Bu vəzifələr bunlardır:

1- İxlas

2- Təqva

3- Səbr etmək və səbri tövsiyə etmək

4- Etibarlılıq

5- Lütfkarlıq

6- Düzgünlük

7- Təvəkkül

8- Dua

Şübhəsiz bir Müsəlman və əsgər olaraq fərdlərin Allahu Təalaya qarşı vəzifələri bunlardan ibarət deyil. Bunlar, cihad sahəsində işarə etmək istədiyimiz bəzi mövzulardır və imani hazırlığın dairəsinə girməkdədir.

1- İXLAS

İxlas, yalnız Allahu Təalanın muttali olduğu ürək əməllərindəndir. Adamın düşmən qarşısında müqavimət göstərməsi və səbat etməsinə həqiqətən təsir edir.

Allahu Təala belə buyurur:

(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı. Fəth, 18.

2- TƏQVA

İbni Rəcəb əl-Hənbəli Rahimahullah belə deyir: "Təqvanın əsli, adamın özü ilə qorxduğu şey arasına bir qoruyucu qoymasıdır. Qulun, Rəbbi üçün olan təqvası isə, özü ilə Allahu Təalanın qəzəbi və cəzası arasına maneə qoymasıdır. Bu maneə isə Allahu Təalaya itaət etməsi və üsyandan qaçınmasıdır. Ki, Rəsulullah Sallallahu Əleyhi və Səlləm belə buyurar: "Qul, çəkinməsi lazımlı olanlardan çəkinmək üçün çəkinməsi lazımlı olmayanları da tərk etməyənə qədər təqva sahiblərindən olmaz". Digər bir hədisdə isə belə keçir: "Kim şübhəli şeylərdən çəkinsə dinini və ismətini qorumuş olar". Camiululum vəl-Hikəm, 137-138

Təqva, adamın qulluq vəzifələrini yerinə yetirərək və bunlara davam edərək əldə edəcəyi bir dərəcədir. Allahu Təala belə buyurar:

Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət(quluq) edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!). Bəqarə, 21.

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! Bəqarə, 183.

Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz. Bəqarə, 179.

Bu və buna bənzər digər ayələr təqva dərəcəsinə ibadətlər, hökmləri yerinə yetirmək və bunları davam etdirmək ilə çatılacağını ifadə etməkdədir. Təqva, qulların bir-birindən üstünlüyünün tək ölçüsüdür. Allahu Təala belə buyurur:

Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Hucurat, 13.

Qulun dərəcəsi, qulluq vəzifələrini yerinə yetirməsi və davam etdirməsi nisbətindədir. Təqva ilə əlaqədar olaraq bunun da deyilməsi lazımdır ki, təqva müəyyən bir məkan və ya müəyyən bir hal ilə bağlı deyil. Bəzi insanlar məmləkətlərində təqva sərhədləri içərisində qalarlar ancaq məkan dəyişdirdiklərində bu sərhədləri aşarlar. Bu səbəbdən belə bir halda adamın təqvası Allahu Təala üçün deyil, içlərində yaşadığı insanlar üçündür.

Bu səbəblə Rəsulullah Sallallahu Əleyhi və Səlləm belə buyurmuşdur:

"Harada olsan ol, Allahdan qorx". Tirmizi rəvayət etmiş və həsən olduğunu söyləmişdir.

Allahu Təala belə buyurar:

(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! Yunus, 61.

İbni Rəcəb əl-Hənbəli Rahimahullah belə deyir: "Gizlilikdə Allahu Təaladan çəkinmək, imanın kamalının əlamətidir. Özüdə Allahu Təalanın belə imanın sahibinə qarşı möminlərin ürəklərində sevginin yaratmasında bu qorxunun çox əhəmiyyəti vardır. Hədisdə belə keçir:

"Adam nəyi gizləsə, mütləq Allahu Təala ona gizlədiyi paltarı geyindirər. Adamın gizlədiyi yaxşılıq isə yaxşılıq, pislik isə pislik əlbisəsi geyindirilər".

Bu hədis mərfu olaraq rəvayət edilmişdir. İbni Məsudun sözü olaraq da rəvayət edilir". İbnul-Qayyim, əl-Fəvaid, 153-154.

