1. Allahın  kəlamını ucaltmaq və İslamı bərqərar etmək

Uca və Nöqsansız Allah cihadın hikmətini və qayəsini bir neçə ayədə bizə bildirir:

وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلّه فَإِنِ انتَهَوْاْ فَإِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ

 

“Yer üzündə fitnə-fəsad, şirk (Allaha şərik qoşmaq) qalmayıb, bütün din, ibadət yalnız Allaha məxsus olanadək onlarla vuruşun! Əgər Allaha şərik qoşmağa son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür”. (əl-Ənfəl, 39).

 

وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ فَإِنِ انتَهَواْ فَلاَ عُدْوَانَ إِلاَّ عَلَى الظَّالِمِينَ

“Müşriklərin fitnəsi (şirk) aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun!” (əl-Bəqərə, 193).

عن ابن عمر– رضي الله عنهما – قال: قال رسول الله صلى الله عليه وسلم: " أمرت أن أقاتل الناس حتى شهدوا أن لا إله إلا الله وأن محمدا رسول الله ، ويقيموا الصلاة ، ويؤتوا الزكاة فإذا فعلوا ذلك عصموا مني دماءهم وأموالهم إلا بحق الاسلام وحسابهم على الله عزوجل ﴾  رواه البخاري ومسلم .

İbn Ömər (Allah ondan razı qalsın) Allah elçisinin (ona və ailəsinə Allahın salamı olsun!) belə dediyini rəvayət edir: “Mənə əmr olundu ki, insanlar Allahdan başqa ilahın olmadığını qəbul edincəyə qədər onlarla vuruşum. Kim Allahdan başqa ilahın olmadığını təsdiq edərsə, artıq canı və malı toxunulmaz olar, bunu səmimi edib etməməyini isə Allah Özü hesab edəcəkdir” Buxari və Muslim.

عن أبي موسى الأشعري – رضي الله عنه – قال: جاء رجل إلى النبي صلى الله عليه وسلم فقال: يا رسول الله، الرجل يقاتل للمغنم، والرجل يقاتل ليُذكر، والرجل يقاتل ليُرى مكانه، فمن في سبيل الله؟ قال: "من قاتل لتكون كلمة الله هي العليا فهو في سبيل الله" رواه البخاري ومسلم .

Əbu Musa (Allah ondan razı qalsın) rəvayət edir ki; “Bir kişi gəlib Allahın elçisindən – ona və ailəsinə Allahın salamı olsun! soruşdu: “Ey Allahın elçisi! Bir kişi qənimət (dünya malı), bir kişi də insanlar arasında şöhrət yaxud vəzifə, bir başqası isə insanlar onun haqqında yaxşı danışsınlar deyə vuruşur, bunlardan hansı Allah yolundadır? Allah rəsulu – ona və ailəsinə Allahın salamı olsun! belə cavab verdi: “Kim Allahın sözü (Lə iləhə illə-llah) uca olsun deyə vuruşarsa, o da Allah yolundadır” Buxari və Muslim.

2. Zülmə məruz qalmış müsəlmanlara yardım etmək

Uca Rəbbimiz buyurur:

وَمَا لَكُمْ لاَ تُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَـذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيّاً وَاجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيراً

“(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (ən-Nisə, 75).

عن ابن عمر– رضي الله عنهما – قال: قال رسول الله صلى الله عليه وسلم: "المسلم أخو المسلم ، لا يظلمه ، ولا يسلمه. من كان في حاجة أخيه كان الله في حاجته ، و من فرج عن مسلم كربة فرج الله عنه بها  كربة من كرب يوم القيامة ، و من ستر مسلماً ستره الله  يوم القيامة" رواه البخاري ومسلم .

İbn Ömər – Allah ondan və atasından razı olsun! demişdir: Allahın elçisi – ona və ailəsinə Allahın salamı olsun! demişdir: “Bir müsəlman digər müsəlmanın qardaşıdır! Biri o birinə zülm etməz, biri o birini düşmənə təslim etməz! Kim müsəlman qardaşının bir ehtiyacına yardım edərsə Allahda ona yardım edər, kim müsəlman qardaşını bir kədərdən (çətinlikdən) qurtararsa Allah da onu qiyamət günü kədərdən qurtarar, kim bir müsəlmanın eybini örtərsə Allahda qiyamət günü onun eybini örtər” Buxari və Muslim.

