, qanunu mənimsəyir və tətbiq edir.

Amma söhbətimizin məqsədi burada qeyd edilən bayram və mərasimləri sadalamaq deyil. Qayəmiz odur ki, nəyin islam nəyin küfr olduğunu Quran işığında göstərib yerlilərmizə artıq kim olduqlarını özləri üçun aydınlaşdırmaqlarına  kömək etməkdir. Aydın məsələdir ki , necə ki, hər bir sahədə dəqiq məlumat əldə etmək üçün ona aid olan kitaba müraciyyət edilirsə, Allahın dini olan anlayışları aird etmək üçün Onun kitabına baxılmalıdır.

Gəlin lap başdan başlayaq. Azərbaycanın SSRİ tərkibindəki 70 ili sözsüz ki, zülmət və cəhalət idi. Və bunu günümüzün “dəvətçiləri” bu millət üçün üzür görürlər. SSRİ dağıldıqdan sonra yeni bir dünyavi cərəyan meydana gəldi ki, buda demokratiyadır. Insan haqqları, dini azadlıq, bərabərlik şuarları ilə zəngin olan bu yeni din zahirən kommunizmdən fərqli olaraq hər hansı bir etiqadi təzahürləri qadağan etmir. Amma bu fərq yalnız zahiridir. Çünki nəticə etibarı ilə istənilən uydurulmuş nizam Allahın nizamını rədd edir. Birşox məsələlərdə Allahın haram buyurduğu şeyləri halal edir, halal etdiklərini isə haram edir. Qanunvermə hüququnu isə Allahu Taalə deyil insanlara aid edir. Nəyin doğru nəyin yalan olmasını islam şəriyətinə tam zidd şəkildə göstərir. Və heç bir zaman insan eyni zamanda yahudi və müsəlman ola bilmədiyi kimi, ateist və müsəlman ola bilmədiyi kimi, eyni zamanda demokrat və müsəlman  da ola bilməz. Bunun da səbəbi çox bəsitdir – islam məsh elə Allahın Rəsuluna ə.s. nazil etdiyi kitab və rəhbərlik, nizam və qanuna tam tabe və təslim olub bundan qeyri hər bir şeyi rədd və inkar etmək deməkdir. Hətta insanı müsəlman edən LƏ İLƏHƏ İLLALLAH kəlməsinin məğzi budur, və bu kəlmədə inkar (LƏ İLƏHƏ) təsdiqdən daha öndədir(İLLALLAH). Sözsüz ki, bizi yaradmağa qadir olan Allah Taalə bizə yol göstərməyə və bu yolu bizə əmr etməyə qadirdir.

Və Allahu Taalə Qurani-Kərimdə belə buyurur:

əl-Maidə50 - Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!

ər-Rədd37 - (Ya Rəsulum!) Beləliklə, Biz onu (Quranı) ərəbcə bir hökm olaraq (insanlar arasında onunla hökm etmək üçün) nazil etdik.

ən-Nisa:65 - Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.

Beləliklə Rəbbimiz bizə islamın bəzi şərtlərini bildirmişdir. Və buda Allahın Rəsulu vasitəçiliyi ilə bizə qoyduğu nizama tabe olub , ondan başqasının dalınca getməməkdir.

Baxın bu haqqda bu millət və dövlətin yönəticiləri nə deyir.

İlham Əliyev rus kafirlərə verdiyi müsahibəsində dinini bəyan edir:

“Azərbaycan-dünyavi dövlətdir və buna yüksək dəyər verir.”

Və yenə:

“Dinin yerini Konstitusiya müəyyən edir və bizim cəmiyyət sözsüz ki, dini etiqatdan tam azaddır”


Subhanallah ! qarninda nəcis daşıyanların uydurduğu anayasa kainatı yaradıb idarə edən və bundan heçbir əziyyət və sıxıntı keçirməyən aləmlərin Rəbbi olan Allahın dini üçün yer müəyyən edir. Məncə artıq şərhə ehtiyac qalmayıb.

