Nəfsi cihad – Böyük cihad. Cihadın iki qismə - böyük və kiçik hissələrə bölünməsi
Allahın adı ilə, həmd aləmlərin Rəbbinə məxsusdur, salam və xeyr-dua olsun sonuncu Peyğəmbərimiz Məhəmmədə ailəsinə və qiyamətə kimi onun yolunu davam edənlərin üzərinə!
Cihadın tarixdə məruz qaldığı ən mühüm təhlükə onun dəfələrlə böyük və kiçik hissələrə bölünməsidir. Hələ qədimdən İslam düşmənləri cihadın onlar üçün nə qədər təhlükəli olduğunu yaxşı duymuşlar. Nə qədər ki, cihad davam edir onlar öz yalanları, fitnə-fəsadları ilə birlikdə yaşaya bilməyəcəklər, heç bir dövlətləri qurulmayacaq və yaşamayacaqdır. Düşmənlər yaxşı bilirdilər ki, müsəlmanlar yekdilliklə cihad elan edib Allah adı ilə və Allahın bərəkəti üzrə ayağa qalxsalar onların qarşısında heç nə dayana bilməyəcək. Çünki onlar iki gözəl və yaxşıdan – şəhidlik mərtəbəsi yaxud qələbə sevincindən birini istəyirlər və Uca Allahda onlara yardım edir və zəfər verir. Onlar İslam ümmətinin tarixi səhifələrindən yaxşı xəbərdardırlar ki, sələfləri (keçmiş müsəlmanlar) yarım əsrdən az müddət ərzində Yer kürəsinin demək olar ki, yarısını fəth etmişlər.
Bundan sonra, bütün bunları bilən İslam düşmənləri özlərinə aydın olmayan və çox qorxduqları problemi həll etmək üçün çarə axtarmağa başladılar və çox cəhddən sonra çoxlu həll yolu tapdılar. Bunlardan ən tutarlısını, uğurlusunu və müsəlmanları cihaddan yayındırmaq hədəfi ilə ən yaxşısını seçdilər. Həqiqətən də, əməldə öz problemlərini həll etdilər. Sonra isə özlərinə məxsus süfrə ətrafında əyləşərək, yeyib-içib cihaddan qurtulduqları üçün rahat nəfəs alaraq, ölkələrə yürüş etdilər, insanları qul vəziyyətinə saldılar.
Bəli, məhz cihadın böyük və kiçik hissəyə bölünməsi səbəb ilə müsəlmanlar cihaddan yayındılar və bu günümüzədək oturub zəlil və rəzil olub qaldılar. Onlar belə iddia etdilər ki; kafirlərə qarşı edilən cihad kiçik cihaddır, böyük cihad isə nəfslə və şeytana qarşı edilən cihaddır. Düşmənlər düşüncəsiz deyillər, onlar yaxşı bilirlər ki, insan nə qədər ki, ruzi yeyir və yaşayır nəfsi ilə şeytan onu tərk etmir. Onu bu həyatda qalacağı müddətdə cihaddan yayındıracaq bir vəzifə, məşğuliyyət verdilər. Peyğəmbərin – Ona və ailəsinə Allahın salamı olsun! məhəbbətinin müsəlmanların qəlbində nə qədər əzəmətli yer tutduğunu bildikləri üçün onun adından “Kiçik cihaddan böyük cihada qayıtdıq” məkzub (yalan, qondarma) hədisi uyduraraq onu müsəlmanlara məxsus kitablarda yaymağa başladılar.
Əqidəsində aldadılmış biçarə müsəlman qardaşımız da bu qondarma fikirlə qarşılaşaraq öz-özünə: “Madam ki, böyük cihad nəfsə və şeytana qarşı cihaddır, o zaman kiçik cihadı neyləyirəm?” – deyərək uzun bir təsbehi əlinə alıb, öz ibadətgahına çəkilir və öz havasına və şeytana qarşı cihad etməklə rəbbinə ibadət etdiyini düşünür. Xeyirdən tam məhrum olmamış bəziləri isə öz nəfsində niyyət edir ki, böyük cihadı başa vurduqdan sonra kiçik cihada getsin amma təəssüflər olsun ki, bu mümkün olmur.