عن أنس– رضي الله عنهما – قال: قال رسول الله صلى الله عليه وسلم: "انصر أخاك ظالماً  أو مظلوماً" فقال  رجل: يا رسول الله أنصره إذا كان مظلوماً أرأيت  إن كان ظالماً كيف أنصره ؟ قال : "تحجره – او تمنعه – من الظلم فإن ذلك نصره" رواه البخاري .

Ənəs – Allah ondan razı olsun! demişdir; “Allahın elçisi – ona və ailəsinə Allahın salamı olsun! demişdir: “Din qardaşına yardım et, zalım və ya məzlum olsa belə!” . Bir kişi dedi: Ey Allahın elçisi! Məzlum olsa kömək edərəm, bəs zalım olsa necə yardım  edə bilərəm? O dedi: “Onu zülm etməkdən çəkindir! Bu ona qarşı yardımdır” Buxari.

3. Evi, yurdu, vətəni, namusu, canı, malı düşməndən qorumaq, zülmə qarşı döyüşmək

Uca Allah buyurur:   وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبِّ الْمُعْتَدِينَ  وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ

“Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz! Onları harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Müşriklərin fitnəsi (Allaha şərik qoşmaları) qətldən daha şiddətlidir”. (əl-Bəqərə, 191).

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَن

يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيراً وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

“Zülmə məruz qaldıqlarına görə vuruşanlarla (zalıma qarşı vuruşmaq istəyənlərə) izn verilmişdir. Allah onlara kömək etməyə əlbəttə qadirdir! O, kəslər ki, haqsız yerə ancaq “Rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından çıxarıldılar”. (əl-Həcc, 39-40).

وعن أبي هريرة – رضي الله عنه – قال: جاء رجل إلى رسول الله صلى الله عليه وسلم فقال : يا رسول الله ، أرأيت إن جاء رجل يريد أخذ مالي؟ قال : "فلا تعطه مالك" قال : أرأيت إن قاتلني؟ قال : "قاتله" قال: أرأيت إن قتلني؟ قال : "فأنت شهيد" قال : أرأيت إن قتلته؟ قال : "هو في النار" رواه مسلم .

Əbu Hureyradan – Allah ondan razı olsun! rəvayət olunur ki, bir kişi gəlib Allahın elçisindən – ona və ailəsinə Allahın salamı olsun! soruşdu: - Ey Allahın elçisi! Bir şəxs gəlib mənə məxsus olan malımı zorla məndən almaq istəsə nə edim? Allahın elçisi – ona və ailəsinə Allahın salamı olsun! belə cavab verdi: “Malını ona vermə!” birdən o mənimlə vuruşsa? O, dedi “Səndə vuruş!” əgər o məni öldürərsə? O, dedi : “Sən şəhid olarsan!” bəs mən onu öldürsəm? O, dedi: “O, Cəhənnəmə düşər!” Muslim, 140.

«Bütün təfsir alimləri, hədis alimləri, fiqh alimləri və üsul alimləri ittifaq etmişlər ki, əgər düşmən müsəlman torpağına soxularsa və yaxud müsəlmanlara aid olmuş bir torpağı işğal etmişsə o yurdun əhalisinə, hər bir vətəndaşının üzərinə şəxsən düşmənə qarşı çıxıb döyüşmək vacib (fardu-ayn) olar. Əgər o yurdun əhalisi döyüşə çaxmazlarsa və ya bütün güc-qüvvətlərini sərf etməzlərsə yaxud da çətinlik çəkərlərsə və ya tənbəllik edərlərsə yaxud da gücləri çatmazsa o torpaqdan düşməni çıxartmaq oradakı müsəlmanlara ən yaxın olan müsəlmanların üzərinə vacib olar. Əgər onlarda bütün güc-qüvvətini sərf etməzlərsə və ya döyüşə çıxmazlarsa onlara yaxın olan müsəlmanların üzərinə vacib olar, əgər onlarında gücü çatmazsa dairəvi şəkildə yaxın olan yaxın sırası ilə bütün müsəlmanların üzərinə vacib olar. Belə bir vəziyyətdə heç kimin cihadı tərk etməsinə icazə (üzr) yoxdur. Namaz və oruc kimi. Namazı və orucu vaxtı yetişəndə tərk edə bilmədiyimiz kimi cihadı da beləcə tərk edə bilmərik. Belə ki, övlad valideynindən, borclu borc sahibindən, qadın ərindən, kölə ağasından iznsiz bu müqəddəs mübarizəyə qatılmalıdır. Beləliklə ölkə kafirlərdən təmizlənməyincə cihad vacib (fardu-ayn) olaraq qalar». (Şeyx Abdullah Azzam “İlhaq bil-Qafilə” səh. 17).