Və bu ölkənin dünya arenasında və öz daxili  həyatında gündəlik fəaliyyəti Allahın nazil etdiklərini inkar etməkdən ibarətdir. Islam dini həyatın butun sahələrini əhatə etdiyi kimi, onu inkar etmə də bütün sahələrdə mövcutdur. Allahın haram buyurduğu faiz, zina, içki halal edilib və hər cur dəstəklənilir. Birçox məsələdə Allahın hökmləri əvəz edilib. İslama qarşı yonələn hər bir məsələ (azanın səsinin alınmasından tutmuş dini təbliğatın qadağasına qədər) dərhal dəstəklənilir. Və burada təəcüblü bir şey yoxdur. Çünki Rəbb iddiasında olan insanlar və nizam üçün bu adi davranışdır. Hətta özlərinin islama nisbət etmələridə təəcüb doğurmur. Çünki ikiüzlülük və yalan kafir və münafiqlərin əsas simalarından biridir. Bəlkədə onlar həqiqətən düşünürlər ki, bu yolla, yəni özünün müsəlman olduğunu bəyan edib həm bu dünyanı həm axirəti əldə saxlaya biləcəklər. Amma xeyr. Allahu Taalə xalis islamdan razı qalar. Bu zavallılara gəldikdə isə, Allahu Taalə belə buyurur:

ən-Nisə:168 - Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm yolundan başqa) bir yol göstərən deyildir!

169 - Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa! Bu isə Allah üçün çox asandır!

Baxın bunların islamla küfrü bir sıraya gətirmək cəhtlərinə. Şeyx dedikləri Paşazadə Allaha qarşı etdiyi cinayətlərin sırasına birdə “xristian və yahudilər bizim(musəlmanların) qardaşlarıdır” iftirası xüsusi yer tutur. Yerləri və səmaları yaradan aləmlərin Rəbbi Allahu Taalənin Quranda düşmən kəstiyi və Qiyamətə qədər ayırdığı iki iman və küfr qövmlərini vəhdət halına  bir damcı iyrənc mayedən əmələ gələn aciz qul gətirəcəkmiş. Amma yenədə Qurani-Kərimdə Rəbbimiz bizə bildirir ki, bu mümkünsüzdür. Mümkün olanı isə kafirlərə qarışıb onlarla Cəhənnəmi paylaşmaqdır.

əl-Məidə:51 - Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!

Və kafirlərlə bir siraya gəlib dostluq-qardaşlıq elan edənlər üçün Rəbbimizdən diləyirik ki, onları sevdikləri ilə birlikdə həşr etsin! Əmin, Allahummə!

Ordu istənilən sistemin sütunudur. Istər şəriət olsun istərsə də yox. Və ümumən orduları fərqləndirən bircə amil var. Bu, ordunun nəyə qulluq etdiyi, yəni islam şəriətinin yoxsa batil dünyavi rejiminin mi keşiyində durmasıdır. Allah Azza və Cəlli orduları belə təsnif edir:

ən-Nisa:76 - İman gətirənlər Allah yolunda, kafir olanlar isə Tağutun yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!

Tağut sözünün bir neçə mənası vardır ki, ümumən bunların hamısı Allahdan başqa ibadət və itaət edilənlər, yalançı ilahlar və Rəbb iddiasına düşənlərdir. Bu məsələnin zahiridir.  Batili isə Şeytandır. Sözun mənalarından biri Allahın nazil etmədikləri qanunlarla hökm edən insandır.

Gəlin indi baxaq Allahu Taalə bu dövlətin ordusunu nə adlandırır. Ayədən aydındır ki, Rəbbimiz nəinki bu orduda xidməti müsəlmana caiz etməyib, hətta bunu edənləri kafir və Şeytanın dostu adlandırmış və onlarla savaşmağı əmr etmişdir. Allah Taalənin Quranda əmr etdiyi şey artıq fərzdir.

Azərbaycan ordusunda qulluq təntənəli cahillik və büdpərəstliyə xas olan mərasimdən başlayır ki, bu da bir əlini silaha basıb digərini “yoldaşının” qurşağına qoyub Azərbaycan respublikasının uydurulmuş, Allahın nizamına hayqırı olan, batil qanunvericiliyini və sistemini qorumaq üzərə Tağuta(yəni Allahın nazil etmədikləri ilə hökm edənə) beyyət etməkdir. Və bundan sonra bu ordunun bir hissəsi qərbli kafir qardaşları ilə İraq və əfqanıstana yola düşür, onlarla çiyin çiyinə müsəlmanlara qarşı çıxır.


Ümumən onu da qeyd etmək lazımdır ki, sapmış və zəlalət içində batan toplumlar müxtəlıf ibadət xarakterli mərasimlər uydurmağa ustadırlar. Kos-koca yekəqarın erkəklərin heykəl, məzar, bayraq və sair bütlərin qarşısında minlərlə insanın gözü görə-görə cilddən cildə girib əcaib hərəkətlər etməyinin hər gün şahidi oluruq. Halbu ki, müsəlmanın hər hansı ibadəti onların istezasına və çox zaman qəzəbinə səbəb olur.

