İMANLARINIZI YENİLƏYİN
Dəyərli qardaşlarım, hərdənbir imanlarınızı yeniləməniz lazımdır…
Bu yeniləmə, ümumiyyətlə bütün Müsəlmanlar, xüsusi olaraq də İslam üçün çalışan kəslər üçün zəruridir. Çünki dəvət işləri, bu işləri düşünmə, dəvətin ehtiyacları və dəvətin vəziyyətini düşünmə, Müsəlman qardaşı məşğul edər. İslam üçün işdə əzaların əməli və ya İslam şəriətinin təyin etdiyi bütün üsullar ilə düşmənə qarşı məşğul olmaq onun vaxtını aparır…Bütün bu hərəkətlər, onun ürəyi ilə maraqlanmasını və ürəyin əməlinə layiq olduğu diqqəti göstərməsini mane olur. Müsəlman, Allahu Təalaya əslində orqanlarıyla deyil, ürəyi ilə çatar. Ürəyin doğruluğu və xeyr üçün məşğulluğu olmadığında əzaların əməli xeyirə çatmaz. Bu səhlənkarlıq ürəyin (Allahu Təalaya ixlas kimi) batini iman şöbələrindən pay almasını azaldar. Hətta qardaş İslama bağladığı anın başlanğıcındakı ixlasını itirər. Düzgünlük, yəqin, zühd, təvəkkül, qorxu, tövbə, təslimiyyət və sevgidən payı azalar.
Bir müddət sonra, qardaşlarıyla birlikdə İslama bağlandığı ilk dövrlərdəki halına dönməyi istər. Bütün bunlar, ürək əməlinə laqeyd yanaşmanın nəticəsində əmələ gəlir. Bir müddət sonra qardaşın boş danışmağı artırdığını, gərəksiz yeməklər kimi mübahları və gərəksiz şeyləri artırdığını, dini baxımdan faydası olmayan şeylərə qarışdığını, yuxusu və tənbəlliyi artırdığını, zamanını nizamlamaq üçün çalışmadığını, vaxtını faydasız ya da şəri bir faydası olmayan şeylərdə xərclədiyini görərsən.
Bu səhlənkarlığın səbəbi Rəsulun Sallallahu Əleyhi və Səlləm əmrinə laqeyd yanaşmaqdır. O, hər Müsəlmanı imanını yeniləməyə dəvət edir. Rəsulullah Sallallahu Əleyhi və Səlləm belə buyurur:
"Dininizi yeniləyin". (Tirmizi (3522) və Əhməd (6/294) Ümmü Sələmədən Radıyallahu Ənhi rəvayət etmişlər. Ayrıca Tirmizi, (2140) və İbni Macə (3834) Ənəs bin Malikdən də Radıyallahu Ənhi rəvayət etmişlər. əl-Bani, hədisi səhih saymışdır).
Və yenə Rəsulullahın Sallallahu Əleyhi və Səlləm andlarının çoxu belədir:
"Ürəkləri çevirənə and olsun ki…" (184 Buxari (11/523), Tirmizi (1540), Nəsəi (7/3), İbni Macə (2092) və Əhməd Müsneddə (2/26) Abdullah min Ömərdən Radıyallahu Ənhi rəvayət etmişlər).
İslam üçün çalışan bəzi kəslərin çox büdrəmələrini, bəzilərinin hava və şübhələr qaranlığına düşdüklərini görərsən. Bunun təməli və səbəbi, imanını yeniləmə mövzusundakı zəiflikdir. Bu, gərək fərd olsun və gərəksə Müsəlman birliyin öndəri olsun bütün Müsəlmanlar üçün ortaq bir məsuliyyətdir…
İslama bağlanan və onunla əməl edən bir çox insanın gözəl dərəcələrə çatdıqlarını görürük. Həyatlarında dəyəri olmayan hədəfləri tuturlar… Ancaq daha sonradan imanlarını yeniləmə vəzifəsini laqeyd yanaşmaları səbəbiylə geriyə döndüklərini görürük. Bütün bunlar ancaq ürəyin əməlindəki səhlənkarlığın qəti nəticəsindən qaynaqlanmaqdadır. Adam, qəlb gedişini buraxdığı, yolda yayındığı, başqasından təmin edə bilmədiyi qidanı tükətdiyi zaman, Allahu Təalaya necə çata bilər ki?!
Adam ürəyindəki qida ilə bir müddət davam edər və Allahu Təalaya yönəlmiş səfər mərhələlərindən birini tamamlayar. Qul, bu qidanı daim yeniləmədiyi zaman o tükənər və beləcə ruh düşgünlüyundən, sapıntılar və şübhələrdən ibarət olan ölümcül səhrada həlak olar. İslam üçün çalışan bəzi kəslərin yolun ortasındaykən başlarına gələn fəlakətlər dünya sevgisindən, qardaşını özünə tərcih etdiyi bir haldaykən sonradan eqoizmin qalib gəlməsindən, zühddan sonra ehtiras və tamahın meydana gəlməsindən, Müsəlmanlara şəfqət və mərhəmət göstərərkən sonradan onlara yad olma və hirs duymaqdan, özünə yalnız möminləri dost etdiyi halda sonradan zalımlar ilə dostluq qurmaqdan və təvazökarlıqdan sonar qürura qapılmaqdan qaynaqlanır.
Bəzilərinin hələ yolun ortasındaykən başlarına gələn bu fəlakət səbəblərinin çoxu ürəyin əməlinin azalmasından və ürəyin onsuz yaşaya bilməyəcəyi iman mənalarından payının azalmasına görə meydana gəlir. Bütün bunlar imanların yenilənməsi məsələsinə kifayət qədər əhəmiyyət verməmənin acı nəticələridir.
Qiymətli bir alimin "Ey iman edənlər! Allaha, peyğəmbərinə, peyğəmbərinə endirdiyi Kitaba və daha əvvəl endirdiyi kitablara iman edin" (Nisa, 136) ayəsinə etdiyi təfsir çox xoşuma gəlmişdi…
Qardaşlara verdiyi dərslərindən birində belə demişdi:
"Mömin olduğunuz halda, Quran sizdən necə iman etmənizi istər? Hətta ayədəki xitab belədir. "Ey iman edənlər!" Burada sizdən istənilən imanın mənası nədir? Ayə, möminlərdən daim imanlarını yeniləmələrini istəyir. Bunun səbəbi imanın hərdənbir yenilənməyə ehtiyacının olmasıdır". (Burada imanların yenilənməsindən məqsəd, Allahu Təaladan imanda stabillik və hidayət istəməkdir).
axırıncı dəyişikliklər (15.01.10 10:15)