Elələrinə demək istəyirəm: – belə bir hədis ümumiyyətlə hədis kitablarında mövcud deyil. Onu Xatib əl-Bəğdadi – Allah rəhmət eləsin! Cabirdən – Allah razı olsun! başqa tərzdə rəvayət edir: Peyğəmbər – Ona və ailəsinə Allahın salamı olsun! döyüşdən qayıdarkən ətrafındakı döyüşçülərə: “Siz çox xeyirli bir işdən gəldiniz və kiçik cihaddan böyük cihada qədəm qoydunuz.” – dedikdə onlar: “böyük cihad nədir? ey Allahın rəsulu!” – deyə soruşdular. Bu zaman peyğəmbər – Ona və ailəsinə Allahın salamı olsun:“bəndənin öz nəfsi (istəkləri) ilə cihadıdır” – deyə buyurdu. (Tarixu-Bağdad: 13/səh. 493).
Bu hədisin sənədində – hədisin mətninə gətirib çıxaran ravilərin silsiləsində Xələf bin Məhəmməd bin İsmayıl əl-Xiyam vardır. Böyük alim əl-Hakim araşdırmış və demişdir: “Saqata hədiysuhu – Hədisi düşmüşdür”.
Əbu Yaala əl-Xəlili isə demişdir. “Xalata – qatışdırmışdır, deyilən sözləri və görülən əməlləri nizam intizamsız rəvayət etmişdir. O, olduqca çox zəifdir – nəql etdiyi hədislər etimad olunmayan, etibarsız ravidir. Mətni bilinməyən çoxlu hədislər rəvayət etmişdir.”
Yenə Hakim və İbn Əbi Zərah demişlər ki; “Biz onun haqqında çoxlu araşdırmalar etmişik və biz onun məsuliyyətini daşımırıq. Biz yalnız ibrət üçün yazdıq”. (Miyzan əl-İtidəl: 1/662).
Bu hədisin sənədində həmçinin Yəhyə bin əl-Aləə əl-Bəcli vardır ki, onun haqqında da İmam Əhməd demişdir: “Kəzzəb – O yalançıdır və çoxlu hədis uydurmuşdur”.
Amr bin Əli, ən-Nəsəi və əd-Dəruqutni onun haqqında demişlər: “Hədisi tərk olunmuş, atılmışdır”.
İbn Adiy demişdir: “Onun hədisləri qondarmadır, uydurmadır”. (Təhzib ət-Təhzib: 11/261-262).
İbn Teymiyyə – Allah rəhmət eləsin! demişdir: Bəzilərinin rəvayət etdikləri – Peyğəmbər – Ona və ailəsinə Allahın salamı olsun! Təbuk döyüşündən qayıdarkən demişdir; “Kiçik cihaddan böyük cihada qayıtdıq” hədisin əsli yoxdur, uydurmadır. Bu hədisi Peyğəmbərin – Ona və ailəsinə Allahın salamı olsun! – kəlamları və əməlləri (sünnəsi) barədə məlumatı olanlardan (elm əhlindən) heç bir kimsə rəvayət etməmişdir. Əksinə, kafirlərə qarşı cihad ən əzəmətli əməllərdəndir. İnsanın nafilə əməllərinin içində ən üstünü və fəzilətlisi cihaddır. (əl-Furqan beynə avliyə-r-rəhman və avliyə-ş-şeytan, səh. 44-45).
Şəxsən mən bütün bunlardan sonra şübhə etmirəm ki, bu hədis qondarmadır. Siqa – sadiq tabiinlərdən olan İbrahim bin Əbu Ablədən – Allah rəhmət eləsin! rəvayət olunur ki, döyüşdən qayıdanlara o deyərmiş; – “Artıq kiçik cihaddan qayıtdınız bəs böyük cihadla, qəlbin cihadı ilə nə etdiniz?” (Siyər aləm ən-Nubələ, 6/325).