Adamın alışdığı mühitdən başqa bir mühit və əldə edəcəyi yaxşı yoldaşlıqlar səbəbi ilə kollektiv işlər və xüsusilə də bu işlərdən biri olan əsgəri təhsil düşərgələri ya da buna bənzər birlikliklər, pis vərdişlərdən xilas olmaq üçün gözəl fürsətlər meydana gətirir. Yer dəyişikliyi, mücahid üçün əhəmiyyətli bir faktordur. Necə ki hədisdə ifadə edildiyi kimi, yüz adam öldürən adama məmləkətindən ayrılması və saleh insanların yaşadığı başqa bir məmləkətə getməsi nəsihət edilmişdir.

İbnul-Qayyim Rahimahullah belə deyir:

"Məqsədə çatmaq, maneələri ortadan qaldırmağa və vərdişləri buraxmağa bağlıdır. Vərdişlər, yan gəlib yatmaq, rahata düşkünlük, digər insanların alışdığı vəziyyətlər və rəsmiyyətlərdir. Bunlar, adam ilə Allaha və Rəsuluna çatma yolları arasında ən böyük pərdələrdir. Maneələrə gəlincə, bu, açıqda və gizlidə Allahu Təalaya müxalifət etməkdir. Bunlar ürəyi Allahu Təalaya yönəlməkdən saxlayar və yolunu kəsər. Bu maneələr isə üç dənədir. Bunların ilki – şirk , ikincisi – bidət, üçüncüsü – böyük günahlardır. Şirk maneəsi Tövhidi reallaşdırmaq ilə, bidət maneəsi sünnəyə sarılmaq ilə, böyük günah maneəsi isə tövbə ilə ortadan qalxar.

Qul, bu maneələri ancaq səfərə hazırlıq etməyə başladığı, Allahu Təalaya və axirət yurduna köçə başladığı zaman görə bilər. Hazırlığa və köçə başladığı zaman bu maneələri görər və irəliləməyinin və səmimiyyətinin dərəcəsinə görə bunların özü üçün necə mane olduğunu anlayar. Oturduğu müddətcə, bu maneələrin özünə qurduqları tələlərin və qopardıqları bağların fərqinə vara bilməz.

Ürəyi məşğul edən şeylər isə dünya zövqləri, şəhvətləri, liderlik arzusu, xalqın tərifləməsi və ona bağlılıqları kimi ürəyi Allah və Rəsulundan saxlayan bütün şeylərdir. Bu üç şeydən xilas olması və onları tərk etməsi, ancaq Allahu Təalaya qüvvətli bir şəkildə bağlanmaq ilə mümkündür. Adamın, Allahu Təalaya tam bağlılığı olmadan bu üç şeydən xilas olması qeyri-mümkündür.

Çünki nəfs alışdığı və sevdiyi şeyi ancaq ondan daha çox sevdiyi və seçdiyi bir şey üçün tərk edər". İbnul-Qayyim, əl-Fəvaid, 153-154.

Təqvanın dünya və axirətdə meyvələri vardır. Mücahidin, həm özünün və həm də Allahın düşmənləri olan toplumlar ilə cihadında bu meyvələrə hər kəsdən daha çox ehtiyacı var. Bunlardan bəziləri bunlardır:

• Allahın xüsusi olaraq qulla birgə olma:

Allahu Təala, təqva sahibi mücahidi kömək, dəstək, qoruma, gözləmə və zəfər ilə rızıqlandırar. Allahu Təala, bu nemətlər ilə ancaq özünə itaət edənləri rızıqlandırar. Bu, elm və hər şeyi əhatə etməsi ilə Allahu Təalanın bütün varlıqlar ilə birgə olmasının xaricində, xüsus olaraq birgə olmasıdır.

Allahu Təala belə buyurur:

(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir! Mücadilə, 7.

Bu, ümumi birgə olmaq ilə əlaqədardır. Xüsusi birgə olmaq ilə əlaqədar belə buyurur:

Allahdan qorxun və Allahın müttəqilər ilə birgə olduğunu bilin. Bəqarə,194

Həqiqətən, Allah müttəqi (Ondan qorxub pis əməllərdən çəkinənlər) və muhsin (yaxşı işlər görənlər) olanlarla bərabərdir! Nəhl, 128.

Bu, kömək etmə və zəfər ilə rızıqlandırma bərabərliyidir. Mücahidin bu iki nemətə olan ehtiyacı isə lap çoxdur.

