Cihad
الجهاد
فَقَاتِلْ فِي سَبِيلِ اللّهِ لاَ تُكَلَّفُ إِلاَّ نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِنِينَ عَسَى اللّهُ أَن يَكُفَّ بَأْسَ الَّذِينَ كَفَرُواْ وَاللّهُ أَشَدُّ بَأْساً وَأَشَدُّ تَنكِيلاً
“Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış olsun. Allahın qəzəbi də, əzabı da çox şiddətlidir” (ən-Nisə, 84).
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Həmd yalnız Allaha məxsusdur! Biz Ona həmd və şükür edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna yönəldən tapılmaz. Mən şəhadət (təsdiq) edirəm ki, Allahdan başqa ibadətə haqqı olan ilahi yoxdur, təkdir, şəriki yoxdur və şəhadət edirəm ki, Muhəmməd – Ona və ailəsinə Allahın salamı və salavatı olsun! Onun qulu və rəsuludur! Uca Rəbbimiz buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!” (Ali-İmran, 102).
وَالَّذِينَ اجْتَنَبُوا الطَّاغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوا إِلَى اللَّهِ لَهُمُ الْبُشْرَى فَبَشِّرْ عِبَادِ الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ
“Tağuta (şeytana) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. Bəndələrimə (cənnətlə) müjdə ver! O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (əz-Zumər, 17-18).
Müqəddimə
Uca və Nöqsansız Rəbbimiz Quran-kərimdə buyurur: إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ
“Allah yanında haqq olan (qəbul olan) din əlbəttə İslamdır”. (Ali-İmran,19).
وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِيناً فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ
“Kim islamdan başqa bir din ardınca gedərsə, o din heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar” (Ali-İmran, 85).
Uca Allah bu din ilə öz sevimli bəndəsi və elçisi Muhəmmədə – Ona və ailəsinə Allahın salamı və salavatı olsun! düşmənlərinin əleyhinə qələbə verdi. Məkkəli müşriklər (Allaha şərik qoşanlar) müsəlmanları İslamdan yayındırmaq istədilər. Lakin bu baş tutmadı. Əksinə, İslam qalib oldu, küfr məğlub oldu. Bu, Allahın əmri və Allahın istəyidir. Heç bir kimsə bunun qarşısını ala bilməz. Hər şeyə Qadir olan Allah bu barədə buyurur:
يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
“Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də Öz nurunu (dinini) tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, islamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün Öz peyğəmbərini doğru yolu göstərən rəhbərlə (Quranla) və haqq dinlə göndərən Odur!” (əs-Səff, 8-9).
Uca Allah bildirir ki, İslam dini kamil bir din və qayda-qanundur. Bütün bəşəriyyətə nemət olaraq göndərilmişdir.
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِيناً
“Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”. (əl-Maidə, 3).
Şəriətimizdə elə bir əməl yoxdur ki, ağıl onu dərk etməsin, qavramasın. Əksinə, islamın hər bir buyruğunu insan zəkası dərk edir, məntiqi təsdiqləyir. Dinimizdə Rəbbimizin bizdən tələb etdiyi əməllərin hamısı xeyirli, ədalətli, doğru, yüngül və pakdır. Qadağan etdikləri isə ya ziyanlı ya da ziyanı xeyrindən daha çox olan, şər və murdar əməllərdir. Həmçinin, dinimizdə insanı yoran, əldən salan və ya bezdirən heç bir əməldə yoxdur. İslam dinində insanın şərəfini alçaldan heç bir əməl yoxdur.
Müsəlman olan şəxs İslama sevgili peyğəmbərimizin – Ona və ailəsinə Allahın salamı və salavatı olsun! öyrətdiyi kimi əməl edərsə şərəfi artar və rahatlıq tapar. Hər dəfə islam hökmləri barədə düşünəndə müsəlmanın imanı, dinə olan səmimiyyəti güclənir. Çünki bu din insanı düzgün əqidəyə, gözəl əxlaqa, ədalətə, sülhə, birliyə, valideynlərə qayğıkeşliyə, qohumluq əlaqələrini qorumağa, qonşu ilə gözəl rəftara, əmanəti qorumağa, əhdə sadiq qalmağa, kasıblara əl tutmağa, məzluma köməyə, namusu, vicdanı, torpağı, evi, malı, canı qorumağa çağırır.