Alim Daruqutni – Allah rəhmət etsin! Demişdir; İbrahim bin Əbu Ablə özlüyündə sadiq, doğru, etibar qazanmış, ədalətli, öz işində dəqiq olan şəxsdir. Ona olan yollar, sənəd bağlılığı aydın deyil. (siyər aləm ən-nubələ, 6/324).
Burada mən deyirəm ki, əgər biz bunu ona aid edəriksə onda zəifliyini bəyan etməmiş bu sözün bu imama aid edilməsi düzgün deyil. Həqiqətən o da bir bəşərdir düzü də xətası da vardır. Məsum deyildir. Bununla yanaşı o mücahidlərə xitab edir və soruşur ki, kafirlərlə cihad etdikləri zaman qəlbin cihadı ilə nə edirdilər? Çünki nəfs mücahidə həyatda qalmaq üçün qaçmaq barədə vəsvəsələr verir və ya Allah yolunda sədəqə verməkdən çəkindirir. O kafirlərə qarşı cihad etdiyi vaxt eyni zamanda nəfsi ilə də cihad edir. İbrahimin nəzərində kafirlərlə cihad etdiyi zaman həm böyük həm də kiçik cihad etmiş olur. Bəzən də eyni vaxtda iki cihadı cəm etdiyi üçün böyük cihad adlandırır. Bu nəzər və etibarla onun üçün pay olur.
Lakin o kəs ki, insanlardan ayrılıb ibadətgahına çəkilirsə o heç bir cihad da deyildir nə kiçik nə də böyük. Əksinə o, həqiqət də öz nəfsinin havasına (şəhvətinə) tabe olmuşdur. Çünki nəfs ona onu sevdirmişdir. Şeytan da onun üçün o cür bəzəmişdir. Sonra məsələn bu kimi böyük cihad, necə ki, bir dəstə rahiblər insanlardan özlərini təcrid edib ağacların yarpaqlarını yeyərək dolanırlar və həmçinin bütpərəstlər hansılar ki, bütün həyatları oruc tutmaqla və ibadətlə keçir onlar ondan da xoşbəxt insanlardır. Aqil insanlardan heç bir kimsə belə bir söz söyləməmişdir.
Bütün bunlar pis məqsədlə uydurulmuş qondarma və zəif hədislərdir nəticəsidir. Mən şübhə etmirəm ki, bu hədisi yazan islam və müsəlmanlara nifrət edənlərdir. Sözsüz ki, bunu da sufilər könül xoşluğu ilə qəbul etdilər. Allah bizə də onlara da rəhm eləsin. Sonra bu gerilik və tənəzzül əsrində bəzi özlərini müasir ilahiyyatçı hesab edənlər, təəssüflər olsun ki, elələri az deyillər, bu cür uydurma hədisləri istifadə edərək risalələr yazdılar. Bununla belə bu məlumatların zəif və uydurma olduğunu etiraz edənlərlə də inadla mübarizə aparmışlar. Allah bizi və onları doğru yola hidayət etsin!
Heç bir vaxt və heç bir şeylə Allah yolunda cihad bərabər tutula bilməz. Bu sözlərin doğruluğuna Əbu Hüreyrədən – Allah razı olsun! rəvayət olunan bir hədis sübutdur: Peyğəmbərdən – Ona və ailəsinə Allahın salamı olsun! soruşurlar: – Hansı əməl Allah yolunda cihadla bərabər tutla bilər? O, buyurdu: “Siz onu bacarmazsınız”. Üç dəfə təkrar etdikdən sonra Peyğəmbər – Ona və ailəsinə Allahın salamı olsun! demişdir: “Allah yolunda cihada yollanan bir mücahidin məsəli yola düşdüyü andan geri qayıdana qədər gündüzləri davamlı olaraq oruc tutan və gecələri durmadan Allahın ayələrini oxuyaraq namaz qılan kimidir”. (Muslim, 1498/3).