Cihadın üstünlüyü və fəziləti

Cihad: – Müsəlmanların bütün güc və qüvvətlərini toplayıb – Allah kəlamının ucalması, İslamın bərqərar olması naminə düşmənlərə qarşı vuruşmalarına şəriətimizdə cihad deyilir.

Cihad İslam dininin əsas sütunlarından və dini ehkamlarındandır. Cihad imanın şöbələrindən biridir. Müsəlmana cihadı unutmaq yaraşmaz! Onun cihaddan xəbərsiz olması imanının və ixlasının naqisliyindəndir. Cihad imanın ən bariz və ən zahir əlamətlərindəndir. Allaha yaxınlaşmaq və lütfünə qovuşmaq üçün ən gözəl vasitələrdəndir. Uca Rəbbimiz buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Allahdan qorxun, Onun rəhmətinə və lütfünə qovuşmaq üçün vəsilə, yol axtarın! Allah yolunda cihad edin ki, nicat tapasınız!”(əl-Maidə, 35).

Cihad igidlər və qəhrəmanlar meydanı, şücaət mənbəyi, birlik və qardaşlıq ünvanıdır. İslam alimləri: “Cihad Allah dərgahında ən üstün və ən sevimli ibadətdir!” – demişlər.

عن أبي ذر – رضي الله عنه – قال: قلت يا رسول الله أي الأعمال أفضال؟ قال:"إيمان بالله  و الجهاد في سبيله" رواه البخاري ومسلم .

Əbu Zərr – Allah ondan razı olsun! Allahın elçisindən – Ona  və ailəsinə Allahın salamı olsun! ən üstün əməl hansı əməldir? – deyə soruşdum. O belə cavab verdi: – “Allaha iman etmək və Allah yolunda cihad etmək!” Buxari və Muslim.

Şeyx-ul-islam  ibn Teymiyyə – Allah rəhmət eləsin! demişdir: Cihadın vacibliyi və üstünlüyü barədə Qurani-Kərimdə və şərafətli hədislərdə geniş xəbər verilmişdir. Bunun üçün də əməllərin ən üstünü cihaddır. Alimlərin ittifaqına (yekdil fikrinə) görə həcdən və ümrədən (kiçik həcc) üstündür. Nafilə (əlavə, vacib olmayan) namazdan və nafilə orucdan üstündür, buna dair Kitab və Sünnədə çoxlu sübutlar vardır. Həmçinin, ən çox savab və mükafat cihada görə mücahidə verilir, çünki cihadın faydası mücahidin özünə, bütün islam ümmətinə, dinə və dünyaya çatır. Cihadın digər ibadətlərindən bir neçə fərqləndirici xüsusiyyəti var ki, bu da Allaha məhəbbət, iman, səmimiyyət, təvəkkül, səbir kimi batini, o cümlədən Allahı zikr etmək, malı və canı Ona təslim etmək, zühd (dünya ləzzətinin tərki) kimi zahiri əməlləri özündə cəm edir, hansı ki, başqa əməl bunları özündə toplamır. Cihad ibadətini edən şəxs və yaxud toplum iki gözəl və yaxşı mükafatdan birini qazanır – ya Allahın yardımı və qələbə ya da şəhidlik və cənnət müjdəsi o, cənnət ki, bütün müsəlmanların məqsədi ona qovuşmaqdır” (əs-Siyəsətu-ş-Şəriyyə, “Cihad bölümü” səh. 181).

Uca Allah buyurur:

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا هَلْ أَدُلُّكُمْ عَلَى تِجَارَةٍ تُنجِيكُم مِّنْ عَذَابٍ أَلِيمٍ تُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ وَتُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ وَأُخْرَى تُحِبُّونَهَا نَصْرٌ مِّنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ وَبَشِّرِ الْمُؤْمِنِينَ

“Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) deyimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Allaha və Onun peyğəmbərinə iman gətirin, Allah yolunda malınızla və canınızla cihad edin! Bilsəniz, bu sizə nə qədər xeyirlidir! Əgər belə etsəniz, O, sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan cənnətlərə - Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu ən böyük qurtuluşdur (uğurdur)! (Siz hələ) sevdiyiniz başqa bir nemət də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə (dünyaya zəfərlə, axirətdə cənnətlə) müjdə ver!” (əs-Səff, 10-11-12-13). Rəbbimiz bizə bildirir ki, Allaha iman, Rəsuluna iman və Allah yolunda cihad etmək ən uğurlu ticarətdir. Onunla bəndə üzücü əzabdan xilas olur, qiyamət günü nicat tapır. Bu ayədə Rəbbimiz bizi cihada həvəsləndirərək günahların bağışlanmasını necə qazanmağın yolunu aydınlaşdırır və vəd edir ki, əgər cihad edəriksə, Özü bizə yardım edər və qələbə qazandırar. Haqq din bu dünyaya bərqərar olar. Yaxud da müsəlman bu yolda şəhid olarsa əvəzində Rəbbi onu cənnətlə mükafatlandırar.

Uca Allah müsəlmana cihad etməsinin əvəzində cənnət verəcəyini vəd edir;

إِنَّ اللّهَ اشْتَرَى مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الجَنَّةَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ وَعْداً عَلَيْهِ حَقّاً فِي التَّوْرَاةِ وَالإِنجِيلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفَى بِعَهْدِهِ مِنَ اللّهِ فَاسْتَبْشِرُواْ بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُم بِهِ وَذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

“Həqiqətən Allah Öz yolunda vuruşub, öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət əvəzində satın almışdır, Allahdan daha çox əhdə vəfa edən kimdir?! Etdiyiniz sövdəyə görə sevinin! Bu ən böyük qurtuluş və ən böyük uğurdur!” (Tövbə, 111). Uca Allah bəyan edir ki, malı və canı ilə Allah yolunda cihad edən mömin əvəzində cənnəti qazanacaq. O cənnət ki, səmavi kitablarda - Tövratda, İncildə və Quranda vəd edilib. Çünki onlar bu yolda vuruşur, öldürür və öldürülürlər.

Cihad İslamın ən üstün zirvəsidir.

عن معاذ بن جبل – رضي الله عنه – أن النبي صلى الله عليه وسلم قال له: "رأس الأمر الإسلام وعموده الصلاة، وذروة سنامه الجهاد".

Müaz bin Cəbəl – Allah ondan razi olsun! Peyğəmbərimizin – Ona və ailəsinə Allahın salamı və salavatı olsun! ona belə dediyini rəvayət edir: “Bütün işlərin (əməllərin) əvvəli İslamdır, dirəyi namazdır və ən üstün zirvəsi Allah yolunda cihaddır!” (İbn Macə, Əhməd və Tirmizi “İman” kitabı, 2616. Şeyx Nasir əd-Din Albani hədisin səhih olmasını təsdiqləmişdir, “Səhih ibn Macə” 2/359).

Cənnət qapılarından biri cihad qapısıdır, o qapıdan yalnız cihad edənlər girər.

عن عبادة بن الصامت – رضي الله عنه – عن النبي صلى الله عليه وسلم قال: "جاهدوا في سبيل الله فإن الجهاد في سبيل الله باب من أبواب الجنة ينجي الله به من الهم والغم".

Ubədə ibn Samitdən (Allah ondan razı olsun!) rəvayət olunur ki, Allah rəsulu – ona və ailəsinə Allahın salamı olsun! belə demişdir: “Allah yolunda cihad edin! Həqiqətən cihad cənnət qapılarından bir qapıdır. Cihad etməklə Allah möminin kədərinə və çətinliklərinə fərəc verər”. (İmam Əhməd və Təbərani bu hədisi rəvayət ediblər, Həkim bu hədisin səhih olmasını deyib, Zəhəbi onunla razılaşıb).

Cihadın üstünlüyü barədə hədis kitablarında kifayət qədər rəvayətlər vardır.

 

 

Davamı var


axırıncı dəyişikliklər (29.12.09 18:40)

 

Şərhlər 

  1. #2 ABU ADEM
    2010-01-1808:14:04 SHERIET BERQERAR OLSUN DEYE ISLAMI UCALTMAG VE BU YOLDA VURUSHMAG LAZIMDIR.ONUN UCUN ELMIMIZI ARTIRMAQ LAZIMDIR.
  2. #1 asger
    2009-12-1714:59:28 mashallah. ummetin genclerine bu cyr meqallalar
    cox lazimdir. tesyffler olsun ki, bezileri helede biz lay-lay oxuyur. bereketli olsun!

Add comment

Bold Italic Underlined Link Quote