Əbu Hureyredən Radıyallahu Ənhi Rəsulullahın Sallallahu Əleyhi və Səlləm belə buyurduğu rəvayət edilər:

"Şübhəsiz Allahu Təala belə buyurdu: Kim mənim sevdiyim bir qula düşmənlik etsə ona döyüş açacağam. Qulum özünə fərz etdiyim şeylər ilə mənə yaxınlaşdığı qədər başqa heç bir şeylə yaxınlaşmaz. Qulum mənə nafilələr ilə yaxınlaşmağa davam edər və mən də onu sevərəm. Onu sevdimmi görən gözü, eşidən qulağı, tutan əli, gedən ayağı olaram. Məndən istəsə verərəm, mənə sığınsa onu qoruyaram". Buxari.

Allahu Təalanın, öz dostlarını müdafiə etməsi və fərz və nafilələr olaraq qulluq vəzifələrini yerinə yetirənləri qorumasının şəkli budur.

• Sıxıntı və çətinliklərdən qurtarılması:

Bu da təqvanın meyvələrindəndir.

Allahu Təala belə buyurur:

Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Təlaq, 2.

Cihad yolunda, səbr yolunda sıxıntı və çətinliklərdən daha çox nə vardır?! Bu səbəblə adam, Allah qorxusunu əldən buraxmazsa, Allahu Təala da çətin zamanlarda adamı tək buraxmaz. Allahu Təala belə buyurmaqdadır:

Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Bəqarə, 152.

Rəsulullah Sallallahu Əleyhi və Səlləm belə buyurur: "Allahdan qorx ki, Onu yanında tapasan. Bolluq zamanında Allahı unutma, darlıq zamanında o da səni unutmaz".

Yəni irəlidə qarşı-qarşıya gələcəyin dünya və axirət ilə əlaqədar bütün vəziyyətlərdə Allahu Təalanı yanında taparsan. Saleh olmağın səbəbi ilə səndən sonra, sənin uşaqlarını da qoruyar.

Allahu Təala belə buyurar:

Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Kəhf, 82.

• Ürəklərin Yaxınlaşması:

Bu da təqvanın meyvələrindəndir.

Allahu Təala belə buyurar:

Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Ali İmran, 103.

Allahu Təala, özünə itaət edənlərə qarşı qulların ürəklərində bir sevgi meydana gətirər. Təqvanın, açıqda və gizlidə mücahidlərin bir xüsusiyyəti olması vəziyyətində, Allahu Təala, bu mücahid tayfasının fərdləri arasında qarşılıqlı sevgi yaradar. Bu sevgi isə, möminlərin saf olaraq həmrəyliyinin, ayaqda qalmalarının və mömin camaatın qüvvət qazanmasının ən böyük səbəblərindəndir.

Əbu Hureyredən Radıyallahu Ənhi, Rəsulullahın Sallallahu Əleyhi və Səlləm belə buyurduğu rəvayət edilməkdədir:

"Allahu Təala, bir qulunu sevdiyi zaman Cəbrayıla Əleyhissalam; "Filan qulu sevirəm, sən də onu sev" deyə səslənər. Bunun üzərinə Cəbrayıl Əleyhissalam o qulu sevər və göydəkilərə: "Allah filan adamı sevir, siz də onu sevin", deyə səslənər. Göydəkilər də onu sevər. Sonra yerdəkilərin də o qulu qəbul etmələri təmin edilər". Muttafiqun əleyhi.

Müslimdən başqa bir rəvayət olaraq belə gəlir:

"Allah bir qula buğz etsə, Cəbrayılı çağırar və: "Filan qula buğz edirəm, sən də ona buğz et", deyər. O da o qula buğz edər. Sonra göydəkilərə: "Allah, filan adama buğz edir, siz də ona buğz edin", deyə səslənər. Sonra yer üzündə də ondan nifrət edilməsi təmin edilər".

Bunun təsdiqləməsini Qurani Kərimin bu buyruğunda görürük:

Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır). Məryəm, 96.

Bunun əksinə olaraq adamın işlədiyi hər böyük günah, camaatın gücünü qıran bir çəkicdir. Əbu Hureyrаnın Radıyallahu Ənhi yuxarıdakı hədisində gördüyümüz kimi, günahı səbəbi ilə Allahu Təala o günahın sahibinə qarşı qulların ürəyində bir nifrət meydana gətirər.

Allahu Təala belə buyurur:

Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Maidə, 14.

Həyatında, cihadında və axirətində qulun təqvaya olan ehtiyacı ilə əlaqədar olaraq bu qədərlə kifayətlənirik.

 

Add comment

Bold Italic Underlined Link Quote