Əbu Hüreyrədən – Allah razı olsun! rəvayət olunan başqa bir hədisdə deyilir: “Bir kişi Peyğəmbər – Ona və ailəsinə Allahın salamı olsun!: “Ey Allahın rəsulu! Mənə cihada bərabər bir əməl göstər” – dedi. Bu zaman Peyğəmbər – Ona və ailəsinə Allahın salamı olsun! buyurdu: “Mən belə bir əməl bilmirəm”. Sonra bir qədər düşündü və: “Mücahid cihada yola düşdüyü andan qayıdana qədər məscidə daxil olub durmadan namaz qılıb və iftar etmədən oruc tuta bilərsənmi?” deyə soruşdu. Bu zaman həmin kişi – bunu heç kim bacarmaz!” – dedi. (Buxari. Fəthul-Bari, 4/6).
Əbu Hüreyrədan – Allah razı olsun! rəvayət olunan başqa bir hədisdə isə belə deyilir:
Rəsulullahın – Ona və ailəsinə Allahın salamı olsun! əshabələrindən biri şirin və ləziz bulaq suyu olan bir xalqın yanından keçərkən öz-özünə; Bəlkə hər şeyi tərk edib bu xalqın arasında yaşamaq üçün Peyğəmbərdən – Ona və ailəsinə Allahın salamı olsun! izn alım? – deyə düşünərək əhvalatı Peyğəmbər – Ona və ailəsinə Allahın salamı olsun! danışdı. Peyğəmbər – Ona və ailəsinə Allahın salamı olsun! buyurdu: – “Belə etmə! Çünki, sizlərdən birinizin Allah yanında məqamı evində 70 il namaz qılan şəxsin məqamından daha üstündür. Məgər Allahın sizi bağışlayaraq cənnətə daxil etməsini istəmirsinizmi? Allah yolunda döyüşün! Bir dəvənin südü sağıldıqdan sonra yenidən sinəsinə süd gəldiyi müddət qədər Allah yolunda cihad edənə cənnət vacib olar”. (Səhihdir, Tirmizi rəvayət etmişdir: 3/101-102).
Elə bu hədis böyük və kiçik cihad deyərək cihadı iki yerə bölənlərə qarşı açıq-aşkar dəlildir. Çünki, həmin əshabə Allah rəsulundan – Ona və ailəsinə Allahın salamı olsun! izn istəyərək mücahidləri tərk edib, öz nəfsi ilə cihad etmək arzulayırdı. Peyğəmbər – Ona və ailəsinə Allahın salamı olsun! isə onu bu işdən çəkindirərək başqa işə, bundan daha üstün əmələ çağırdı. Bundan başqa bu hədisdə diqqəti çəkən digər bir mühüm məqam da var. Bu da Allah yolunda cihad edənlərin cənnətlə müjdələnməsidir. Fərq etməz istər bu yolda öldürülmüş olsun istərsə də öldürülməmiş olsun. Peyğəmbərin – Ona və ailəsinə Allahın salamı olsun! ümumi kəlamına əsasən: “Bir dəvənin südü sağıldığı müddət qədər Allah yolunda cihad edənə cənnət vacib olar”.