Həmçinin həddi aşmadan dünya ləzzətini dadmağa da heç bir qadağa qoymur. İslam dini müsəlmanı hər cür pislikdən, yalandan, haramdan, zülmdən, təcavüzdən, işgəncədən, ümumiyyətlə insana və cəmiyyətə ziyan gətirən bütün əməllərdən çəkindirir. Bu səpkidə çox danışmaq olar, amma biz bu gün İslamın digər dinlərdən səciyyələndirici bir əsası barəsində, islam düşmənlərinin pis və vahiməli kimi təqdim etdikləri, lakin, həqiqətdə isə bəşəriyyətə sülh gətirən cihad ibadəti barədə danışacağıq.
Cihad heç də bəzilərin iddia etdiyi kimi quldurluq, soyğunçuluq, basqınçılıq deyil. Cihad ibadəti ilə müsəlman öz dinini, əqidəsini, namusunu, evini, torpağını, canını, malını qoruyur. Məzlumlara və zəiflərə kömək edir. “Lə iləhə illə-llah” (Allahdan başqa ilahi yoxdur) kəlamını yayır və İslamı yer üzündə bərqərar edir. Bu gün bəşəriyyətin əksər düşünən qismi bir həqiqəti şəksiz etiraf edir ki, kainatı və məxluqatı yaradan Uca Allahdır. Deməli, razılaşmaq lazımdır ki, yaradılmışların (məxluqatın) Yaradanın (Allahın) qanunları ilə yaşamaları Onun ən birinci və ən vacib haqqıdır. İslam həm din, həm əxlaq, həm həyət tərzi, həm də dövlətçilik və sosial sistemdir. Allah ən Böyükdür!
Cihadın hikməti və qayəsi.
1. Allah sözünün ucaldılması, İslamın bərqərar olması.
Uca və Nöqsansız Allah cihadın hikmətini və qayəsini bir neçə ayədə bizə bildirir:
وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلّه فَإِنِ انتَهَوْاْ فَإِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ
“Yer üzündə fitnə-fəsad, şirk (Allaha şərik qoşmaq) qalmayıb, bütün din, ibadət yalnız Allaha məxsus olanadək onlarla vuruşun! Əgər Allaha şərik qoşmağa son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür”. (əl-Ənfəl, 39).
وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ فَإِنِ انتَهَواْ فَلاَ عُدْوَانَ إِلاَّ عَلَى الظَّالِمِينَ
“Müşriklərin fitnəsi (şirk) aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun!” (əl-Bəqərə, 193).
عن ابن عمر– رضي الله عنهما – قال: قال رسول الله صلى الله عليه وسلم: " أمرت أن أقاتل الناس حتى شهدوا أن لا إله إلا الله وأن محمدا رسول الله ، ويقيموا الصلاة ، ويؤتوا الزكاة فإذا فعلوا ذلك عصموا مني دماءهم وأموالهم إلا بحق الاسلام وحسابهم على الله عزوجل .“ رواه البخاري ومسلم .
İbn Ömər (Allah ondan razı qalsın) Allah elçisinin (ona və ailəsinə Allahın salamı olsun!) belə dediyini rəvayət edir: “Mənə əmr olundu ki, insanlar Allahdan başqa ilahın olmadığını qəbul edincəyə qədər onlarla vuruşum. Kim Allahdan başqa ilahın olmadığını təsdiq edərsə, artıq canı və malı toxunulmaz olar, bunu səmimi edib etməməyini isə Allah Özü hesab edəcəkdir” (Buhari, Muslim).
عن أبي موسى الأشعري – رضي الله عنه – قال: جاء رجل إلى النبي صلى الله عليه وسلم فقال: يا رسول الله، الرجل يقاتل للمغنم، والرجل يقاتل ليُذكر، والرجل يقاتل ليُرى مكانه، فمن في سبيل الله؟ قال: "من قاتل لتكون كلمة الله هي العليا فهو في سبيل الله" رواه البخاري ومسلم .
Bir kişi gəlib Allahın elçisindən – ona və ailəsinə Allahın salamı olsun! soruşdu: “Ey Allahın elçisi! Bir kişi qənimət (dünya malı), bir kişi də insanlar arasında şöhrət yaxud vəzifə, bir başqası isə insanlar onun haqqında yaxşı danışsınlar deyə vuruşur, bunlardan hansı Allah yolundadır? Allah rəsulu – ona və ailəsinə Allahın salamı olsun! belə cavab verdi: “Kim Allahın sözü (Lə iləhə illə-llah) uca olsun deyə vuruşarsa, o da Allah yolundadır” (Buxari, Muslim).
Ardı var





Şərhlər
2009-12-1204:47:48 salam!
cox yaxshi, ardini gozleyirik.