Amma gəlin ordu mövzusuna qayıdaq. Ordunun təyinatı savaşmaqdır, savaşmaq isə ölumlə müşahiyyət olunur. Hamının bildiyi kimi Allahu Taalə öz yolunda ölumu şəhadət adlandırıb və həm dünyada həm axirətdə şəhidə ən yüksək status veribdir. Şeytan-tağut özünü Allaha bənzətdiyinə və özü uğrunda savaşan ordunun fədakar olmağını istədiyinə görə, həm də hər bir batilini islam adlandırdığına görə şəhidlik anlayışlarını öz batil demokratiya dininə daxil edir və status kimi təyin edir. Amma burada da bəzi duzəlışlər edir. Allah Taalənin şəriyyətində şəhid hətta bu yolda miniyindən yıxılıb ölənə də deyilir. Milli məclisdə toplanmış nəcəs kisələri onsuzda nə dünyada nə axirətdə bir payı olmayan öz yollarında ölənlərə yalnız o zaman şəhid deyərlər ki , müharibə zamanı düşmənləri tərəfindən öldürülsün. Axı vədd etdiklərini verməyə çətinlik keçirməyən tək Allahdır. Bunlar isə öz boğazından kəsib hər öldürülən əsgərin ailəsinə versələr  özlərinə nə qalar ?!

Bu qaynayan qır qazanında xüsusi yeri olan xüsusi xidmətlər, təhlükəsizlik orqanlara da bir nəzər yetirək. Bu "zavallıların" əsas iki işi var – qan içmək və dilənmək. Islama münasibətləri isə heç kəs üçün sirr deyil. Böhtanlar, təhkirlər, işkəncələr onların adi iş metodu olduğu bir halda, müsəlmanlara tədbiq olunarkən xüsusi amansızlıq şəkilində icra edilir.

Bu məsələlər haqqında böyük əsərlər böyuk alimlər tərəfindən yazılmışdır. Biz sadəcə adi insanların bunlara diqqətini cəlb etmək üçün məqaləni hazırladıq. Çünki bu dövlət millət üzərində qurulubdur. Və bu millət Allahın dinini tərk etdiyi üçün, batili haqq, haqqı batil gördüyü üçün və özunu Allaha itaətdən və qul olmaqdan azad saydığı üçün batil bir nizamın və yönəticilərin qulu olmağa məhkumdur. Və bu millətin fəlakəti və faciyyəsi ondadır ki, dünyaya aldanıb öz hava və həvəslərinin dalınca qaçaraq, nə dünyada əziyyətdən başqa bir şey əldə etmir, nə də axirətdə zəlil olmaqdan başqa bir qisməti olmur. Buna görə , hələ ki gec deyil millətin Allahın qoyduğu Tövhid və nizamına dönməsi Quran və Sünnəyə üz tutması və islamı yaşaması lazımdır.

əz-Zumər:3 - Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur.

əl-Məidə:3 - Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.

Yekun olaraq özlərini islama nisbət edən müşriklərin çox sevdiyi “dində məcburiyyət yoxdur” ifadəsinə toxunmaq istərdik. Bu doğrudur. Amma bunun mənası o deyil ki, istədiyini edib istəmədiyini tərk edəcəksən və “müsəlmanam” deyib qurtulacaqsan. Bu o deməkdir ki, ya kamil olan dinini səmimi olaraq tam qəbul edib müsəlman olacaqsan və Rahmən və Rahim Allahın vədd etdiyi Cənnəti qazanacaqsan, ya da ki, bunu etməyib kafir olacaqsan və özünün azad seçimin olan Cəhənnəmi haqq edib orada əbədi əzab çəkəcəksən. Hər iki halda sənin üzərində Allahın qoyduğu hokmlər tətbiq olunacaqdır. Bu şərtlər içində seçim etməyə sərbəstsən.


Əl-Kəhf:29 - Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!

axırıncı dəyişikliklər (02.04.10 22:28)

 

Şərhlər 

  1. #2 MQ
    2010-01-1005:55:41 Allah Belamlarin belasin versin.
  2. #1 abu
    2009-11-1217:12:37 Şübhəsiz ki, həmd Allaha aiddir. Allah Təalənın salat və salamı sonuncu peyğəmbər olan Muhammədin, Onun ailəsinin və əshabələrinin üzərinə olsun.

Add comment

Bold Italic Underlined Link Quote