Şərhçilər demişlər: (dəvənin sağıldığı müddət) – sağılarkən dəvə döşünün birini çəkib – ikinci çəkilən an yaxud dəvənin südü sağıldıqdan sonra yenidən sinəsinə süd gəldiyi müddət. (əl-Misbah əl-Munir, səh. 484)
Bununla da məlum oldu ki, bu hədisin sənədi də batildir, mənası da batildir. Şəriki olmayan Allaha həmd olsun! Mən qələmi yerə qoymazdan əvvəl istəyirəm deyəm ki, bütün bunlar sözün əsl mənasında kökü İslam düşmənlərindən gələn qatı sufilərin uydurduqları fəsadlı fikirlərdəndir. Onu tərk edin, özünüzdən çox uzaqlara atın. Qayıdın Peyğəmbərimiz – Ona və ailəsinə Allahın salamı olsun! buyurduğu nəsihətə. “Cihad heç bir əməllə bərabər tutula bilməz!”. Bu nəsihətlərdə sizi gecə-gündüz azğınlığa sövq etmək üçün durmadan çalışan düşmənlərin pozğun fikirlərindən və çağırışlarından qoruyacaq hikmətlər vardır. Təəssüflər olsun ki, bəzi müasir ilahiyyatçılar bu uydurma hədislə təsirlənib yazılarında bu mövzuya xüsusi hissə ayırıblar. Lazımdır ki, xüsusi cihad kitablarına “böyük cihad” yaxud nəfsi cihad adlandırdıqları bu mövzu daxil edilməsin.
Arzu edirəm heç kəs çaşqınlıqda qalıb düşünməsin ki, mən nəfsin istəklərinə qarşı mübarizəni inkar edirəm. Yaxud bu mövzuya önəm vermirəm. Xeyr, əksinə istəyirəm ki, cihada yollanmağa və Allah yolunda fədakarlığa həvəsləndirmək üçün bu mövzu ayrıca və xüsusi şəkildə olsun. Düşüncələr parçalanmasın və iki mühüm əməlin seçimi qarşısında çaşqınlıq yaranmasın deyə bu daha yaxşıdır. Əgər biz cihadın iki növünü xatırladırıqsa deməli ikisindən birinin seçilməsini təklif edirik. Birini digərindən fərqləndirmək mümkün deyil. Belə bir deyim var “Hər məqamın öz sözü var”. Zilhiccə ayının Həcc mövsümündə müsəlmanların Həcc qaydaları barədə bilmələrinə ehtiyac duyduqları vaxt Ramazan orucunun qaydalarından danışmaq hikmətdən deyil. Baxmayaraq ki, hər iki mövzu haqq və doğrudur.
Saleh sələflərimizin düşüncəsi daha geniş olmuşdur. Söylədiklərinə və yazdıqlarına uyğun əməl etmişlər. Cihad kitablarında Allah yolunda cihadın fəzilətindən, fədakarlıqdan, əshabələrin və yaxşı əməllərdə onlara davamçı olan tabiinlərin şücaətindən qeyri heç bir mövzu yazılmamışdır. Sözsüz ki, onlar nəfsi cihaddan qafil deyildilər. Onlar bu mövzuya xüsusi yanaşmışlar başqa ad vermişlər – Zühd (zahidlik). Dediyimə ən tutarlı sübut olaraq cihad barədə ilk kitabın müəllifi imam Abdullah bin Mubarakın – Allah rəhmət eləsin! Xüsusilə nəfslə cihada aid etdiyi “Zühd” kitabını misal gətirirəm. Sələf alimlərimizin çoxu bu cür etmişlər. Əlimizdə olan bu kitabın müəllifi də Allah ona rəhmət eləsin! nəfslə cihad barədə xüsusi kitab yazmış və adını “Tənbiyh əl-Ğafilin” ismini vermişdir və bu kitab öz mövzusunda yazılan kitabların ən yaxşılarından biridir.
Sonda həmd olsun aləmlərin Rəbbinə, salat və salam sonuncu peyğəmbərimizə, ailəsinə, əshabələrinə və qiyamətə kimi yolunu davam etdirənlərin üzərinə!
مشارع الاشواق الى المصارع العشاق و المثير الغرام الي دار السلام
تاليف: ابي زكريا احمد بن ابراهيم بن محمد الدمشقي ثم الدمياطي المشهور بابن النحاس
ص. 29-34
İbn Nahhas. “Cihad” kitabı 1-ci cild.





Şərhlər
2009-12-1204:51:05 s. a.
yaxshidir, eladir.
bezileri ise camaati azdirirdilar. bu hediside ellerinde bayraq etmiwdiler.
Allah onlara hidayet versin.